Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1837/2025 18.08.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X1 Rüstəmlinin sədrliyi, Mərdanov Məhəmməd Ələkbər oğlunun katibliyi İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 67,482 manat puıun və dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, tərəfimdən Cavabdeh həmin oğlunun mənə qarşı törətmiş olduğu qanunsuz əməllərlə bağlı Xətai Rayon Polis İdarəsinə müraciət edilmişdir. Xətai Rayon Polis İdarəsinin TŞ-nin baş təhqiqatçısı polis polkovnikletenantı Teymur Ağamirov tərəfindən işin mülki qaydada məhkəmədə həllini tapmalı olduğu əsas gətirilərək 18 fevral 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Teymur Ağamirov tərəfindən mənim və Cavabdeh müvafiq izahatı alınmışdır. Fase Home” MMC-in direktoruyam. Rəhbəri olduğum şirkət müctəlif tikinti və təmir məhsullarının, aksesuarların satışı ilə məşğulam. Mağazalarımda satılan məhsulların müxtəlif istehsalçılardan alınaraq satışı təşkil olunur. Mağazamızda satılan məhsullar müxtəlif istehsalçılardan alınaraq təşkil olunur. Təxminən 2022-cü ilin aprel ayında həmin vaxtı fəaliyyətdə olan "xxxx" MMC-nin rəhbəri Cavabdeh ilə tanış olmuşam. Cavabdeh rəhbərlik etdiyi sex daxili qapıların istehsalı ilə məşğul olmuşdur. Cavabdehla müvafiq razılaşma əsasında işləməyə başladıq. İş fəaliyyətimiz ondan ibarət olmuşdur ki, aldıqlarımız sifarişləri Cavabdeh təqdim edirdik, Tural da həmin sifarişləri icra edəndən sonra hazır məhsulu bizə təqdim etmiş, biz də müştərilərə təqdim edirdik. Cavabdeh məhsul sifariş verərkən məhsulun dəyərinin 60-70 faizi tərəfimizdən ödənilmiş, həmin ödənişlər də müvafiq qəbzlərlə rəsmiləşmişdir. Tural 2022-ci ilin iyun ayından başlayaraq sifarişləri və pulu şirkətdən götürmüş, lakin məhsulları tam təhvil verməmişdir. 2023-cü ilin mart ayında Turalın məhsulları təhvil vermədiyini müşayiət etdikdə Turaldan pulumu geri tələb etdim. Lakin buna baxmayaraq Tural 67.482(altmış yeddi min dörd səksən iki manat) pulu geri qaytarmamışdır. Həmin pullar Turala Ağ şəhərdə yerləşən mağazalarda verilmiş, Tural da pulu ödəyərkən qəbzə imza atmışdır. Sözügedən qəbzlər məhkəmə iclası zamanı məhkəməyə təqdim ediləcəkdir. Xətai Rayon Polis İdarəsində aparılan araşdırma zamanı Tural ifadəsində bildirmişdir ki, onun mənimlə qeyd etdiyimiz məsələlərlə bağlı razılaşması olmuş, razılaşma əsasında mənzillər üçün nəzərdə tutulmuş taxta qapılar əsasında sifarişini istehsalını həyata keçirməli və təhvil verməli idi. Bununla əlaqədar verilən sifarişlərin dəyərini nağd pul şəklində bir hissəsini alaraq imzalarla təsdiqləmişdir. Göründüyü kimi sifarişlərin bir hissəsini təhvil vermiş, lakin sonradan istehsalatda yaranmış problemlərlə əlaqədar müflis olmuş və sifarişləri tam şəkildə yerinə yetirməmişdir. Xətai Rayon Polis İdarəsində aparılan araşdırma zamanı da Cavabdeh müxtəlif tarixlərdə və məbləğlərdə pul vəsaitini götürməsi barədə imzaları ilə təsdiq olunan siyahılar 34 vərəqdə təqdim edilmişdir. Qeyd olunan siyahılarda Cavabdeh tərəfindən 2022-ci ilin iyul ayından başlayaraq 2023-cü ilin mart ayına kimi İddiaçı hissəhissə müxtəlif məbləğlərdə pulların götürülməsi əks olunmuş və Cavabdeh da bunu imzası ilə təsdiq etmişdir. Qeyd olunan siyahıda əks olunan sifarişlərin 67.482 manat olan hissəsi həyata keçirilməmiş və qeyd olunan məbləğdə pul İddiaçı geri qaytarılmamışdır. Qeyd edirəm ki, hazırda əlavə etdiyim cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda da Cavabdeh məndən hissə-hissə 67482 manat pul alması, həmin pulu qaytarmaması öz əksini tapmışdır. Cavabdeh da ifadəsində bu faktı təsdiq etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 65.4-cü macldəsnıo əsasən Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, kommersiya və ya inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Göründüyü kimi Cavabdeh məndən 67.482 manat pul alması, həmin pulu qaytarmaması işin faktiki halları ilə təsdiq olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, lakin üzrlü səbəb olmadan o, məhkəmə iclasında iştirak etməmiş və məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılması mümkün saymışdır. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 18 fevral 2025-ci il tarixli qərarında qeyd edilir ki, Cavabdeh ilə istifadəsində olduğu 050 *** ** ** telefon nömrəsi ilə əlaqə saxlanılaraq danışarkən o bildirmişdir ki, həqiqətən də "xxxx" MMC-nin direktoru İddiaçı ilə aralarında razılaşma olmuş, razılaşma əsasında mənzillər üçün nəzərdə tutulmuş daxili taxta qapıların sifarişlər əsasında istehsalını həyata keçirməli və təhvil verməliymiş. Bununla əlaqədar verilən sifarişlərin dəyərini nağd pul şəklində bir hissəsini alaraq imzalarla təsdiq etmişdir. Götürdüyü sifarişlərin bir hissəsini təhvil vermiş, lakin sonradan istehsalatda yaranmış problemlərlə əlaqədar müflis olmuş və sifarişləri tam şəkildə yerinə yetirməmişdir. Araşdırma zamanı İddiaçı tərəfindən Cavabdeh müxtəlif tarixlərdə və məbləğlərdə pul vəsaitini götürməsi barədə imzaları ilə təsdiq olunan siyahılar 34 vərəqədə təqdim olunmuşdur. Qeyd olunan siyahılarda Cavabdeh tərəfindən 2022-ci ilin iyul ayından başlayaraq 2023-cü ilin mart ayına kimi İddiaçı hissə-hissə müxtəlif məbləğlərdə pulların götürülməsi əks olunmuş və Cavabdeh tərəfindən götürdüyü pul məbləğlərinin qarşısında imza edilmişdir. Qeyd olunan siyahıda əks olunan sifarişlərin 67,482 manat olan hissəsi həyata keçirilməmiş və qeyd olunan məbləğdə pul İddiaçı qaytarılmamışdır. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında şifahi razılaşma əldə edilmişdir. Həmin razılaşmaya əsasən cavabdeh Podratçı qismində iddiaçının sifarişi əsasında mənzillər üçün nəzərdə tutulmuş daxili taxta qapıların istehsalı işlərinin görülməsini, Sifarişçi isə bunun müqabilində Podratçıya pul ödəməyi öhdəsinə götürmüşlər. Razılaşma əldə edildikdən sonra iddiaçı tərəfindən cavabdehə 2022-ci ilin iyun ayından 2023-cü ilin mart ayına kimi sifarişərin yerinə yetirilməsi üçün ümumilikdə 67,482 manat məbləğində pul ödənilmişdir. Lakin cavabdeh üzərinə düşən öhdəliyi lazımi qaydada və vaxtda yerinə yetirməyərək, mənzillər üçün nəzərdə tutulmuş daxili taxta qapıların istehsalını həyata keçirməyərək, iddiaçıya təhvil verməmişdir. İddiaçının polis orqanına müraciəti əsasında cavabdeh yuxarıda qeyd olunanları təsdiq edərək, müflis olduğunu və bu səbəbdən sifarişləri hazır edə bilmədiyini bildirmişdir. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Sadalananlara əsasən məhkəmə qeyd edir ki, cavabdeh iddiaçı qarşısında üzərinə götürmüş öhdəliyi lazımi qaydada və müddətdə yerinə yetirməmişdir. Bu isə cavabdeh tərəfindən müqavilənin əhəmiyyətli dərəcədə pozulmasıdır. Bu səbəbdən 67,482 manat məbləğində zərərin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Eyni zamanda hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, hazırki halda iddia tələbi təmin olunduğundan, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 293 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 67,482 manat məbləğində zərərin əvəzi və ödənilmiş 293 manat dövlət rüsumunun əvəzi Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-1837/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1837/2025
18.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver