Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1669/2025 04.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı bilə-bilə yalan ifadə verilməsi barədə məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılmasına dair iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq … MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı bilə-bilə yalan ifadə verilməsi barədə məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hakim iş materillarını araşdırıb hesab edir ki, iddia ərizəsinin aşağıdakı əsaslara görə icraata qəbulundan imtina edilməlidir. Hakim qeyd edir ki, iddiaçı tələbini Sabunçu rayon Məhkəməsində mülki iş üzrə gedən prosesdə vəkil Cavabdeh1 bilə-bilə yalan ifadə verməsi ilə əsaslandırmışdır. Hakim qeyd edir ki, məhkəmədə və ya ibtidai istintaqda şahid, zərərçəkmiş şəxs tərəfindən yalan ifadə vermə cinayət məsuliyyətinin yaranmasına səbəb olur. Lakin bu cür hərəkətlərə yol verən şəxs barəsində tədbir görmək üçün mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi yolverilməzdir. Belə ki, AR CPM-nin 46.1-ci maddəsinə əsasən ictimai ittiham və ictimai-xüsusi ittiham qaydasında cinayət təqibi üzrə cinayət işinin başlanması üçün müvafiq səbəb və əsaslar olmalıdır. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən cinayət işinin başlanması üçün səbəb kimi törədilmiş və ya hazırlanan cinayət haqqında fiziki şəxs tərəfindən verilən ərizə, hüquqi şəxsin (vəzifəli şəxsin) və ya media subyektinin məlumatları, yaxud bu məlumatların təhqiqatçı, müstəntiq və ya prokuror tərəfindən bilavasitə aşkar edilməsi ola bilər. Göstərilən Məcəllənin 47.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraat cinayət prosesini həyata keçirən orqan tərəfindən aparılır. Bununla əlaqədar məsuliyyət müvafiq olaraq icraatında cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraat üzrə material və ya xüsusi ittiham qaydasında şikayət üzrə material olan təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmənin üzərinə düşür. Göstərilən qanunvericilik normalarının tələblərini nəzərə alaraq hakim qeyd edir ki, cinayət hadisəsi törətmiş (o cümlədən bilə-bilə yalan ifadə verdiyinə görə) şəxs barəsində tədbir görülməsi, yəni həmin şəxsin cinayət məsuliyyətinə cəlb edilmə səlahiyyəti yuxarıda adı qeyd edilən və cinayət prosesini həyata keçirən orqanlara aiddir. Eyni zamanda bilə-bilə yalan ifadə verdiyinə görə məsuliyyətə cəlb edilməli olan şəxslərin dairəsi də qanunvericilklə müəyyən edilir. Həmin cinayətin subyekti məhkəmə və ibtidai istintaqda şahid və zərərçəkmiş şəxs qismində iştirak edən şəxslərdir. İddiaçı isə mülki mühakimə icraatı qaydasında izahat verən şəxsin izahatında göstərilən məlumatların yalan olması əsası ilə onun cinayət məsuliyyətinə cəlb edilməsini xahiş edir. Ona görə də hakim hesab edir ki, hazırki iddia ərizəsinin məhkəmə icraatı mümkün deyil və ərizəyə məhkəmədə baxılmalı olmadığından iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. AR MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. AR MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Şərh olunanlara əsasən və AR MPM-nin 151.1, və 153.2.1-ci maddələrini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı bilə-bilə yalan ifadə verilməsi barədə məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılmasına dair iddia ərizəsinin icraata qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin, iddia ərizəsi və ona ələvə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1669/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1669/2025
04.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver