Məhkəmə qərarları › İş №2(009)-1768/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1768/2024

03.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1768/2024 03.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Seyidli İlkin Ramin oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alətlərin geri qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh görülən işlərə görə razılaşdıqları 20 000 manat puldan qalıq qalan 1500 manat pulun alınaraq ona ödənilməsi və Cavabdeh məxsus mənzildə qalan və ona məxsus 1 ədər dəyəri 60 manat olan laqonda, 1 ədəd dəyəri 50 manat olan böyük direl, 1 ədəd dəyəri 35 manat olan balaca direl, 1 ədəd dəyərı 80 manat olan preparat,1 ədəd dəyəri 80 manat olan ütü, 1 adəd dəyəri 45 manat olan zebra açan, 12 ədəd ümumi dəyəri 110 manat olan malyar şpatelləri, 6 ədəd dəyəri ümumilikdə 70 manat olan aboy şpatelləri, dəyəri 90 manat olan santexnika açarları, dəyəri 130 manat olan sverdlolar və dəyəri ümumilikdə 100 manat olan xırdavat alətləri, özləri olmadıqda isə onların dəyəri olan 850 manat olmaqla, ümumilikdə 2700 alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, o, hazırkı iş üzrə Cavabdeh tanıyır. Belə ki, Cavabdeh da göstərdiyi kimi onlar biri-birilərini tanımışlar. O, müharbə veteranı olmaqla, ailəsini dolandırmaq üçün işçi qrupu ilə birlikdə evlərin təmiri ilə məşğul olub ailələrini dolandırırlar. Cavabdeh da onun bu işlə məşğul olmağını bilirdi və Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 83 nömrəli ünvanda yerləşən 4 otaqlı mənzilin təmir olunması üçün ona müraciət etmiş, o da ona təklif edilən təmirə görə 30 000 manat ödəmək lazım olduğunu bildirsə də, o, razılaşmadı, o tanış olduqlarını və arada olan münasibəti nəzərə almağını xahiş etdi və təklif edilən təmir işlərinə görə onunla 15.000 manata razılaşdılar. Təkilf edilən təmir işləri görülərkən əlavə olaraq əlavə təmir işləri ortaya çıxmış və işçi qrupu olaraq əlavə təmir işlərinə görə də pul ödəmək lazım olduğunu bildirdi və ona əlavə işlərə görə və əvvəlki razılaşdıqları təmir işinə görə ümumilikdə 20 000 mumat ödəyəcəyi barədə razılaşmışlar. Belə ki, o və işçilər əlavə olaraq otaqların qapı və pəncərələrini dəyişdirmiş, döşəmənin bir hissəsi sökülmüş, qonşulardan və yağışdan mənzilə su axdığına görə trubalar dəyışdirilmiş, santexnik işləri, elektrik işləri aparılmış, söküntülər aparılmış, zibilin atılması üçün əlavə xərclər edilmiş, damlar yenidən düzəldilmiş, üst qoşuların kanalizasiyasından axan çirkab suları axıntıları təmir edilmiş, kafel, diklər, laminat və plentus vurulmuş, isti polun çəkilmiş beton 2 dəfə verilmiş, malyar işləri görülmüş, mebelin daşınması və sökülməsi olmuşdur. O bütün bu görülən işlərə və əlavə də daxil olmaqla ümumilikdə 20.000 manata razılaşmışdır. Təmir işləri davam edərkən o, cavabdehdən pulu ödəməsini xahiş etsə də, o, hər dəfə yaxşı olacağını bildirərək pulu vermirdi O da cavabdehin sözünə inanaraq, işçilərin pulunu vermək üçün özümə məxsus avtomobili sataraq pulu vermiş və fikirləşmişdir ki, cavabdeh pulu verəcəkdir. O, cavabdehin evində işləyən müddətdə razılaşdıqları 20.000 manatdan görülən işlərin müqabilində 18500 manat almışdır. O, cavabdehin onları aldatdığını görüb ondan pulu tam ödəməsini xahiş etdi, lakin onun ər dəfə müxtəlif bəhanələr gətirdiyini görüb işi saxlamış və hətta ona bildirdi ki, təmir işləri görülərkən ona məxsus 1 ədəd dəyəri 60 manat olan laqonda, 1 ədəd dəyəri 50 manat olan böyük direl, 1 ədəd dəyəri 35 manat olan balaca direl, 1 ədəd dəyəri 80 manat olan pereaparat, 1 ədəd dəyəri 80 manat olan ütü, 1 ədəd dəyəri 45 manat olan zebra açan, 12 ədəd ümumi dəyəri 10 manat olan malyar spatelləri, 6 ədəd dəyəri ümumilikdə 70 manat olan aboy şpatelləri, dəyəri 90 manat olan santexnik açarları, dəyəri 130 manat olan sverdlolar və dəyəri ümumilikdə 100 manat olan xırdavat alətləri cavabdehə məxsus mənzildə saxlamışdır. 04 sentyabr 2024-cü il tarixdə iddiaçı məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək bildirmişdir ki, iddiasının 1500 manat pul tələbi hissəsindən imtina edir, alətlərin qaytarılması iddiasını təmin olunmasını tələb edir. Məhkəmə iddiaçının iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizəsini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş, eləcə də bildirmişdir ki, ona məxsus alətlərdən bir hissəsini, yəni 1 ədəd perforator, 1 ədəd ütü, 1 ədəd yiv açan (zebra açarı), 1 ədəd laqonda, 1ədəd böyük direl və 1 ədəd kiçik dreli cavabdeh ona qaytarmışdır. Ona görə də digər alətlərin qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X2 iddianı qismən qəbul edərək bildirmişdir ki, iddiaçı cavabdehin evində təmir işləri görmüşdür. İddiaçı iddia etdiyi 11 adda əşyalardan yalnız 5 ədədi iddiaçıya məxsusdur. Qalanlarını isə cavabdeh öz vəsaiti hesabına almışdır. Belə ki, təmirə başlamaq barədə iddiaçı ilə aralarında razılıq yaranandan sonra, iddiaçı ona bir sıra zəruri alətlərinin olmadığını bildirdi və həmin alətləri almağını ondan xahiş etdi. Cavabdeh də, iddiaçının iştirakı ilə aşağıda qeyd edilənləri öz vəsaiti hesabına almışdır və bu vəsait iddiaçıya zəhmət haqqı olaraq verdiyi ümumilikdə 18500 manata daxil deyildir. Razılaşmalarına görə də iddiaçı həmin əşyaları cavabdehə məxsus mənzilin təmirində istifadə etməli, sonda isə həmin əşyalar cavabdehə qalmalı idi. Cavabdehin öz vəsaiti hesabına aldığı əşyalar aşağıdakılardır: 1. Bir ədəd perforator; 2. 12 ədəd rəngsaz (molyar) şpateli; 3. 6 ədəd aboy şpatelləri; 4. Santexnik açarları; 5. Sverlolar (yivaçan); 6. Xırdavat alətlər. Aşağıda adları qeyd olunan digər əşyalar isə həqiqətən də İddiaçı məxsusdur: 1. Bir ədəd kiçik direl; 2. Bir ədəd böyük direl; 3. Bir ədəd ütü; 4. Bir ədəd zebra açan; 5. Bir ədəd laqonda. Bundan başqa bildirir ki, cavabdeh İddiaçı ona qarşı qeyd edilən iddiaları qaldırması üçün ona heç bir əsas verməmişdir. Belə ki, İddiaçı özü cavabdehi aldadaraq, aralarındakı razılaşmanı pozaraq, təmir işlərini yerinə yetirməyə görə razılaşdıqları 18500 manat pulu ondan almiş olsa da, işlərin az hissəsini görmüş və işləri yarımçıq qoyaraq, hətta cavabdehi inandırmaq üçün alətləri də mənzildə saxlayaraq, çıxıb getmiş və qayıtmamışdır. Cavabdeh dəfələrlə ondan təmiri başa çatdırmasını tələb etsə də, iddiaçı həmin mənzilə qayıtmamışdır. Yəni alətləri cavabdeh iddiaçıdan alıb saxlamamış, iddiaçı özü alətləri mənzildə qoyub getmiş və sonra qayıtmamışdır. Mənzil həmin vaxtı təmirə saxlandığından mənzildə təbii ki, heç kim yaşamırdı. Mənzilin açarları da, iddiaçı Söhrab Məmmədovda idi. İddiaçı özü alətləri (həm özünə məxsus olan, həm də csavabdehə məxsus olan alətləri) mənzildə saxlayaraq çıxıb getmiş, heç vaxt alətləri götürmək üçün ora gəlməmiş, nə dəacavabdehdən ələtləri istəməmişdir. Sadəcə cavabdeh iddiaçıya qarşı Kürdəmir məhkəməsində haqlı iddia qaldırdığına görə, iddiaçı da cavabdehə qarşı hazırki iddianı qaldırmışdır (Kürdəmir Rayon Məhkəməsinin cavabdehin iddasını təmin olumasına dair qətnaməni mənkəməyə təqdim etmişdir). Söhrab Məmmədova məxsus olan həmin 5 adda alətlər, yəni yuxarıda qeyd etdiyi bir ədəd kiçik direl, bir ədəd böyük direl, bir ədəd ütü, bir ədəd zebra açan, bir ədəd laqondanı cavabdeh iddiaçıya qaytarmışdır. Amma adlarını ıxarıda qeyd etdiyi digər alətlər isə cavabdehin özünə məxsusdur. Söhrab Məmmədovun həmin əşyalara dair cavabdehə qarşı iddiası əsassızdır və ona görə də, təmin edilməməsini xahiş etmişdir. Məhkəmə, işə baxıb, tərəflərin izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən iddia tələbinin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia qismən təmin olunmalıdır. İş materiallarında olan AZE seriyalı ******** n.mrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1968-ci ildə ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Nərimanov RPİ-nin 18-ci polis şöbəsinin baş təhqiqatçısı polis polkovnik-leytenantı X1 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 06 yanvar 2024cü il tarixli qərarından görünür ki, Cavabdeh ərizə ilə müraciət edərək, uzun illər tanıdığı və evində təmir-tikinti işləri aparmış İddiaçı onun 18500 manat pulunu ələ keçirib təmir işlərini yekunlaşdırmadığına görə məsuliyyətə cəlb olunmasını və maddə ziyanın ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir, Cavabdeh müracəiti əsasında toplanmış materialda əməldə cinayət tərkibi müəyyən olunmadığından material üzrə cinayət işi başlanmasının rədd edilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, Cavabdeh ərizəsində göstərdikləri xüsusatları təsdiqləyərək, İddiaçı hazırkı müddətədək təmir işlərinə sərf ediləcək məbləğdən xeyli artıq məbləğdə 18500 manat almasına baxmayaraq, təmir işlərinin 20 faizini, təxminən 5000 manat dəyərində təmir işləri görmüş, 4 otaq və 28 kv.metr balkonu olan mənzildən yalnız bir otağı təmir etmiş, İddiaçı görmədiyi təmir işlərinə görə pulları qabaqcadan alması üçün ailə üzvlərindən birinin ciddi xəstəliyini düşünülmüş şəkildə bahənə gətirməklə almış və aralarındakı münasibətdən yararlanaraq 18500 manat alıb, 5000 manat dəyərində təmir işləri görmüş, etibarından sui-istifadə edərək pullarını ələ keçirib təmir işlərini yekunlaşdırmadan digər ünvanlarda təmir sifarişləri götürmüş İddiaçı barəsində qanuni tədbirlər görülməsinə və maddi ziyanın ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Yuxarıda qeyd olunan qərardan görünür ki, İddiaçı izahatında bildirmişdir ki, Cavabdeh ilə təxminən 5 iİ əvvəl tanış olub mənzil və bağ evində təmir işləri apararkən həmişə münasibətləri yaxşı olmuş və aralarında heç bir problem yaranmamış, Cavabdeh sifarişi ilə xx.xx.2022-ci il tarixdə Səball rayonu, Neftçilər prospekti, 83 nömrəli ünvanda 4 otaqlı mənzilin elektrik, santexnika və otaqların ağardılması işlərinə başlamış, həmin təmir işlərinə və söküntülərin daşınmasına görə 15000 manat alacağına Cavabdehlə razılaşmış, təmir İşləri aparılarkən əlavə olaraq Cavabdeh tərəfindən otaqların qapı və pəncərələrinin dəyişilməsi, döşəmənin bir hissəsinin sökülməsi sifarişləri verilmiş, Cavabdeh mənzilində təmirə başlayarkən mənzilin iç təmirinə 30 000 manat istəmiş, lakin 15 000 manata razılaşmış, təmir işləri aparılarkən qonşulardan və yağışdan mənzillərə su axdığına görə əlavə işlər yaranmış, bu səbəbdən işlərində ləngimələr olmuş, həmçinin aralarındakı razılaşmadan sonra əlavə işlərə göre yaranmış xərclər barədə işçilərin narazılığı ilə bağlı Rafiq müəllimə bildirdikdə, uzun illər bir-birlərini tanımalarını xatırladaraq “hər şey yaxşı olacaq və nəzərə alınacaq” cavabı verilmiş, bundan sonra təmir işlərini davam etdirərək, təmirin 70 %-ni işləmiş, təmir işlərinin aparıldığı xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hündürlüyü 4.20 metr olan 55 kv.metr otağı təmir edib təhvil vermiş, ailə vəziyyətilə əlaqədar Cavabdeh xx.xx.2023-cü il tarixədək 5 gün icazə almış, lakin həmin müddətin tamamında ailə problemlərini həll edə bilmədiyinə görə Rafiq müəllimə zəng edərək, xx.xx.2024-cü il tarixədək icazə verməsini xahiş edərək təmir işlərini təhvil verəcəyinə inandırması üçün alətlərini orada saxlayıb lazım olarsa dərhal ayıdacağını bildirmiş, konkret olaraq Cavabdeh mənzilində təmir işlərinə görə razılaşdıqları 3 000 manatdan 18500 manat almış, lakin görüləcək işlərin ümumi deyəri 28000 manat olmuş, lakin aralarındakı yaxşı münasibətə görə həmin məbləğ barədə danışmamış, Cavabdeh təmir işlərinə cəmi 28000 manat ödəməyə razılaşmasa danışıqlar aparıb razılaşdıqdan sonra xx.xx.2024-cü il tarixdən gec olmayaraq təmir işlərini davam etdirəcək. İş materiallarında olan Kürdəmir rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-779/2024 nömrəli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı əsas məbləğ 9397 manat və ödənilmiş 117 manat dövlət rüsumunun alınaraq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, iddiaçı Cavabdeh qarşı iddia qaldıraraq cavabdehə məxsus mənzildə təmir aparılması ilə əlaqədar olaraq qalan və ona məxsus təmir alətlərinin: 1 ədər dəyəri 60 manat olan laqonda, 1 ədəd dəyəri 50 manat olan böyük direl, 1 ədəd dəyəri 35 manat olan balaca direl, 1 ədəd dəyərı 80 manat olan preparat,1 ədəd dəyəri 80 manat olan ütü, 1 adəd dəyəri 45 manat olan zebra açan, 12 ədəd ümumi dəyəri 110 manat olan malyar şpatelləri, 6 ədəd dəyəri ümumilikdə 70 manat olan aboy şpatelləri, dəyəri 90 manat olan santexnika açarları, dəyəri 130 manat olan sverdlolar və dəyəri ümumilikdə 100 manat olan xırdavat alətlərin cavabdehdən alınıb ona verilməsini xahiş etmişdir. Məhkəmə iclasında işə baxılarkən iddiaçı bildirmişdir ki, cavabdeh ona məxsus əmlakdan bir hissəsini, yəni 1 ədəd perforator, 1 ədəd ütü, 1 ədəd yiv açan (zebra açarı), 1 ədəd laqonda, 1ədəd böyük direl və 1 ədəd kiçik dreli ona qaytarmış, qalan alətlərini qaytarmamışdır. Ona görə də, iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndə və vəkili iddiaçının tələb etdiyi 5 adda təmir alərlərinin iddiaçıya deyil, cavabdehin özünə məxsus olduğunu bildirsə də, buna dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə, mübahisənin həlli ilə bağlı bildirir ki, İddiaçı Cavabdeh qarşı alətlərin geri qaytarılması tələbini irəli sürməkdə haqlıdır. Belə ki, hazırda tərəflər arasında müqavilə münasibətləri, yaxud müqavilə öhdəliyinin icra edilməməsi halı yoxdur. İddiaçının tam əşya hüququ olan mülkiyyət hüququ pozulduğundan tələbin həllinə bu prizmadan yanaşılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülkiyyətin müdafiəsini təmin edən bu normanın mənasından aydın olur ki, iddiaçının həmin tələblə çıxış edə bilməsi üçün üç şərtin gerçəkləşməsi zəruridir: iddiaçının əşyanın mülkiyyətçisi olması, cavabdehin əşyanın sahibi olması, cavabdehin əşyaya sahiblik hüququnun olmaması. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, hazırkı işdə qeyd olunan şərtlər mövcuddur. İşin mübahisəsiz hallarına əsasən, iddiaçının tələb etdiyi alətlər dəyəri 110 (yüz on) manat olan 12 ədəd malyar spateli, dəyəri 70 (yetmiş) manat olan 6 ədəd oboy spateli, dəyəri 90 (doxsan) manat olan santexnik açarları, dəyəri 130 (yüz otuz) manat olan sverdlolar (yivacan), dəyəri 100 (yüz) manat olan xırdavat alətləri müəyyən edildiyindən, iddiaçının öz əmlakını cavabdehin qanunsuz sahibliyindən tələb etməsi haqlı sayılmalı və sözügedən əşyalar cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı məxsus aşağıdakı alətlər: dəyəri 110 (yüz on) manat olan 12 ədəd malyar spateli, dəyəri 70 (yetmiş) manat olan 6 ədəd oboy spateli, dəyəri 90 (doxsan) manat olan santexnik açarları, dəyəri 130 (yüz otuz) manat olan sverdlolar (yivacan), dəyəri 100 (yüz) manat olan xırdavat alətləri, həmin alətlər olmadıqda onların dəyəri alınaraq İddiaçı qatarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı məxsus aşağıdakı alətlər: dəyəri 110 (yüz on) manat olan 12 ədəd malyar spateli, dəyəri 70 (yetmiş) manat olan 6 ədəd oboy spateli, dəyəri 90 (doxsan) manat olan santexnik açarları, dəyəri 130 (yüz otuz) manat olan sverdlolar (yivacan), dəyəri 100 (yüz) manat olan xırdavat alətləri, həmin alətlər olmadıqda onların dəyəri alınaraq İddiaçı verilsin. Qalan hissədə iddia tələbi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar