Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1711/2025 23.09.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Yasamal Rayon Məhkəməsi tərəfindən barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Təcridxanasında saxlanılan Cavabdeh Yasamal rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Belə ki, Cavabdeh etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı X10 və X11 ilə razılığa gəlib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək İddiaçı ona qarşı yaranmış etibarından sui-istifadə edərək sonuncunun arvadı X8 Tovuz şəhərində yerləşən Adil Qasımov adına tam orta məktəbinə direktor vəzifəsinə təyin etdirəcəyi adı ilə yalan vəd verib aldadaraq 2022-ci ilin sentyabr ayının sonunda Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə ünvanda yerləşən Azərbaycan Nəşiriyyatı inzibati binasının 6-cı mərtəbəsində yerləşən 12 nömrəli otaqda İddiaçı 17.000 manat, 2023-cü ilin yanvar ayının əvvəlində Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə ünvanda yerləşən Azərbaycan Nəşriyyatı inzibati binasının 6-cı mərtəbəsində yerləşən 12 nömrəli otaqda İddiaçı 22.000 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə alaraq ələ keçirib verdiyi vədə əməl etməyib zərərçəkmiş şəxs İddiaçı ümumilikdə 39.000 manat olmaqla xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir (1-ci epizod). Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş İddiaçı ifadəsində bildirmişdir ki, X9 onun bacısı, X12 isə onun həyat yoldaşıdır. X30 şəhərində A.Puşkin adına tam orta məktəbdə ibtidai sinif müəlliməsi, həyat yoldaşı Mehriban isə Tovuz şəhərində yerləşən Adil Qasımov adına tam orta məktəbdə biologiya müəlliməsi işləyir. 2022-ci ilin sentyabr ayında onun həyat yoldaşı Mehriban ona işlədiyi məktəbdə ədəbiyyat müəlliməsi olan Ceyran müəllimənin qohumu Cavabdeh müəyyən pul müqabilində onu həmin məktəbə direktor vəzifəsinə təyin olunmasına köməklik edə biləcəyi təklifini etdiyini və onunla bu barədə danışmağı həyat yoldaşı ondan xahiş etmişdir. Cavabdeh mobil nömrəsini əldə etdikdən sonra İsmayılla danışmışdır. İsmayıl ona özünün Təhsil Nazirliyinin işçisi olduğunu, 35.000 manat pulun müqabilində həyat yoldaşı Mehribanı işlədiyi Tovuz şəhərində yerləşən Adil Qasımov adına tam orta məktəbdə direktor vəzifəsinə təyin etdirəcəyinə vəd vermişdir. İsmayıl ilə razılaşdıqdan sonra 2022-ci ilin sentyabr ayının sonunda Bakı şəhərinə gələrək, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospektində yerləşən Azərbaycan Nəşriyyatının inzibati binasının 6-cı mərtəbəsində yerləşən 125 nömrəli otaqda İsmayıla əlbəəl 17.000 manat pul vermişdir. İsmayıl ona 2023-cü ilin yanvar ayında onun həyat yoldaşı Mehribanı Tovuz şəhəri Adil Qasımov adına tam orta məktəbin direktor vəzifəsinə təyin etdirdikdən sonra qalan 18.000 manat pulu verməli olduğunu demişdir. 2022-ci ilin dekabr ayında İsmayıl ona zəng edərək Mehribanın işlədiyi məktəbə direktor təyin oluna bilməyəcəyini və əlavə 10.000 manat da vermək şərti ilə Mehribanı Tovuz şəhərində yerləşən Nəsrəddin Tusi adına tam orta məktəbə direktor vəzifəsinə təyin etdirəcəyini bildirmişdir. İsmayıl ilə razılaşdıqdan sonra 2023-cü ilin yanvar ayının əvvəlində İsmayılın işlədiyi Bakı şəhərinə gələrək, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospektində yerləşən Azərbaycan Nəşriyyatının inzibati binasının 6-cı mərtəbəsində yerləşən 125 nömrəli otaqda İsmayıla əlbəəl 22.000 manat pul vermişdir. Qalan 5.000 manat pulu isə yoldaşının direktor vəzifəsinə təyin olunandan sonra verməli olduğunu demişdir. Bundan başqa o, bacısı X3 Cavabdeh onun həyat yoldaşını 45.000 manat pul müqabilində işlədiyi məktəbə direktor vəzifəsinə təyin olunmasına köməklik edəcəyini bildirmiş və istəyərsə onu da işlədiyi Tovuz şəhəri Adil Qasımov adına orta məktəbə direktor vəzifəsinə təyin olunmasına köməklik edə biləcəyini bildirmişdir. Onun bacısı İsmayılın nömrəsini ondan aldıqdan sonra İsmayıl ilə danışmış və İsmayıl bacısı Gülnarədən sonuncunun məktəbə direktor təyin olunması üçün ümumilikdə 35.000 manat pul almışdır. İsmayıl sertifikat alınması üçün bir neçə dəfə onun bacısını və yoldaşını Təhsil Nazirliyinə dəvət etmişdir. Onlar deyilən kimi Təhsil Nazirliyinə gəlmişlər, lakin hər dəfə İsmayılın sertifikatın sonraya qalacağını bildirdikdən sonra rayona qayıtmışlar. X1 da Cavabdehla o, tanış etmişdir. Cavabdeh Samirədən də sonuncunun qohumunu Bakı şəhərində yerləşən uşaq bağçasına müdirə vəzifəsinə işə düzəldəcəyinə vəd verib 40.000 manat pul alaraq ələ keçirmişdir. Belə ki, Cavabdeh 2023-cü ilin aprel ayının əvvəlində Bakı şəhəri, Atatürk parkının qarşısında onun yanında Samirə Əsgərovadan qohumunu uşaq bağçasına müdirə vəzifəsinə təyin olunmasına köməklik etməsi müqabilində 40.000 manat pul almışdır. Onun İsmayıla vermiş olduğu ümumilikdə 39.000 manat puldan İsmayıl ona 11.500 manat, Sevinc isə 2.000 manat qaytarmaqla ona ümumilikdə 13.500 manat pul qaytarılmış, lakin 25.500 manat pul isə hazırkı vaxta kimi ona qaytarılmamışdır. “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, İddiaçı Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır. “İfadənin yerində yoxlanması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, İddiaçı ifadəsi yerində yoxlanılmış və o, ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etməklə Cavabdeh pul verdiyi ünvanı göstərmişdir. xx.xx.2024-cü il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, cinayət işi üzrə zərərçəkmiş şəxs İddiaçı ilə Cavabdeh arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və üzləşdirmə zamanı İddiaçı cinayət işi üzrə vermiş olduğu ifadəsində göstərdiyi xüsusatları Cavabdeh üzünə qarşı deyərək ifadəsini bir daha təsdiq etmişdir. Zərərçəkmiş şəxs İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, təqsirləndirilən şəxslər Cavabdeh və X6 cinayət nəticəsində ona vurduğu ziyan ümumi 39.000 manat təşkil edir, 39.000 manatdan 20.000 manat ziyanı X10, Cavabdeh düşən məbləğdən (19.000 manatdan) 11.500 manat ödəsə də, qalan 7.500 manatı ödəməmişdir. Odur ki, 7.500 manat ziyanı Cavabdeh tələb etdiyini bildirmişdir. Bununla da İddiaçı milki Cavabdeh tərəfindən törədilmiş dələduzluq əməli nəticəsində vurulmuş ziyandan 7500 manat maddi, 2000 manat mənəvi ziyan ödənilməmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı mülki Cavabdeh tərəfindən törədilmiş dələduzluq əməli nəticəsində maddi zərərə görə 7.500 manat, mənəvi zərərə görə 2.000 manat və 115 manat ödənilmiş dövlət rüsumunun təqsirləndirilən şəxs Cavabdeh tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, vurulan maddi ziyanın həcmi 39.000 manat olmuş, istintaq müddətində 20.000 manat və 11.500 manat məbləğində ödənişlər həyata keçirilmiş, hökmdə də bu hallar öz əksini tapmışdır. Ödənilməmiş məbləğ 7.500 manat təşkil edir ki, bu həddə tələb irəli sürülmüşdür. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Cavabdeh İddiaçı ona qarşı məhkəmədə qaldırdığı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi barədə məlumat verilmiş və iddiaya dair fikir və mülahizələrinin yazılı şəkildə məhkəməyə göndərilməsi xahiş olunmuşdur. Lakin cavabdeh iddiaya dair məhkəməyə hər hansı izahat və ya mülahizə təqdim etməmişdir. Məhkəmə göstərilən halları, cavabdehin hazırda baxılan işlə bağlı xəbərdar olmasını və onun məhkəmə iclasında iştirakının mümkünsüzlüyünü nəzərə alaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 1(004)-42/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.1,178.2.2 və 178.2.4-cü maddələri ilə qəzərdə tutulmuş cinayətəməlini törətməkdə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəli tutulduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanması, Cavabdeh barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, X10 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, X6 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, hökmün icrasına nəzarət X6 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməsi, X6 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, X10 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, mülki iddiaçı X14 mülki Cavabdeh qarşı mülki iddiasının qismən təmin edilməsi, Cavabdeh 40.000 manat maddi zərər tutularaq X17 ödənilməsi, mülki iddianın qalan hissədə təmin edilməməsi, mülki iddianın verilməsinə görə ödənilmiş dövlət rüsumunun 210 manat hissəsinin təqsirləndirilən şəxs Cavabdeh tutularaq mülki iddiaçı X14 xeyrinə ödənilməsi, mülki iddiaçı X2 mülki cavabdehlər Cavabdeh və X7 qarşı mülki iddiasının tam təmin edilməsi, mülki cavabdehlər Cavabdeh 20.000 manat və X4 10.000 manat maddi zərər tutularaq X3 ödənilməsi hökm edilmişdir. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1498/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, zərərçəkmiş şəxs (mülki iddiaçı) X14 nümayəndəsi (vəkil) X20, məhkum edilmiş şəxs (mülki cavabdeh) X6 müdafiəçisi X15, məhkum edilmiş şəxs (mülki cavabdeh) Cavabdeh, zərərçəkmiş şəxs X21, zərərçəkmiş şəxs X18 tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, Cavabdeh və X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1,178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum edilmələrinə dair Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(004)-42/2025 nömrəli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, Cavabdeh etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı X10 və X11 ilə razılığa gəlib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək İddiaçı ona qarşı yaranmış etibarından suiistifadə edərək sonuncunun arvadı X8 Tovuz şəhərində yerləşən Adil Qasımov adına tam orta məktəbinə direktor vəzifəsinə təyin etdirəcəyi adı ilə yalan vəd verib aldadaraq 2022-ci ilin sentyabr ayının sonunda Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə ünvanda yerləşən Azərbaycan Nəşiriyyatı inzibati binasının 6-cı mərtəbəsində yerləşən 12 nömrəli otaqda İddiaçı 17.000 manat, 2023-cü ilin yanvar ayının əvvəlində Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə ünvanda yerləşən Azərbaycan Nəşriyyatı inzibati binasının 6-cı mərtəbəsində yerləşən 12 nömrəli otaqda İddiaçı 22.000 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə alaraq ələ keçirib verdiyi vədə əməl etməyib zərərçəkmiş şəxs İddiaçı ümumilikdə 39.000 manat olmaqla xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin qanuni qüvvəsini almış 1(004)-42/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.1,178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, X10 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, X6 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuş, hökmün icrasına nəzarət X6 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki,iddiaçının Cavabdeh vermiş olduğu ümumilikdə 39.000 manat puldan Cavabdeh ona 11.500 manat, S.İbrahimova isə 20.000 manat qaytarmaqla, iddiaçıya ümumilikdə 31.500 manat qaytarılmış, 7.500 manat isə ona qaytarılmamışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, Cavabdeh tərəfindən törədilmiş dələduzluq əməli nəticəsində maddi zərərə görə 7.500 manat, mənəvi zərərə görə 2.000 manat və 115 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hüquqi dövlət üçün insan hüquq və azadlıqlarının layiqincə təmin edilməsi əsas göstərici amildir. Konstitusiyanın 12-ci maddəsi ilə insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədi elan edilərək, hər kəsin həyat və sağlamlığının, şərəf və ləyaqətinin müdafiəsinə təminat verilir. Konstitusiyanın 24-cü maddəsinə əsasən, insan ləyaqəti qorunur və ona hörmət edilir. Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Konstitusiyanın 26-cı maddəsinə görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 68-ci maddəsinin İİ hissəsi cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqlarının qanunla qorunmasını bəyan edir və zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququnu müəyyən edir. Həmin maddənin İV hissəsində qeyd edilir ki, dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər (maddə 1097.3). Qeyd olunan Məcəllənin 1099-cu maddəsinin 1-ci bəndinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Göstərilən Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən də göründüyü kimi yalnız zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş ziyanı tələb edə bilər. Ziyanın isə tələb edilməsi üçün ilk növbədə zərərvuran qismində göstərilən şəxsin hərəkətlərində zərərçəkmiş şəxsə qarşı yönəlimiş hüquqi zidd hərəkətləri sübut olunmalı və vurulmuş ziyanın məhz həmin hərəkətlər nəticəsində əmələ gəlməsi təsdiq olunmalıdır. Məhkəmə qeyd edir ki, delikt törətmiş şəxsin mülki hüquqi məsuliyyətinin yaranması üçün bir sıra əsasların mövcudluğu tələb olunur. Ümumiyyətlə, zərərin əvəzinin ödənilməsi üçün, bir qayda olaraq, mülki hüquq pozuntusunun (deliktin) mövcud olması tələb olunur. Beləliklə, mülki hüquq pozuntusunun tərkibini mülki-hüquqi məsuliyyətin aşağıdakı ümumi şərtləri təşkil edir:
1. Törədilmiş əməlin (hərəkətin və ya hərəkətsizliyin) hüquqazidd olması; hüquqazidd əməl dedikdə şəxsin qanunla birbaşa qadağan edilmiş və ya qanunun imperativ normalarını pozan hərəkət və ya hərəkətsizliyi anlaşılır.
2. Törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə birbaşa ziyan və ya zərər yetirilməsi. Bu halda şəxsin maddi və ya mənəvi itkilərə məruz qalması anlaşılır. Maddi zərər əmlak itkilərinə səbəb olur.
3. Zərərvuranın hüquqazidd hərəkəti ilə baş vermiş zərərli nəticələr arasında səbəbli əlaqənin olması. Belə ki baş vermiş zərərli nəticə məhz məsuliyyətə cəlb edilməli şəxsin hərəkəti nəticəsində baş verdikdə onun məsuliyyəti yarana bilər. Səbəbli əlaqə zərərli nəticənin konkret əməldən yaranmasını ehtiva edir.
4. Hüququpozan şəxsin təqsirinin olması. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən ziyanın vurulması və mülki hüquq pozuntusunun yaranması üçün dörd şərtin olması vacibdir. Beləliklə yalnız yuxarıda göstərilən dörd şərtin hamısını özündə ehtiva edən mülki qanunvericiliyin normalarını pozmuş əməl (hərəkət və ya hərəkətsizlik) mülki hüquqi məsuliyyətin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayılır. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini əsas tutaraq qeyd edir ki, Cavabdeh tərəfindən törədilmiş dələduzluq əməli nəticəsində iddiaçıya 39.000 manat məbləğində ziyan dəyməsi təsdiq olunduğundan, həmin puldan ümumilikdə 31.500 manatını iddiaçıya qaytarılması, lakin 7.500 manatı qaytarılmamış olduğundan, cavabdeh həmin ziyanla bağlı mülki məsuliyyət daşıyır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi 7500 manat pulun tutulması hissəsində əsaslı hesab edilməli və təmin edilməlidir. Məhkəmə iddia tələbinin vurulmuş 2.000 manat məbləğində mənəvi ziyanın tutulması hissəsi üzrə qeyd edir ki, bu hissədə tələb əsassızdır və rədd edilməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7№-li qərarınına əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri – əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində 2.000 manat mənəvi ziyan çəkməsini göstərsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin hissədə tələb əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin olunduğu üçün, məhkəmə xərcləri – ödənilmiş dövlət rüsumu təmin olunmuş tələbə mütənasib olaraq 95 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə dəymiş maddi ziyana görə 7.500 manat, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 95 manat, cəmi 7.595 (yeddi min beş yüz doxsan beş) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır.
Hakim: Şahin Abdullayev