Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1715/2021 23.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, İddiaçı nümayəndə və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər X12 Limited Şirkəti və X2rşı tələbin əvəzləşdirilməsi ilə xitam verilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X12 Limited Şirkəti və X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X13 Limited Şirkətinin X5rşı Səbail Rayon Məhkəməsinin 2(009)-676/2019 saylı 12 fevral 2019-cu il tarixli qətnaməsindən irəli gələn 300.000 (üç yüz min) manat tələbi ilə X10 və Abdulla X6 borclu X2rşı Yasamal Rayon Məhkəməsinin 2(004)-4753/2019 saylı 16 sentyabr 2019-cu il tarixli qətnaməsindən irəli gələn tələbinin 300.000 (üç yüz min) manat hissəsinin əvəzləşdirilməsi və həmin tələblərə onların əvəzləşdirilməsi yolu ilə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-676/20l9 saylı 12 fevral 20l9-cu il tarixli qətnaməsinə əsasən X7 X13 Limited Şirkətinin xeyrinə 300.000 (üç yüz min) manat məbləğində pul tutulması qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4753/20l9 saylı 16 sentyabr 20l9-cu il tarixli qətnaməsinə əsasən X16 X1 və Abdulla X6 xeyrinə ümumilikdə 337856 (üç yüz otuz yeddi min səkkiz yüz əlli altı) manat məbləğində pul tutulması qət edilmişdir. Qeyd olunan hər iki qətnamə qanuni qüvvəsini almış və icra mərhələsindədir. Bildirir ki, Səbail rayon məhkəməsinin 2(009)-676/20l9 saylı 12 fevral 2019-cu il tarixli qətnaməsi üzrə tələbkar X13 Limited Şirkəti digər məhkəmənin Yasamal Rayon Məhkəməsinin 2(004)-4753/20l9 saylı 16 sentyabr 20l9-cu il tarixli qətnaməsinə əsasən borclu X16 Assambleyasının şirkətidir və X13 Limited Şirkətinin direktoru və təsisçilərindən biri olan Dr.Saleh ibn X22 eyni zamanda X16 Assambleyasının sahibi və Baş katibidir. Yasamal Rayon Məhkəməsinin qətnaməsi üzrə tələbkar X15 onun anası, Abdulla X11 isə həyat yoldaşıdır. Anası təşkilatın mühasibi, həyat yoldaşı isə 22 ildən artıq müddətdə təşkilatın azərbaycan nümayəndəliyinin rəhbəri vəzifəsində işləmişlər. Hər iki şirkət onların yaşdıqları yaşayış yeri üzrə qeydiyyatda olmuşdur. Hər iki cavabdeh təşkilat faktiki olaraq bir şəxsə Dr.Saleh ibn X21 məxsusdur və faktiki olaraq bir təşkilat kimi idarə olunmuşdur. Bundan başqa bildirir ki, təşkilatın hüquq idarəsinin göndərdiyi məktubda da tələblərin əvəzləşdirilməsi qeyd olunmuşdur. Bu faktları təsdiq edən sübutları iddia ərizəsinə əlavə edir. Odur ki, X13 Limited Şirkətinin X5rşı qətnamədən irəli gələn tələbi ilə X10 və Abdulla X6 borclu X2rşı qətnamədən irəli gələn tələbinin 300.000 (üç yüz min) manat hissəsi əvəzləşdirilməli və həmin tələblərə onların əvəzləşdirilməsi yolu ilə xitam verilməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndə və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işə baxıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək, hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməməlidir. İşdə olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 12 fevral 2019-cu il tarixli, 2(009)- 676/2019 saylı qətnaməsindən görünür ki, iddiaçı X8 cavabdeh X13 Limited Şirkətinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia təmin edilərək, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 432,3 kv.m, yaşayış sahəsi 227,6 kv.m, yardımçı sahəsi 204,7 kv.m olan 11 otaqlı fərdi yaşayış evinə dair iddiaçı X14 ilə cavabdeh X13 Limited Şirkəti arasında 01.12.2016-cı il tarixdə Bakı şəhəri 53 saylı notariat kontorunda bağlanmış və 4Ə- 1093 reyestrdə təsdiq edilmiş alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, X13 Limited Şirkətinin ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 432,3 kv.m, yaşayış sahəsi 227,6 kv.m, yardımçı sahəsi 204,7 kv.m olan 11 otaqlı fərdi yaşayış evi üzərində paylı mülkiyyət hüquqlarına xitam verilməsi, daşınmaz əmlakın dövlət reyestrində cavabdehin adına aparılmış 10.01.2017-ci il tarixli qeydiyyyatın ləğv edilməsi və X9 fərdi yaşayış evi üzərində mülkiyyət hüququna dair qeydiyyatının bərpa edilməsi, X7 X13 Limited Şirkətinin xeyrinə 01.12.2016-cı il tarixdə Bakı şəhəri 53 saylı notariat kontorunda bağlanmış və 4Ə-1093 reyestrdə təsdiq edilmiş alqı-satqı müqaviləsi üzrə ödənilmiş 300.000 (üç yüz min) manat məbləğində pulun tutulması qət edilmişdir. İşdə olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 sentyabr 2019-cu il tarixli, 2(004)-4753/2019 saylı qətnaməsindən görünür ki, iddiaçılar Abdulla X6 və X10 cavabdeh X2rşı əmək haqqının və ödənişin gecikdirilməsinə görə kompensasiyanın tutulması tələbinə dair iddiası təmin edilərək, cavabdeh X16 Assambleyasından 197947,55 manat əmək haqqı borcu, 71261,118 manat 1 faiz ödənc borcu, 68648,22 manat faiz olmaqla, cəmi 337856,88 (üç yüz otuz yeddi min səkkiz yüz əlli altı manat səksən səkkiz qəpik) manat məbləğində pulun iddiaçı Abdulla X6 xeyrinə, 26291,4 manat əmək haqqı borcu, 4206,62 manat 1 faiz ödənc borcu, 35756,30 manat faiz olmaqla, cəmi 66254,32 (altmış altı min iki yüz əlli dörd manat otuz iki qəpik) manat məbləğində pulun iddiaçı X10 xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 540.1-ci maddəsinə əsasən əgər iki şəxs arasında mövcud olan qarşılıqlı tələblərin icra müddəti çatmışsa, həmin tələblərə onların əvəzləşdirilməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 542-ci maddəsinə əsasən əgər tələbin əvəzləşdirilməsinin hələ mümkün olduğu vaxtadək tələb üzrə müddət keçməyibsə, tələbin müddəti öhdəliklərin əvəzləşdirilməsini istisna etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 543-cü maddəsinə əsasən əgər əvəzləşdirilən tələblər bir-birini tam ödəmirsə, yalnız digər tələbin həcmindən az olan həcm əvəzləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 544-cü maddəsinə əsasən öhdəliklərin icrası üçün müxtəlif yerlər nəzərdə tutulduqda da onların əvəzləşdirilməsinə yol verilir. Qanunun yuxarıda qeyd olunan tələblərindən də göründüyü kimi qarşılıqlı tələb hüququna malik olan iki şəxs arasında həmin tələblərin əvəzləşdirilməsi ilə xitam verilməsi imkanı nəzərdə tutulmuşdur. Belə qarşılıqlı tələblərin əvəzləşdirilməsinə həmin tələblərin icra müddəti çatdıqda yol verilir. Məhz bu şəraitdə tələblərin əvəzləşdirilməsi yolu ilə tərəflər tələbləri icra etmək vəzifəsindən azad edilirlər və bu tələblərin əsasında duran öhdəliklərə xitam verilir. Məhkəmə iclasında sübutların tədqiqi ilə kifayət qədər müəyyən olundu ki, müxtəlif məhkəmələrdə müxtəlif tərəflər arasında olan iddia tələblərinə baxılaraq qətnamələr qəbul edilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, qanunun yuxarıda göstərilən tələblərinə zidd olaraq İddiaçı müxtəlif şəxslər arasında olan tələblərin əvəzləşdirilməsi barədə tələb irəli sürdüyündən həmin tələb əsassızdır və təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia və qarşılıqlı iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər X12 Limited Şirkəti və X2rşı tələbin əvəzləşdirilməsi ilə xitam verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-1715/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1715/2021
23.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver