Məhkəmə qərarları › İş №2(009)-182/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-182/2023

12.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-182/2023 12.07.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Rüstəmova Çinarə Mübariz qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Bakı şəhər Səbail rayon İcra Hakimiyyətinin cavabdehlər Cavabdeh1 və “X1 Kompleksi” MTK-ya qarşı "mülkiyyət hüququna kompensasiya ödənilməklə xitam verilməsi və yaşayış sahəsinin boşaldılması" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhər Səbail rayon İcra Hakimiyyətinin cavabdehlər Cavabdeh1 və “X1 Kompleksi” MTK-ya qarşı "mülkiyyət hüququna kompensasiya ödənilməklə xitam verilməsi və yaşayış sahəsinin boşaldılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hazırlıq iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 məhkəməyə ərizə ilə müraciət edərək, iddia tələbi üzrə cavabdehlər Cavabdeh1 və “X1 Kompleksi” MTK arasında Cavabdeh1 məxsus Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi, ev 2, 45 saylı mənzilin cavabdeh MTK tərəfindən kompensasiya ödənilməklə alqısatqısına dair razılaşma əldə olunmuş və alqı-satqı həyata keçirilmişdir. Beləliklə, tərəflər arasında iddia predmetinə dair mübahisə qalmadığından iş üzrə icraata xitam verilməlidir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilini dinləyib, mülki iş materiallarını tədqiq edib, hesab edir ki, iddiadan imtina ərizəsi təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 261.0.4 maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Məhkəmə hesab edir ki, iddiaçının iddiadan imtina etməsi qanuna zidd olmadığına, başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığına görə qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263-264 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Bakı şəhər Səbail rayon İcra Hakimiyyətinin cavabdehlər Cavabdeh1 və “X1 Kompleksi” MTK-ya qarşı "mülkiyyət hüququna kompensasiya ödənilməklə xitam verilməsi və yaşayış sahəsinin boşaldılması" tələbinə dair iddia ərizəsindən imtinası qəbul edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətinə Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar