Məhkəmə qərarları › İş №2(009)-178/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-178/2021

03.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-178/2021 03.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Abbasova Gülnarə Güləli qızının katibliyi, iddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X3 və Cavabdeh2 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2390 manat məbləğində verilmiş sığorta ödənişinin və 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin «xxxx» ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, «xxxx» ASC-də xx xxxxxx 2019-cu il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış «Mitsubishi L 200» markalı 90 EP774 dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X5 tərəfindən idarə olunan «Volksvagen Polo» markalı 90LP450 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Binəqədi RPİ-nin qərarı ilə Cavabdeh2 qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə baş verərkən Cavabdeh2 avtomobili etibarnamə olmadan idarə etmişdir. Zərərçəkənin avtomobilinin zədələnməsi ilə əlaqədar 2390 manat məbləğində sığorta ödənişi verilmişdir. “İcbari sığortalar haqqında” AR Qanununun 25.1.3-cü maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında yaranır. «Mitsubishi L 200» markalı 90 EP774 dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ əsasında Cavabdeh1 məxsus olduğundan, hadisə zamanı avtomobil etibarnamə olmadan Cavabdeh2 tərəfindən idarə edildiyindən, zərərin əzəvi onların hər ikisindən tutulmalıdır. xx xxxxxx 2021-ci il tarixdə iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqqdim edərək, ərizəsini onunla əsaslandırmışdır ki, məhkəmə zamanı məlum olmuşdur ki, hadisə zamanı Cavabdeh2 tərəfindən etibarnamə olmadan idarə olunmuş «Mitsubishi L 200» markalı 90 EP774 dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 mülkiyyətində olsa da, etibarnamə ilə X1 istifadəsinə verilmişdir. Həmin fakt Səbail rayon Məhkəməsinə daxil olmuş BDYPİ Qİ İdarəsinin məktubu ilə öz təsdiqini tapmışdır. Belə olan halda iş üzrə cavabdeh qismində Cavabdeh2 ilə yanaşı, Cavabdeh1 deyil, X3 cəlb olunmalıdır. Qeyd olunanları nəzərə alaraq, cavabdehlər X3 və Cavabdeh2 2390 manat məbləğində verilmiş sığorta ödənişinin və 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin «xxxx» ASC-nin xeyrinə tutulması barədə qənamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsinə əlavə barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsində qeyd edilir ki, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinə və verilmiş iddia tələbinə dair uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə bildiriş göndərilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işə baxıb, iddiaçıların nümayəndəsinin izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək, hesab edir ki, iddia əsaslıdır və aşağıdakı səbəblərə görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx xxxxxxx 2019-cu il tarixli, 03864 №-li ödəniş tapşırığından görünür ki, «xxxx» ASC tərəfindən X4 2390.00 manat ödənilmişdir. İş materiallarında olan sığorta aktından görünür ki, avtomobilin zədələnməsi ilə əlaqədar sığortalıya dəymiş 55000 manat zərər məbləğindən azadolma məbləği çıxıldıqdan sonra sığortaçı tərəfindən 2390.00 manat məbləğində sığorta ödənişi müəyyən edilmişdir. İş materiallarında olan Avto klub Servisin xx.xx.2019-ci il tarixli qüsur aktından görünür ki, «Volksvagen Polo» markalı 90LP450 dövlət qeydiyyat nişanlı avtolmobilə 2390.00 manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan Binəqədi RPİ-nin TŞ-nin təhqiqatçısı Natiq Nəhmədlinin xx.xx.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, sahiblik hüququ olmadan avtomaşını idarə edərək xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi törətdiyinə görə sürücü Cavabdeh2 barəsində Azərbaycan Respublikası İXM-nin 332.1-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surətinin Binəqədi RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, sığortaçı «xxxx» ASC ilə sığortalı X3 arasında «Mitsubishi L 200» markalı 90 EP774 dövlət qeydiyyat nişanlı avtomobilin 08.08ş2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək icbari qaydada sığortalanması müqaviləsi bağlanmışdır. Təqdim olunmuş AR DİN BDYPİ-nin 016-114499-1220 saylı, xx.xx.2020-ci il tarixli arayışından görünür ki, «Mitsubishi L 200» markalı 90 EP774 dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 mülkiyyətindədir və xx.xx.2012-ci il tarixli etibarnamə ilə X1 istifadəsinə verilmişdir. Məhkəmə iclasında sübutlarən tədqiqi ilə müəyyən olundu ki, “xxxx” ASC tərəfindən «Avtonəqliyyat vasitələrinin tam sığortası» növü üzrə sığortalanmış «Mitsubishi L 200» markalı 90 EP774 dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X5 tərəfindən idarə olunan «Volksvagen Polo» markalı 90LP450 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Binəqədi RPİ-nin TŞnin təhqiqatçısı Natiq Nəhmədlinin xx.xx.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, sahiblik hüququ olmadan avtomaşını idarə edərək xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi törətdiyinə görə sürücü Cavabdeh2 barəsində Azərbaycan Respublikası İXM-nin 332.1-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surətinin Binəqədi RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, Cavabdeh2 verdiyi izahatında göstərmişdir ki, o, dostu Sərhədə məxsus olan «Mitsubishi L 200» markalı 90 EP774 dövlət qeydiyyat nişanlı avtomobili sürücülük vərəqəsi və etibarnaməsi olmadan idarə etmiş və yolnəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında həmçinin müəyyən olundu ki, qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində "xxxx" ASC tərəfindən zərərçəkənin avtomobilinin zədələnməsi ilə əlaqədar 2390 manat məbləğində sığorta ödənişi X4 ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə hesab edir ki, Cavabdeh1 mülkiyyətində olan «Mitsubishi L 200» markalı 90 EP774 dövlət qeydiyyat nişanlı avtomobili etibarnaməyə əsasən idarə etməyi X2 etibar etdiyindən, həmin avtomombil S.İsabalayevin istifadəsində və sərəncamında ollduğundan və yol nəqliyyat hadisəsi zamanı digər Cavabdeh2 nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti olmadığından, yəni həmin avtomaşını qanuni əsaslarla idarə etmədiyindən, yüksək təhlükə mənbəyinin vurduğu zərərə görə məsuliyyəti X3 və Cavabdeh2 birlikdə daşıyırlar və ona görə də, "xxxx" ASC dəymiş zərərin aradan qaldırılması üçün ödənilən pul vəsaitini subroqasiya qaydasında cavabdehlər, avtomaşını etibarnaməyə əsasən sahiblik və istifadə edən şəxs S.İsabalayev və faktiki olaraq delikt törətmiş şəxs Cavabdeh2 tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər X3 və Cavabdeh2 «xxxx» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 2390 (iki min üç yüz doxsan) manat məbləğində sığorta ödənişinin əvəzi və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar