Məhkəmə qərarları › İş №2(009)-1791/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1791/2021

21.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1791/2021 21.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı Cavabdehnə qarşı hərəkəttlərin qanunsuz hesab edilməsi tələbinə dair iddia ərizəsinə baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı icraata başalmaq haqqında qərarın və onun əsasında hərracın keçirilməsinin qanunsuz hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Səbail rayon Məhkəməsinə müraciət etmişdir. Hakim ilk növbədə qeyd edir ki, iddia ərizəsində iki tələb irəli sürülmüşdür. Belə ki, tələblərdən biri icra məmurunu icraata başlamaq haqqında qərarın ləğv edilməsi, digəri isə hərracın keçirilməsinin qanunsuz hesab edilməsi ilə bağlıdır. Hakim qeyd edir ki, icra məmurunun qərarının ləğvi ilə əlaqədar olan şikayət qətnamənin icrası qaydasında, hərracın qanunsuz hesab edilməsi ilə bağlı tələb isə iddia icraatı qaydasında məhkəməyə verilməlidir. Yəni irəli sürülmüş tələblər ayrı-ayrı icraat növlərinə aid olduğu üçün, həmin tələblərin birlikdə baxılması yolverilməzdir. Bu səbəbdən hakim hesab edir ki, tələblər bir-biri ilə əlaqədar olmayan tələb kimi qəbul edilməlidir. AR MPM-nin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə, iddia ərizəsi sənədlərlə birlikdə geri qaytarılır. “İcra haqqında” AR Qanununun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 20.4-cü maddəsinə əsasən icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə həmin qərarı ləğv edir. “İcra haqqında” AR Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair AR Konstitusiya Məhkəməsi Plenumunun 10.10.2017-ci il tarixli qərarında formalaşan hüquqi mövqeyə əsasən qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla yanaşı, belə aktların qanunsuz və əsassız olması ehtimalları ilə bağlı icra məhdudiyyətlərinin yaradılmasını və maneələrin törədilməsini qadağan edir.Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinə istinadən bir daha qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. Hakim Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarında formalaşmış hüquqi mövqeyi və qanunvericilik aktlarının tələblərini əsas tutaraq qeyd, məhkəmə icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarəti həyata keçirən orqandır və bu səbəbdən icra məmurunun qəbul etdiyi qərarların “İcra haqqında” AR Qanunun tələblərinə uyğun olub-olmamasını yoxlamaq məhz məhkəmənin səlahiyyətindədir. Lakin hakim qeyd edir ki, icra məmuru tərəfindən qəbul edilmiş qərarın yoxlanılması ilə bağlı məsələyə, eyni zamanda icra prosesi zamanı icra məmurunun hərəkət və hərəkətsizlikliyi ilə bağlı şikayətə qətnamənin icrası qaydasında baxılır(bu kateqoriyada olan işlər məhkəmədə 8 kodu ilə açılır). Yəni həmin məsələyə AR MPM-nin 231-ci maddəsinə əsasən baxılır. Hazırki iddiada iddiaçı həm icra məmurunun icraata başalmaq haqqında qərarının ləğv edilməsini, həm də həmin qərar əsasında hərracın keçirilməsinin qanunsuz hesab edilməsini xahiş etmişdir. Hakim izah edir ki, icra məmurunun icra sənədinin icrası ilə bağlı qəbul edilmiş icraat başlamaq haqqında qərarın ləğv edilməsi barədə tələbi iddia icraatı qaydasında (həmin kateqoriyadan olan işlərə “2” kodu verilir) baxılmasına yol verilmir. Həmin mübahisə mülki işin davamı olaraq qətnamənin icrası qaydasında icra məmurunun üzərinə müəyyən vəzifəsinin qoyulması barədə qərardad qəbul edilməsi yolu ilə həll oluna bilər. Digər tələb, yəni hərracın keçirilməsinin qanunsuz hesab edilməsi isə ümumi məhkəməyə aid tələbdir və həmin tələb üzrə cavabdehliyi hərracın keçirən hərrac təşkilatı daşıyır. Hakim yuxarıda göstərilənləri hesab edir ki, icra sənədinin icrası ilə bağlı icra məmurunun qərarının mübahisələndirilməsi iddia icraatı qaydasında yol verilmədiyindən, iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilməlidir. Həmçinin verilən tələblər məhkəmə tərəfindən bir-biri ilə əlaqədar olmayan tələblər kimi qəbul edildiyindən, hər iki tələbi bir icraatda baxılması yolverilməz hesab edilməlidir . Hakim izah edir ki, iddiaçı icra məmurunun qərarından qətnamənin icrası qaydasında şikayətlə ümumi məhkəməyə müraciət etmək yolu ilə mübahisələndirə bilər. AR MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Şərh olunanlara əsasən hakim… QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı icraata başlamaq haqqında qərarın və onun əsasında hərracın keçirilməsinin qanunsuz hesab edilməsi barədə iddia ərizəsinin məhkəmə icraatına qəbulu, qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla yolverilməz hesab olunsun və iddia ərizəsi sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçıya icra məmurunun icraata başlamaq haqıqnda qərarından qətnamənin icrası qaydasında şikayətlə məhkəməyə müraciət etmək hüququnun olması, hərracın keçirilməsinin qanunsuz hesab edilməsi ilə bağlı tələblə qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar