Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-181/2023 08.06.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əzizli Əziz Seyfulla oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin cavabdehlər Cavabdeh1 və “X7 Kompleksinə” qarşı “mülkiyyət hüququna kompensasiya ödənilməklə xitam verilməsi və yaşayış sahəsinin boşaldılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin Cavabdeh1 və “X7 Kompleksinə” qarşı “mülkiyyət hüququna kompensasiya ödənilməklə xitam verilməsi və yaşayış sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X7 Kompleksi” MTK tərəfindən Cavabdeh1 336.000 (üç yüz otuz altı min) AZN kompensasiya edilməklə sonuncunun Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi, 2 saylı evin 19 nömrəli mənzili üzərindəki mülkiyyət hüququna xitam verilməsi və həmin mənzil boşaldılaraq cavabdeh MTK-ya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin nümayəndəsi xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət edərək iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin ona geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 işə mahiyyəti üzrə baxılmağını tələb etməyib. Məhkəmə hesab edir ki, iddiaçının ərizəsi təmin edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmaqla mülki iş baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 260.1 və 260.6-cı maddələrinə görə iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır və həmin qərardaddan şikayət verilə bilər. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Eyni zamanda «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 5.1.2-ci maddəsinin tələbinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikası Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin Cavabdeh1 və “X7 Kompleksinə” qarşı“ mülkiyyət hüququna kompensasiya ödənilməklə xitam verilməsi və yaşayış sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Səbail Rayon Məhkəməsinə (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) şikayət verilə bilər. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-181/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-181/2023
08.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver