Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1776/2024 23.09.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, Ərizəçinin nümayəndəsi Nümayəndə1, Maraqlı şəxs Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin nümayəndəsi Nümayəndə2, Maraqlı şəxs Azərbaycan Respublikası Audiovizual Şurasının nümayəndəsi Nümayəndə3 iştirakı ilə, Ərizəçi MMC-nin Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətini və Azərbaycan Respublikası Audiovizual Şurasını maraqlı şəxs qismində cəlb etdiyi “internet informasiya ehtiyatlarına və istifadə edilən İP ünvanlarına müraciətlərin edilməsinə məhdudiyyətlərin aradan qaldırılması haqqında” ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi MMC Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətini və Azərbaycan Respublikası Audiovizual Şurasını maraqlı şəxs qismində cəlb edilməklə müvafiq ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi MMC-nin internet informasiya ehtiyatına və istifadə etdiyi İP ünvanlara Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(009)-393/2024 nömrəli qətnaməsinə əsasən tətbiq olunan məhdudlaşdırmanın aradan qaldırılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(009)-393/2024 nömrəli qətnaməsinə əsasən ərizəçi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin ərizəsi təmin edilərək, “İLOOK, VipDrive/TVLider, MeLord, İseeTV, JinoPro, ZeDoom, RuLookTV, BrendTV,TOP İPTV, TTV (lorrent TV), SHARA-CLUB (https://bil.shara tv), Sharavoz, Only4.tv, VİPLime TV, Glans (https://ottg.app/), Tv-ch.ru, Megogo, Setanta stream İP, Onbir.tv internet informasiya ehtiyatlarına və onların istifadə etdiyi İP ünvanlarına müraciətlərin edilməsi məhdudlaşdırılmışdır. Ərizənin verilməsinə və onun təmin edilməsinə əsas Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən ərizəçiyə yayılması qadağan edilən məlumatların yerləşdirildiyi internet informasiya ehtiyatlarına müraciətin məhdudlaşdırılması barədə xx.xx.2023-cü il tarixli 3-49/2-362/2023 nömrəli məktubu olmuşdur. Həmin məktubunda Azərbaycan Respublikası Audioviziual Şurası göstərmişdir ki, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 13-3.1 -ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatında yerləşdirilməsi hallarını bilavasitə aşkar etdikdə və ya fiziki, hüquqi şəxslərdən, yaxud dövlət qurumlarından daxil olmuş əsaslandırılmış məlumatlar əsasında müəyyən etdikdə, bu barədə internet informasiya ehtiyatının və onun domen adının sahibinə və host provayderə yazılı xəbərdarlıq edir. Ərizəçi də Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 5 mart tarixli 833 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti haqqında Əsasnamə”yə uyğun olaraq internet informasiya ehtiyatının və onun domen adının sahibinə və host provayderə yazılı xəbərdarlıq edərək onlardan pozuntunun aradan qaldırılmasını təəb etsə də, nəticə olmadığından, müvafiq ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin diqqətinə çatdırılır ki, məhkəmənin qeyd olunan qətnaməsindən sonra Ərizəçi qanunvericiliyin tələblərinə uyğun olaraq lisenziya alınması üçün sənədləri ilə müvafiq icra hakimiyyəti orqanı olan Azərbaycan Respublikası Audioviziual Şurasına müraciət etmişdir. Müraciətin nəticəsi olaraq Azərbaycan Respublikası Audioviziual Şurası tərəfindən Ərizəçinə 09 iyul 2024-cü il tarixdə “Sifarişli yayım xidməti provayderi” fəaliyyəti ilə məşğul olmaq üçün SYP-004 nömrəli və “Universal platforma operatoru” fəaliyyəti ilə məşğul olmaq üçün UPO-045 nömrəli lisenziyalar verilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Audioviziual Şurası 12 iyul 2024cü il tarixli 3-49/2- 332/2024 nömrəli məktubla maraqlı şəxs Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə müraciət edərək, Ərizəçi MMC-nin internet informasiya ehtiyatına və istifadə etdiyi İP ünvanlara tətbiq olunan məhdudlaşdırmanın aradan qaldırılmasını xahiş etsə də, qurumdan onlara bildirilmişdir ki, məhdudiyyət məhkəmə qərarına əsasən qoyulduğundan, həmin məhdudiyyət yalnız məhkəmə qərarı ilə aradan qaldırıla bilər. Yuxarıda qeyd edilən kimi, Ərizəçi MMC olaraq fəaliyyət göstərmək üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən lisenziya ilə təmin edilsələr də, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(009)-393/2024 nömrəli qətnaməsinə əsasən tətbiq edilmiş məhdudiyyətlər nəticəsində fəaliyyət göstərə bilmirlər. Məhkəmə iclasında iştirak etmiş ərizəçinin nümayəndəsi Nümayəndə1 ərizəni müdafiə edib, ərizədə göstərilənlərə uyğun məzmunda izahat verib, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin nümayəndəsi Nümayəndə2 hazırda məhdudiyyətin qoyulmasına əsas olmuş hallar aradan qalxdığına görə ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Azərbaycan Respublikası Audiovizual Şurasının nümayəndəsi Nümayəndə3 hazırda məhdudiyyətin qoyulmasına əsas olmuş hallar aradan qalxdığına görə ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iş üzrə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07 yanvar 2024-cü il tarixli, 2(009)-393/2024 saylı qətnaməsindən görünür ki, “İLOOK, VipDrive,TVLider, MeLord, İseeTV, JinoPro, ZeDoom, RuLookTV, BrendTV,TOP İPTV, TTV (lorrent TV), SHARA-CLUB (https://bil.shara tv), Sharavoz, Only4.tv, VİPLime TV, Glans (https://ottg.app/), Tv-ch.ru, Megogo, Setanta stream İP, Onbir.tv internet informasiya ehtiyatlarına və onların istifadə etdiyi İP ünvanlarına müraciətlərin edilməsi məhdudlaşdırılmışdır. İş materiallarında olan 09 iyul 2024-cü il tarixli, UPO-045 nömrəli xüsusi lisenziyadan görünür ki, Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən universal platforma operatoru fəaliyyət növü üzrə Azərbaycan Respublikası ərazisində kabel, İPTV, OTT, mobil TV yayım üsulu ilə Ərizəçi MMC-yə həyata keçirməyə icazə verilmişdir. İş materiallarında olan 09 iyul 2024-cü il tarixli, SYP-004 nömrəli xüsusi lisenziyadan görünür ki, Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən sifarişli yayım xidməti provayderi fəaliyyət növü üzrə Ərizəçi MMC-yə həyata keçirməyə icazə verilmişdir. Göründüyü kimi Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07 yanvar 2024-cü il tarixli, 2(009)- 393/2024 saylı qətnaməsi ilə internet informasiya ehtiyatlarına və onların istifadə etdiyi İP ünvanlarına müraciətlərin edilməsi məhdudlaşdırılmışdır. Hazırda isə iş materialları və tərəflərin izahatı ilə müəyyən edilir ki, məhdudlaşmaya səbəb olan hallar aradan qaldırılmışdır. Belə ki, Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən Ərizəçi MMC-yə müvafiq qaydada xüsusi lisenziyalar verilmişdir. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası MPM-nın 355-20.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı internet informasiya ehtiyatında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi hallarını müəyyən etdikdə, yayılması qanunla qadağan edilən informasiyanın internet informasiya ehtiyatından götürülməsi və ya internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə müraciətin məhdudlaşdırılması üçün məhkəməyə müraciət edir. Həmin Məcəllənin 355-20.2-ci maddəsinə əsasən internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yer üzrə verilir. Azərbaycan Respublikası Konstitusiyanın 47-ci maddəsinə əsasən hər kəsin fikir və söz azadlığı vardır. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz. «İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında» Qanununun 1-ci maddəsinə əsasən bu Qanun informasiyanın yığılması, işlənməsi, saxlanması, axtarışı, yayılması əsasında informasiya ehtiyatlarının formalaşdırılması, informasiya sistemləri, texnologiyaları, onların təminat vasitələrinin yaradılması və onlardan istifadə olunması, informasiyanın mühafizəsi ilə əlaqədar olaraq yaranan münasibətləri tənzimləyir və informasiya proseslərində iştirak edən subyektlərin hüquqlarını müəyyən edir. Beləliklə məhkəmə hesab edir ki, Ərizəçi informasiya ehtiyatına və istifadə etdiyi İP ünvanlarına müraciətə qoyulmuş məhdudlaşdırmaya əsas olmuş hallar aradan qalxdığından ərizə təmin edilməklə məhdudiyyət götürülməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci və 355-22-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi MMC-nin - Ərizəçi internet informasiya ehtiyatına və onun istifadə etdiyi İP ünvanlara müraciətlərin edilməsinə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07 yanvar 2024-cü il tarixli, 2(009)-393/2024 saylı qətnaməsi ilə qoyulmuş məhdudlaşdırma aradan qaldırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-1776/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1776/2024
23.09.2024 · Yayılması qanunla qadağa edilən informasiyanın internet informasiya ehtiyatından götürülməsi və ya internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver