Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-174/2024 31.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh barəsində olan və baxılmamış saxlanılan, məhkəmənin icraatında olan işi müvafiq istintaq orqanına qaytararaq 7350 manat məbləğində pulun, maddi zərərə görə 8000 manat, cəmi 15650 manat pulun və vurulmuş mənəvi zərərin əvəzi olaraq 1000 manatın cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: Bakı şəhəri, R.Behbudov küçəsi, 8 saylı evin 54 saylı mənzilində təmir işləri aparılması ilə bağlı Cavabdeh ilə tanış olmuş və onunla koridorda yerləşən mətbəx və sanqovşağın mənzilin içəri keçirilməsi və koridorda müəyyən məsafədə və dərinlikdə kanalizasiya xətti çəkilməsi barədə razılığa gəlmişlər və cavabdeh yüksək keyfiyyətlə işləri görüb təhvil verəcəyinə vəd vermişdir. 4 saylı MKİS ilə də bu razılaşdırılmış və qonşunun da razılığı alınmaq şərti ilə icazə verilmişdir. O cümlədən qonşu ilə də bu məsələ razılaşdırılmış, kanalizasiya xəttinin çəkilməsi üçün yerinin dərin qazılması olduğu bildirilmiş, lakin alt hissədə qeyri-yaşayış sahəsi yerləşdiyindən xəttin yerinin dərin yaranacağı diqqətə çatdırılmışdır. Lakin, cavabdeh bildirmişdir ki, hər şeyi özü həll edəcək, heç bir problemsiz qısa müddət ərzində kanalizasiya xəttini təhvil verəcək. Kanalizasiya xəttinin maili olması üçün digər qonşuya məxsus qapı sökülməli, yuxarı qaldırılmalı idi. Buna görə qonşu ilə razılaşma əldə edilmədi. Cavabdeh işə başladığı gündən işləri keyfiyyətsiz yerinə yetirməyə başladı, iş aylarla uzandı, işləri plansız yerinə yetirdiyi üçün müxtəlif problemlər yaranırdı, bəzi işləri düzgün yerinə yetirmədiyinə görə təkrar işləyirdi və bu da onun əlavə xərcləri ödəməyinə və qonşuda narazılığa da səbəb olurdu. Həmçinin, kanalizasiya xəttinin birləşdirilməsi və qonşu ilə razılaşdırılması üçün ondan 600 manat məbləğində pul istəmişdir, o, 300 manat vermiş və qalan hissəsini də verəcəyini bildirmiş, lakin cavabdeh bu məbləği aldıqdan sonra vədini yerinə yetirməmişdir. Qeyd edir ki, mənzilin daxilində aparılan təmir işləri ilə bağlı ondan 4450 manat məbləğində pul almış, lakin həmin işləri də tamamilə keyfiyyətsiz və yarıtmaz yerinə yetirmiş və bütün bu işlər yenidən yerinə yetirilməlidir. Cavabdeh ondan ümumilikdə 7350 manat pul almışdır. Keyfiyyətsiz iş yerinə yetirilməsi və yarımçıq saxlanılması səbəbindən o, cavabdehdən verdiyim pulları, həmçinin ona vurulmuş maddi ziyanı ödəməsini tələb etmiş, lakin cavabdeh müxtəlif bəhanələrlə ödəməkdən yayınmışdır. Onun təqsiri ucbatından o, maddi ziyana da məruz qalmış, bundan əlavə ona mənəvi zərər də vurmuş, ona görə psixi sarsıntı da keçirmişdir. Yuxarıda qeyd etdiklərinə əsasən hesab edir ki, hal hazırkı iş cinayət işidir, AR CM-in 178.3.2-ci maddəsinin tərkibi var. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh görüləcək işlər üçün ödədiyi 7300 manat, maddi zərərə görə 8000 manat, mənəvi zərərə görə 1000 manat pulun tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı oğlu iddia tələbini müdafiə edərək bildirmişdir ki, həm cavabdehlə, həm qonşularla, həm də MKİS-nin razılığı ilə təmir işləri başlanılmışdır. Nə pul istədi cavabdeh, ona vermişdir. Mənzilinin altında restorandır, qonşusu Kəmalə xanım bildirmişdir ki, təmir edirsizsə, kanalizasiya xəttinə zərər dəyməsin. Qonşusuyla razılaşmışdır ki, koridoru qonşuya versin və əvəzində kladovkanı ona versin. Cavabdeh 2, 3, 4 dəfə döşəməni düzgün vurmadığına görə pul alıb ondan. Təmiri elə səhv edib ki, yağışdan su tökülsə mətbəxdən axıb qonşunun yaşayış sahəsinə gedəcək. Onun qonşusu Kəmalə xanımla münasibəti yaxşıdır, sadəcə kanalizasiya xəttinin rəsmi icazə ilə işlədilməsinə etiraz etmir. Həmçinin bildirmişdir ki, Su İdarəsinin əməkdaşları gəlib çəkilmiş su xəttlərinə baxmışlar suyun axımının rahat olacağını bildirmişlər. Sadəcə olaraq qonşu icazə vermir ki, qapının alt hissəsi bir daş yuxarı qaldırılsın, 100-lük turba orada quraşdırılsın və suyun normal axımı təmin edilsin. Qonşusu Kəmalə xanımın baldızı icazə vermir ki, bu məsələni həll etsin. Amma ümumilikdə qonşu tərəfdən fərqli məlumat verilir, nə istədiklərini müəyyən etmək olmur. Təmir düzgün edilmədiyindən 2021-ci ilin may ayında təmirsiz vəziyyətdə qalıb. Sanitar qovşaqdan istifadə etmir, çünki ondan öncəki mülkiyyətçi evi yaşayışsız saxlayıb. Təmir işləri ilə bağlı iki yol var: ya qonşu icazə verəcək, və ya Mədəniyyət Nazirliyi tərəfindən icazə veriləcək. Hal-hazırda qonşusu icazəni vermir. Digər usta ilə də işlərin göülməsinə razılaşmış, amma qonşu icazə vermədiyindən digər usta işləri görməkdən imtina etmişdir. İşini bitirməmiş digər yerdə iş götürüb getmişdir. Bir həftə içində 3700, sonra 4450 manat koridorla birlikdə ondan pul alıb. Onun 7190 manat pulunu qaytarmasını istəyir. Qaytarmırsa iddia ərizəsində göstərilən 16000 manatın tutulmasını xahiş edir. Tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı ilə işləri danışmış, evin içindən başlamışlar. MKİS ilə razılıq əldə edildi. İddiaçının mənzili qonşunun mənzilindən bir az hündürdür. Təklif etmişdir ki, ikinci mərtəbəni tiksinlər və digər məsələləri həll etsinlər. İşlər başladı, bundan sonra isə iddiaçı bildirdi ki, kanalizasiya xəttini ilk olaraq həll etsinlər. İşləri başlamışlar, su idarəsindən suyun axımının təmin edilməsi düzgün olduğunu qeyd etmişlər. İddiaçının qonşusu Kəmalə xanımın qaynı xəstədir, onun rahat hərəkət etməsi üçün döşəməni qaldırmaq olmaz. Kəmalə xanım bildirmişdir ki, iddiaçı onun zənginə cavab vermədi, sonra telefonunu bağladı. Bu səbəbdən qonşu iddiaçıya qəzəbləndi. İşin qiymətində müddət bitdiyinə görə fərq var. Beton, sement, kafel, usta, qapının sökülüb yenidən quraşdırılması az pul deyil. İddiaçı ilə məsələləri həll etməklə bağlı danışıqlar aparanda iddiaçı danışığı bitirib qonşusu Kəmalə xanım haqqında polisə şikayət etdi. O, qonşusu ilə arasındakı məsələnin bu yolla həll edilməməsini təklif etmişdir. O, işi bitirməyə hazırdır, hətta təmənnasız bəzi işləri də görməyə hazırdır. Kəmalə xanımın oğlu ona səs yazısı ilə də bildirmişdir ki, onluq problem yoxdur, problem iddiaçıdadır. Ona material qarışıq usta pulu, tok sistemi 5500-6500 manat arası pul vermişdir. Elektrik 550 manat, 200 manat beton daşıma, sanuzel 200-250 manat, sement, taxtalar 1000-1500 manat, şurup 20-30 manat olub, dəmir divar hörgü 150 manat, taxta 2 kubdan çox olub (qiyməti 500 olub, indi 700 manatdır). Qapı ekspert rəyində səhv yazılıb 400 manat, amma ondan ucuzdur. Ekspert düzgün araşdırmayıb, aldığı material da mənzildə pəncərənin qarşısına yığılıb saxlanılır. Əgər qonşular icazə versə ki, işi yekunlaşdırsın o, işləri bitirər. Onun pulunu vermək şərti ilə qonşunun icazəsini almaqla işləri bitirməyə hazırdır. İşlərin yarımçıq qalmasına səbəb iddiaçının qonşusu ilə arasında yaranan mübahisə olmuşdur. İddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşə əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Cavabdeh Yasamal RPİ-nin 29-cu PŞ-də verdiyi 04 fevral 2022-ci il tarixli izahatdan görünür ki, o, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən mənzili təxminən 1 il bundan əvvvəl təmir etmək məqsədi ilə işə başlamışdır. Həmin şəxsə məxsus mənzildə aldığı pulun müqabilində evdə söküntü işi, hamam üçün yer tikilib, 1 otaqda 2 mərtəbə taxta işləri görülüb, elektrik üçün razetkalar toklar alınıb, ondan bir neçə gün sonra işi saxlayıb koridora kanalizasiya işləri gördürüb və metlax vurdurub, 35 x 55 kv arası beton tökülüb və sonra həmin şəxs işin üstünə gəlmədiyindən və qonşularla müəyyən kommunal çəkilişlər zamanı razılığa gəlmədiyindən onlar işi saxlamış və qonşularla kompromisə getmədiyindən iş yarımçıq qalmışdır. Onu da əlavə edir ki, həmin şəxs işlərinin müqabilində mənzilinə alınan avadanlıq və onların zəhmət haqqı ilə birlikdə 5000 və ya 5500 ola bilər. Ərizədə qeyd edilən mənzilin keyfiyyətsiz təmiri barədə xüsusatlar düzgün deyil. Bununla bağlı həmin mənzilə mütəxəssis gətizdirə bilər. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 07 avqust 2024-cü il tarixli, 3-16-16/2-10/1227 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhər, R.Behbudov küçəsi, 8 saylı evin 54 saylı mənzilin daxilində yığılmış taxta karkas konstruksiyasının, inşa edilmiş sanuzel qovşağının, ümumi dəhlizin döşəməsində görülmüş yenidənqurma və tikinti-təmir işlərinin təqribi dəyəri bazar qiymətlərinə uyğun olaraq 3566.0 manat məbləğində dəyəri müəyyən olunur. Bakı şəhəri, Səbail rayonu, R.Behbudov küçəsi, 8 saylı evin 54 saylı yerləşən mənzil faktiki olaraq təmiri başa çatmamış vəziyyətdə olduğunu nəzər alaraq, mənzilində aparılmış təmir işlərinin qüsurlarla aparılıb-aparılmamasını dəqiqliklə müəyyən etmək mümkün olmadı. Lakin baxış keçirilən zamanı tərəflərin birgə sözlərinə əsasən ümumi dəhlizdən mənzildə yaradılan sanitar qovşağına çəklən kanalizasiya xətti istifadəyə yararsız vəziyyətdə və həmin xətlərin düzgün çəkilmədiyi (mərtəbə arası hündürlük su axımına imkan yaratmadığından) bildirmişdirlər. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri, R.Behbudov küçəsi, 8 saylı evin 54 saylı mənzilində təmir-tikinti işlərinin aparılması üçün razılıq əldə edilmişdir. Lakin, təmir işləri başa çatdırılmamışdır. Hazırda iddiaçı təmir işlərinin keyfiyyətsiz aparılmaqla yarımçıq qalmasına istinad edərək təmir işlərinə görə cavabdehə ödənilən 7300 manatın, maddi zərərə görə 8000 manatın, mənəvi zərərə görə 1000 manat pulun cavabdehdən tutularaq ona ödənilməsini tələb edir. Məhkəmə iclasında iştirak edən cavabdeh təmir işləri ilə bağlı iddiaçı tərəfindən ona təxminən 5500-6500 manat ödənildiyini bildirmişdir. İddiaçı tərəf cavabdehə 7300 manat ödəniş etməsinə dair sübut məhkəməyə təqdim etməmiş, cavabdeh isə (yuxarı həddi) 6500 manat göstərməklə həmin məbləğdə ödəniş edildiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının mənzilində faktiki görülmüş tikinti-təmir işlərinin həcmi və məbləğinin müəyyən edilməsini müəyyən etmək üçün məhkəmənin qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Təqdim edilmiş və tədqiq olunmuş ekspertiza rəyindən aydın olur ki, Bakı şəhər, R.Behbudov küçəsi, 8 saylı evin 54 saylı mənzilin daxilində yığılmış taxta karkas konstruksiyasının, inşa edilmiş sanuzel qovşağının, ümumi dəhlizin döşəməsində görülmüş yenidənqurma və tikinti-təmir işlərinin təqribi dəyəri bazar qiymətlərinə uyğun olaraq 3566.0 manat məbləğində dəyəri müəyyən olunur. Bakı şəhəri, Səbail rayonu, R.Behbudov küçəsi, 8 saylı evin 54 saylı yerləşən mənzil faktiki olaraq təmiri başa çatmamış vəziyyətdə olduğunu nəzər alaraq, mənzilində aparılmış təmir işlərinin qüsurlarla aparılıb-aparılmamasını dəqiqliklə müəyyən etmək mümkün olmadı. Lakin baxış keçirilən zamanı tərəflərin birgə sözlərinə əsasən ümumi dəhlizdən mənzildə yaradılan sanitar qovşağına çəklən kanalizasiya xətti istifadəyə yararsız vəziyyətdə və həmin xətlərin düzgün çəkilmədiyi (mərtəbə arası hündürlük su axımına imkan yaratmadığından) bildirmişdirlər. Azərbaycan Republikası MPM-nin 101.7 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; - 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. - 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; - 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. - 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun; - 762.3-cü maddəsinə əsasən podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Məhkəmə, ekspertin həmin rəyini mötəbər sübut kimi qiymətləndirib qeyd edir ki, təmir-tikinti işləri dayandırılması birbaşa cavabdehin hərəkətləri ilə bağlı olmasa da, görülməsinə dair razılıq əldə edilmiş işlər tam icra edilməmişdir və hazırda görülmüş faktiki işlərin dəyəri 3566 manatdır. Cavabdeh isə ona 6500 manat ödənildiyini göstərmişdir. Məhkəmə, hesab edir ki, belə qənaətə gəlir ki, iddiaçının mənzilinin faktiki aparılmış tikintitəmir işlərinin ümumi dəyəri məhz 3566 manat təşkil etdiyindən və bu işlərin yenidən görülməsinə zərurət olmadığından tikinti-təmir işlərinin davam etdirilə bilməsi nəzərə alınaraq iddiaçıya görülmüş işlərin dəyərindən artıq ödənilmiş pul məbləği müəyyən edilərkən, icra edilmiş tikinti işlərinin dəyərini təşkil edən 3566 manat, ödənilmiş 6500 manat məbləğində puldan çıxılmalı, qalan 2934 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, iddia tələbinin 8000 manat maddi zərər hissəsi ilə bağlı bildirir ki, iddiaçı bu iddiasını Cavabdeh tərəfindən keyfiyyətsiz işlər görülməsi ilə əlaqələndirsə də, məhkəmə araşdırması zamanı qeyd edilən hallar tam olaraq qeyd edildiyi kimi öz təsdiqini tapmamış və iddiaçı cavabdeh tərəfindən ona 8000 manat həcmində maddi zərər dəyməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçı özü izahatında təmir işlərinin qonşusu ilə yaranan mübahisə nəticəsində qonşunun icazə vermədiyi üçün dayandırıldığını və müvafiq dövlət qurumunun icazəsi alındığı halda təmirə davam edə biləcəyini bildirmişdir. Başqa sözlə, təmir işlərinin dayandırılması və yarımçıq qalması cavabdehin hərəkətləri nəticəsində baş verməmişdir. Odur ki, iddia bu hissədə əsassızdır və təmin edilə bilməz. Məhkəmə, iddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsi ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 2-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Bununla yanaşı, məhkəmə qeyd edir ki, mənəvi zərər bir tərəfdən hüquqa zidd əməl nəticəsində şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalmadırsa, digər tərəfdən onun meydana gəlməsi üçün şəxsin bu azalmanı hiss etməsi, psixoloji sarsıntı və iztirab keçirməsidir. Mənəvi zərər anlayışına şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalma kimi yanaşma ona dəlalət edir ki, bəzi hallarda baş vermiş faktın özü mənəvi zərərin vurulmasının dəlili kimi qəbul edilir və bu faktın başqa dəlillərlə sübuta ehtiyacı olmur. Məhkəmə, cavabdeh tərəfindən iddiaçıya maddi zərər vurulması halının təsdiq edilmədiyini, eləcə də cavabdehin hərəkətləri nəticəsində iddiaçıya mənəvi zərər dəyməsinin sübuta yetirilmədiyini nəzərə alaraq, iddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsinin də əsassız olması qənaətinə gəlir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2934 (iki min doqquz yüz otuz dörd) manat pul və dövlət rüsumunun 49.34 (qırx doqquz manat otuz dörd qəpik) manat hissəsi tutularaq İddiaçı xeyrinə ödəniməli, iddia qalan hissədə rədd edilməli, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manatın 50 (əlli) manatı Cavabdeh, 50 (əlli) manatı İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 14.2, 77.1, 88, 217.4 və 218.1-ci -cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2934 (iki min doqquz yüz otuz dörd) manat pul və dövlət rüsumunun 49.34 (qırx doqquz manat otuz dörd qəpik) manat hissəsi tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manatın 50 (əlli) manatı Cavabdeh, 50 (əlli) manatı İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X1, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-174/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-174/2024
31.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver