Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1668/2025 08.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarova, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna (Bakı şəhəri Binəqədi Rayon Prokurorluğu üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “pul” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna (Bakı şəhəri Binəqədi Rayon Prokurorluğu üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 32800 manat pulun və ödənilmiş 190 manat dövlət rüsumunun, cəmi 32990 manat məbləğində pulun alınaraq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia ərizəsi yolverilməzliyinə görə qəbul edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2 və 153.2.1-ci maddələrinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Belə ki, ərizəyə əlavə edilmiş Binəqədi rayon prokuroru X12 Səfərova ünvanladığı xx.xx.2025-ci il tarixli ********* saylı məktubdan görünür ki, 08 aprel 2024-cü il tarixdə saat 01:57-də Binəqədi rayon polis idarəsinin 5-ci polis bölməsinin növbətçi hissəsindən 1963-cü il təvəllüdlü X5 və 1971-ci il təvəllüdlü X3 müxtəlif dərəcəli yanıq xəsarətləri ilə X9 yanıq şöbəsinə daxil olması barədə məlumat verilmişdir. Toplanmış materiala əsasən mərhum X3 özünü öldürmə həddinə çatdırılması nəticəsində intihara cəhd etməsi ehtimalı olduğundan fakta görə 08 aprel 2024-cü il tarixdə tərəfindən Azərbaycan Respublikası CM-nin 125-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq istintaqın aparılması Binəqədi rayon prokurorluğunun böyük müstəntiqi, kiçik ədliyyə müşaviri Rəşad Gülməmmədliyə həvalə edilmişdir. 11 aprel 2024-cü il tarixdə saat 04:35-də X2 Tibb Mərkəzinin yanıq şöbəsində aldığı xəsarətlərdən vəfat etmişdir. 04 iyun 2024-cü il tarixdə X1 Tibb Mərkəzinin yanıq şöbəsində aldığı xəsarətlərdən vəfat etmişdir. X8mın intihar etməsi faktında istintaq edilən cinayət işi üzrə hər hansı şəxsin əməlində cinayət tərkibi olmaması əsasına görə 08 iyul 2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1 2-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilmişdir. Hadisə yerinin baxışı zamanı aşkar olunmuş 32800 AZN, ümumilikdə 3588 manat dəyərində olan zinyət əşyaları maddi sübut qismində tanınaraq saxlanılması üçün Azərbaycan Respublikasının Baş Prokurorluğunun Maddi-texniki təminat şöbəsinin kassasına təhvil verilmişdir. Maddi sübut qismində tanınmış 32800 AZN ümumilikdə 3588 manat dəyərində olan zinyət əşyalarına sərəncam verilməsi ilə bağlı mübahisələrin həlli üçün mülki qaydada aidiyyatı üzrə məhkəməyə müraciət etməyi xahiş edilmişdir. Azərbaycan Respublikası CPM-nin 442.1-ci maddəsinə əsasən məhkəmə nəzarəti istintaq hərəkətlərinin məcburi aparıldığı, prosessual məcburiyyət tədbirinin tətbiq edildiyi, əməliyyat-axtarış tədbirinin həyata keçirildiyi və ya ibtidai araşdırmanın aparıldığı yer üzrə səlahiyyəti daxilində müvafiq birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 442.2.2-ci maddəsinə əsasən məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxır. Qanunvericiliyin tələbindən də görünür ki, iddiaçı cinayət prosesini həyata keçirən orqanın (Binəqədi Rayon Prokurorluğunun) hərəkət və ya qərarından narazı qaldığı halda məhkəmə nəzarəti qaydasında Binəqədi Rayon Məhkəməsinə müvafiq şikayətlə müraciət edə bilər. Bundan başqa, CPM-nin 129.4-cü maddəsinə əsasən, maddi sübutların və iş üzrə götürülmüş digər əşyaların təyinatı məsələsi məhkəmənin qanuni qüvvəyə minmiş hökmü və cinayət prosesini həyata keçirən orqanın cinayət təqibi üzrə icraata xitam verilməsi haqqında qərarı ilə həll edilənədək bu əşyalar cinayət prosesini həyata keçirən orqanda saxlanılır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda maddi sübutlar haqqında qərar cinayət təqibi üzrə icraat qurtaranadək də qəbul edilə bilər. - 129.5. Maddi sübut kimi cinayət təqibi üzrə icraatın materiallarına əlavə edilmiş əşya üzərində hüquqa dair mübahisə mülki mühakimə icraatı qaydasında baxılmalı olduqda, bu əşya mülki iş üzrə qərar qüvvəyə minənədək saxlanılır. Göründüyü kimi maddi sübut kimi cinayət təqibi üzrə icraatın materiallarına əlavə edilmiş əşya üzərində hüquqa dair mübahisə mülki mühakimə icraatı qaydasında baxılmalı olduqda, bu əşya mülki iş üzrə qərar qüvvəyə minənədək saxlanılır. Başqa sözlə vəfat etmiş şəxslərin vərəsələri müvafiq miras əmlaka dair vərəsəlik şəhadətnaməsi almaq üçün notariat ofisinə müraciət etməli, miras əmlak üzərində hüquqa dair mübahisə yarandıqda isə müvafiq iddia tələbi ilə (digər vərəsələrə qarşı) məhkəməyə müraciət edə bilərlər. Qeyd edilənləri nəzərə alaraq hesab edir ki, hazırkı tələbə məhkəmədə - iddia icraatı qaydasında baxıla bilməz. Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə görə, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü və 153.5-ci maddələrinə əsasən, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Azərbaycan Respublikası MPM-nin 114.1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Belə olan halda, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna (Bakı şəhəri Binəqədi Rayon Prokurorluğu üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “pul” tələbinə dair iddia ərizəsinin qəbulundan yolverilməzliyinə görə imtina edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı1 və İddiaçı2 qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 232, 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna (Bakı şəhəri Binəqədi Rayon Prokurorluğu üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “pul” tələbinə dair iddia ərizəsinin qəbulundan yolverilməzliyinə görə imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı1 və İddiaçı2 qaytarılsın. İddiaçı1 və İddiaçı2 izah edilsin ki, Binəqədi Rayon Prokurorluğunun) hərəkət və ya qərarından narazı qaldığı halda məhkəmə nəzarəti qaydasında Binəqədi Rayon Məhkəməsinə müvafiq şikayətlə müraciət edə bilər. Məhkəməyə müraciət etmək üçün İddiaçı1 tərəfindən ödənilmiş 191 (bir yüz doxsan bir) manat məbləğində dövlət rüsumu (xx.xx.2025-ci il tarixli ********** saylı qəbz) ona geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-1668/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1668/2025
08.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver