Məhkəmə qərarları › İş №2(009)-1759/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1759/2024

09.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1759/2024 09.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Seyidli İlkin Ramin oğlunun katibliyi, İddiaçı, onun nümayəndə və vəkili Nümayəndə1, Cavabdeh2 nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 oglu və Cavabdeh2 müştərək qaydada Bakı şəhəri Nəsimi rayonu, Bakıxanov kucəsi, ev 126 A, 103 saylı mənzilin alınmasına, çəkdiyi digər xərclərə görə və ünvan 1 ünvanda yerləşən qeyri yaşayış sahəsinin alınmasına, təmirinə və digər çəkilən xərclərə görə 1.000.000 (bir milyon) manat pulun, həmçinin pul vəsaitini qaytarmaqdan boyun qaçırmaqla, pul vəsaitini əsassız əldə etməklə ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlərin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdi. İddiaçı tələblərini belə əsaslandırmışdır ki, oğlu Cavabdeh1la Cavabdeh2 arasında 1995-ci ildə rəsmi nigah bağlanmış və xx.xx.2018-ci ildə nikahları məhkəmə qətnaməsi ilə pozulmuşdur. Cavabdehlər birgə nikah dövründə onun vasaiti hesabına bir çox əmlaklar əldə edib, həmin əmlaklardan birgə istifadə etmişlər. Əmlakların siyahısına müxtəlif markalı avtomobillər, mənzillər və torpaq sahələri aid olmuş, bu əmlakları ailə üzvləri kimi onların rahat və ehtiyacsız yaşamaları uçun alib, xərclərini çəkmişdir, öz vəsaiti hesabına təmir etdirib, avadanlıqlarını almışdır. Cavabdehlərin nikahlarına 01 oktyabr 2018-ci il tarixdə xitam verilməsinə qədər cavabdehlərlə onun arasında hər hansı narazılıq və mübahisə olmamışdır. Alınmış əmlakların siyahısında "Mutsibishi Pajero-io"markalı ** XF *** döv.qey.nişanlı, "Mitsubişi 1.200" markalı ** NE *** döv.qey.nişanlı, "Honda Akord" m 10 markalı, SU 777 döv.qey.nişanlı, "BMV 328" m markal, ** GS *** döv.qey.nişanlı, "Leksus LX 570" markalı, ** SG *** döv.qey.nişanlı, "M2" 1 Volqa m ** KU *** döv.qey.nişanlı, “'X3 Mİ" markalı ** HF *** döv.qey.nişanlı digər avtomobillər daxildir. Həmçinin Səbail rayonu, Mətbuat pr., ev 2 a, 19 saylı 2 otaqlı mənzili, Abşeron rayonu, Saray qəsəbəsində 0,06 ha torpaq sahəsini Bələdiyyə sənədi əsasında oğlu Cavabdeh1 adına, Qusar rayonu Çiləgir kəndi ərazisində həyətyanı torpaq sahəsini xx.xx.2013-cu ildə Cavabdeh1 adına, Sumqayıt şəhəri, "Yaşma" bağları ərazisində 105 saylı 0,12 ha torpaq sahəsini gəlini Cavabdeh2 adına 27 may 2010-cu ildə rəsmiləşdirsə də, qeyd olunan əmlakların hər biri onun vəsaiti hesabına alınmışdır. Cavabdehlərin birgə nikahı dövrünə duşən bir sıra digər yaşayış və qeyri yaşayış sahələrinin onun tərəfindən alınması, əvvəlcədən onun adına rəsmiləşdirilməsi və xərclərinin də onun tərəfindən ödənilməsi "əmlak bölgüsünə dair" artıq qanuni qüvvəsini almış məhkəmə qətnamələrinin təsviri əsaslandırıcı hissələrində öz nəticəsini tapmışdır. "Əmlak Bölgüsünə dair" Sumqayıt Apellyasiya Məhkəməsinin 30 oktyabr 2018-ci il tarixli 2-103-9841/2018 saylı qətnaməsi ilə müəyyən olunmuşdur ki, cavabdehlərin birgə nikah dövrünə duşən və onların birgə nikah dövründə qazandıqları əmlak kimi qiymətləndirilən "ünvan 2 ünvanında "xxxx" MTK tərəfindən tikilmiş çoxmərtəbəli yaşayış binasındakı əmlak da ona məxsus olmuşdur. Həmin ünvanda 3 saylı mənzilə və "xxxx" MTK tərəfindən Sumqayıt şəhəri, Ş.Bədəlbəyli küçəsində tikilmiş 12 mərtəbəli binanın blok "B", 5-ci mərtəbəsində sahəsi 156 kv.m.olan 4 otaqlı 12 saylı mənzilinə münasibətdə də məhkəmənin gəldiyi nəticə ilə də təsdiq olunur ki, həmin mənzil onun tərəfindən alınmış, təmir edilmiş və həmin mənzilin alınması və təmiri uçun tərəfindən külli miqdar vəsait xərclənmişdir. "xxxx" MTK tərəfindən tikilmiş həmin binanın 1-ci mərtəbəsində umumi sahəsi 186.2 kv. metr olan 34 saylı qeyri-yaşayş sahəsinin də 01 iyun 2010-cu ildə onunla "xxxx" MTK arasında bağlanmış 213 saylı müqavilə asasında tərəfindən alındığı, sahənin dəyərinin tərəfindən ödənildiyi, lakin sonradan öz adına bağlanılmış 213 saylı müqaviləni cavabdeh Emin Qəhrəmanovun adına dəyişdirməyi göstərilir. Cavabdehin adına xx.xx.2013-cü il tarixdə mülkiyyət hüquqlarına dair çıxarışın alınması barədə məhkəmənin gəldiyi nəticələrdən də görunur ki, "birgə nikah dövründə əldə olunmuş" əmlak kimi bölünən bu əmlakların dəyərinin onun tərəfindən ödənilməsi faktı mübahisəsiz təsdiq edilir (Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-9841 saylı qətnaməsinin 8-ci vərəqi). Lakin yuxarıda qeyd olunan onun tərəfindən və onun vəsaitim hesabına alınmış yaşayış və qeyri yaşayış sahələrinə, müxtəlif markalı avtomobillərə qarşı əmlak bölgusu zamanı elə bir ciddi iradı olmamışdır. Səbəbi isə onunla əlaqədar olmuşdur ki, həmin əmlaklardan əlavə olaraq cavabdehlərin adlarına alınan və onların adına rəsmiləşdirilən, eyni zamanda alınması onların birgə nikah dövrünə duşən 2 əmlakın, yəni ünvan 5 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə və ünvan 6 A, 103 saylı mənzilin onun mülkiyyətinə keçiriləcəyi, onun mülkiyyətində saxlanılacağı və hər hansı səbəbdən, hətta nikahın xitamı ilə əlaqədar əmlak bölgüsündə belə, asılı olmayaraq bölgüyə getməyəcəyi, həmin sahələrə dair hər hansı iddialarının olmayacagı və həmin sahələrin onun mülkiyyətində saxlanalacagı barədə cavabdehlərlə razılaşmanın olması olmuşdur. Lakin cavabdehlər həmin razılaşmaya əməl etməmiş, onun mülkiyyətində saxlanılacağına razılaşdırılmış sahələri də məhkəmə proseslərində iddia etmişlər. Cavabdehlərin "birgə nigah" dövrünə duşən, onun mülkiyyətində saxlanacağı və onun adına rəsmiləşdirəcəkləri barədə onların öhdəlik götürdükləri bir neçə adları çəkilən qeyriyaşayış sahələrinin də "bölgüsünə dair" məhkəmə mübahisəsi zamanı onların hər ikisi həmin əmlakları da "birgə nigah dövründə" öz vəsaitləri hesabına qazandıqları əmlak kimi təqdim etmiş, həmin əmlakların hər ikisinin özlərinin umumi mülkiyyətində olmasını iddia etmiş, həmin əmlakların bölgüsünə nail olmuş və hər birinin 1/2 hissədə mülkiyyət huquqları məhkəmə qaydasında tanınmışdır. Bununla da, aşağıda qeyd edəcəyi yaşayış və qeyri yaşayış sahələrinin onun mülkiyyətində saxlanılacağı və ona rəsmiləşdiriləcəyi barədə cavabdehlər ilə gəldiyi razılaşma pozulmuşdur. Cavabdehlərdən heç biri məhkəmə proseslərində həmin əmlakların ona məxsus olduğunu və ya ona məxsus olacağı barədə öz üzərilərinə öhdəlik götürdüklərini və hər hansı səbəbdən asılı olmayaraq həmin sahələrə qarşı iddialarının olmayacagı barədə razılaşmanın olması haqda məlumat və izahat verməmiş, həmin əmlakların "Birgə nigah" dövrundə qazanılmış əmlak kimi bölgüsündən imtina etməmiş, əksinə olaraq həmin əmlakları da aralarında bölməklə, onu həmin əmlaklara aid hissədə mülkiyyətindən məhrum etmiş, bununla da öhdəliklərini pozmuş, ona çox ciddi zərər vurmuşlar. Həmin əmlakların bölgüsündən sönra da onlarla danışıq apararaq əvvəlcədən razılaşmaqla onun mülkiyyətinə aid etdikləri əmlakların dəyərinin və əlavə olaraq həmin qeyri yaşayış və yaşayış sahəsinin təmirinə, avadanlıqlarının alınmasına çəkdiyi xərclərin qaytarılmasını tələb etsə də, həmin məbləğlər qaytarılmamışdır. Ona bu hissələrdə vurduqları zərərin ödənilməsini tələb etsə də, səyləri nəticəsiz qalmışdır. Həmin sahələrdən biri olan ünvan 5 ünvanda yerləşən qeyri-yaşayış sahəsi 13 mart 2012-ci il tarixdə bağlanılmış müqavilə əsasında "NEO'' MMC-dən Cavabdeh1 ilə razılaşmaya əsasən onun adına rəsmiləşdirilmişdir. Müqavilənin predmetini Ə.Cavad və Y.İbrahimli küçələrinin kəsişməsində tikilən çox mərtəbəli yaşayış evinin 2-ci mərtəbəsində sahəsi 410 kv.metr olan qeyri yaşayış sahəsi təşkil etmişdir. Müqavilə rəsmiləşdirildikdən sönra isə, yəni 13 mart 2012-ci il tarixdən- 03 iyin 2017-ci il tarixədək qeyri yaşayış sahəsinin dəyəri kimi müqavilədə nəzərdə tutulan məbləğ ödənilmişdir, həm bu səbəbdən, həm də əvvəlcədən bu barədə hər iki cavabdeh ilə razılaşma olduğundan, Cavabdeh1 həmin vaxtda arvadı olan Cavabdeh2 Fəxri qızının ona verdiyi etibarnamə əsasında həmin qeyri-yaşayış sahəsini 3 saylı Bakı "Asan Xidmət" mərkəzində notariat ofisinin notariusu tərəfindən təsdiq edilmiş 4/ə-556 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsi əsasında onun adına bağışlamaqla onun mülkiyyətinə qaytarmışdır. Lakin tərəflər arasında "əmlak bölgusi" zamanı işə baxılarkən, hər iki cavabdeh onun adına rəsmiləşdirdikləri qeyri-yaşayış sahəsinə dair həmin bağışlama müqaviləsini mubahisələndirmiş, onun etibarsız hesab olunmasını iddia etmiş, qeyri-yaşayış sahəsinin onun adına bağışlanılmasına dair müqavilə məhkəmə qətnaməsi ilə etibarsız hesab edilməklə Cavabdeh1 mülkiyyətinə qaytarılmış, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə nigah dövründə "qazanılmş əmlak" hesab olunmaqla hər ikicinin arasında 1/2 hissədə bölünmüş və mülkiyyətlərinə verilmişdir. Halbuki həmin əmlakın Cavabdeh1 adına ilkin rəsmiləşdirilməsindən çox keçməmiş, həm o, həm Cavabdeh2 özlərinin təşəbbüsü və razılığı ilə qeyri-yaşayış sahəsini onun adına bağışlamışlar. Hər iki cavabdehin əmlakın onun adına rəsmiləşdirilməsinə və mülkiyyətinə keçirilməsinə dair hərəkətləri də onu göstərir ki, onlara verdiyi digər əmlakların müqabilində qeyd olunan qeyri-yaşayış sahəsi əvvəlcədən razılaşmaya əsasən onun mülkiyyətində qalmalı idi. Lakin cavabdehlər məhkəmə qaydasında əmlak bölgusu zamanı həmin sahənin, onun vəsaiti hesabına təmir edilməsi, avadanlıqların onun tərəfindən alınması, həmin avadanlıqların sahədə quraşdırılması xərclərinin onun tərəfindən çəkilməsi, həmin sahənin onlara aldığı əmlakların müqabilində onun mülkiyyətində saxlanılacağı barədə qarşılıqlı razılaşmanın olması haqda məhkəməyə heç bir məlumat verməmiş, razılaşmanın tələblərini pozmuşlar. Halbuki qeyri-yaşayış sahəsi alındıqdan sonra işçisi olan Namiq Abbasovun rəhbərliyi ilə həmin sahədə 3 il təmir işləri aparılmış, sahənin təmirinə təkcə 146000 manat pul xərcləyib, sahəni abadlaşdıraraq istifadəyə tam yararlı vəziyyətə gətirmişdir. Təmir qurtardıqdan sonra isə müxtəlif avadanlıqlar: şəhərin Cəfər Cabbarlı küçəsində yerləşən "Araz" firmasından 75000 manata "epilyasiya" aparatı alaraq quraşdırmış, ümumilikdə isə həmin qeyri-yaşayış sahəsinin istifadəyə tam yararlı vəziyyətinə gətirilməsinə külli miqdar vəsait xərcləmişdir. Belə ki, qeyri-yaşayış sahəsinin satış qiyməti müqavilə uzrə 1.080.000 manat təşkil etməsini və həmin məbləğin cavabdehlər tərəfindən ödənilməsi və onların vəsaiti hesabına alınmasına dair bu işə baxan məhkəmələr yekun nəticəyə gəlsələr də, həmin sahənin təmirinə çəkilən 146.000 manat, avadanlıqların alınmasına 450000 manat, qaraj yerlərinin təşkilinə 30000 manat və digər xərclərə dair cavabdehlərə qarşı tələb irəli sürsə də, cavabdehlər bölgüdən sonra da, həmin məbləğləri ödəməkdən imtina etmiş və hazırda da imtina etməkdədirlər. Əslində isə, onlar həmin məbləğlərin nə vaxt xərclənməsi, avadanlıqların hansı qiymətə alınması ilə maraqlanmamışlar, lakin onun tərəfindən ödənildiyini bilmiş, aralarında həmin sahənin onun mülkiyyətində qalacağına dair razılaşma olduğundan, həmin məbləğlər əmlak bölgüsünə qədər də tərəfindən indiyədək mubahisələndirilməmişdir. Lakin görunduyu kimi, "əmlak bölgüsü”nə dair məhkəmələrin gedişində həmin qeyri-yaşayış sahəsinə avadanlıqların onun vəsaiti hesabına alınması və istifadə uçun yararlı vəziyyətinə gətirilməsində hər hansı rollarının olmaması barədə, eləcə də qeyri-yaşayış sahəsinin onun adına rəsmiləşdirəcəklərinə dair öhdəlik götürmələri barədə hər hansı məlumatı verməmiş, izahatlarında həmin sahənin "birgə nikahı dövründə qazandıqları əmlak kimi" məhkəmədə müdafiə etmiş, həmin sahənin bölgüsünə və mülkiyyətlərinə keçirilməsinə nail olmuş, bununla da onu həmin əmlakdan məhrum etməklə əvvəlcədən müəyyən edilmiş razılaşmanı pozmuş, ona həmin əmlakın dəyərində 1.080.000 və təmir və avadanlıqların alınması hissəsində 626000. manat məbləğində kulli miqdarda maddi zərər vurmuşlar. Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov kucəsi, ev 126 A, 103 saylı mənzil də eyni qaydada cavabdehlər ilə onun arasında, həmin mənzilin onun mülkiyyətində saxlanılacağına dair razılaşmanın predmeti olmuşdur. Məhkəmələr həmin mənziin alınmasına 650.000 manat vəsaitin cavabdehlərin birgə vəsaitləri hesabına alındığına dair qərar qəbul etsələr də, havalandırma sisteminin alınıb qurlaşdırılmasına 70000 manat, mənzilin təmirinə 206.000 manat, mebel alınmasına 50000 ABŞ dolları, gömrük rüsumlarına 15000 manat, "xxxx" MTK tərəfindən inşa edilmiş həmin binanın zirzəmisində 61 saylı dayanacaq uçun 30.000 manatın tərəfindən sərf olunmasına əhəmiyyət verməmişlər. Əslində həmin mənzil və zirzəmisi uçun çəkdiyi xərclərlə əlaqədar cavabdehlərlə onun arasında hər hansı mübahisə olmamış, bu xərclər məhkəmə mübahisəsinin də predmeti olmamışdır. (Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018 tarixli qərardadı ilə o, müstəqil tələb irəli sürməyən 3-cu şəxs qismində cəlb edilmişdir. Səbail rayon məhkəməsinin xx.xx.2002-ci il tarixli, 2(009)-33/22 saylı və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022 tarixli, 2(103)-6700/22 saylı qətnamələri) Beləliklə, ünvan 7 ünvanda yerləşən qeyri- yaşayış sahəsi uzrə həmin sahənin təmirinə çəkilən 146.000 manat, avadanlıqların alınmasına 450000 manat, qaraj yerlərinin təşkilinə 30000 manat xərc çəkmiş, qeyri-yaşayış sahəsinin onun mülkiyyətində saxlanılmasına dair razılaşmanın tələblərini pozmaqla vurulan maddi zərərin miqdarını da nəzərə aldıqda ona vurulan maddi zərər mənzilin alış qiyməti miqdarında 1.080.000 manat, qeyd olunan digər xərclər uzrə 626.000 manat, cəmi 1.706.000 manat təşkil edir. Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov kucəsi, ev 126 A, 103 saylı mənzil uzrə, həmin mənziin alınmasına çəkilən xərclər uzrə 650.000 manat, havalandırma sisteminin alınıb qurlaşdırılmasına 70.000. manat, mənzilin təmirinə 206.000 manat, mebel alınmasına 50000 ABŞ dolları, gömrük rüsumlarına 15000, "xxxx" MTK tərəfindən inşa edilmiş həmin binanın zirzəmisində 61 saylı dayanacaq uçun çəkilmiş 30.000.manat miqdarında çəkdiyim xərclər uzrə maddi ziyan vurmuşlar. Cəmi maddi ziyanın miqdarı, onu həmin mənzildən məhrum etmə ilə əlaqədar vurulan maddi zərər mənzilin alış qiyməti uzrə 650000 manat, təmir və digər xərclər uzrə +206.000.+70000+50000 ABŞ Dolları +30000 manat (364000 m), cəmi 986.000 manat təşkil edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələblərinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, eləcə də bildirmişdir ki, həmin əmlaklarla bağlı təmir işləri 10 əvvəl aparılmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək iddia tələblərinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 nümayəndə və vəkili X2 iddia tələbini qəbul etməyərək, onun təmin edilməməsini xahiş etmiş və bildirmişdir ki, cavabdehin sabiq həyat yoldaşı Cavabdeh1 atası İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək oğlu və keçmiş gəlini Cavabdeh2 birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi, ev 26 A, 103 saylı mənzilə və həmin mənzilə aid "xxxx" MTK tərəfindən inşa edilmiş binanın zirzəmisindəki 61 nömrəli dayanacaq və ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə Cavabdeh2 və Cavabdeh1 hər birinin 1/2 hissədə payının müəyyən edilməsi barədə məhkəmə instansiyalarında qətnamələri qəbul edilmişdir. Hal-hazırda Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-962/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı qüvvədədir. Ərizəçi hər dəfə iddia qaldırsa da, onun iddiası təmin edilməmiş, Ali Məhkəmə xx.xx.2023-cü il tarixli qərara aldı hissəsində göstərmişdir ki, iddiaçı Cavabdeh1 və 3-cü şəxs İddiaçı tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməmişdir. İddia tələbi əsassız olduğundan rədd olunmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işə baxıb, tərəflərin izahatını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, iddia tələbi əsassızdır və aşağıdakılara görə təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2(009)-2040/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, 1. Cavabdeh1 mülkiyyətində olmuş ünvan 8 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair 19 mart 2018-ci il tarixdə 3 saylı Bakı «ASAN» xidmət mərkəzində notariat kontoru tərəfindən təsdiq edilmiş 4Ə-456 nömrəli bağışlama müqaivləsinin etibarsız hesab etməklə onun nəticəsində İddiaçı adına AR ƏMDK yanında DƏDRXnin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın ləğv edilməsi; 2. İddiaçı Cavabdeh2 mülkiyyətində olmuş ünvan 9 ünvanda yerləşən 5 otaqlı mənzilə dair 29 mart 2018-ci il tarixdə 3 saylı Bakı «ASAN» xidmət mərkəzində notariat kontoru tərəfindən təsdiq edilmiş 4Ə-487 nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməklə onun nəticəsində Cavabdeh1 adına AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın ləğv edilməsi; 3. ünvan 9 ünvanda yerləşən 5 otaqlı mənzilin 07 aprel 2018-ci il tarixdə 3 saylı Bakı «ASAN» xidmət mərkəzində notariat kontoru tərəfindən təsdiq edilmiş 4Ə-556 nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməklə onun nəticəsində cavabdeh İddiaçı adına AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın ləğv edilməsi barədə iddia tələbləri təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6822/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh2 apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2040/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ləğv edilərək, iddia tələbinin təmin edilməsi, ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin bağışlanmasına dair 19 mart 2018-ci il tarixdə 3 saylı Bakı "ASAN” xidmət mərkəzində notariat kontoru tərəfindən təsdiq edilmiş 4Ə-456 nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə ilə İddiaçı adına verilmiş çıxarışın ləğv edilməsi, ünvan 9 ünvanında yerləşən 5 otaqlı mənzilin 29 mart 2018-ci il tarixdə 3 saylı Bakı “ASAN" xidmət mərkəzində notariat kontoru tərəfindən təsdiq edilmiş 4Ə-487 nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsi, ünvan 9 ünvanında yerləşən 5 otaqlı, ümumi sahəsi 247.4 kv.m olan mənzilin 07 aprel 2018-ci il tarixdə 3 saylı Bakı "ASAN" xidmət mərkəzində notariat kontoru tərəfindən təsdiq edilmiş 4Ə-556 nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında İddiaçı adına verilmiş çıxarışın ləğv edilməsi barədə yeni qətnamə qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 7607/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarından görünür ki, cavabdehlər Cavabdeh1 və İddiaçı tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-6822/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2017-ci il tarixli, ********** saylı çıxarışından görünür ki, ünvan 5 ünvanda yerləşən qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2023-cü il tarixli, ********** saylı çıxarışından görünür ki, ünvan 9 ünvan 1/2 pay hissədə Cavabdeh2, 1/2 pay hissədə Cavabdeh1 adına qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2(009)-33/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, ilkin iddia təmin edilərək, Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi, ev 26A, 103 saylı mənzilə və həmin mənzilə aid olan "xxxx" MTK tərəfindən inşa edilmiş binanın zirzəmisindəki 61 nömrəli dayanacaq yerinə Cavabdeh2 və Cavabdeh1 hər birinin 1/2 hissədə paylarının müəyyən edilməsi, qarşılıqlı iddia təmin edilsin. ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə Cavabdeh2 və Cavabdeh1 hər birinin 1/2 hissədə payları müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6700/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh1 və İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-33/2022 saylı iş üzrə 16 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirildmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 962/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, iddiaçı Cavabdeh1 və 3-cü şəxs İddiaçı tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6700/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı, xx.xx.1945-ci ildə Ermənistan, Sisiyan rayonunda anadan olmuş, ünvan 12 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2, xx.xx.1971-ci ildə Sumqayıt şəhərində anadan olmuş, ünvan 12 ünvanında qeydiyyatdadır. Məhkəmə mübahisənin hüquqi həlli ilə bağlı qeyd edir ki, Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında zərərin ödənilməsi tələbini də özündə ehtiva edən öhdəliyin yaranması əsasları konkret şəkildə müəyyən edilmiş və buraya müqavilədən, zərər vurmadan, əsassız varlanmadan və Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslardan irəli gələn öhdəliklərin daxil olduğu göstərilmişdir. Bu baxımdan, hazırkı mülki iş üzrə araşdırma predmetini cavabdehlərin yuxarıda adı çəkilən əsaslar üzrə iddia tələbində göstərilən məbləğ həddində öhdəlik daşıyıb-daşımaması halının müəyyən edilməsi təşkil edir. Məhkəmə bildirir ki, mülki prosessual hüquq üçün səciyyəvi olan formal həqiqət prinsipinə əsasən hakim faktlarla və hallarla bağlı tərəflərin dəlilərinin həqiqiliyini yalnız o zaman müəyyən edə bilər ki, onları qarşı tərəf mübahisələndirsin. Məhkəmə, formal həqiqət prinsipini və cavabdeh tərəfindən iddia tələblərinin qəbul edilməyərək bütünlüklə mübahisələndirildiyini nəzərə alaraq hesab edir ki, mübahisələndirilən xüsusatlara, yəni cavabdehlərin iddiaçı qarşısında öhdəlik münasibətləri çərçivəsində məsuliyyət daşımasının müəyyən edilməsinə sübutetmə yükü aspektindən yanaşılmalıdır. Belə ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddiaçı cavabdehlərin ona borclu olduğunu sübuta yetirə bilməmişdir. Halbuki mülki-prosessual qanunvericiliyə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Məhkəmə, iddia tələbi üzrə tərəfin söykəndiyi faktiki halların təsdiqi üçün irəli sürdükləri dəlillərə və qeyd etdikləri xüsusatlara sübutlar, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verməyi zəruri hesab edir. Bu tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-nin müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”. Bu baxımdan, məhkəmə ilk növbədə bildirir ki, yuxarıda da göstərildiyi kimi, iddiaçı öz iddia tələbinin faktiki əsası kimi göstərdiyi halları, o cümlədən qeyd etdiyi borcu təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həqiqətin müəyyən olunması vəzifəsi ayrı-ayrı hüquq sahələrində müxtəlif cür öz əksini tapmışdır. Belə ki, cinayət və ya inzibati xəta haqqında işlər üzrə icraatda məhz obyektiv həqiqətin müəyyən edilməsi tələb olunsa da, mülki prosesdə formal həqiqət prinsipi əsas götürülmüşdür. Bu prinsipə görə, hakim yalnız tərəflərin mübahisələndirdikləri hallarla bağlı məhkəməyə təqdim etdiyi faktiki halları və sübutları nəzərə almalıdır. Beləliklə, iş üzrə müəyyən olunmuş hallara qiymət verərək, məhkəmə hesab edir ki, iddia tələbi üzrə hər hansı mötəbər sübut məhkəməyə təqdim edilmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar