Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1787/2022 26.09.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, məhkəmə iclas katibi Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, tərcüməçi X1, iddiaçılar İddiaçı1 və İddiaçı2, cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştiraklarıı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə və “X5” Qapalı Səhmdar Cəmiyyətinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə və “X5” Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2020-ci ildə “X5” QSC-dən əldə olunmuş aviabiletlərə, göstərilən xidmətlərə görə İddiaçı2 və İddiaçı1 xeyrinə 386.14 azn ödənilməsi, "xxxx" QSC-dən və “X5” QSC-dən istifadədə olunmuş məbləğin faizləri olan 59.85 manatın Bankın həmin dövrdəki faiz əmsallarına əsasən İddiaçı2 və İddiaçı1 ödənilməsi, “X5” QSC-dən Azərbaycan Respublikası “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” xx.xx.1995-ci il tarixli 1113 saylı qanunun 12-ci maddəsinə əsasən İddiaçı2 və İddiaçı1 xeyrinə dəymiş mənəvi ziyanın əvəzi kimi 200 manat ödənilməsi, onların hüquqlarının xidmət istehlakçıları kimi pozulduğundan, məhkəmə rüsumunun ödənilməsindən azad edilmələri, məhkəmə rüsumunun ödənilməsinin cavabdehin üzərinə qoyması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, 2020-ci ildə onlar “X5” QSC-dən biletlər almışlar, biletlərin nömrələri **********257, **********256, sifariş nömrəsi: EERZO, Uçuş vaxtı: xx.xx.2020-ci il və xx.xx.2020-ci il, ümumi məbləğ 386.14 manat. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385, 386-cı maddələrinə əsasən onlar "xxxx" QSC ilə Moskva şəhərinə və geriyə aviauçuş müqaviləsi bağlamışlar. 2020-ci il martın 27-də Rusiya hökumətinin verdiyi 763-cü qərara görə dövlət sərhəddini istənilən növlərində və ya piyada keçmək qadağan olunmuşdur. “X5” QSC-dən onlara heç bir məlumat verilmədiyinə görə onlar 2020-ci il iyunun 1-də saat 16:22-də QSC-nin elektron ünvanına alınan aviabiletlərərin pullarının qaytarılması ilə əlaqədar ərizə ilə müraciət etmişlər. Onlar xx.xx.2020-ci il tarixində saat 02:01-də öz elektron ünvanlarına “X5” QSC-dən aşağıdakı məzmunda cavab almışlar: “Aviaşirkət sizin biletlərinizin pullarını tam qaytarmağa oz normal işinə qayıdandan 60 gün sonra hazır olacaq. Normal işə qayıdandan sonra yenidən Bizə sorğu göndəriniz”. 2021-ci il tarixdə “X5” QSC Moskvaya uçuşları bərpa etdi, lakin pulları onlara qaytarılmadı. xx.xx.2022-ci il tarixdə onlar təkrar “X5” QSC-nin elektron ünvanına alınan biletlərin pullarının qaytarılması barədə ərizə ilə müraciət etmişlər. Ərizədə həm də gostərirlər ki, aviaşirkət 2022-ci ildə ləgv olunan uçuşların pullarını qaytarır. Onlar bu məzmunda cavab aldılar: “Hörmətli sərnişin, aviaşirkət biletlərin pullarının sizə tam qaytarmağa normal fəaliyyətə başlayandan 60 gün sonra hazırdır. Normal fəaliyyət müntəzəm reyslərin bərpa olunması deməkdir, hazırda onlar xüsusi reyslər həyata keçirirlər. Buta aviaşirkət xüsusi reysləri koronavirus pandemiyası dövründə (COVİD-19) və Respublikanın qapalı sərhədlərinin bağlı olduğu şəraitdə aparılır. Bu müddət ərzində sərnişinlərin hava limanında və təyyarədə də xüsusi davranış qaydalarına riayət etmələri nəzərə alınır”. "xxxx" QSC-nin bu cavabından aydın olur ki, Buta aviaşirkət 2020-ci ildə ləgv olunan reysə görə alınan biletlərin pulların onlara qaytarmaq istəmir. Onlara verilən cavabdan göründüyü kimi cavabdeh şəxs onlar ilə bağladığı müqavilənin şərtlərinə əməl etmək istəmir, belə ki, Moskva şəhərində aviauçuş müqaviləsində biletlərin pullarının qaytarılma vaxtı göstərilməyib. Bu cavablar onu göstərir ki, "xxxx" QSC aviaşirkət tərəfindən xx.xx.2013-cü ildə təsdiq olunan 120 saylı əmrin 1 saylı əlavəsində olan “Sərnişin, baqaj və yük daşınması Qaydaları”nı pozur. Bu qaydalara əsasən: 20.2.1. Əgər Sərnişin Aviaşirkətin aşağıdakı hərəkətləri səbəbindən daşımadan imtina edirsə, bu halda ödəniş mütləq qaytarılmalıdır: - Aviaşirkət Sərnişinin yer təxsis etdiyi və bilet rəsmiləşdirdiyi reysi təxirə salmış, ləğv etmiş, ləngitmişdir; - Aviaşirkət Sərnişin üçün təyinat, yola düşmə məntəqəsində, yaxud dayanacaq olan məntəqədə hava gəmisinin enməsini ləğv etmişdir; - xidmət sinfini dəyişmişdir; - Sərnişin tərəfindən əvvəlcədən təxsis edilmiş yerə müvafiq yeri təqdim etməmişdir; - əvvəlki reysin qeyd olunduğu biletdə göstərilən və Sərnişinin təsdiqlənmiş təxsisi olan reysə keçidi təmin etməmişdir; 20.2.2 Uçuşdan məcburən imtina edildiyi hallarda, əgər heç bir sahədə uçuş həyata keçirilməyibsə, daşıma üçün ödənilmiş bütün məbləğ Sərnişinə qaytarılır. 20.1.5. Məbləğin qaytarılması daşınmanın satıldığı ölkədə, yalnız biletin alındığı yerdə həyata keçirilir. 20.1.6. Məbləğ qaytarılarkən valyutanın növü və biletin dəyərinin ödəniş forması saxlanılır.. Cavabdeh şəxs tərəfindən sərnişinlərin daşınma qaydalarının pozulması istehlakçının mallar (işlər, xidmətlər) haqqında məlumat almaq hüququnu pozur ki, bu da xx.xx.1995-ci il tarixli “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin pozulması deməkdir: “Maddə13. İstehlakçıların mal (iş, xidmət) haqqında məlumat almaq hüququ. 1. Satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri (ərzaq malları barəsində isə; həm də tərkibi, yararlılıq müddəti, kaloriliyi, sağlamlıq üçün zərərli maddələrin nonmativ sənədlərin tələbləri ilə müqayisəli miqdarı), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində İstehlakçıya zəruri və düzgün məlumat verməlidir. Satıcı (icraçı) istehlakçıya müəssisənin satdığı malların ticarət qaydaları və xidmət növləri barəsində də dolğun və düzgün məlumat verməlidir”. Verilən cavablar xidmətlərin göstərilməsi haqqında müqavilənin icraçı tərəfindən pozulmasını göstərir, bu da Azərbaycan Respublikasının xx.xx.1995-ci il tarixli, 1113 saylı “İstehlakçıların hüquqlarının qorunması haqqında” Qanununun 9-cü maddəsinin pozulması deməkdir. “Maddə 9. İş görülməsinə və xidmət göstərilməsinə dair müqavilələrin şərtləri pozularkən istehlakçıların hüquqları. 1. İcraçı iş görülməsinə və xidmət göstərilməsinə dair müqavilənin icrasına vaxtında başlamırsa və ya çox ləng işləməsi işin vaxtında başa çatmamasına dəlalət edirsə, istehlakçının müqavilədən imtina etmək və itkilərin ödənilməsini tələb etmək hüququ vardır”. “X5” QSC-nin xidmətlərin göstərilməsi haqqında müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407-ci maddəsinə müvafiqdir. Belə ki, “X5” QSC müqavilənin şərtlərini yerinə yetirməkdən imtina etdiyinə görə müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421-ci maddəsinin 3-cu hissəsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq “de-yure” etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi öhdəliklərin yerinə yetirilməməsinə görə məsuliyyəti daşınmasını nəzərdə tutur. Belə ki “X5” QSC-də xidmətlərin göstərilməsi haqqında müqavilədə pulların qaytarılması öhdəlikləri mövcuddur, belə ki, xidmətlər göstərilməyib, müqavilənin öhdəlikləri yerinə yetirilməyib. “X5” QSC 2 (iki) il ərzində biletlərə ödədikləri 386.14 manat məbləğində pulları onlara qaytarmır, bu da onlara məxsus olan pul vəsaitindən istifadə etmələrini imkansız edir ki, bu da onlara maddi və mənəvi ziyan veririr. Eyni zamanda, “X5” QSC 2 (iki) il ərzində onların pul vəsaitindən qeyri-qanuni olaraq istifadə edir. Onların pularını öz kommersiya fəaliyyətində istifadə etməklə gəlir əldə edir. “X5” QSC hazırki vaxtda öz fəaliyyətini dayandırmayıb. 2022-ci il martın 28-də verilən məlumata görə 2022-ci ilin iyun ayından “X5” aviaşirkəti yay qrafikinə əsasən Bakı-Batumi və geriyə xüsusi reyslərini yerinə yetirməyə başlayacaq. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinə əsasən pul öhdəliklərinin yerinə yetirilməməsinə görə məsuliyyət: “Maddə 449. Pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyət. 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 449.2. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. 449.3. Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. 449.4 Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur”. 2022-ci ildə Azərbaycanda Mərkəzi Bankın uçot dərəcəsinin həcmi dəyişməz olaraq qalmış və 7.75 % 2022-ci ilin aprelində təşkil edilmiş, müvafiq olaraq iki il ərzində 386.14 AZN məbləğində faizlər 59.85 azn təşkil etmişdir. Onların xx.xx.2022-ci il tarixdə "xxxx" QSC-nin prezidenti D.D.Əsgərova pullarının geri qaytarılması haqqında olan müraciəti cavabsız qalıb. Ona görə də, onlar bu iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşlar. 21 sentyabr 2022-ci il tarixdə iddiaçılar məhkəməyə iddia ərizəsinə əlavə ünvanlayaraq bildirmişlər ki, cavabdeh xx.xx.2022-ci ildə Səbail rayon məhkəməsinə bildirmişdir ki, aviabiletlərə görə ödənmiş pulu İddiaçı1 xx.xx.2022-ci il kartına keçirmişdir. Kartın müddəti bitdiyinə görə Azərbaycan Beynəlxalq Bankın Nəsimi rayon şöbəsinə müraciət edildindən sonra həmin məbləğ xx.xx.2022-ci il tarixində İddiaçı1 tərəfindən alınmışdır. Cavabdeh istifadə etdiyi pulların faizinin ödənilməsinə etiraz etməsə də, dəymiş mənəvi zərərə görə pul ödənilməsinə etiraz edir. Cavabdeh bu məsələdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2008-ci il 3 noyabr tarixli qərarını rəhbər tutur. Bu qərar dəymiş mənəvi zərərə görə ödəmələrin həyata keçirilməsini rədd etmir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarının 8-ci bəndinə əsasən, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il qərarında izah etmişdir ki, mənəvi təzminat isə hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir. Göründüyü kimi, mülki qanunvericiliyin qeyd edilən normaları ilə hüquqa zidd hərəkət nəticəsində vurulmuş zərərə görə mülki məsuliyyət müəyyən edilmişdir. Mülki Məcəllənin 21-ci maddəsi ilə hüquqa zidd əməl nəticəsində yaranan maddi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ yaranırsa, həmin Məcəllənin 23-cü maddəsinə uyğun olaraq şəxs mənəvi zərərin ödənilməsini tələb edə bilər. Qeyd edilməlidir ki, qanunverici bəzi hallarda mənəvi ziyanın ödənilməsini xüsusi sahəvi qanunlarda nəzərdə tutur. Belə ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsi istehlakçıların bu Qanunda nəzərdə tutulan hüquqlarının istehsalçı (icraçı, satıcı) tərəfindən pozulduğu halda istehlakçıya dəyən mənəvi ziyanın günahkar tərəfindən ödənilməsini nəzərdə tutur. Ödənilən ziyanın dəyəri, qanunla başqa hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən müəyyən edilir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Həmçinin qeyd etmək lazımdır ki, həqiqətən mənəvi sarsıntı keçirmiş hər bir şəxs keçirdiyi mənəvi iztirabın və zərərçəkmişlə yaxınlıq dərəcəsinə müvafiq olaraq digər iddiaçılarla birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdir. Yəni bu halda təzminat hər bir iddiaçıya ayrı-ayrılıqda da müəyyən edilə bilər. Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı", “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik” kimi səciyyələndirmişdir (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006-cı il 9 noyabr tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli Qərarlar). Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyrimüəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqa zidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqa zidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi mənəvi zərəri dəymiş şəxslərin vəziyyətini, həyəcanlı, ruhi sarsıntılı, əzablı, haqsızlıq hissi, həyatın pozulması kimi xarakterizə etmişdir. Bütün bu halları iddiaçılar dəfələrlə (2020, 2021 və 2022-ci illərdə) AZAL-Butaya müraciət etdikdə keçirmişlər, ancaq pullun qaytarılmasının əvəzinə onlara cavab verilirdi ki, pul ödənilə bilməz, aviabiletlər dəyişdirilə bilər, 2 il müddətinə vauçer verilə bilər, bunlar isə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmamışdır. 2 il ərzində onlar sarsıntı və narahatlıq, acizlik hissi şəraitində yaşamışlar. Onlar AZAL aviaşirkətindən etibarlı aviadaşıyıcı kimi məyusluq hiss etmişlər, AZAL ilə müqavilə üzrə hüquqlarının pozulması və sabahkı qeyri-müəyyənlik səbəbindən ədalətsizlik hissi. Bütün bunlar pandemiya dövründə baş verdi və tətbiq olunan məhdudiyyətlər, kovid xəstəliklərinin qarşısının alınması üçün dərman almaq üçün pul lazım idi və onlar uçuşlar üçün ödənilən puldan istifadə edə bilərlər və özlərini məhdudiyyətlər və narahatlıqlara məruz qoymurlar. Yuxarıda göstərilənlərə əsasən "xxxx" QSC-dən və “X5” QSC-dən istifadə olunmuş məbləğin faizləri - 59.85 azn Bankın həmin dövrdəki faiz əmsallarına əsasən İddiaçı2 və İddiaçı1 ödənilməsi, “X5” QSC-dən Azərbaycan Respublikası “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” xx.xx.1995-ci il tarixli 1113 saylı qanunun 12-ci maddəsinə əsasən İddiaçı2 və İddiaçı1 xeyrinə dəymiş mənəvi ziyanın əvəzi kimi 200 manat ödənilməsi, onların hüquqlarının xidmət istehlakçıları kimi pozulduğundan, məhkəmə rüsumunun ödənilməsindən azad edilmələri, məhkəmə rüsumunun ödənilməsinin cavabdehin üzərinə qoyması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iddiaçıların iddia ərizəsinə əlavə barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələblərini müdafiə edərək onun təmin edilməsini xahiş edərək və iddia ərizəsində göstərilən xüsusatları təsdiq edən eyni məzmunlu izahat vermişlər. Məhkəmə iclasında cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək, onun əsassız olduğundan təmin edilməməsini xahiş etmiş və izah etmişdir ki, İddiaçı2 və İddiaçı1 “Buta” Aviaşirkətinin xx.xx.2020-ci il tarixli Bakı-Moskva marşrutu üzrə J29819 nömrəli və xx.xx.2020 il tarixli Moskva-Bakı marşrutu üzrə J29818 nömrəli reyslərin ləğv olunması ilə əlaqədar istifadə olunmamış aviabiletlərə görə 386,14 manat dəyərində maddi zərərin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinə əsasən pul öhdəliklərinin yerinə yetirilməməsinə görə 59,85 manat vəsaitin və 200 manat məbləğində mənəvi zərərin əvəzinin ödənilməsi üçün "xxxx" QSC-yə qarşı iddia ilə məhkəməyə müraciət etmişlər. İddiaçıların "xxxx" QSC-yə qarşı iddia tələblərini aşağıdakı səbəblərdən qanunsuz və əsassız hesab edir. COVİD-19 pandemiyasının geniş miqyasda vüsət alması və bütün dünyada sürətlə yayılması ilə əlaqədar "xxxx" QSC aviabiletlərin təxsisi və ləğv edilməsi qaydalarında dəyişikliklər etmək məcburiyyətində qalmışdır. Yeni koronavirus infeksiyası bütün dünyada hava nəqliyyatının işinə mənfi təsir göstərmişdir. Bir çox aviaşirkətlər müştərilərinə güzəşt təklif edərək, aviabiletlərin ödənişsiz qaydada yenidən təxsis edilməsi imkanı yaradır və ya aviabiletin qiyməti dəyərində vauçerlərlə təmin edirlər. Sərnişinlərə geri qaytarılmalı olan aviabiletin dəyəri əvəzinə təklif olunan bu vauçerlər həmin aviabiletin ilkin uçuş tarixindən etibarən iki il ərzində uçuşlar üçün istifadə edilə bilər. Vauçer "xxxx" və "xxxx" aviaşirkətlərinin bütün istiqamətlərində etibarlıdır. Aviaşirkət normal fəaliyyətini bərpa etdiyi vaxtdan 60 gün sonra, sərnişinlər tərəfindən alınan aviabiletlərin tam dəyərini ardıcıllıqla geri qaytarmağa hazırdır. "xxxx" QSC 22.04.22-ci il tarixdə iddiaçıların 771 **********, 771 ********** nömrəli aviabiletləri üzrə (istifadə olunmamış hissəsində) 1362 manat məbləğində vəsaiti İddiaçı1 məxsus kart hesabına ödəmişdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 nömrəli 3 noyabr 2008-ci il tarixli Qərarını nəzərə alaraq İddiaçının mənəvi zərərin ödənilməsi barədə tələbləri qeyri-qanuni və əsassızdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, iddiaçıların "xxxx" QSC-yə qarşı irəli sürdüyü iddia tələblərinin tam həcmdə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə işə baxıb, tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələblərin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia qismən təmin edilməlidir. İş materiallarından görünür ki, iddiaçılar 2020-ci ildə “X5” QSC-dən Bakı-Moskva marşrutu və Moskva-Bakı marşrutu üzrə **********257 və **********256 nömrəli biletlər almış və həmin biletlərə görə ümumi olaraq 386.14 manat vəsait ödəmişlər. İş materiallarında olan “X5” QSC-nin elektron ünvanına əldə olunmuş **********257, **********256 nömrəli aviabietlərin pulunun qaytarılması barədə iddiaçıların xx.xx.2020-ci il tarixli ərizələrinə xx.xx.2020-ci il tarixli cavab məktubundan görünür ki, avia şirkət öz normal işini bərpa etdikdən 60 gün sonra onların pulunu tam olaraq qaytarmağa hazırdır. Normal iş bərpa olunduqdan sonra sorğunu təkrarlamaq xahiş olunmuşdur. İş materiallarında olan “X5” QSC-nin iddiaçıların əldə olunmuş aviabietlərin pulunun qaytarılması barədə xx.xx.2022-ci il tarixli ərizələrinə eyni tarixli cavabından görünür ki, avia şirkət öz normal iş fəaliyyətini bərpa etdikdən 60 gün sonra onların pulunu tam olaraq qaytarmağa hazırdır. Normal fəaliyyət müntəzəm reyslərin bərpa olunması deməkdir. Hazırda aviaşirkət xüsusi reysləri həyata keçirir. Aviaşirkətin xüsusi reysləri karonavirus pandemiyası (COVİD-19) dövründə və Respublikanın bağlı sərhədləri şəraitində, sərnişinlərin hava limanında və təyyarədə xüsusi davranış qaydalarına riayət etmələrini nəzərə alınmaqla həyata keçirilir. Təqdim olunmuş "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, 386,14 manat pul iddiaçının Azərbaycan Beynəlxalq Bankında olan kart hesabına qaytarılmışdır. Təqdim olunmuş Azərbaycan Beynəlxalq Bankınınxx.xx.2022-ci il tarixli məxaric orderindən görünür ki, İddiaçı1 386,14 manat pul vəsaitini almışdır. Məhkəmə iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə qeyd edir ki, iddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinə istinad edən iddiaçılar, tələbi onunla əsaslandırmışlar ki, cavabdehlər onların aviabiletlərə ödədikləri pulu qaytarmalı olduğu halda iki il müddətində onlara məxsus pul vəsaitini qanunsuz şəkildə özündə saxladıqları üçün gecikdirilməyə görə bank uçot dərəcəsinə uyğun olaraq məbləğin ödənilməsinə cəlb edilməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, “..həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama....Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-nin bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-nin «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. MM-nin 449.1-ci maddəsində göstərilmiş faizlərin hesablanması qaydasına, yəni məhkəmə qərarının çıxarılmasından sonra bu faizlərin tutulmalı olub-olmamasına gəldikdə isə, Konstitusiya Məhkəməsi Plenumu qeyd edir ki, mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə, maliyyə sanksiyasını nəzərdə tutmaqla, bankın və ya borclunun mülkiyyətinə müdaxiləni ifadə etdiyi üçün, məsələnin təhlili “İnsan hüquqlarının və X2 haqqında” Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir... Bu baxımdan, MM-nin 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər”. Məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixinə X4 ilə Bank uçot dərəcəsi illik 7,75 faiz müəyyən edilməsi nəzərə alınaraq, cavabdeh yuxarıda qeyd olunan müddət ərzində iddiaçılara məxsus 386,14 manat pulu qanunsuz olaraq özündə saxladığı üçün bu müddətə uyğun olaraq tələb qismən təmin olunmalı və gecikdirməyə görə bank uçot dərəcəsinə uyğun olaraq 59,85 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçılara ödənilməlidir. Məhkəmə iddianın mənəvi ziyanın əvəzi kimi 200 manat tələbi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. “İnsan Hüquqlarının və X2 haqqında” Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə xüsusilə vurğulayır ki, başqasının pul vəsaitini qanunsuz saxlamaq və ya pulun qaytarılmasını digər şəkildə gecikdirməklə faydalanmağa görə həmin vəsaitdən faizlərin tutulması tələbi qeyri-müəyyən olmayıb, kreditorun qanunla ona verilmiş imkandan istifadə etmək haqqıdır və müvafiq əsaslar olduqda bu tələbin təmin edilməsi məhkəmənin vəzifəsidir. Belə ki, hazırkı işdə iddiaçının gecikdirmə faizini tələb etmək hüququ vardır və o da bu huququndan istifadə etmişdir. Belə olan halda məhkəmə ödənilməli məbləği və gecikdirmə faizini, onun hesablanma tarixininin başlanğıcını və sonunu göstərməklə faizlərin tutulmasını təmin etməlidir. Məhkəmə qeyd edir ki, bu xarakterli tələblərə baxılarkən cavabdehdən tutulmalı olan məbləğin dəqiq göstərilməsi həm mümkün deyil, həm də qanunvericiliyə uyğun olmazdı. Çünki, prosessual normaların əsas funksiyası maddi hüquq normalarının həyata keçirilməsini təmin etməkdir. Hazırkı iş üzrə maddi hüquq norması (MM 449.4) nəzərdə tutmuşdur ki, faizlər ödəniş gününə qədər istənilə bilər. Belə olan halda iddiaçının qanunla birbaşa təsbit edilmiş hüququnu təmin etməmək Mülki- Prosessual Məcəllənin mülki məhkəmə icraatının vəzifələrini nəzərdə tutan 2-ci maddəsinə uyğun olmazdı. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə 13 fevral 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur və məhdudlaşdırıla bilməz. Bu hüquq yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, həmçinin pozulmuş hüquq və azadlıqların qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ədalət mühakiməsi səmərəli olmalı, prosessual hüquq normalarına dəqiq riayət etməklə müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtlənməlidir ki, nəticədə konstitusion əhəmiyyətə malik dəyərlərə xələl gətirilməsin və şəxsin qanunvericiliyin müddəasından irəli gələn qanuni hüququ pozulmasın. Qeyd edilən tələb həmçinin hüquqi müəyyənlik prinsipindən irəli gəlir. Digər tərəfdən gecikdirmə faizləri ilə bağlı tələbin qeyri-müəyyən olması səbəbindən təmin edilməməsi prosessual normaların məqsədinə uyğun gəlmir və onların funksionallığını azaldır. Prosessual normalar, nəticə etibarilə, maddi hüququn tanımış olduğu haqların yerinə yetirilməsini təmin etmək məqsəd və funksiyasına xidmət edir. Halbuki, gecikdirmə faizinin tutulması, özü də ödəmə gününədək hesabalanılması məhkəmə tərəfindən təmin edilməzsə, prosessual məcəllənin bu ümumi məqsəd və funksiyasına zidd hərəkət edilmiş olar. Bundan əlavə, tələbin qeyd edilən qaydada təmin olunması, tərəflər arasındakı mübahisənin birdəfəlik həll edilməsini təmin edir. Məhkəmə iddia tələbinin “200 manat məbləğində mənəvi ziyanın ödənilməsi” hissəsi ilə əlaqədar aşağıdakıları qeyd edir. Mənəvi zərər bir tərəfdən hüquqa zidd əməl nəticəsində şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalmadırsa, digər tərəfdən onun meydana gəlməsi üçün şəxsin əmlak və şəxsi qeyri-əmlak nemətlərində baş verən azalmanı hiss etməsi, psixoloji sarsıntı və iztirab keçirməsidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarının 8-ci bəndinə əsasən, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə iclasında iddiaçılar izah etdilər ki, İnsan hüquqları üzrə Avropa Məhkəməsi mənəvi zərəri dəymiş şəxslərin vəziyyətini, həyəcanlı, ruhi sarsıntılı, əzablı, haqsızlıq hissi, həyatın pozulması kimi xarakterizə etmişdir. Bütün bu halları onlar iki il ərzində dəfələrlə cavabdeh şirkətlərə müraciət etdikdə keçirmişlər, ancaq pullun qaytarılmasının əvəzinə onlara cavab verilirdi ki, pul ödənilə bilməz, aviabiletlər dəyişdirilə bilər, 2 il müddətinə vauçer verilə bilə. Bu müddər ərzində onlar sarsıntı və narahatlıq, acizlik hissi şəraitində yaşamışlar. Onlar AZAL aviaşirkətindən etibarlı aviadaşıyıcı kimi məyusluq hiss etmişlər, AZAL ilə müqavilə üzrə hüquqlarının pozulması və sabahkı qeyri-müəyyənlik səbəbindən ədalətsizlik hissi keçirmişlər. Bütün bunlar pandemiya dövründə baş vermişdir, kovid xəstəliklərinin qarşısının alınması üçün dərman almaq üçün pul lazım idi və onlar uçuşlar üçün ödənilən puldan istifadə edə bilərdilər və özlərini məhdudiyyətlərə və narahatlıqlara məruz qoymazdılar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli qərarında izah etmişdir ki, mənəvi təzminat isə hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir. Göründüyü kimi, mülki qanunvericiliyin qeyd edilən normaları ilə hüquqa zidd hərəkət nəticəsində vurulmuş zərərə görə mülki məsuliyyət müəyyən edilmişdir. Mülki Məcəllənin 21-ci maddəsi ilə hüquqa zidd əməl nəticəsində yaranan maddi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ yaranırsa, həmin Məcəllənin 23cü maddəsinə uyğun olaraq şəxs mənəvi zərərin ödənilməsini tələb edə bilər. Daha sonra Konstitusiya Məhkəməsinin Plenumu izah etmişdir ki, qanunverici bəzi hallarda mənəvi ziyanın ödənilməsini xüsusi sahəvi qanunlarda nəzərdə tutur. Belə ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsi istehlakçıların bu Qanunda nəzərdə tutulan hüquqlarının istehsalçı (icraçı, satıcı) tərəfindən pozulduğu halda istehlakçıya dəyən mənəvi ziyanın günahkar tərəfindən ödənilməsini nəzərdə tutur. Ödənilən ziyanın dəyəri, qanunla başqa hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən müəyyən edilir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Həmçinin qeyd etmək lazımdır ki, həqiqətən mənəvi sarsıntı keçirmiş hər bir şəxs keçirdiyi mənəvi iztirabın və zərərçəkmişlə yaxınlıq dərəcəsinə müvafiq olaraq digər iddiaçılarla birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdir. Yəni bu halda təzminat hər bir iddiaçıya ayrı-ayrılıqda da müəyyən edilə bilər. Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı", “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik” kimi səciyyələndirmişdir (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006-cı il 9 noyabr tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli Qərarlar). Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyri-müəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqa zidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqa zidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. Məhkəmə iclasında müəyyən olunmuş hallara qiymət verərək, məkəmə hesab edir ki, iddiaçıların mənəvi zərərə görə cavabdeh "xxxx" QSC-dən onların xeyrinə 200 manat tutulması barədə tələbləri əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə bank uçot dərəcəsi kimi 59,85 (əlli doqquz manat səksən beş qəpik) manat, mənəvi ziyanın əvəzi olaraq 200 (iki yüz) manat tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-1787/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1787/2022
26.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver