Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1867/2020 01.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Mən, Səbail Rayon Məhkəməsinin hakimi Bağırova Mədinə Ağacavad qızı, İddiaçı Azərbaycan Respublikasının X1, Azərbaycan Respublikasının İ vitse prezidenti X3, Azərbaycan Respublikasının Milli Məclisi və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi üçüncü şəxs müəyyən edilməklə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı zərərin əvəzinin və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, MÜƏYYƏN E T D İ M: İddiaçı Azərbaycan Respublikasının X1, Azərbaycan Respublikasının İ vitse prezidenti X3, Azərbaycan Respublikasının Milli Məclisi və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi üçüncü şəxs müəyyən edilməklə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 10000 manat məbləğində zərərin əvəzinin tutularaq ona ödənilməsi, cavabdehdən vurduğu mənəvi ziyana görə 7000 manatın onun xeyrinə tutulması və dövlət rüsumu kimi 30 manatın ona ödənilməsi tələbinin təmin edilməsini xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə görə, iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, qanunlara və digər normativ-hüquqi aktlara əsaslanan tələbin əsaslandırıldığı hüquqi tövsif, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməli olduğu halda, ərizənin məzmunundan aydın olur ki, ərizəçi cavabdehə yönəltdiyi tələblərini əsaslandırdığı hüquqi tövsifi göstərməməklə iddia ərizəsinin qanunla nəzərdə tutulmuş forma və məzmununa əməl etməmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı tərəfindən qanunun bu tələblərinə əməl edilməmiş, 3-cü şəxslərə qarşı tələb yönəldilmiş olsa da, həmin şəxslərin hüquqi vəziyyəti müəyyənləşdirilməmişdir. İddianın 3-cü şəxslərlə əlaqəsini izah və sübut edən sübutlar iddia ərizəsinə əlavə edilməmişdir. Halbuki, məhkəmənin qeyri-müəyyən şəxslərin hüquq və vəzifələrinə dair məsələyə baxması yolverilməzdir və bu, işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquqlarının pozulması ilə nəticələnən onların hüquq və vəzifələrinə dair məsələnin həll edilməsi demək olardı. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə görə, iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı cavabdeh Azərbaycan Respublikasına qarşı pul tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan 10 (on) gün müddətində Səbail rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-1867/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1867/2020
01.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver