Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1850/2020 04.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Mən, Səbail Rayon Məhkəməsinin hakimi Bağırova Mədinə Ağacavad qızı, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “Dövlət sərhəd keçirilməsi zaman dövlət sərhəd xidmətinin əməkdaşları tərəfindən saxlanılmanın, dövlət gömrük əməkdaşlarına təhvil verlməyi, gömrük yoxlamasına-axtarışa məruz qalmağı, məcburi gömrük bəyannaməsi yazdırılmağı qanunsuz hesab edilməsi, həmin qanunsuz hərəkətlərin dayandırılması və vurulmuş zərərin əvəzi olaraq 50 000 manat tutulması” barədə ərizəsini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2014-cü ilin noyabr ayından ölkə hüdudlarını keçən və qayıdan zaman dövlət sərhəd xidmətinin əməkdaşları tərəfindən saxlanılmanın, dövlət gömrük əməkdaşlarına təhvil verilməyi, gömrük yoxlamasına (məhkəmə qərarı olmadan)-axtarışa məruz qalmağı, məcburi gömrük bəyannaməsi yazdırılmağı qanunsuz hesab edilməsi, həmin qanunsuz hərəkətlərin dayandırılması və vurulmuş zərərin əvəzi olaraq 50 000 manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, aşağıdakılara görə ərizə geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçıDövlət sərhəd keçirilməsi zaman dövlət sərhəd xidmətinin əməkdaşları tərəfindən saxlanılmanın, dövlət gömrük əməkdaşlarına təhvil verlməyi, gömrük yoxlamasına-axtarışa məruz qalmağı, məcburi gömrük bəyannaməsi yazdırılmağı qanunsuz hesab edilməsi, həmin qanunsuz hərəkətlərin dayandırılması və vurulmuş zərərin əvəzi olaraq 50 000 manat tutulması ilə bağlı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hərəkətini (hərəkətsizliyini) mübahisələndirmişdir. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” xx xxxx 2011-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsindən “Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsiszliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat” haqqında 27-ci fəsil çıxarılmışdır. Belə olduğu təqdirdə, hazırki mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxılması üçün prosessual normalar mövcud deyildir. Məhkəmə qeyd edir ki, xx xxxx 2009-cu ildən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qəbul edilmişdir və həmin Məcəllə x xxxxxx 2011-ci il tarixdən qüvvədədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 saylı qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”na əsasən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi inzibati orqanlardır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə görə, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi inzibati orqan olduğundan, hazırki mübahisə cavabdehlərin hərəkəti (hərəkətsizliyi) ilə bağlı münasibətlərdən törəndiyindən, məhkəmə hesab edir ki, hazırki iddiaya mülki prosessual qanunvericiliyin tələbləri qaydasında deyil, inzibati prosessual qanunvericiliyinin tələbləri qaydasında baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə qeyd edir ki, “iş məhkəmədə baxılmalı deyildirsə” müddəası özündə, milki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olmasını, eləcə də, iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında ümumi məhkəmədə deyil, başqa məhkəmədə, yaxud başqa məhkəmə icraatı qaydasında baxılmalı olmasını ehtiva edir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263-264cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “Dövlət sərhəd keçirilməsi zaman dövlət sərhəd xidmətinin əməkdaşları tərəfindən saxlanılmanın, dövlət gömrük əməkdaşlarına təhvil verlməyi, gömrük yoxlamasına-axtarışa məruz qalmağı, məcburi gömrük bəyannaməsi yazdırılmağı qanunsuz hesab edilməsi, həmin qanunsuz hərəkətlərin dayandırılması və vurulmuş zərərin əvəzi olaraq 50 000 manat tutulması barədə iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah olunsun ki, o, hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət edə bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-1850/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1850/2020
04.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver