Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1856/2020 05.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əkbərli Leyla Mirfazil qızının katibliyi, İddiaçı2 Cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh “Azneft” İB-yə qarşı “zərərçəkmiş şəxsə dəyən ödəncin alınması“ tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh “Azneft” İB-yə qarşı “zərərçəkmiş şəxsə dəyən ödəncin alınması“ tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qızı İddiaçı1 mərhum əri X1 ölüm günündən, yəni xx.xx.2015-ci il tarixdən ARDNŞ «Azneft» İB-nin 28 May NQÇİ tərəfindən zərəçəkən şəxsə ödənilən ödənci almaq hüququnun tanınmağı, həmin ödəncin iddiaçıya təyin edilməsi və qətnamənin icra ediləcəyi günədək ödəncin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliklərinin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, yoldaşı X4 ilə xx.xx.1966-cı ildə nikaha daxil olmuşdu. Birgə nikahdan 2 övladları dünyaya gəlmişdir. Qızı İddiaçı1 anadan gəlmə qüsurlu olduğundan hal-hazırda Azərbaycan Respublikası Əmək və X7 Nazirliyinin TSE-o ser.AR№515457 saylı arayışa əsasən “Ömürlük” 2-ci qrup əlilidir. Həyat yoldaşı X4 “Azneft” İB-nin 28 May NQÇİ-də uzun müddət işləmiş, iş yerində peşə xəstəliyinə tutulması nəticəsində Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi tərəfindən ona “Ömürlük” 2-ci qrup əlilliyi verilmişdir. xx xxxxxxx 2015-ci ildə həyat yoldaşı X4 rəhmətə getmişdir. Tək qalıb və əlil qızı İddiaçı1 onun himayəsindədir. xx xxxx 2016-cı il tarixində həyat yoldaşının müavinətinin ona verilməsinin təmin olunması üçün “Azneft” İB-nə müraciət etmişdir. “Azneft” İB-nin SOCAR **********42690034X00134 saylı xx.xx.2016-cı il tarixli imtina məktubuna əsasən, T.Hüseynovun aldığı istehsalat xəsarəti ilə təbii ölümü arasında heç bir səbəbli əlaqəsi olmadığından əmək xəsarətinə görə mərhuma ödənilən müavinətin verilməsinə hüquqi əsas yoxdur. Bu imtina məktubu ilə razılaşmırıq. Belə ki, Səbail rayon Məhkəməsinin 2(009)-2589/2019-cu il tarixli qətnaməsi eyni tipli və eyni predmet barədə çıxarılmışdır. Məhkəmə baxış iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X10etiraz ərizəsinə uyğun izahat verərək bilidirmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh 'Azneft" İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun mərhum həyat yoldaşı X1 ölüm günündən, yəni xx xxxxxxx 2015-ci il tarixdən İddiaçı1 “Azneft” İB-nin 28 May NQÇİ tərəfindən zərərçəkən şəxsə ödənilən ödənci almaq hüquq olan şəxs kimi tanınması, həmin ödəncin iddiaçıya təyin edilməsi və qətnamənin icra ediləcəyi günədək ödəncin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliklərinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. X4 “Azneft” İB-nin 28 May NQÇİ-də uzun müddət işləmiş, iş yerində peşə xəstəliyinə tutulması nəticəsində Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi tərəfindən ona 2-ci qrup əlilliyi verilmişdir. İdarə tərəfindən X2 vəfat etdiyi tarixədək dəymiş zərərə görə ödənclər qanunvericilikdə nəzərdə tutulmuş qaydada tam hesablanıb ödənilmişdir. İddiaçı xx xxxx 2016-cı il tarixində həyat yoldaşının müavinətinin İddiaçı1 verilməsinin təmin olunması üçün “Azneft” İB-nə müraciət etmişdir. “Azneft” İB-nin SOCAR**********42690034X00134 saylı xx.xx.2016-cı il tarixli imtina məktubunda bildirilmişdir ki, T.Hüseynovun aldığı istehsalat xəsarəti ilə təbii ölümü arasında heç bir səbəbli əlaqəsi olmadığından əmək xəsarətinə görə mərhuma ödənilən müavinətin verilməsinə hüquqi əsas yoxdur. Belə kı, istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli, 3 nömrəli qərarı ilə təsdiq edilmiş "İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği"nə əsasən verilir. Qaydaların 1.1-ci bəndinə əsasən həmin qaydalar Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilmə qaydalarını, şərtlərini və məbləğini müəyyən edir. Qaydaların 1.1-ci bəndinin mənasına görə bu qaydalar: 1- ci hal istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə; 2- ci hal istehsalat qəzası və yaxud peşə xəstəliyi səbəbindən həlak olmuş işçinin ailə üzvlərim və himayəsində olan digər şəxslərə ödənclərin verilmə qaydalarını, şərtlərini və məbləğini müəyyən edir. Qeyd olunan 2-ci hal işçinin məhz istehsalat qəzası və yaxud peşə xəstəliyi səbəbindən həlak olmasını ehtiva edir və yuxarıda qeyd edilən Qaydalar məhz istehsalat qəzası və yaxud peşə xəstəliyi səbəbindən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə şamil edilir. İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçi bu səbəbdən deyil, digər səbəblərdən vəfat etdikdə həmin Qaydalar onun ailə üzvlərinə himayəsində olan digər şəxslərə şamil edilmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan AЗ 028143 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə İddiaçı2 xx xxxxxx 1966-cı ildə rəsmi nikaha daxil olmuş, 539 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra ərə Hüseynov, arvada Rzayeva soyadı verilmişdir. İş materiallarında olan 271733 saylı doğum haqqında (təkrar) şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 xx xxxxxx 1970-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında X4, ana qrafasında İddiaçı2 qeyd edilmişdir. İş materiallarında olan Suraxanı rayonu ƏSMN tərəfindən verilmiş 156764 saylı, xx.xx.2002-ci il tarixli vəsiqənin surətindən görünür ki, X4 ömürlük İİ qrup əlilldir. İş materiallarında olan AZ-İ № 755018 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx xxxxxxx 2015-ci il ölmüşdür. Bu barədə qeyd xx xxxxxxx 2015-ci il tarixdə 747 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Bakı şəhər MKTD 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 139 saylı MKTS-nin 438 saylı, xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Rzayeva X9 qəsəbəsi Mustafayev küçəsi 24 saylı evin 18 saylı mənzilində qeydiyyatdadır. Qızı İddiaçı1 anasının himayəsindədir. İş materiallarında olan TSEK tərəfindən verilmiş TSE-0 AR 515457 nömrəli arayışından görünür ki, İddiaçı1 ömürlük İİ qrup əlilldir. İş materiallarında olan “Azneft” İB-nin xx xxxx 2016-cı il tarixli məktubundan görünür ki, mərhum X3 aldığı istehsalat xəsarəti ilə təbii ölümü arasında heç bir səbəbli əlaqə olmadığından əmək xəsarətinə görə mərhuma ödənilən müavinatın ona verilməsinin hüquqi əsası yoxdur. Əmək Məcəlləsinin 15-ci maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Həmin Məcəllənin 212-ci maddəsinə əsasən, əməyin mühafizəsinə dair vahid dövlət siyasəti müvafiq icra hakimiyyəti orqanları həyata keçirilir. Müvafiq icra hakimiyyəti orqanı əməyin mühafizəsi sahəsində vahid dövlət siyasətini hazırlayır və həyata keçirir, əmək şəraitini yaxşılaşdırmaq və əməyin mühafizəsini təmin etmək sahəsində müvafiq icra hakimiyyəti orqanlarının, işəgötürənlərin vəzifələrini müəyyənləşdirir, sağlam və təhlükəsiz əmək şəraitini təmin etmək sahəsində onların fəaliyyətini əlaqələndirir və ona nəzarət edir. Əmək Məcəlləsinin 217-ci maddəsinə əsasən, işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin təhqiqatının aparılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan daxil olmuş məlumat əsasında bədbəxt hadisənin istehsalatla bağlılığının araşdırılması və onun təhqiqatının aparılması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada komissiya yaradır. Bədbəxt hadisənin təhqiqatı başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq akt tərtib edilməli və onun bir nüsxəsi mütləq zərərçəkən işçiyə təqdim olunmalıdır. Bədbəxt hadisənin baş vermə faktını gizlədən, aparılan təhqiqat barədə müvafiq akt tərtib etməkdən boyun qaçıran işəgötürən, onun səlahiyyətli vəzifəli şəxsi qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyət daşıyır. Bədbəxt hadisələrin təhqiqinin, uçotunun aparılması bu maddədə nəzərdə tutulmuş qaydalar əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktla tənzimlənir. Əmək Məcəlləsinin 235-ci maddəsinə əsasən, əməyin mühafizəsi normalarının, qaydalarının, habelə əməyin mühafizəsinə dair normativ hüquqi aktların tələblərinin yerinə yetirilməsinə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan nəzarət edir. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanının qəbul etdiyi qərarlar hökmən icra olunmalıdır. Bu qərarlardan, qanunvericiliyə uyğun olaraq inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması” Qaydalarının 1.7-ci bəndinə əsasən, işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq, hadisənin təhqiqatının aparılması üçün dərhal həmin hadisə barədə baş verən günü Dövlət Əmək Müfəttişliyi Xidmətinin yerli bölməsinə (və ya Dövlət Əmək Müfəttişliyi Xidmətinin aparatına), Fövqəladə Hallar Nazirliyinə (bədbəxt hadisə təhlükə potensiallı obyektlərdə qəza nəticəsində baş vermişsə) məlumat verməyə borcludur. Bu Qaydaların 1.8-ci bəndinə əsasən işəgötürən istehsalatda bədbəxt hadisələrin təhqiqatının vaxtında aparılmasına müvafiq şəraitin yaradılmasına, İZ formalı aktın düzgün tərtib edilməsinə cavabdehdir. Eyni Qaydaların 2-ci bəndinə əsasən, ağırlıq dərəcəsindən asılı olmayaraq bütün növ xəsarətlər baş vermiş bədbəxt hadisələrin təhqiqatı Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisinin (və ya onun tapşırığı ilə Dövlət Əmək Müfəttişliyi Xidmətinin yerli bölməsinin) əmri ilə yaradılmış komissiya tərəfindən aparılır. Təhqiqat komissiyasının yaradılmasına əsas bədbəxt hadisə barədə Dövlət Əmək Müfəttişliyi Xidmətinə işəgötürən tərəfindən verilən məlumat ola bilər. Həmin Qaydaların 2.5-ci bəndinə əsasən, təhqiqat komissiyası bədbəxt hadisənin səbəbini və iş yerinin şəraitini təhqiq edir, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarının standartlarının pozulmasına yol vermiş şəxsləri aşkar edir. Hadisənin şahidlərindən və zərərçəkəndən izahatlar alır, bədbəxt hadisənin səbəblərini və onların aradan qaldırılması üzrə tədbirləri göstərməklə lazımı nüsxələrdən ibarət tədqiqat aktı tərtib edir və müəssisə tərəfindən hadisə barədə İZ formalı aktın düzgün olmasına nəzarət edir. “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2003-cü il tarixli Qərarının 1.1 -ci bəndinə əsasən Azərbaycan Respublikasında işçilərin sağlam və təhlükəsiz əmək şəraiti Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Bu Qaydalar Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilmə qaydalarını, şərtlərini və məbləğini müəyyən edir. İşçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra - istehsalda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra - təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədənkənar vəsaitlər hesabına “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilir. Zərərçəkənə istehsalatda əmək xəsarəti nəticəsində onun itirdiyi peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) dərəcəsindən asılı olaraq aylıq ödənclər, habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclər ödənilir. Həmin Qərarın 3.1 və 3.2-ci bəndlərinə əsasən zərərçəkənin (ailə başçısının) öldüyü halda zərərə görə ödəncləri almaq hüququ olan şəxslər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1121-ci maddəsi ilə müəyyən edilir. Zərərçəkənlərə və yaxud zərərə görə aylıq ödənc almaq hüququna malik olan şəxslərə ödənclər aşağıdakı vaxtdan verilir: zərər çəkmiş işçilərə - istehsalatda əmək xəsarəti nəticəsində əvvəlki peşə əmək qabiliyyətini itirdiyi gündən; işçinin vəfatı ilə əlaqədar olaraq zərərin ödənilən miqdarını almaq hüququna malik olan şəxslərə - mərhumun vəfat etdiyi gündən, lakin zərərin ödənilən məbləğini almaq hüququnu əldə etdiyi gündən tez olmayaraq. Həmin Qərarın 3.1-ci və 3.2- bəndlərini hazırkı ıişin halları ilə yanaşı yoxlayaraq məhkəmə hesab edir ki, iddiaçılar X2 ödənilən ödəncin ona ödənilməsini iddia etməkdə haqlıdır. Belə ki, “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2003-cü il tarixli Qərarın 3.2-ci maddəsi zərərçəkənin öldüyü halda ödənc almaq hüququ olan şəxslərin dairəsini Mülki Məcəllənin 1121-ci maddəsi ilə məhdudlaşdırır. Mülki Məcəllənin 1121-ci maddəsinə əsasən zərərçəkənin (ailə başçısının) öldüyü halda aşağıdakıların zərərin əvəzinin ödənilməsi hüququ vardır: 1121.1.1. ölənin himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslər; 1121.1.2. şəxsin ölümündən sonra doğulmuş uşağı; 1121.1.3. ölənin himayəsində olmuş və onun on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna möhtac olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və işləməyən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü - əmək qabiliyyətindən asılı olmayaraq; 1121.1.4. ölənin himayəsində olmuş və onun ölümündən sonra beş ilə ərzində əmək qabiliyyətini itirmiş şəxslər. 1121.2. İşləməyən və ölənin uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və qulluq etdiyi dövrdə əmək qabiliyyətini itirən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü zərərin əvəzinin ödənilməsi hüququnu həmin şəxslərə qulluq qurtardıqdan sonra da saxlayır. 1121.3. Zərərin əvəzi aşağıdakılara ödənilir: 1121.3.1. yetkinlik yaşına çatmayanlara - on səkkiz yaşına çatanadək; 1121.3.2. on səkkiz yaşından yuxarı tələbələrə - əyani təhsil forması üzrə təhsil müəssisələrində təhsili bitirənədək, lakin ən çoxu iyirmi üç yaşınadək; 1121.3.3. əlli beş yaşından yuxarı qadınlara və altmış beş yaşından yuxarı kişilərə ömürlük; 1121.3.4. əlillərə - əlillik müddəti üçün; 11.21.3.5. ölənin himayəsində olmuş uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan valideynlərdən birinə, arvada (ərə) və ya digər ailə üzvünə - qulluq etdikləri on dörd yaşına çatanadək. İş materiallarında əlavə edilmiş TSEK tərəfindən verilmiş TSE-0 AR 515457 nömrəli arayışından görünür ki, İddiaçı1 ömürlük İİ qrup əlilldir. Həmçinin iş materiallarında olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, anası İddiaçı2 XX.XX.1947-ci il təvəllüdlü olmaqla hal-hazırda 73 yaşındadır. “Sosial müavinətlər haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxslər - əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, 62 yaşına çatmış qadınlar, 67 yaşına çatmış kişilər, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar, ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqları sayılır. Mülki Məcəllənin 1121-ci maddəsini, habelə “Sosial müavinətlər haqqında” Qanunun 1.0.2-ci maddəsini hazırki işin halları ilə yanaşı yoxlayaraq məhkəmə qeyd edir ki, iddiaçı 2-ci qrup əlil olduğundan, eyni zamanda anasının əmək qabiliyyəti olmayan şəxs sayıldığını nəzərə alsaq mərhum atasına ödənilən ödənci almağa hüququ yaranır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı1 X1 ölüm günündən, yəni xx xxxxxxx 2015-ci il tarixdən “Azneft” İB-nin 28 May NQÇİ tərəfindən zərərçəkən şəxsə ödənilən ödənci almaq hüququ tanınmalı, həmin ödənc iddiaçıya ömürlük təyin edilməli və xx.xx.2015-ci il tarixdən qəbul olunmuş qətnamənin icra ediləcəyi tarixədək iddiaçıya ödənilməli olan ödəncin məbləği birdəfəlik hesablanaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı1 atası X1 ölüm günündən, yəni xx xxxxxxx 2015-ci il tarixdən “Azneft” İB-nin 28 May NQÇİ tərəfindən zərərçəkən şəxsə ödənilən ödənci almaq hüququ tanınsın, həmin ödənc iddiaçıya ömürlük təyin edilsin və xx.xx.2015-ci il tarixdən qəbul olunmuş qətnamənin icra ediləcəyi tarixədək iddiaçıya ödənilməli olan ödəncin məbləği birdəfəlik hesablanaraq iddiaçıya ödənilməsi öhdəliyi cavabdeh “Azneft” İB-nə həvalə edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-1856/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1856/2020
05.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver