Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1661/2021 02.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdehnə qarşı vurulmuş maddi ziyanın və təzminatın ödənilməsi barədə iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdehnə qarşı vurulmuş maddi ziyanın və təzminatın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hakim iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi sənədlərlə birlikdə geri qaytarılmalıdır. Hakim ilk növbədə qeyd edir ki, iddiaçı tərəfindən iddia ərizəsi aidiyyət qaydalarının pozulması ilə verilmişdir. AR MPM-nin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. AR MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Prosessual qanunvericiliyin tələbinə əsasən hüquqi şəxsə qarşı iddia onun rəsmi ünvanı üzrə verilir. Hakim qeyd edir ki, cavabdeh orqanın hüquqi ünvanı ünvan 1n ərazisinə aiddir. Bu səbəbdən hazırki iddia ərizəsinə Səbail rayon Məhkəməsində baxılması yolverizmədir. Hakim həmçinin qeyd edir ki, iddiaçı tərəfindən dövlət rüsumunun ödənilməsini təsdiq edən sübut da iddia ərizəsinə əlavə olunmamışdır. «Dövlət rüsumu haqqında» AR Qanunun 8.1.1 və 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatadək olduqda dövlət rüsumu 20 manat, 500 manatdan çox olduqda dövlət rüsumu 30 manat tutulur. Hakim digər tərəfdən qeyd edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələb konkret deyil. İddiaçı ona vurulmuş ziyanın və təzminatın ödənilməsi ilə bağlı tələb irəli sürsə də, həmin məbləği konkret olaraq iddia ərizəsində göstərməmişdir. AR MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilir. Hakim izah edir ki, iddiaçı irəli sürdüyü tələbi konkret müəyyən etdikdən sonra həmin məbləğə uyğun dövlət rüsumunu ödəməlidir. Yəni irəli sürüləcək tələb 500 manat çox olduğu halda 30 manat, az olduğu halda 20 manat dövlət rüsumu ödənilməlidir. AR MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməklə verilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunanlara əsasən və AR MPM-nin 152.1.1, 152.2-152.4-cü maddələrini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdehnə qarşı vurulmuş maddi ziyanın və təzminatın ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyət qaydalarına riayət edilməklə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1661/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1661/2021
02.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver