Məhkəmə qərarları › İş №2(009)-167/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-167/2025

18.03.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-167/2025 18.03.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 qızının nümayəndəsi və Cavabdeh3 oğlunun və X4 qanuni nümayəndəsi Həsənəliyeva (Abdullayeva) Natavan Əfsəlovnanın və onun nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 qızına, Cavabdeh3 oğlunun və X4 qanuni nümayəndəsi Həsənəliyeva (Abdullayeva) Natavan Əfsəlovnaya qarşı (X16 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “yaşayış sahəsindən istifadə hüquqlarının itirilmiş hesab olunması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh1 qızına, Cavabdeh3 oğlunun və X4 qanuni nümayəndəsi Həsənəliyeva (Abdullayeva) Natavan Əfsəlovnaya qarşı “yaşayış sahəsindən istifadə hüquqlarının itirilmiş hesab olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 qızı, X7 və Cavabdeh3 oğlunun ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqlarının itirilmiş hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: Cavabdeh1 qızı, X7 və Cavabdeh3 oğlunun ünvan 2 ünvanında yerləşən mənzilə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin Bakı şəhəri Səbail rayon polis idarəsinin üzərinə qoyulması tələbinə dair mənafeyini təmsil etdiyi İddiaçı iddia ərizəsi Bakı İnzibati Məhkəməsinin 2-1(112)-996/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə rədd edilmişdir. Bakı İnzibati Məhkəməsi iddia tələbini rədd edərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra qərarlarına istinad edərək öz qərarında göstərmişdir ki, üçüncü şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün mütləq qaydada onların istifadə hüququna mülki məhkəmə qətnaməsi ilə xitam verilməli və yalnız bundan sonra onların yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması mübahisəsinə qiymət veriləcəkdir. Nəinki istifadə hüququnun itirilmiş sayılması və ya xitamı, eləcə də istifadə hüququnun olmadığı halda belə həmin məsələyə qiymət verilməsi mülki icraat qaydasında işə baxan məhkəmənin səlahiyyətlərinə aid edilmişdir ki, istifadə hüququnun mövcud olmamasını belə inzibati məhkəmələr yox, mülki icraat qaydasında işə baxan məhkəmə dəyərləndirməli, əgər istifadə hüququ ümumiyyətlə olmamışdırsa iddia rədd edilməlidir ki, həmin rədd qərarı şəxsin qeydiyyatdan çıxarılması əsası kimi qismində çıxış edə bilər (qərar səh.8, 3-cü abzas). Bununla yanaşı məhkəmə iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş, yaşayış sahəsindən çıxarılması tələb edilmiş nəvələrin iddiaçının ailə üzvü hesab edildiyini əsaslandırmaq üçün göstərmişdir ki, ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini, eləcə də qardaş və bacının, o cümlədən babanın (nənənin) və nəvənin bir-birini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq maddələri). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bakı İnzibati Məhkəməsinin mövqeyini nəzərə alaraq iddiaçının mülkiyyətində olan, ünvan 2 ünvanında yerləşən mənzildə qeydiyyatda olan Cavabdeh1 qızı, X7 və Cavabdeh3 oğlunun həmin mənzildən istifadə hüquqlarının itirilmiş hesab olunması haqqında məsələnin mülki məhkəmə icraatı qaydasında həll edilməsini məqəsədəmüvafiq bilir. ünvan 2 ünvanında yerləşən mənzil əvvəllər - Texniki İnventarlaşdırma Bürosu tərəfindən xx.xx.1991-ci il tarixli Qeydiyyat Vəsiqəsinə əsasən iddiaçının mərhum həyat yoldaşı X19 mülkiyyətində olmuş, X22 xx.xx.2023-cü ildə vəfat etmiş, həmin mənzili iddiaçı qanuni vərəsəlik qaydasında əldə etmiş və mənzilə tam mülkiyyət hüququ iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2024-cü ildə dövlət qeydiyyatına alınmışdır. Hazırda iddiaçının mənzildən istifadə hüquqlarını mübahisələndirdiyi şəxslər onun nəvələri, yəni onun oğlu X16 ilə sonuncunun keçmiş həyat yoldaşı Həsənəliyeva (Abdullayeva) Natavan Öfsəlovnadan olmuş uşaqlardır. İddiaçının oğlu X1 Natavan Əfsəlovna ilə xx.xx.2004-cü il tarixdə rəsmi nikaha daxil olmuş, X16 və Həsənəliyeva (Abdullayeva) Natavan Əfsəlovna əvvəllər göstərilən mənzilde qeydiyyatda olduqları üçün onların uşaqları da yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyə uyğun olaraq valideynlərinin qeydiyyatda olduğu mənzilə qeydiyyata alınmışdırlar. Onu da nəzərə çatdırır ki, Həsənəliyeva (Abdullayeva) Natavan Əfsəlovna qanunsuz və əsassız olaraq çıxarılmış Bakı şəhəri Səbail rayon məhkəməsinin 2-872/07 saylı, xx.xx.2007-ci il tarixli qətnaməsinin icrası qaydasında sözü gedən mənzilə qeydiyyata alınmış, sonradan həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-777/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 777/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Səbail rayon məhkəməsinin 2- 872/07 saylı, xx.xx.2007-ci il tarixli qətnaməsinin icrasında dönüş edilmiş və həmin qərardadın əsasında Həsənəliyeva (Abdullayeva) Natavan Əfsəlovnanın mənzilə qeydiyyatı ləğv edilmişdir. Bakı şəhəri Səbail rayon məhkəməsinin 2(009)-179/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə X16 və Həsənəliyeva (Abdullayeva) Natavan Əfsəlovnanın nikahı pozulmuş, xx.xx.2005-ci il təvəllüdlü Cavabdeh1 qızı, xx.xx.2007-ci il təvəllüdlü Cavabdeh3 oğlu və xx.xx.2013-cü il təvəllüdlü X4 anaları – Qanuni nümayəndə yanında qalması müəyyən edilmişdir. İddiaçı bildirir ki, X1 Natavan Əfsəlovna ilə nikaha daxil olduqdan sonra kirayə mənzillərdə yaşamış, onlar, eləcə də onların uşaqları heç vaxt mübahisəli mənzildə yaşamamış və hazırda da uşaqlar həmin mənzildə deyil, analarının yanında yaşayırlar. İnzibati məhkəmə icraatı zamanı Səbail rayon Mənzil Kommunal Təsərrüfat Birliyindən verilmiş 103 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh1 qızı, Cavabdeh3 oğlu və X7 ünvan 2 ünvanında faktiki olaraq yaşamırlar. Göründüyü kimi, Cavabdeh1 qızı, Cavabdeh3 oğlu və X4 hazırda iddiaçının tam mülkiyyətində olan, ünvan 2 ünvanında yerləşən mənzildən istifadə hüquqları ümumiyyətlə mövcud olmamışdır. Ona görə də onların həmin mənzildən istifadə hüquqlarının məhkəmə qaydasında itirilmiş hesab olunması məqəsədə müvafiqdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 qızının nümayəndəsi və Cavabdeh3 oğlunun və X4 qanuni nümayəndəsi Həsənəliyeva (Abdullayeva) Natavan Əfsəlovna iddia tələbinə etiraz edərək bildirmişdir ki, 2004-cü ildə ailə qurub evə köçmüş, 2005-ci ildə dolanışıq üçün hamiləliyinin son bir ayında kirayə mənzilə (ünvan F.Xoyski küç.) çıxmışlar. 2007-ci ildə evə qayıtmış və 2017-ci ilə qədər mübahisəli ünvanda yaşamış, sonra keçmiş ərinin ailə üzvləri ilə söz-söhbətlər olduğu üçün 2017-ci ildə keçmiş əri və uşaqları ilə birlikdə atasının evinə köçmüşlər, 2020-ci ilin sentyabr ayında isə keçmiş əri ilə münasibətləri pozulduğuna görə o, evdən çıxmışdır. Daha sonra 2021-ci ildə nikah pozulmuşdur. İddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 qızının nümayəndəsi və Cavabdeh3 oğlunun və X4 qanuni nümayəndəsi Həsənəliyeva (Abdullayeva) Natavan Əfsəlovnanın nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək bildirmişdir ki, digər məhkəmədə baxılan iş üzrə apellyasiya şikayətinə baxılır, bu təqdirdə hesab edirlər ki, həmin işin yekun qərarının qanuni qüvvəyə minməsi zəruridir. Məşuqə şahidi tanımır, onu görməmişdir. İlqar evin içidir deyə şahid qismində dindirilə bilməz, digər xanım isə İlqarın yoldaşıdır. Onların toyunda da iştirak etməmişlər. Hesab edir ki, nəvələrinin orada yaşamaq hüququ var, ona görə ki, iddiaçının oğlu uşaqların valideynidir. Uşaqlar 2005-ci ildən boşanana qədər 17 il o mənzildə yaşamışlar. Qonşuları tanımır, üzbəüz birini tanıyır, orqan işçisidir. İddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş üçüncü şəxs X16 məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-ə əsasən mülki işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində bildirmişdir ki, o, İddiaçı 16 ildir tanıyır, qonşusudur, bir məhəllədə yaşayırlar. Qanuni nümayəndəı şəxsən tanımır, amma barəsində eşitmişdir. Öz binalarında 1998-ci ildən yaşayır. Anar Abdullayevi şəxsən görmüşdür, tanıyır, onun uşaqlarını və yoldaşını heç görməmişdir, nənələrigildə də görməmişdir. Zəhragilə teztez gedir, İlqarın uşaqlarını görmüşdür. Anar Abdullayevin toyunda iştirak etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadəsində bildirmişdir ki, o, Həsənəliyeva Natavanı tanımır, iddiaçının gəlinidir, 2007-ci ildə ailə qurmuşdur, Natavan evdə yaşamamışdır, qiyabi olaraq adını eşitmiş, heç vaxt mübahisəli mənzilə gəlib getməmişlər. Abdullayev Anar ayrı yerdə kirayədə yaşayır. Abdullayev Anarın uşaqlarını görməmişdir. Anar ailəsi ilə birlikdə onların nikahı pozulana qədər Natavan xanımın atasının evində yaşamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X21 ifadəsində bildirmişdir ki, İddiaçı anasıdır, Həsənəliyeva Natavan qardaşının yoldaşı olmuşdur. O və ailəsi mübahisəli mənzildə yaşayır. Qardaşı onlardan ayrı yaşayır. Natavan onların evində yaşamamış, o isə uşaqlıqdan həmin mənzildə yaşamışdır. Natavangilin Vosmoy ərazisində öz evləri olmuşdur. Onlara qonaq gəlib getməmişlər. Natavanın uşaqları ilə görüşmürlər. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatını, şahidlərin ifadələrini dinləyib, onların izahat və ifadələrininı iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Azərbaycan SSR Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 5 X19 adına xx.xx.1991-ci il tarixdən qeydiyyata alınmışdır. - Səbail Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli 2-872/07 nömrəli qətnaməsindən görünür ki, X2 ünvan 3 ünvana yaşayış hüququnun tanınması, həmin mənzilə pasport qeydiyyatına alınması və köçürülməsi qət edilmişdir. - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(009)-179/2021 nömrəli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, X16 ilə Qanuni nümayəndə arasında Səadət Sarayı (Bakı nikah evi) tərəfindən qeydə alınmış 19 sentyabr 2004-cü il tarixli, 2279 saylı nikahın bağlanması haqqında akt qeydinə əsasən bağlanılmış nikahın pozulması, xx.xx.2005-ci il təvəllüdlü Cavabdeh1 qızının, xx.xx.2007-ci il təvəllüdlü Cavabdeh3 oğlunun, xx.xx.2013-cü il təvəllüldü X4 anaları – Qanuni nümayəndə yanında qalmasının müəyyən edilməsi qət edilmişdir. - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(009)-1400/2021 nömrəli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, birgə nikah dövründə "xxxx" MMC-dən “Kooperativ binada mənzil tikintisi haqqında” xx.xx.2011-ci il tarixli müqaviləyə əsasən alınmış Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, 2566-cı məhəllədə yerləşən binanın “M” blokunda 16-cı mərtəbədə, sahəsi 88,64 kv.m olan 2 otaqlı 840 saylı mənzilin ½ hissəsinə iddiaçı Qanuni nümayəndə, ½ hissəsinə cavabdeh X8 pay hüquqlarının müəyyən edilməsi, birgə nikah dövründə alınmış “Range Rover” markalı ** TX *** dövlət qeydiyyat nişanlı avtomobilin ½ hissəsinə iddiaçı Qanuni nümayəndə, ½ hissəsinə cavabdeh X8 mülkiyyət hüquqlarının müəyyən edilməsi qət edilmişdir. - 3 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 31 nömrəli aktla qeydə alınmış AZ-İİ seriyalı, 327143 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X22 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-777/2023 nömrəli qətnaməsindən görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19 iyun 2007-ci il tarixli, 2- 872/2007 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçı X2 cavabdeh X16, X22, İddiaçı, X18 qarşı “mənzilə köçürülmə, istifadə hüququnun tanınması və pasport qeydiyyatına alınma” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən verilmiş Çıxarışın surətindən görünür ki, ünvan 5 xx.xx.2024-cü il tarixdən İddiaçı adına qeydiyyata alınmışdır. - Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-9962/2024 nömrəli qərarından görünür ki, İddiaçı cavabdeh Bakı şəhəri Səbail rayon Polis İdarəsinə (üçüncü şəxslər: Cavabdeh1 qızı, X7 və Cavabdeh3 oğlu) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iddiası rədd edilmişdir. (İş hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatındadır.) - Səbail Rayon MKTB 7 saylı MKİS tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 139 nömrəli arayışdan görünür ki, ünvan 5 İddiaçı mülkiyyətindədir və xx.xx.2024-cü il tarixli qonşular tərəfindən tərtib edilmiş akta əsasən xx.xx.2005-ci il təvəllüdlü Cavabdeh1 qızı, xx.xx.2007-ci il təvəllüdlü Cavabdeh3 oğlu, xx.xx.2013-cü il təvəllüldü X7 həmin ünvanda yaşamırlar, sözügedən ünvanda əvvəllər yaşamadıqlarını qonşular və mülkiyyətçi təsdiq edirlər. - Səbail Rayon MKTB 7 saylı MKİS tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 103 nömrəli arayışdan görünür ki, Cavabdeh1 qızı, X7 və Cavabdeh3 oğlu ünvan 5-də yaşayan İddiaçı və qonşusu X9 şifahi məlumatına əsasən sözügedən şəxslərin həmin ünvanda yaşamırlar. - 14 №li uşaq poliklinikasının xx.xx.2024-cü il tarixli 94 saylı məktubundan görünür ki, Bakı şəhəri, F.Xoyski küç. 108. m. 41-də yaşayan xx.xx.2013-cü il təvəllüldü X7 xx.xx.2017-ci ildə 6 №li uşaq poliklinikasından indiki 3 saylı X13 14 saylı poliklinikaya qeydiyyata düşmüşdür və bu günə kimi qeydiyyatdadır. xx.xx.2007-ci il təvəllüdlü Cavabdeh3 oğlu, anadan olandan bu günə kimi Nərimanov rayon 14 №li uşaq poliklinikasında qeydiyyatdadır. xx.xx.2005-ci il təvəllüdlü Cavabdeh1 qızı anadan olandan 18 yaşı tamam olanadək Poliklinikada həmin ünvanda (F.Xoyski küç. 108. m. 41) qeydiyyatda olmuşdur. Uşaqlar həkim pediatr nəzarətində olmuşlar. Əsaslandırıcı hissə: İşin materiallarından görünür ki, mübahisəli mənzil olan ünvan 5 ünvanda yerləşən yaşayış sahəsi iddiaçının xx.xx.2023-cü ildə vəfat etmiş mərhum X19 mülkiyyətində olmuş, vəfatından sonra həmin mənzili həyat yoldaşı olan iddiaçı qanuni vərəsəlik qaydasında əldə etmiş və mənzilə tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2024-cü ildə dövlət qeydiyyatına alınmış, hazırda da mülkiyyətindədir. İşin materiallarından həmçinin görünür ki, iddiaçı və iş üzrə 3-cü şəxs olan oğlu X16, eləcə də nəvələri olan cavabdehlər (Cavabdeh1 qızı, X7 və Cavabdeh3 oğlu) mübahisəli yaşayış sahəsində yaşayış yeri üzrə qeydiyyatdadırlar. Həmçinin işin materiallarında olan Səbail Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 7 saylı MKİS tərəfindən verilmiş cavab məktublarından cavabdehlərin sözügedən ünvanda yaşamamaları, Nərimanov rayon, 14 №li uşaq poliklinikasının məktubundan isə uşaqların anadan olandan (yalnız xx.xx.2013-cü il təvəllüldü X7 xx.xx.2017-ci ildən) qeydiyyatda olmaları görünür. Məhkəmə, ilk öncə cavabdeh tərəfin Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-9962/2024 nömrəli qərarının nəzərə alınmaqla hazırki işin icratına xitam verilməsinə dair mövqeyi (Cavabdeh1 qızının ərizəsi) ilə bağlı qeyd etməyi zəruri sayır ki, cavabdeh tərəfin də göstərdiyi kimi sözügedən qərardan verilmiş apellyasiya şikayətinə digər məhkəmədə baxılır və beləliklə də həmin qərar qanuni qüvvəsini almamışdır, həmçinin Bakı İnzibati Məhkəməsinin icraatında olan işlə hazırki işin predmeti fərqlidir. Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinin ikinci hissəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli Qərarında isə Konstitusiya Məhkəməsi aşağıdakıları qeyd etmişdir: “...Şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 2014-cü il 16 dekabr tarixli Qərarında göstərmişdir ki, istifadə hüququ özözlüyündə konkret hüququn əşya və yaxud öhdəlik hüququna aid edilməsini müəyyənləşdirmir. Hüquqi mahiyyəti baxımından bir-birindən çox fərqli olmalarına baxmayaraq, belə hüquqların ortaq cəhəti ondan ibarətdir ki, “istifadə” sözünün işlədilməsi yalnız əşyadan öz sahibinin istifadə etmək səlahiyyətini təmin edir. Lakin bu hüquqların məzmunundan görünür ki, onlardan hər birinin əşyadan istifadə etmək imkanını təmin etməsi şərtləri, istifadənin həcmi, istifadənin hüquqi baxımdan yaranması və ona xitam verilməsi ilə bağlı qayda və şərtlər, başqa sözlə istifadə səlahiyyətinin hüquqi rejimi bir-birindən fərqlidir. Bu hüquqlar öz sahiblərinin əşyadan istifadə etmək səlahiyyətlərini təmin etsələr də, bu imkanı təmin edən əmlak hüquqlarının heç birini “istifadə hüququ” adlandırmaq olmaz. Əks halda, əmlak hüquqlarının adlarının əsas funksiyası olan fərqləndirmə və müəyyən etmə xüsusiyyəti aradan qalxmış olar. Belə olan halda isə hansı hüququn nəzərdə tutulduğunu müəyyən etmək mümkün olmaz. Nəticə etibarı ilə, mülki qanunvericilikdə “istifadə hüququ” ifadəsi əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir. Mülkiyyətin toxunulmazlığı və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsipdən çıxış edərək qüvvədə olan Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna dair qaydalar müəyyən edilmişdir. Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin mənasına görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: 1) mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; 2) həmin razılaşmanın notariat qaydasında təsdiq olunması; 3) istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. İş materiallarında cavabdehlərin nümayəndəsi X3 ünvan 7 ünvanına yaşayış hüququnun tanınması, həmin mənzilə pasport qeydiyyatına alınması və köçürülməsinin qət olunmasına dair Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2-872/2007 saylı 19 iyun 2007-ci il tarixli qətnaməsinin ləğv edilməsi və qeyd edilən iddiasının təmin edilməməsinə dair Bakı Apellyasiya Məhkəməsinin 2(103)-777/2023 saylı 05 aprel 2023-cü il tarixli qanuni qüvvəsini almış qətnaməsinin mövcud olmasına, eləcə də işdə cavabdehlərin mübahisəli ünvanda ümumiyyətlə yaşamamalarına dair aktlar və şahid ifadələrininin olmasına baxmayaraq məhkəmə hesab edir ki, cavabdehlərin atası olan 3-cü şəxsin əvvəl öz atasının, onun ölümündən sonra isə anası olan iddiaçının mülkiyyətində mənzilə istifadə hüquqları olduğundan Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarına uyğun olaraq hazırki mübahisə üzrə cavabdehlərin istifadə hüququna malik olub-olmaması məsələsi xx.xx.2005-ci il təvəllüdlü Cavabdeh1 qızına və xx.xx.2007-ci il təvəllüdlü Cavabdeh3 oğluna münasibətdə Mülki Məcəllənin 228-ci maddəsinin, xx.xx.2013-cü il təvəllüldü X6 münasibətdə isə 2009-cu ildə qüvvəyə minən Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəalarına uyğun həll edilməlidir. Belə ki, cavabdehlərin nümayəndəsi X3 övladları ilə 2007-ci ildən 2017-ci ilə kimi olan dövr ərzində mübahisəli mənzildə yaşayıb-yaşamamalarına dair ziddiyyətli izahat və ifadələr verilməsinə baxmayaraq cavabdehlərin mübahisəli mənzildə 2017-ci ildən sonra yaşamamaları işin mübahisəsiz halıdır və bu hal iş materiallarında olan sübutlarla yanaşı cavabdeh tərəfin öz izahatları ilə də təsdiq edilir. Məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqları mənzildə yaşayıb-yaşamamalarına baxmayaraq aşağıdakı maddi hüquq normalarının tələbləri baxımından (uşaqların təvəllüdləri nəzərə alınmaqla) ataları olan 3-cü şəxs X11 münasibətdə yaranmışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsində təsbit olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. İşin materiallarından görünür ki, mülkiyyətçi ailə üzvü kateqoriyasına aid olan cavabdehlərin mübahisəli mənzildə deyil, analarının yanında digər ünvanda daimi yaşamalarına əsaslanaraq mənzilə istifadə hüquqlarının olmadığını təkidlə vurğulasa da, onların qeydiyyatdan çıxarılmalarına hüquqi əsas yaradılması məqsədilə hüquqlarının itirilmiş hesab edilməli olmasını iddia edir. Məhkəmə qeyd edir ki, mənzilə istifadə hüququ olan 3-cü şəxs X16 cavabdehlərin X3 yanında qalmasının qət edilməsinə dair 2021-ci ildə qəbul edilmiş məhkəmə qətnaməsindən əvvəl də, sonra da istənilən vaxt övladlarını ailə üzvü kimi həmin yaşayış sahəsinə köçürmək kimi hüquqlarından istifadə etməmişdir. Məhkəmə sadalanan normaların tələblərinə və işin araşdırılmış hallarına əsasən hesab edir ki, Cavabdeh1 qızının, Cavabdeh3 oğlunun və X4 ünvan 1 ünvanında yerləşən mənzildə faktiki olaraq yaşamırlar, bu mənzil onların daimi yaşayış yerləri olmamış və deyildir. Buna görə də, iddia tələbləri əsaslıdır. Məhkəmə, göstərilən nəticəyə gələrkən həmçinin iddiaçının qanunla tanınan və qorunan mülkiyyət hüquqlarının nəzərə alınmasını da mütləq sayır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Beləliklə də, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməli, ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 qızı və Cavabdeh3 oğlunun və X4 qanuni nümayəndəsi Həsənəliyeva (Abdullayeva) Natavan Əfsəlovnadan müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 qızının, Cavabdeh3 oğlunun və X4 ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqları itirilmiş hesab edilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 qızı və Cavabdeh3 oğlunun və X4 qanuni nümayəndəsi Həsənəliyeva (Abdullayeva) Natavan Əfsəlovnadan müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar