Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1757/2020 05.11.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, İddiaçının nümayəndəsi və vəkili X2, Cavabdeh3 MMC-nin nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf idarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Bakı şəhər İcra Hakimiyyətinə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf idarəsinə və "Cavabdeh3" MMC-yə qarşı (üçüncü şəxslər qismində Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi cəlb edilən) "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhər İcra Hakimiyyətinə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf idarəsinə və "Cavabdeh3" MMC-yə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi qeyd edilən) "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Ə.Yaqubov küçəsi 35 ünvanında yerləşən 925,0 kv.m-lik qeyri-yaşayış sahəsinin sökülməsi ilə əlaqədar obyektin bazar qiyməti olaraq ******* manat (iki milyon üç yüz on iki min beş yüz) məbləğin, 878750 manat (səkkiz yüz yetmiş səkkiz min yeddi yüz əlli) əldən çıxmış faydanın, 40000 manat (qırx min) mənəvi zərərin, cəmi ******* manat (üç milyin iki yüz otuz bir min iki yüz əlli) məbləğin və ödənilmiş 30 manat (otuz) dövlət rüsumunun müştərək qaydada cavabdehlər Bakı şəhər İcra hakimiyyətindən, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsindən və Cavabdeh3ndən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Ə.Yaqubov küçəsi 35 ünvanında yerləşən 925,0 kv.m-lik qeyri-yaşayış sahəsi mülkiyyət hüququ ilə ona məxsusdur. Bu barədə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən xx.xx.2004-cü il tarixli, 003962 saylı "Mülkiyyət hüququ haqqında şəhadətnamə" verilmişdir. Bu barədə 6 saylı reyestr kitabının 41-ci səhifəsində müvafiq qeydiyyat aparılmışdır. 2014-cü ildə Rusiyada olarkən ona həmin obyektin sökülməsi barədə xəbər vermişlər. Necə ola bilər ki, hüquqi dövlətdə mülkiyyətçiyə xəbər vermədən, onunla razılıq əldə etmədən, kompensasiya ödəmədən əmlakı sökürlər. Sonradan onlar tərəfindən aparılan araşdırma zamanı və Bakı şəhər İcra Hakimiyyətinin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə ünvanladığı 6-200 saylı, xx.xx.2016-cı il tarixli məktubundan məlum olmuşdur ki, X6 keçirilməsi ilə əlaqədar "X11" kompleksinin tikintisi ilə bağlı Bakı şəhəri, Səbail rayonu, Ə.Yaqubov küçəsi 35 ünvanında yerləşən 925,0 kv.m-lik qeyri-yaşayış sahəsi sökülmüş və onun yerində park salınmışdır. Həmin məktubdan aydın olur ki, tikinti işlərinin xxxxsi Cavabdeh2 və podratçı isə həmin Şirkətin demək olar ki, keçirdiyi bütün tenderlərin qalibi Cavabdeh3dir. Həmin vaxtdan başlayaraq kompensasiyanın ödənilməsi üçün müxtəlif aidiyyatı qurumlara müraciət etsələr də, hələ heç bir nəticə hasil olmamışdır. Bu isə onun konstitusion hüquqlarının kobud surətdə, qəsdən pozulması deməkdir. Ekspertlərin rəyinə görə mübahisli ərazidə qeyri-yaşayış sahəsinin 1 kv.m-nin dəyəri ən azı 2500 (iki min beş yüz) manatdır. Beləliklə, mülkiyyətində və istifadəsində olmuş əmlakın ən aşağı bazar qiyməti ümumilikdə 925 kv.m x 2500 manat = ******* (iki milyon üç yüz on iki min beş yüz) manat təşkil edir. Həmin ******* manat məbləğ 2014-cü ildə ona ödənilsəydi, göstərilən məbləğ 2015-ci ildə manatın iki dəfədən çox qiymətdən düşməsini nəzərə almasaq belə, bu müddət ərzində mülki dövriyyədə ona xüsusilə külli miqdarda gəlir gətirərdi. 2015-ci ildə Mərkəzi Bankın təyin etdiyi ən aşağı uçot dərəcəsi 3 %, 2016-cı ildə ən aşağı uçot dərəcəsi 7%, 2017-ci ildə ən aşağı uçot dərəcəsi 10 %, 2018-ci ildə ən aşağı uçot ərəcəsi 10 %, 2019-cu ildə ən aşağı uçot dərəcəsi 8% olmuşdur. Təkcə 5 (beş) il ərzində rəqəm ən azı 38% -ə bərabərdir. ******* manat /38% = 878750 (səkkiz yüz yetmiş səkkiz min yeddi yüz əlli) manat olmuşdur. Beləliklə, cavabdehlər qeyri-yaşayış sahəsinin dəyərindən əlavə 878750 (səkkiz yüz yetmiş səkkiz min yeddi yüz əlli) manat faiz ödəməlidirlər. Ona və ailəsinə vurulmuş mənəvi ziyanın nəticələri hər hansı bir maddiyatla bərpa edilməsə də, o, dəymiş mənəvi ziyanı 40000 manat (qırx min) məbləğində dəyərləndirir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə, həmçinin iddiaçının nümayəndəsi və vəkili X7 iddia tələbini müdafiə edərək tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh3 MMC-nin nümayəndəsi və vəkili Vəkil iddia tələbinə etiraz təqdim edərək göstərmişdir ki, İddiaçı tərəfindən mövcud qanunvericiliyin tələbi nəzərə alınmadan mülkiyyətində olmuş və sonradan hansısa bəlli olmayan fiziki və yaxud da hüquqi şəxs tərəfindən guya ki, sökülmüş Bakı şəhəri, Səbail rayonu, Ə.Yaqubov küçəsi 35 ünvandakı qeyri-yaşayış sahəsinə görə ümumilikdə 2.312.500 manat məbləğdə maddi zərərin, 878.750 manat əldən çıxmış faydanın, 40.000 manat mənəvi zərərin, cəmi 3.231.250 manat məbləğin və ödənilmiş 30 manat dövlət rüsumunun müştərək qaydada həm də Cavabdeh3 MMC-dən tutularaq ona ödənilməsi barədə iddiası bu məsələyə ümumiyyətlə aidiyyəti olmayan nədənsə Cavabdeh3 MMC şirkətini də cavabdeh olaraq görməsi, pulun ödənilməsini həmin şirkətdən də tələb etməsi əvvəlcədən düşünülmüş haldır, həqiqəti əks etdirmir, hesabatlarda göstərilən qiymətlər də həddən artıq şişirdilmişdir və yalnız əlavə qazanc əldə etmək məqsədi daşıyır, qərəzlidir, qanunsuz və əsassız olduğu üçün məhkəmə tərəfindən rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmənin nəzərinə çatdırır ki, İddiaçı sözügedən qeyri-yaşayış sahəsinin guya ki, sökülməsinə görə kompensasiya tələbi ilə ilk əvvəl 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, 1.387.500 manat kompensasiya məbləğinin ona ödənilməsinin cavabdeh Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Lakin, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iş üzrə 2-1(81)-1486/2016 saylı, xx.xx.2016-ci il tarixli qərardad qəbul etmiş, İddiaçı mülkiyyətində olmuş qeyri-yaşayış sahəsinin söküntüsünün məhz cavabdeh Səbail Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilməsinə dair məhkəməyə sübut olaraq hər hansı bir sənəd təqdim edə bilmədiyi üçün iddia tələbi mümkün sayılmamışdır. Onu da qeyd edir ki, İddiaçı məhkəməyə təqdim etdiyi hazırkı iddia ərizəsində də mülkiyyətində olmuş qeyri-yaşayış sahəsinin söküntüsünün, vurulmuş maddi və mənəvi zərərin bu dəfə məhz Cavabdeh3 MMC tərəfindən həyata keçirilməsi ilə bağlı məhkəməyə sübut olaraq hər hansı bir rəsmi sənəd təqdim etməmiş, iddia tələbi heç bir sənədə və sübuta əsaslanmır. Bildirir ki, həmin məsələlərin Cavabdeh3 MMC-yə ümumiyyətlə heç bir aidiyyatı yoxdur, iddia tələbi qərəzlidir, ərizədə qeyd olunan hesabatlar, qiymətlər də iddiaçının öz şəxsi fərziyyələri əsasında tərtib edilmişdir, qanunsuz və əsassızdır. Məlumat üçün bildirir ki, 2015-ci ildə ölkəmizdə İ Avropa Oyunları kimi ciddi beynəlxalq idman tədbirinin keçirilməsi ilə əlaqədar, dövlət sifarişi olaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (Socar) Sosial İnkişaf İdarəsi tərəfindən Bakı şəhəri, Bibiheybət yolu ilə Ə.Yaqubov küçəsinin kəsişməsində yerləşən ərazilərdə idman komplekslərinin tikintisi, abadlıq işlərinin aparılması, yaşıllıq parklarının salınması və s. işlərin ərazinin ümumi görünüşünə, konsepsiyasına uyğun olması üçün ətrafda inşa edilmiş yaşayış və qeyriyaşayış binalarının fasad və mansard hissəsinin təmirinin aparılması nəzərdə tutulmuş, bu barədə ərazidə yaşayan sakinlər, mülkiyyət sahibləri bildiriş əsasında məlumatlandırılmışlar. İdman tədbirinin keçirilməsi üçün hazırlıq ərəfələrində ərazidə mövcud olmuş bütün yaşayış və qeyri-yaşayış binalarının fasad və mansard hissələrinin ümumi görünüşü uyğun olmadığı, bərbad vəziyyətdə olduğundan dövlətimiz həmin təmir işlərinə tələb olunan bütün xərcləri öz üzərinə götürmüş, təmir işləri tərtib edilmiş smetalayihə planı əsasında proqram şəklində yerinə yetirilmiş və beynəlxalq idman tədbiri uğurla başa çatdırılmışdır. Bununla əlaqədar “xxxx” olaraq, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsi ilə “Podratçı” olaraq "Cavabdeh3" MMC arasında Bibiheybət yolu ilə Ə.Yaqubov küçəsinin kəsişməsində yerləşən binada fasadın və dam örtüyünün əsaslı təmir işlərinin həyata keçirilməsi, həyətyanı ərazilərin abadlaşdırılması üçün xx.xx.2015-ci il tarixdə 41, 42, 43 saylı və xx.xx.2015-ci il tarixdə 71 saylı Əsaslı Təmir üzrə Podrat Müqavilələri bağlanmışdır. Həmin müqavilələrdə göstərilən şərtlər əsasında norma və qaydalara riayət etməklə, əvvəlcədən tərtib edilmiş layihə-smeta sənədlərinə uyğun olaraq, Cavabdeh3 şirkəti təmir işlərini nəzərdə tutulan müddətdə yerinə yetirmiş, işlər başa çatdırıldıqdan sonra akt əsasında xxxxyə təhvil verilmiş və görülən işlərin dəyəri müvafiq qaydada "Cavabdeh3" MMC-yə ödənilmişdir. Yəni ki, Cavabdeh2 "xxxx" şirkətinə hansı işlərin görülməsini sifariş etmişdirsə həmin işlər tərtib edilmiş plan əsasında həyata keçirilmiş və dəyəri müvafiq qaydada şirkətə ödənilmişdir. Mülki qanunvericiliyin tələbinə əsasən, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsi ilə "Cavabdeh3" MMC arasında razılaşdırılmış və imzalanmış Əsaslı Təmir üzrə Podrat Müqavilələrində qeyd olunduğu kimi tərəflər müqavilədə göstərilən vəzifələr və öhdəliklər çərçivəsində məsuliyyət daşıyırlar. Xüsusi olaraq qeyd edir ki, İddiaçı mülkiyyətində olmuş və sonradan hansısa bizə bəlli olmayan fiziki və yaxud da hüquqi şəxs tərəfindən guya ki, sökülməsi ilə bağlı "Cavabdeh3" MMC-də heç vaxt hər hansı bir məlumat olmamış, Cavabdeh2 ilə "Cavabdeh3" MMC arasında müqavilə imzalandığı vaxt, təmir- abadlaşdırma işləri həyata keçirildiyi müddətdə sözügedən ərazi boş sahədən ibarət olmuş, iddiaçının qeyd etdiyi həmin qeyri-yaşayış sahəsi ümumiyyətlə mövcud olmamışdır. Həmin müddətdə sözügedən ərazidə hər hansı bir yaşayış və yaxud da qeyri-yaşayış sahəsi mövcud olsa idi belə, imzalanmış müqavilənin şərtlərində söküntü ilə bağlı hər hansı müddəa olmamış və qeyd olunan Bakı şəhəri, Səbail rayonu, Ə.Yaqubov küçəsi 35 ünvanda olmuş 925,0 kv.m-lik qeyri-yaşayış sahəsinin sökülməsi üçün şirkətə hər hansı məbləğdə pul vəsaiti ödənilməmişdir. Bir daha qeyd edir ki, "Cavabdeh3" MMC tərəfindən müqavilədə nəzərdə tutulmuş işlər smeta-layihə planı əsasında həyata keçirilmiş, ərazidə mövcud olan bütün binaların fasadları və dam örtükləri əsaslı təmir olunmuş və həyətyanı ərazilər abadlaşdırılaraq yerində park salınmışdır. Görülmüş işlərin yekununda müqavilə üzrə nəzərdə tutulmuş işlərin tam şəkildə həyata keçirilib-keçirilməməsi, öhdəliklərin yerinə yetirilib-yetirilməməsi ilə bağlı akt tərtib edilərək imzalanmış və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin işçilərinə təhvil verilmişdir. İddiaçı qeyd etdiyi kimi mülkiyyətində olmuş Bakı şəhəri, Səbail rayonu, Ə.Yaqubov küçəsi 35 ünvanda yerləşən 925,0 kv.m-lik qeyri-yaşayış sahəsinin yerləşdiyi ərazi müqavilə bağlandığı vaxt boş sahədən ibarət olduğundan, ümumiyyətlə mövcud olmadığından həmin müddətdə mülkiyyətçi və yaxud da onun yaxınları tərəfindən nə şirkət rəhbərliyinə, nə hüquq-mühafizə orqanlarına nə də ki digər dövlət orqanlarına hər hansı şikayət, ərizə ilə müraciət olunmamışdır. Həmin ünvandakı həyətyanı ərazilərin abadlaşdırma işlərinin aparıldığı sahələr “xxxx”, Cavabdeh2 tərəfindən Cavabdeh3 MMCyə boş torpaq sahələri kimi təqdim edilmiş, orada daşınmaz əmlak mövcud olmamış, cəmiyyət tərəfindən ancaq təmir və abadlıq işləri aparılmış və hər hansı söküntü işləri aparılmamışdır. Eləcə də, ərazidə abadlaşdırma işləri aparılan müddətdə hər hansı binanın və yaxud da qeyri-yaşayış sahəsinin sökülməsi ilə bağlı nə “xxxx” Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsi tərəfindən nə də ki, digər hər hansı dövlət qurumları tərəfindən Cavabdeh3 MMC-yə müraciət olunmamış, söküntü ilə bağlı şirkətə hər hansı məbləğdə pul vəsaiti ayrılmamışdır. Ən əsası isə iddia ərizəsinin təmin edilməsi üçün İddiaçı tərəfindən mülkiyyətində olmuş qeyri-yaşayış sahəsinin söküntüsünün cavabdeh məhz Cavabdeh3 MMC-nin həyata keçirildiyini qeyd edərək vurulmuş maddi və mənəvi ziyanın ödənilməsini həmin şirkətdən tələb etsə də, hər hansı bir sübut məhkəməyə təqdim etməmiş və bütün qeyd olunanlara görə şirkət hər hansı formada cavabdehlik daşımır. İddiaçının qeyri-yaşayış sahəsinin sökülməsi ilə əlaqədar xeyli miqdarda, astronomik məbləğlərdə pul vəsaiti tələb etməsi də absurd bir haldır, hesabatlar, qiymətlər özünə sərf edən formada, öz şəxsi fərziyyələri, ehtimalları əsasında tərtib edilmişdir, həqiqəti əks etdirmir və həddən artıq şişirdilmişdir. Onu da bildirir ki, İddiaçı tərəfindən ailəsinin hadisə nəticəsində hər hansı bir mənəvi sarsıntı keçirməsi, şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması və iztirab keçirməklə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi, onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. barədə də məhkəməyə heç bir rəsmi sənəd təqdim etməmişdir. Göründüyü kimi, İddiaçı Cavabdeh3 MMC tərəfindən ona vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Bu səbəbdən hesab edir ki, İddiaçı Cavabdeh3 MMC-yə qarşı mülki iddia tələbi qanunsuz və əsassız olduğundan rədd edilməlidir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Ə.Yaqubov küçəsi 35 ünvanında və onun ətrafında həyətyanı ərazilərin abadlaşdırma işləri ilə əlaqədar həmin ərazidə Sosial İnkişaf İdarəsi tərəfindən daşınmaz əmlakın söküntü işləri aparılmamışdır. Həmin ünvanda həyətyanı ərazilərin abadlaşdırma işlərinin aparıldığı sahə SOCAR-ın Sosial İnkişaf İdarəsinə boş torpaq sahəsi kimi ayrılmış və orada heç bir daşınmaz əmlak mövcud olmamışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsi ilə “Podratçı” olaraq "Cavabdeh3" MMC arasında Bibiheybət yolu ilə Ə.Yaqubov küçəsinin kəsişməsində yerləşən binalarda fasadın və dam örtüyünün əsaslı təmir işlərinin həyata keçirilməsi, həyətyanı ərazilərin abadlaşdırılması üçün xx.xx.2015-ci il tarixdə 41, 42, 43 saylı və xx.xx.2015-ci il tarixdə 71 saylı Əsaslı Təmir üzrə Podrat Müqavilələri bağlanmış, cəmiyyət tərəfindən ancaq təmir və abadlıq işləri aparılmışdır. Əlavə olaraq bildirmişdir ki, İ X3 keçirilməsi ilə əlaqədar Bakı şəhəri, Səbail rayonu, Əhəd Yaqubov küçəsində yerləşən binaların abadlaşdırılması işləri onlara Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən həvalə edilmişdir. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin nümayəndəsi X5 iddia tələbinə etiraz edərək göstərmişdir ki, Bakı şəhəri İcra Hakimiyyəti bir inzibati orqan kimi Bakı şəhəri, Səbail rayonu, Əhəd Yaqubov küçəsi, 35 ünvanda yerləşmiş qeyri-yaşayış sahəsinin sökülməsi ilə bağlı heç bir inzibati akt qəbul etməmiş və tabeçilik münasibətlərində olan qurumlara da bu yaşayış sahələrinin sökülməsi ilə bağlı göstəriş verməmişdir. İddiaçı Bakı şəhər Rayon İcra Hakimiyyətinə qarşı iddia tələbi həqiqətə uyğun olmayan, ehtimal xarakteri daşıyır. Bakı şəhəri, Səbail rayonu, Əhəd Yaqubov küçəsi, 35 ünvanda yerləşmiş qeyri-yaşayış sahəsinin Bakı şəhər İcra Hakimiyyəti tərəfindən sökülməsi heç bir sübuta söykənməmişdir. Cavabdeh tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, İ X3 keçirilməsi ilə əlaqədar “X11” kompleksinin tikintisi ilə bağlı üzbəüz Bakı şəhəri, Səbail rayonu, Əhəd Yaqubov küçəsi, 35 ünvanda yerləşmiş qeyri-yaşayış sahəsi sökülmüş və onun yerində park salınmışdır. Həmin yerin abadlaşdırılması və park salınması işləri “xxxx” Şirkəti tərəfindən aparılmışdır. Parkın salınması və ərazinin abadlaşdırılmasında Bakı şəhər İcra Hakimiyyəti nə xxxx, nə də icraçı qismində iştirakı olmamışdır. Hesab edir ki, hazırki iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Bu səbəbdən Bakı şəhər İcra Hakimiyyətinə qarşı olan iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh Bakı şəhər İcra Hakimiyyəti və üçüncü şəxslər Azərbaycan Respublikası Maliyyə Nazirliyinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin və üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı iddiasının cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə aid olan hissəsi üzrə işin icraatına xitam verilməsi qərara alınmışdır. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf idarəsinə və "Cavabdeh3" MMC-yə qarşı münasibətdə rədd olunmalıdır. İşə əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş 003962 nömrəli xx.xx.2004-cü il tarixli Mülkiyyət Hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Ə.Yaqubov küçəsi 35 ünvanında yerləşən 925 kv.m qeyri-yaşayış sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. - Azərbaycan Respublikasının Dövlət Neft şirkəti Sosial İnkişaf İdarəsi ilə “xxxx” MMC arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, 41 nömrəli “Əsaslı təmir üzrə Podrat Müqaviləsi”ndən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Bibiheybət yolu ilə Ə.Yaqubov küçəsinin kəsişməsində yerləşən yaşayış kompleksində binaların fasadlarının və dam örtüklərinin əsaslı təmiri, həyətyanı ərazilərinin abadlaşdırılması (2,2A,3,4,5,6 saylı binalar) müvafiq qaydada təhvil verir, xxxx isə müvafiq qaydada təhvil alır və Müqavilənin 2-ci maddəsində nəzərdə tutulan muzdu Podratçıya ödəyir. - Azərbaycan Respublikasının Dövlət Neft şirkəti Sosial İnkişaf İdarəsi ilə “xxxx” MMC arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, 42 nömrəli “Əsaslı təmir üzrə Podrat Müqaviləsi”ndən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Bibiheybət yolu ilə Ə.Yaqubov küçəsinin kəsişməsində yerləşən yaşayış kompleksində binaların fasadlarının və dam örtüklərinin əsaslı təmiri, həyətyanı ərazilərinin abadlaşdırılması (12,13,14,15,16,17,18 saylı binalar) müvafiq qaydada təhvil verir, xxxx isə müvafiq qaydada təhvil alır və Müqavilənin 2-ci maddəsində nəzərdə tutulan muzdu Podratçıya ödəyir. - Azərbaycan Respublikasının Dövlət Neft şirkəti Sosial İnkişaf İdarəsi ilə “xxxx” MMC arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, 43 nömrəli “Əsaslı təmir üzrə Podrat Müqaviləsi”ndən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Bibiheybət yolu ilə Ə.Yaqubov küçəsinin kəsişməsində yerləşən yaşayış kompleksində binaların fasadlarının və dam örtüklərinin əsaslı təmiri, həyətyanı ərazilərinin abadlaşdırılması (1 və 1A saylı binalar) müvafiq qaydada təhvil verir, xxxx isə müvafiq qaydada təhvil alır və Müqavilənin 2-ci maddəsində nəzərdə tutulan muzdu Podratçıya ödəyir. - Azərbaycan Respublikasının Dövlət Neft şirkəti Sosial İnkişaf İdarəsi ilə “xxxx” MMC arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli, 71 nömrəli “Əsaslı təmir üzrə Podrat Müqaviləsi”ndən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Bibiheybət yolu ilə Ə.Yaqubov küçəsinin kəsişməsində yerləşən yaşayış kompleksində binaların fasadlarının və dam örtüklərinin əsaslı təmiri, həyətyanı ərazilərinin abadlaşdırılması (1 və 1A saylı binalar) müvafiq qaydada təhvil verir, xxxx isə müvafiq qaydada təhvil alır və Müqavilənin 2-ci maddəsində nəzərdə tutulan muzdu Podratçıya ödəyir. - Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən Nümayəndə ünvanlanmış xx.xx.2017-ci il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Ə.Yaqubov küçəsi 35 ünvanında və onun ətrafında həyətyanı ərazilərin abadlaşdırma işləri ilə əlaqədar həmin ərazidə Sosial İnkişaf İdarəsi tərəfindən daşınmaz əmlakın söküntü işləri aparılmamışdır. Həmin ünvanda həyətyanı ərazilərin abadlaşdırma işlərinin aparıldığı sahə SOCAR-ın Sosial İnkişaf İdarəsinə boş torpaq sahəsi kimi ayrılmış və orada heç bir daşınmaz əmlak mövcud deyildir. - Bakı şəhər Baş Polis İdarəsi tərəfindən Nümayəndə ünvanlanmış xx.xx.2018-ci il tarixli cavab məktubundan görünür ki, ona məxsus qeyri-yaşayış sahəsinin naməlum qurum tərəfindən sökülməsilə əlaqədar DİN-in rəhbərliyinə ünvanladığı elektron müraciətə BPİ CAİ-də baxılmış və Qeyd etdiyi xüsusatla əlaqədar toplanmış material tam, hərtərəfli və prosessual qaydada araşdırılmanın davam etdirilməsi məqsədilə Bakı Şəhər Baş Polis İdarəsinin istintaq və Təhqiqat İdarəsinə göndərilmişdir. - Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən Nümayəndə ünvanlanmış xx.xx.2019-cu il tarixli cavab məktubundan görünür ki, vətəndaş Nümayəndə Bakı şəhəri, Səbail rayonu, Əhəd Yaqubov küçəsi 35 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsinin sökülməsi barədə Bakı Şəhər İcra Hakimiyyətinə daxil olmuş müraciəti aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinə göndərilmişdir. - Azərbaycan Respublikası Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti tərəfindən Nümayəndə ünvanlanmış xx.xx.2019-cu il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Ə.Yaqubov küçəsi 35 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin sökülməsinə dair Rayon İcra Hakimiyyətinin arxivində hər hansı bir sənəd aşkar edilməmişdir. - Azərbaycan Respublikası Bakı şəhəri Səbail RPİ 8-ci PB tərəfindən Nümayəndə ünvanlanmış xx.xx.2019-cu il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Ə.Yaqubov küçəsi 35 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin sökülməsi mülki xarakterli olduğundan aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. - Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən Nümayəndə ünvanlanmış xx.xx.2020-ci il tarixli cavab məktubundan görünür ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə xx xxxx 2020-ci il tarixdə ünvan 9 ünvanda yerləşən İddiaçı məxsus sahəsi 925 kv.m olan qeyri-yaşayış sahəsinin söküntüsü ilə əlaqədar dəymiş ziyana görə kompensasiyanın ödənilməsi barədə ərizə araşdırma aparılması məqsədilə Azərbaycan Avtomobil Yollan Dövlət Agentliyinə göndərilmişdir. - Azərbaycan Respublikası Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti tərəfindən Nümayəndə ünvanlanmış xx.xx.2020-ci il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Ə.Yaqubov küçəsi 35 ünvanında Səbail Rayon İcra Hakimiyyətinin tabeçiliyində olan qurumlar tərəfindən hər-hansı bir söküntü işləri aparılmamışdır. - Azərbaycan Avtomobil Yollan Dövlət Agentliyi tərəfindən ƏMDK-nə və məlumat üçün Nümayəndə ünvanlanmış xx.xx.2020-ci il tarixli cavab məktubundan görünür ki, vətəndaş Nümayəndə məxsus qeyri-yaşayış sahəsi həmin ərazidə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilmiş yol- infrastruktur layihələr çərçivəsində yolun hazırlanmış kadastr planına əsasən tikinti altına düşüb-düşməməsinin dəqiqləşdirilməsi xahiş olunmuşdur. - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin sorğusuna əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Ə.Yaqubov küçəsi 35 ünvanında yerləşən qeyri-yaşayış sahəsi dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Həmin ünvana dair İddiaçı adına 003962 nömrəli xx.xx.2004-cü il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. - Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli cavab məktubundan görünür ki, onun “Socar”-ın Sosial inkişaf İdarəsinə ünvanladığı xx.xx.2020-ci il tarixli müraciəti ilə əlaqədər bildirirlər ki, eyni məzmunlu müraciətinə Sosial inkişaf İdarəsinin xx.xx.2016-cı il tarixli SOCAR-a ünvanladığı məktubla cavab verilmişdir. xx xxxx 2015-ci il tarixli, 41, 42 saylı və xx xxxxx 2015-ci il tarixli 71 saylı müqavilələr bundan əvvəl həmin mübahisəyə baxan məhkəməyə təqdim olunmuşdur. - 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərardadı ilə İddiaçı cavabdeh Səbail rayon İcra Hakimiyyətinə qarşı Bakı şəhəri, Səbail rayonu, Ə.Yaqubov küçəsi 35 ünvanında yerləşən iddiaçının mülkiyyətində olan qeyri yaşayış sahəsinin sökülməsinə görə ******* manat kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsi tələbi barədə iddiası mümkün sayılmamışdır. Beləliklə, araşdırma zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən xx.xx.2004-cü il tarixli, 003962 saylı "Mülkiyyət hüququ haqqında şəhadətnamə"yə əsasən Bakı şəhəri, Səbail rayonu, Ə.Yaqubov küçəsi 35 ünvanında yerləşən 925,0 kv.m-lik qeyri-yaşayış sahəsi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. İddiaçının tələbinə əsasən onun xəbəri və razılığı olmadan, heç bir kompensasiya ödənilmədən Bakı şəhəri, Səbail rayonu, Ə.Yaqubov küçəsi 35 ünvanında yerləşən 925,0 kv.m-lik qeyri-yaşayış sahəsi sökülmüş və onun yerində park salınmışdır. İşin materiallarından görünür ki, iddiaçı ilk əvvəl ona məxsus obyektin sökülməsi ilə ona 1.387.500 manat kompensasiya məbləğinin ödənilməsini iddia edərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək göstərilən məbləğin ona ödənilməsinin cavabdeh Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Lakin, iş üzrə həmin məhkəmənin 2-1(81)-1486/2016 saylı, xx.xx.2016-ci il tarixli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Belə ki, İddiaçı mülkiyyətində olmuş qeyri-yaşayış sahəsinin söküntüsünün məhz cavabdeh Səbail Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilməsinə dair məhkəməyə sübut olaraq hər hansı bir sənəd təqdim edə bilməmişdir. Qeyd edilən iş üzrə Səbail rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə təqdim edilən etiraz ərizəsindən görünür ki, tərəflərindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, X3 keçirilməsi ilə əlaqədar "X11" kompleksinin tikintisi ilə bağlı üzbəüz Səbail rayonu, Ə.Yaqubov küçəsi 35 ünvanda yerləşmiş qeyri-yaşayış sahəsi sökülmüş və onun yerindən park salınmışdır. Həmin yerin abadlaşdırılması və park salınması işləri Cavabdeh3 MMC tərəfindən aparılmışdır. İddiaçı hazırki tələbi üzrə həm Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsini, həm də Cavabdeh3 cavabdehlik daşımasını göstərərək tələblərinin maddi əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 152.1, 153.3, 157.9, 203.5, 1115, 449.2-ci maddələri təşkil edir. Məhkəmə qeyd edir ki, tərəflər arasında müqavilə münasibətləri olmadığından, mülki hüquq pozuntusu ilə əlaqədar mübahisə yarandığından mübahisənin həllinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096.1, 1097.1-ci maddələrinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclər və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, (real zərər), habelə, hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldə çıxmış fayda) başa düşülür. - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik) - 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə, hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. - 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki hissədən ibarətdir- real zərər və əldən çıxmış fayda. Mülki hüquq pozuntusundan öhdəliyin yaranmasının mühüm şərti zərərin özünün mövcudluğudur. Zərər yoxdursa, əmlak hüququ pozulmur və ya öhdəlik yaranmır. Bu hallar olmadıqda pozulmuş öhdəliklərə görə məsuliyyətin həcmini müəyyənləşdirmək olmur. 21.2-ci maddəsində göstərilən şəxsin hüququ pozulmasa idi, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlilər (əldə çıxmış fayda) “zərər” anlayışı ilə əhatə olunur. Beləliklə də, Mülki Məcəllənin 21, 1096, 1097.1-ci maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Göründüyü kimi, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Bunun nəticəsində yaranmış öhdəlikdə delikt törətmiş zərərvuran və zərərçəkmiş şəxs iştirak edir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedikdə, mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də, delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl şəxsin qəsdi və ya ehtiyyatsızlığı nəticəsində yaranır. Yuxarıda göstərilən əlamətləri özündə ehtiva edən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qanunvericiliyin tələbindən də aydın olduğu kimi mülki hüquq pozuntusu törətmiş şəxs hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurduğu zərərəin əvəzini tam həcmdə ödəməlidir. Ümumiyyətlə, zərərin əvəzinin ödənilməsi üçün bir qayda olaraq mülki hüquq pozuntusunun (deliktin) mövcud olması tələb olunur. Lakin məlumdur ki, mülki hüquqda məsuliyyət bir sıra hallarda şəxsin təqsiri olmadığı hallarda da yarana bilər. Hazırki iş üzrə isə iddiaçı tərəf cavabdehlərin hərəkətləri nəticəsində ona məxsus obyektin sökülməsi nəticəsində ona ziyan vurulmasını iddia etsə də, bu hərəkətlərin həqiqətən də olması, qeyri-yaşayış sahəsinin məhz cavabdehlər (və ya onların göstərişi ilə) sökülməsi faktının təsdiq edilməsi ilə bağlı məhkəməyə heç bir mötəbər sübut növü təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Başqa sözlə, işin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Araşdırma zamanı tərəflərin izahatları və iş materiallarında olan sənədlərlə təsdiq edilmişdir ki, “xxxx” olaraq, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsi ilə “Podratçı” olaraq "Cavabdeh3" MMC arasında Bibiheybət yolu ilə Ə.Yaqubov küçəsinin kəsişməsində yerləşən binada fasadın və dam örtüyünün əsaslı təmir işlərinin həyata keçirilməsi, həyətyanı ərazilərin abadlaşdırılması üçün xx.xx.2015-ci il tarixdəbağlanmış 41, 42, 43 saylı və xx.xx.2015-ci il tarixdə 71 saylı Əsaslı Təmir üzrə Podrat Müqavilələrində göstərilən şərtlər əsasında norma və qaydalara riayət etməklə, əvvəlcədən tərtib edilmiş layihə-smeta sənədlərinə uyğun olaraq, Cavabdeh3 şirkəti təmir işlərini nəzərdə tutulan müddətdə yerinə yetirmiş, işlər başa çatdırıldıqdan sonra akt əsasında xxxxyə təhvil verilmiş və görülən işlərin dəyəri müvafiq qaydada "Cavabdeh3" MMC-yə ödənilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iddiaçıya ünvanladığı məktubundan aydın olur ki, Bakı şəhəri, Səbail rayonu, Ə.Yaqubov küçəsi 35 ünvanında və onun ətrafında həyətyanı ərazilərin abadlaşdırma işləri ilə əlaqədar həmin ərazidə Sosial İnkişaf İdarəsi tərəfindən daşınmaz əmlakın söküntü işləri aparılmamışdır. Həmin ünvanda həyətyanı ərazilərin abadlaşdırma işlərinin aparıldığı sahə SOCAR-ın Sosial İnkişaf İdarəsinə boş torpaq sahəsi kimi ayrılmış və orada heç bir daşınmaz əmlak mövcud olmamışdır. Cavabdeh tərəfin izahatlarından da görünür ki, Cavabdeh2 ilə "Cavabdeh3" MMC arasında müqavilə imzalandığı vaxt, təmir- abadlaşdırma işləri həyata keçirildiyi müddətdə sözügedən ərazi boş sahədən ibarət olmuş, iddiaçının qeyd etdiyi həmin qeyri-yaşayış sahəsi ümumiyyətlə mövcud olmamışdır. Həmin müddətdə sözügedən ərazidə hər hansı bir yaşayış və yaxud da qeyri-yaşayış sahəsi mövcud olsa idi belə imzalanmış müqavilənin şərtlərində söküntü ilə bağlı hər hansı müddəa olmamış və qeyd olunan Bakı şəhəri, Səbail rayonu, Ə.Yaqubov küçəsi 35 ünvanda olmuş 925,0 kv.m-lik qeyri-yaşayış sahəsinin sökülməsi üçün şirkətə hər hansı məbləğdə pul vəsaiti ödənilməmişdir. Məhkəmə həmçinin qeyd etməyi zəruri sayır ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində işə baxılarkən Səbail rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə təqdim edilən etiraz ərizəsində “yerin abadlaşdırılması və park salınması işlərinin Cavabdeh3 MMC tərəfindən aparılmasının” göstərilməsi iddiaçıya məxsus obyektin də məhz şirkət tərəfindən sökülməsi anlamına gəlmir. Azərbaycan Respublikasının MPM-nin: - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. - 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. - 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərin mülki hüquq pozuntusu (delikt) törətməsinə dair sübutları təqdim etməsə də, cavabdeh tərəfin iddianın əsassız olmasına dair istinad etdiyi hallar şübhədənkənar, faktla bağlı halları təsdiq edən obyektiv məlumatlar olmuşdur. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin (mənəvi zərərlə bağlı) araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddia təmin olunmadığı halda ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə də, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Bakı şəhər İcra Hakimiyyətinə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf idarəsinə və "Cavabdeh3" MMC-yə qarşı (üçüncü şəxslər qismində Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi cəlb edilən) "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Bakı şəhər İcra Hakimiyyətinə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf idarəsinə və "Cavabdeh3" MMC-yə qarşı (üçüncü şəxslər qismində Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi cəlb edilən) "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-1757/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1757/2020
05.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver