Məhkəmə qərarları › İş №2(009)-167/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-167/2022

28.02.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-167/2022 28.02.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil2, cavabdehin nümayəndəsi Nümayəndə2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxsin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı (3-cü şəxs qismində "xxxx" MMC işə cəlb olunmaqla) cavabdeh "xxxx" MMC-yə qarşı audit hesabatının etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (3-cü şəxs qismində "xxxx" MMC işə cəlb olunmaqla) cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC tərəfindən tərtib edilmiş 30.10.2020-ci il tarixli auditor hesabatının etibarsız hesab edilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" MMC tərəfindən aparılmış audit əsasında 30 oktyabr 2020-ci il tarixli auditor hesabatı tərtib edilmişdir. Tərtib edilmiş auditor hesabatına əsasən şiddətli töhmətin elan edilməsi barədə 30 noyabr 2020-ci il tarixli, 15-K/2020 saylı əmr qəbul edilmişdi. Audit rəyi mənim httquq və vəzifələrimə toxunduğu üçün 27 may 2021-ci il tarixində "xxxx" MMC-nin direktor-auditoru Nümayəndə1 qanunsuz hərəkətlərindən Azərbaycan Respublikası Auditorlar Palatasına müraciətinə əsasən Azərbaycan Respublikası Auditorlar Palatasının Şurası yanında Keyfiyyətə Nəzarət və Keyfiyyətin idarəedilməsi üzrə Komitə "xxxx" MMC tərəfindən aparılmış audit yoxlamasının X2 tələblərinə uyğunluğunun monitorinqini (keyfiyyətin monitorinqi) aparılmışdır. Monitorinqin nəticəsində Azərbaycan Respublikası Auditorlar Palatasının Şurası yanında Keyfiyyətə Nəzarət və Keyfiyyətin idarəedilməsi üzrə Komitənin 20 sentyabr 2021-ci il tarixli 02-130 nömrəli məktubuna əsasən "xxxx" MMC tərəfindən onun əmək fəaliyyətinə dair aparılmış audit yoxlaması X2, X3 Məcəlləsinin və X1 tələblərinin pozulması ilə aparıldığı üçün keyfiyyətsiz hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Göstərilənlərə əsasən "xxxx" MMC tərəfindən tərtib edilmiş 30.10.2020-ci il tarixli auditor hesabatının etibarsız hesab edilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı ona şiddətli töhmət verilməsi barədə əmri məhkəmədə mübahisələndirmiş və həmin məsələyə baxılarkən əmrin verilməsinə əsas olmuş hazırda mübahisələndirilən auditor hesabatı da ətraflı araşdırılmış və Nəsimi rayon Məhkəməsinin 04.06.2021-ci il tarixli qətnaməsi ilə iddiaçının tələbi rədd edilmişdir. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxsin nümayəndəsi və vəkili Vəkil1 bildirmişdir ki, iddiaçıya şiddətli töhmət verilməsi barədə əmr iddiaçı tərəfindən başqa məhkəmədə mübahisələndirildiyi üçün həmin iddiaya baxılarkən əmrin verilməsinə əsas olan auditor hesabatı da ətraflı araşdırılmışdır. Həmin iddianın rədd edilməsi barədə Nəsimi rayon Məhkəməsinin 04.06.2021-ci il tarixli qətnaməsindən iddiaçı apellyasiya şikayəti vermişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə icraata xitam verilməlidir. İddia ərizəsindən görünür ki, iddiaçının işlədiyi "xxxx" MMC-də aparılmış audit yoxlaması əsasında tərtib edilmiş auditor hesabatına əasən ona şiddətli töhmət elan edilməsi barədə 30.11.2020-ci il tarixli əmr qəbul edilmişdir. Bununla əlaqədar iddiaçı qeyd olunan auditor hesabatını mübahisələndirmişdir. Məhkəmə hesab edir ki, audit yoxlaması barədə hesabat öz-özlüyündə birbaşa iddiaçı barəsində hər hansı hüquqi nəticə törətmir. Həmin hesabatda göstərilənlərin əsaslı olub-olmaması rəyin əsasında iddiaçıya verilmiş şiddətli töhmət barədə əmrin mübahisələndirildiyi məhkəmə tərəfindən qiymətləndirilə bilər. Belə olduğu təqdirdə, məhkəmə hesab edir ki, hazırki iddiaya məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı (3-cü şəxs qismində "xxxx" MMC işə cəlb olunmaqla) cavabdeh "xxxx" MMC-yə qarşı audit hesabatının etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar