Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1805/2020 21.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim İlkin Şahin oğlu Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi ilə, İddiaçı vəkili X3 iştirakı ilə, İddiaçı - cavabdeh Bakı şəhəri 28 saylı notariat ofisinə qarşı “öhdəliyin qoyulması” barədə iddia tələbinə dair mülki işə Bakı şəhərində Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - cavabdeh Bakı şəhəri 28 saylı notariat ofisinə qarşı “öhdəliyin qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, satıcı X4 ilə alıcı İddiaçı arasında Bakı şəhəri, Qaradağ küçəsi, ev 31, mənzil 7,8-də yerləşən 5 otaqlı mənzilə dair Bakı şəhəri 28 saylı notariat ofisində bağlanmış xx.xx.2001-ci il tarixli, 129704 saylı alqı-satqı müqaviləsinin reyestr jurnalında qeydiyyata alınması öhdəliyinin Bakı şəhəri 28 saylı notariat ofisinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, X2 mülkiyyətində olan Bakı şəhəri, Qaradağ küçəsi, ev 31, mənzil 7,8-də yerləşən 5 otaqlı mənzil Bakı şəhəri 28 saylı notariat ofisində bağlanmış xx.xx.2001-ci il tarixli, 129704 saylı alqı-satqı müqaviləsi ilə 279.000.000 manata İddiaçı satılmışdır. xx.xx.2001-ci il tarixli, 129704 saylı alqı-satqı müqaviləsi 42-1-152 saylı reyestrdə qeydə alınmışdır. İddiaçı tərəfindən, xx.xx.2001-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Bakı şəhəri, Qaradağ küçəsi, ev 31, mənzil 7,8-də yerləşən mənzilə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın alınması ilə bağlı müraciət edilərkən məlum olmuşdur ki, qeyd edilən alqı-satqı müqaviləsi Bakı şəhəri 28 saylı Dövlət Notariat Kontorunun reyestr jurnalında qeydiyyata alınmamışdır. Alqı-satqı müqaviləsinin notarial qaydada bağlanmasına və təsdiq edilməsinə baxmayaraq Bakı şəhəri 28 saylı notariat ofisinin öz işinə səhlənkar və laqeyd yanaşması səbəbindən alıcı İddiaçı hüquqları kobud surətdə pozulmuşdur. İddiaçı notariat hərəkətlərdən şikayatə dair xüsusi icraat qaydasında ərizə ilə Bakı şəhər Nərimanov rayon Məhkəməsinə müraciət edərək Bakı şəhəri 28 saylı notariat ofisində satıcı X4 ilə İddiaçı arasında xx.xx.2001-ci il tarixli, 129704 saylı alqı-satqı müqaviləsi bağlanmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhər Nərimanov rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli 2-1743/2007 nömrəli qətnaməsinə əsasən iddia təmin edilmişdir. X4 Bakı şəhər Nərimanov rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli 2-1743/2007 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-6697/2018 nömrəli qətnaməsi ilə şikayət təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-6697/2018 nömrəli qətnaməsindən narazı qalan İddiaçı kassasiya şikayəti vermiş,lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(102)- 456/2019nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh Bakı şəhəri 28 saylı notariat ofisi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nın 185.5-ci maddəsinə əsaslanaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı - cavabdeh Bakı şəhəri 28 saylı notariat ofisinə qarşı “öhdəliyin qoyulması”tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən hakim iş məhkəmədə baxılmalı deyildirsə, həmin iş üzrə icraata xitam verir. Bu eynilə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtinanın da hüquqi əsası kimi çıxış edir. Məhkəmə yuxarıda göstərilən normalara əsasən qeyd edir ki, məhkəmələr MPM-ə və digər qanunlara müvafiq olaraq onların müdafiəsi məhkəmədənkənar digər qaydada həyata keçirilmirsə, pozulmuş və mübahisə edilən hüququ və azadlıqları müdafiə və təmin edir. Göründüyü kimi, qanunvericilik mübahisələrin məhkəmə aidiyyətini müəyyən edərkən MPM-ə və digər qanunlara əsasən müdafiəsi məhkəmədənkənar qaydada həyata keçirilən hüququ və azadlıqların müdafiə olunmasını məhkəmədə baxılmalı olan işlərin dairəsindən kənar edir. Azərbaycan Respublikası MPM-nin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 191, 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı - cavabdeh Bakı şəhəri 28 saylı notariat ofisinə qarşı “öhdəliyin qoyulması” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı X1 izah olunsun ki, Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 gün müddətində Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №2(009)-1805/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1805/2020
21.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver