Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1758/2022 26.07.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızı, İddiaçı cavabdeh Səbail Rayon İcra və Probasiya Şöbəsinə (Səbail Rayon İcra Şöbəsi) qarşı “ödənilmiş pul vəsaitinin borcun ödənilməsinə yönləndirilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Səbail Rayon İcra və Probasiya Şöbəsinə (Səbail Rayon İcra Şöbəsi) qarşı “ödənilmiş 267.630 manat pul vəsaitinin 332.000 manat borcun ödənilməsinə yönləndirilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Hakim hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəddən görünür ki, 100.4 manat dövlət rüsumu ödənilmişdir. Lakin, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.4-cü maddəsinə əsasən iddia qiyməti 100.000 (yüz min) manatdan 1000.000 (million) manatadək olduqda qiymətləndirilən iddialara aiddir və dövlət rüsumu aşağıdakı qaydada hesablanmalıdır: 390 manat + 100.000 (yüz min) manatdan yuxarı olan iddia qiymətinin 0.1 faizi. Azərbaycan Respublikası MPM-in 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim ərizəni və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-in 152-ci və 268-ci maddələrinə əsasən QƏRARAALDİ: İddiaçı cavabdeh Səbail Rayon İcra və Probasiya Şöbəsinə (Səbail Rayon İcra Şöbəsi) qarşı “ödənilmiş 267.630 manat pul vəsaitinin 332.000 manat borcun ödənilməsinə yönləndirilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-1758/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1758/2022
26.07.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver