Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-176/2025 11.02.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 (həmçinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 nümayəndəsi) iştirakı ilə, İddiaçı X8 və X10 müstəqil tələb irəli sürməyən üçüncü şəxs üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinin geri qaytarılması və kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı X8 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinin geri qaytarılması və kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında mövcud olan qeyri-yaşayış sahəsinin (ticarət obyekti) Cavabdeh qanunsuz sahibliyindən geri alınıb ona təhvil verilməsi və 5 ilin kompensasiya məbləği olan 30.000 manat məbləğində pulun cavabdeh tərəfindən onun hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış ünvan 1 ünvanında mövcud olan qeyri-yaşayış sahəsi (ticarət obyekti) faktiki olaraq tanışı olan X5 məxsusdur. Səbail rayon İcra Hakimiyəti başçısının xx.xx.1998-ci il tarixli 1549 saylı sərəncamı ilə qeyri-yaşayış sahəsinin İddiaçı adına sənədləşdirilməsi və orada ticarət fəaliyyətinin göstərilməsinə icazə verilmişdir. Belə ki, həmin qeyri-yaşayış sahəsi (ticarət obyekti) əldə edilən zaman onun adına rəsmiləşməsinə icazə versə də əslində ticarət obyektinin sahibi Fərhad Nağıyev olmuşdur. Göstərilən qeyri-yaşayış sahəsi 1990-cı ildən tikilmişdir və Fərhad Nağıyevə məxsusdur. Sözügedən ticarət obyekti uzun illərdir ki, Cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilərək istifadə edilmişdir. Həmin qeyri-yaşayış sahəsi heç bir sənəd olmadan Cavabdeh tərəfindən qanunsuz zəbt edilmişdir. Bu məsələ ilə bağlı dəfələrlə DİN-in Səbail rayon Polis İdarəsinə və digər hüquq-mühafizə orqanlarına müraciət etmiş lakin, hələ də heç bir nəticə əldə edilməmişdir. Qeyd edilən ticarət obyektinin aylıq icarəsindən əldə edilən gəlir 500 manatdır və artıq 5 ildir ki, həmin gəlirdən məhrum edilmişdir. Bu səbəbdən də iddia ərizəsi ilə hazırda məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək bildirdi ki, əmlak faktiki olaraq Fərhad Nağıyevə məxsus olmuş, İddiaçı daima hazırki tələblə cavabdehə müraciət etmiş, hüquq müəyyənedici sənədlər İddiaçı məxsusdur. Hesab edirlər ki, cavabdeh uzun müddətdir iddiaçıya məxsus əmlakı istifadə edir. Həmin əmlak iddiaçıya qaytarılmalı, əmlakdan istifadə edilmiş müddət üçün cavabdeh tərəfindən iddiaçıya kompensasiya ödənilməlidir. Əlavə olaraq bildirmişdir ki, həmin əmlakın sökülməsinə dair qətnamə qanuni qüvvəsini almışdır, lakin İddiaçı həmin işdə tərəf olmamışdır. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, hazırda mübahisələndirilən əmlakın sökülməsinə dair qətnamədə əmlakın onun tərəfindən tikilməsi sübut edilmişdir. Nəzərə çatdırır ki, iddiaçının hazırki mübahisə ilə bağlı məlumatı yoxdur. İddiaçı tərəfindən 2015-ci ildə bir dəfə etibarnamə alınıb. Əgər əmlak qarşı tərəfin adınadırsa, necə olur ki, o, kommunal xidmətləri öz adına keçirmiş, VÖEN açıb həmin əmlakda fəaliyyət göstərir, obyektə dair bütün sənədlər onun adınadır. Əmlakın sökülməsinə dair qətnamənin icra edilməməsi ilə bağlı bildirir ki, bütün məhkəmə instansiyalarından keçmiş, hətta Konstitusiya Məhkəməsinə müraciət etmiş, lakin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Əmlakın sökülməməsinin səbəbləri ondan ibarətdir ki, birincisi, o, məcburi köçkündür; ikincisi, torpaq onundur; üçüncüsü, zirzəmiyə giriş Əziz Nəzərov küçəsindəndir. O, həmin zirzəmiyə 1997-ci ildə məskunlaşmış, üçüncü şəxs oranı 2009-cu ildə almışdır. İddiaçının hazırki mübahisədən xəbəri yoxdur. Onun ünvanı “Karat” restoranının yanındadır, amma məhkəmə tərəfindən göndərilən bütün məktublar üçüncü şəxslərin ünvanına gedir. Əgər təqdim olunan sərəncam həqiqətən də var idisə, onda iddiaçı tərəf həmin sənədi bundan öncəki məhkəmə mübahisələri vaxtı təqdim edərdi. İddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 (üçüncü şəxs X4 nümayəndəsi) izahatında bildirmişdir ki, cavabdeh oraya məskunlaşmamışdır. Həmin yarımzirzəmi arvadına məxsusdur, rəsmi olaraq cavabdeh Məktəbli küçəsi ünvanında məskunlaşmışdır. Sadəcə o, cavabdehə onlara məxsus yarımzirzəmiyə məskunlaşmasına icazə vermişdir. O, icra sənədinin icrasının dayandırılmasını xahiş etmişdir, tələb ona məxsusdursa, öz hüququndan istifadə edir, istəsə icra icraatını ərizə ilə müraciət edib yenidən təzələyə bilər. Çox güman ki, əmlakı təhvil alandan sonra oranı sökdürər, məhkəmənin gedişatından asılıdır. Mübahisə edilən tikilini o özü tikmişdir. Həmin tikili onların zirzəmisinin girişindədir, onların razılığı olmadan orada heç bir tikinti işləri aparıla bilməzdi. Cavabdeh həmin tikilini zəbt etmiş, orada fəaliyyət göstərir. O, cavabdehə icazə vermişdir ki, oradan istifadə etsin, indi isə oranı tərk etmir. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını, eləcə də Səbail rayon İcra şöbəsi tərəfindən təqdim edilmiş Səbail Rayon Məhkəməsinin 2(009)-1527/2019-015 saylı icra vərəqəsi ilə bağlı icra işinin sənədlərini araşdırıb hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Nikahın bağlanması haqqında şəhadətnaməni surətindən görünür ki, X8 ilə X4 nikahları xx.xx.1988-ci ildə bağlanmışdır. - Bakı Şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının 13 oktyabr 1998-ci il tarixli, 1549 saylı sərəncamından görünür ki, Badamdar qəsəbəsi T.Məmmədov 4 küçəsindəki mövcud ticarət obyektinin İddiaçı adına sənədləşdirilməsi və orada ticarət fəaliyyəti göstərməsinə icazə verilmişdir. - Bakı Şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının aparatının 01 avqust 2018-ci il tarixli, 110 saylı istifadədə olan tikinti obyektinin mövcud vəziyyətdə istismarına icazədən görünür ki, təqdim olunmuş sənədlərə əsasən tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edildiyini və ondan təyinatı üzrə istifadənin mümkünlüyünü nəzərə alaraq 2018-ci il tarixində İddiaçı ticarət obyektinin istismarına icazə verilmişdir. - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25 noyabr 2019-cu il tarixli, 2(009)- 1527/2019 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsi, 1 №li binanın yarımzirzəmisində yerləşən iddiaçı X4 istifadəsində olan 243.5 kv.m qeyri-yaşayış sahəsinə həmin ünvan üzrə T.Məmmədov küçəsindən gedən yolun (keçidin) üstündə Cavabdeh tərəfindən inşa edilmiş uzunuğu 8.0 metr, eni 5.3 m, hüdürlüyü 3.2 m olan bir mətbəli özbaşına tikilinin cavbdehin hesabına sökülməsi və həmin yolun əvvəlki vəziyyətinə qaytarılması qət edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli 2(102)- 4581/2021 saylı qərarından görünür ki, Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4282/2020 nömrəli iş üzrə 01 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qərardan həmçinin görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 4282/2020 nömrəli iş üzrə 01 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 1527/2019 nömrəli mülki iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışdır. - Səbail rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(009)-100/2023 saylı qətnaməi ilə iddiaçı X4 – Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi”tələbinə dair iddiası əsassız olduğundan rədd edilməsi qət edilmişdir. - Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 528.1-1 maddəsində nəzərdə tutulmuş inzibəti xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 manat məbləğində inzibati cərimə tənehinin tətbiq edilməsi qərara alınmışdır. - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(103)-1423/2023 saylı qərarından görünür ki, Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. - Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(009)-2468/2023 saylı qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 528.1-1 maddəsində nəzərdə tutulmuş inzibəti xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 15 gün müddətə inzibəti həbs tətbiq edilməsi qərara alınmışdır. - X4 nümayəndəsi X3 Səbail rayon İcra Şöbəsinə yazdığı xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o icra işi üzrə borclu Cavabdeh ilə aralarında razılığa gəlmələri səbəbindən onun növbəti müraciətinə qədər onun barəsində heç bir məcburi icra tədbirinin görülməməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: İşin materiallarından görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009) 204/2009 saylı, xx.xx.2009-cu il tarixli qətnaməsi ilə Cavabdeh və X6 ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında yerləşən 243.5 kv.m qeyri-yaşayış sahəsindən çıxarılmaları qət edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2759/2009 saylı, xx.xx.2009-cu il tarixli qətnaməsi ilə sözügedən qətnamə dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 3262/2009 saylı, xx.xx.2009-cu il tarixli qərarı ilə isə apellyasiya instansiyası məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 204/2009 saylı, xx.xx.2009-cu il tarixli icra sənədi üzrə Bakı şəhəri Səbail Rayon Məhkəmə İcraçıları şöbəsinin xx.xx.2009cu il tarixli qərarı ilə icraata başlanılmışdır. Daha sonra işin materiallarından görünür ki, X4 Cavabdeh qarşı itirilmiş gəlirin ödənilməsinə dair iddia ilə müraciət etmiş və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-116/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsi ilə iddiası təmin edilməmişdir. Bundan əlavə, iddiaçı X10 Cavabdeh qarşı iddia qaldıraraq Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsi, 1 nömrəli binanın yarımzirzəmisində yerləşən iddiaçı X4 istifadəsində olan 243.5 kv.m qeyri-yaşayış sahəsinə həmin ünvan üzrə T.Məmmədov küçəsindən gedən yolun (keçidin) üstündə Cavabdeh tərəfindən inşa edilmiş uzunluğu 8,0 metr, eni 5,3 m, hündürlüyü 3,2 m olan bir mərtəbəli özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və həmin yolun əvvəlki vəziyyətinə gətirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009) - 1527/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiası təmin edilmişdir. Sözügedən qətnamədə əks edilmiş iddia ərizəsinin məzmunundan da görünür ki, iddiaçı X10 iddia ərizəsində ona məxsus daşınmaz əmlaka gedən yolun qarşısında məhz Cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilinin mülkiyyətində olan əmlakdan istifadə hüquqlarını məhdudlaşdırdığını göstərmişdir. Sözügedən qətnamədən daha sonra görünür ki, iddia qismən təmin edilmiş, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsi, 1 №-li binanın yarımzirzəmisində yerləşən iddiaçı X4 istifadəsində olan 243.5 kv.m qeyri-yaşayış sahəsinə həmin ünvan üzrə T.Məmmədov küçəsindən gedən yolun (keçidin) üstündə Cavabdeh tərəfindən inşa edilmiş uzunluğu 8,0 metr, eni 5,3 m, hündürlüyü 3,2 m. olan bir mərtəbəli özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və həmin yolun əvvəlki vəziyyətinə gətirilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Qeyd edilən qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanıldıqdan sonra Səbail Rayon məhkəməsinin 2(009)-1527/2019-015 saylı icra vərəqəsi icra edilməsi üçün xx.xx.2020-ci ildə Səbail rayon İcra Şöbəsinə göndərilmiş və icra hərəkətlərinə başlanılmışdır. Bundan sonra iddiaçı X10 – Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək onun tərəfindən tikilən 50 kv.m ibarət dükan cavabdeh tərəfindən qanunsuz zəbt olunması və hal-hazırda 500 (beş yüz) manat kirayə verməsi və inşa olunandan bəri oradan 50.000 (əlli min) manat gəlir əldə etməsini, onun tam mülkiyyətində olan yarım zirzəmidən cavabdeh hər ay 1000 (min) manat pul qazanmasını, bununla da Cavabdeh tərəfindən ona 220.000 (iki yüz iyirmi min) manat məbləğində ziyan dəyməsini iddia etmişdir. Bütün yuxarıda sadalananların əks edildiyi Səbail Rayon məhkəməsinin xx.xx.2022ci il tarixli 2(009)-100/2022 saylı qətnaməsindən görünür ki, “maddi və mənəvi ziyanın ödənilməsi”nə dair iddia tələbinin əsaslı olmasını təsdiq edən hər hansı bir sübut növü məhkəməyə təqdim edilməməsi əsası ilə iddianın rədd edilməsi qət edilmişdir. Həmçinin, işin materiallarından görünür ki, Səbail Rayon məhkəməsinin 2(009)- 1527/2019-015 saylı icra vərəqəsini icra etmədiyinə görə Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 528.1-1 maddəsində nəzərdə tutulmuş inzibəti xətanı törətməkdə təqsirli bilinərək əvvəlcə Səbail rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində 500 manat məbləğində inzibati cərimə tənbehinin tətbiq edilməsi, daha sonra Səbail rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(009)-2468/2023 saylı qərarı ilə eyni maddədə nəzərdə tutulmuş inzibəti xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 15 gün müddətə inzibati həbs tətbiq edilməsi qərara alınmışdır. İcra işinin materiallarından görünür ki, icra dövründə X4 nümayəndəsi X1 rayon İcra Şöbəsinə yazdığı xx.xx.2024-cü il tarixli ərizəsi ilə müraciət edərək Cavabdeh ilə aralarında razılığa gəlmələri səbəbindən onun barəsində heç bir məcburi icra tədbirinin görülməməsini xahiş etmişdir. Beləliklə də müəyyən edilmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 1527/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi üzrə icra hərəkətlərinin dayandırılmasına dair tələbkar tərəfin ərizəsi mövcuddur. Başqa sözlə, hazırki vaxta kimi sözügedən qətnamənin icra edilməməsinin səbəbi tələbkarın qeyd edilən ərizəsidir. Hazırki işdə iddia tələbində iddiaçının iddia etdiyi mövqeyindən görünür ki, onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış ünvan 1 ünvanında mövcud olan qeyri-yaşayış sahəsi (ticarət obyekti) faktiki olaraq tanışı olan X5, yəni Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1527/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsində iddiaçı qismində göstərilmiş X4 həyat yoldaşına məxsusdur. Daha sonra göstərmişdir ki, Səbail rayon İcra Hakimiyəti başçısının xx.xx.1998-ci il tarixli 1549 saylı sərəncamı ilə qeyri-yaşayış sahəsinin onun adına sənədləşdirilməsi və orada ticarət fəaliyyətinin göstərilməsinə icazə verilsə də, əslində ticarət obyektinin sahibi Fərhad Nağıyev olmuşdur. Sözügedən qeyri-yaşayış sahəsinin 1990-cı ildən tikilərək Fərhad Nağıyevə məxsusluğunu bir daha vurğularayaq ticarət obyektinin uzun illərdir ki, Cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilərək istifadə edilməsini iddia edərək qeyriyaşayış sahəsinin (ticarət obyekti) sonuncunun qanunsuz sahibliyindən geri alınıb ona təhvil verilməsini tələb etmişdir. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1527/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsi, 243,5 kv.metr qeyri-yaşayış sahəsinə gedən yolun (keçidin) üstündə qanunsuz tikinti işləri apararaq, iddiaçıya məxsus 243,5 kv.metr qeyri-yaşayış sahəsinə keçməyə məhdudiyyət yaratmışdır. Mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, məhkəmə həmin xüsusata dair ixtisaslı şəxsin rəyini almışdır. Belə ki, məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə Cavabdeh məxsus mübahisəli tikilinin Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsində yerləşən 243,5 kv.metr qeyri-yaşayış sahəsinə gedən yolun (keçidin) üstündə inşa edildiyini nəzərə alaraq, həmin tikilinin iddiaçı X4 özünə məxsus 243,5 kv.metr qeyri-yaşayış sahəsinə keçməyə məhdudiyyət yaratdığı müəyyən edilmişdir. İddiaçı mülkiyyət hüququ ilə ona məxsus olan qeyri-yaşayış sahəsinə istifadəni məhdudlaşdıran hərəkətlərə son qoyulması tələbinə dair iddia qaldırmaq hüququna malikdir və Nailə Qafarova bu hüququndan istifadə etmişdir. Beləliklə də məhkəmə hesab etmişdir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, iddiaçının özünəməxsus qeyri-yaşayış sahəsindən istifadəsinə cavabdeh tərəfindən edilən qəsdə son qoyulmalı, cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikili cavabdehin hesabına sökülməlidir. Başqa sözlə, hazırki iş üzrə İddiaçı Cavabdeh qanunsuz sahibliyindən geri alınıb ona təhvil verilməli olmasını iddia etdiyi sahənin faktiki sahibinin X4 həyat yoldaşı, hazırki iş üzrə üçüncü şəxs X3 olmasını göstərməklə sözügedən qətnamə ilə sökülməsi qət edilmiş X2 istifadəsində olması müəyyən edilmiş Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsi, 1 №-li binanın yarımzirzəmisində yerləşən 243.5 kv.m qeyri-yaşayış sahəsinə həmin ünvan üzrə T.Məmmədov küçəsindən gedən yolun (keçidin) üstündə Cavabdeh tərəfindən inşa edilmiş uzunluğu 8,0 metr, eni 5,3 m, hündürlüyü 3,2 m.olan bir mərtəbəli özbaşına tikilidən çıxarılmalı olmasını iddia etmişdir. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1527/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı X4 etibarnamə üzrə nümayəndəsi X8 iştirak edərək iddia ilə bağlı mövqeyində iddiaçıya məxsus daşınmaz əmlakın İddiaçı ilə bağlı Bakı Şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının 13 oktyabr 1998-ci il tarixli, 1549 saylı sərəncamı barədə heç nə göstərilməmiş və sonuncu da iş üzrə cəlb edilməmişdir. Həmçinin işdən görünür ki, Səbail Rayon Məhkəməsinin 2(009)-1527/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin icrası ilə bağlı icra hərəkətləri davam etdirilməməsinə dair tələbkar X4 etibarnamə üzrə nümayəndəsi X8 ərizə ilə müraciətində icra hərəkətlərinin dayandırılmasının səbəbini hazırki iş üzrə cavabdeh olan Cavabdeh ilə aralarında razılaşma olmasını göstərmişdir. Səbail Rayon Məhkəməsinin 2(009)-1527/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsində etibarnamə üzrə nümayəndəsi X8 olan iddiaçı X7 məxsus sahənin İddiaçı adına olması göstərilməmiş və bununla bağlı sənəd təqdim edilməməklə bu hala qiymət verilməmişdir. Məhkəmə İddiaçı hazırki iddia tələblərinin təmin edilməsini mümkün saymır və bu qənaətini onunla əsaslandırır ki, əvvəla Səbail Rayon Məhkəməsinin 2(009)-1527/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi hazırki iş üzrə preyudisiyal əhəmiyyətə malik olmasa da, həmin qətnamə ilə müəyyən edilmiş diqqətlayiq və mühüm xüsusatlar nəzərə alınmalıdır. İkincisi də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən maddədə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir. 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mükiyyətçi olmasa da, bu məcəllə və ya müqavailədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə mənsubdur. Məhkəmə qeyd edir ki, iddiaçının mübahisələndirdiyi sahənin özünün adına formal olmasını etiraf etməklə qaldırdığı hazırki iddianın qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə sökülməsi qət edilmiş sahə ilə əlaqədar olması işin mübahisəsiz halıdır. Belə ki, məhkəmə iclasında da iddiaçı, cavabdeh və üçüncü şəxs birmənalı olaraq hazırki iddianın predmeti ilə Səbail Rayon Məhkəməsinin 2(009)-1527/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə sökülməsi nəzərdə tutulmuş qeyri-yaşayış sahəsinin eyni sahələr olmasını təsdiq etmişlər. Bundan başqa, iş materiallarından görünür ki, mübahisəli sahə ilə bağlı hüquqlarının olmasını iddia edən İddiaçı Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 1527/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən maraqlarına toxunan şəxs kimi şikayət verməmişdir. Həmin sahənin sökülməməsinin səbəbi isə yuxarıda qeyd edildiyi kimi iddiaçının özünün təbirincə deyilsə faktiki sahib olan üçüncü şəxs X3 icra şöbəsinə ünvanladığı ərizədir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia hazırki vəziyyətdə əsaslı sayıla bilməz və ona görə də rədd edilməlidir. Məhkəmə həmçinin iddianın “5 ilin kompensasiya məbləği olan 30.000 manat məbləğində pulun cavabdeh tərəfindən onun hesabına ödənilməsi”- hissəsinin törəmə tələb olduğundan rədd edilməsi nəticəsinə gəlir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-176/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-176/2025
11.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver