Məhkəmə qərarları › İş №2(009)-1868/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1868/2020

02.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1868/2020 02.11.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” Sığorta şirkəti ASC-nin – Cavabdeh1 qarşı “sığorta ödənişinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” Sığorta şirkəti ASC – cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “sığorta ödənişinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 məxsus və “xxxx” Sığorta Şirkəti ASC-də sığortalanmış “Toyota Carolla” markalı, ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulan ziyanın əvəzində 1522.60 (min beş yüz iyirmi iki manat altmış qəpik) manat sığorta ödənişi məbləği və iddia ərizəsinin verilməsi ilə bağlı 30,40 (otuz manat qırx qəpik) dövlət rüsumu olmaqla, cəmi 1553 (min beş yüz əlli üç) manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq “xxxx” Sığorta Şirkəti ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 xx.xx.2011-ci il tarixdə idarə etdiyi “Opel” markalı, ** XS *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Ə.Hüseynzadə küçəsi ilə C.Cabbarlı küçəsinin kəsişməsində sağdan hərəkət edən X2 məxsus və “xxxx” Sığorta Şirkəti ASC-də sığortalanmış “Toyota Carolla” markalı, ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobili buraxmamış, nəticədə həmin avtomobillə toqquşmuş, sonuncuya maddi ziyan vurmuşdur. Hadisədən sonra məlum olmuşdur ki, “Opel” markalı, ** XS *** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə tarixində icbari sığorta şəhadətnaməsi olmamışdır. İcbari sığortalar haqqında Qanunun 25-ci maddəsinə əsasən Cavabdeh2 mülkiyyətində olan etdiyi “Opel” markalı, ** XS *** dövlət qeydiyyat nişanlı avtomobilin icbari sığorta şəhadətnaməsi olmadığı üçün ödənilmiş sığorta məbləği cavabdehdən tutulmalıdır. Belə ki, həmin qanunun 53.2-ci maddəsinə əsasən, avtonəqliyyat vasitəsinin sahibi mülkiyyətində olan, avtonəqliyyat vasitəsi lizinq predmeti olduqda, lizinq müqaviləsi əsasında istifadə etdiyi avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində üçüncü şəxslərə dəyə biləcək zərərlə bağlı həmin avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətini, bu Qanunun 8.3-cü maddəsini nəzərə almaqla, icbari qaydada sığorta etdirməlidir. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh1 təqsirli olması Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 3(004)-667/2012 saylı X9 Qərarında öz əksini tapmışdır. “xxxx” MMC-nin təqdim etdiyi xx.xx.2011-ci il tarixli Qüsur Aktına uyğun olaraq, “Toyota Carolla” markalı, ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobilə 1720 (bir min yeddi yüz iyirmi manat) manat zərər təyin edilmişdir. MİP-07097R3 saylı sığorta müqaviləsinin 650/2011 saylı sığorta aktına əsasən “xxxx” Sığorta Şirkəti sığortalıya 197.40 (yüz doxsan yeddi manat qırx qəpik) manat azadolma məbləği çıxmaqla 1522.60 (min beş yüz iyirmi iki manat altmış qəpik) manat sığorta ödənişi həyata keçirmişdir. Göstərilənlərə əsasən iddianın təmin olunması xahiş olunur. Sonradan iddiaçı iddia ərizəsindəki yanlışlığın düzəldilməsi və iddia tələbi həcminin azaldılması barədə ərizə verərək, iddia ərizəsinin tələb hissəsində cavabdeh kimi “Cavabdeh1 və Cavabdeh2” sözləri “Cavabdeh1” sözləri kimi oxunması və iddia tələbi üzrə ümumilikdə 1553 (min beş yüz əlli üç manat) manat borc məbləğinin Cavabdeh1 iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddia ərizəsinin mətnində texniki səhv ucbatından Cavabdeh2 cavabdeh kimi qeyd edilmiş, aşağıdakı abzaslar əlavə edilmişdir: İcbari sığortalar haqqında qanunun 25-ci maddəsinə əsasən Cavabdeh2 mülkiyyətində olan etdiyi “Opel” markalı, ** XS *** dövlət qeydiyyat nişanlı avtomobilin icbari sığorta şəhadətnaməsi olmadığı üçün ödənilmiş sığorta məbləği cavabdehdən tutulmalıdır. Belə ki həmin qanunun 53.2-ci maddəsinə əsasən, avtonəqliyyat vasitəsinin sahibi mülkiyyətində olan, avtonəqliyyat vasitəsi lizing predmeti olduqda, lizinq müqaviləsi əsasında istifadə etdiyi avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində üçüncü şəxslərə dəyə biləcək zərərlə bağlı həmin avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətini, bu Qanunun 8.3-cü maddəsini nəzərə almaqla, icbari qaydada sığorta etdirməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108-ci maddəsinin (Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəalivətlə törədilmiş zərərə görə məsuliyyət) 1-ci bəndinə əsasən ətrafdıkılar üçün təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin .əvəzini ödəməyə borcludurlar. Həmin maddədə göstərilir ki, “zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə ya digər qanuni əsasla sahiblik edən fiziki şəxs və ya hüquqi şəxsin üzərinə qoyulur”. Belə ki, iddia ərizəsinin iddia tələbinin hüquqi əsası kimi “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa istinad edilsə də, qeyd edilən məsələlər adı çəkilən qanunla deyil, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci (subroqasiya hüququ) maddəsi ilə tənzimlənir: “Faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.” Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddianın həcminin azaldılması barədə ərizənin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etmiş və təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, belə hesab edir ki, iddia əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan BDYPİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışın surətindən görünür ki, “Opel Omega” markalı, ** XS *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdeh2dur və o, avtomobili etibarnamə ilə xx.xx.2010-cu il tarixdən xx.xx.2011-ci il tarixə kimi Cavabdeh1 vermişdir. İş materiallarında olan “xxxx” Sığorta şirkəti ASC ilə X3 arasında bağlanmış xx.xx.2007-ci il tarixli sığorta şəhadətnaməsinin surətindən görünür ki, sığortalı X3 tərəfindən “Toyota Corolla” markalı, ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobil “xxxx” Sığorta şirkəti ASC-də sığortalanmışdır. İş materiallarında olan etibarnamənin surətindən görünür ki, X3 tərəfindən xx.xx.2009-cu il tarixdə “Toyota Corolla” markalı, ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2012-ci il tarixədək idarə etməyi X5 etibar etmişdir. İş materiallarında olan Yasamal Rayon DYPŞ-nin xx.xx.2012-ci il tarixli, 12330 nömrəli qərardadından görünür ki, Cavabdeh1 barəsində İXM-nin 151.5-ci madəsi ilə tərtib olunmuş xx.xx.2012-ci il tarixli, DYP 526926 nömrəli protokol baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2012-ci il tarixli 3(004)-667/12 saylı qərarı ilə Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 151.5-ci maddəsi ilə təqsirli bilinərək müddəti keçməsi ilə bağlı iş üzrə icraata xitam verilmişdir. İş materiallarına əlavə olunmuş X6 tərəfindən Yasamal RPİ-yə yazılmış izahatdan görünür ki, o, xx.xx.2011-ci il tarixdə “Toyota Carolla” markalı, ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman “Opel” markalı, ** XS *** dövlət qeydiyyat nişanlı avtomobil onun avtomobilini vuraraq hadisə yerindən uzaqlaşmışdır. İş materiallarında olan “Toyota” Bakı Mərkəzi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli Qüsur aktından görünür ki, “Toyota Corolla” markalı, ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobilə 1720 manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan xx.xx.2011-ci il tarixli, 650/2011 saylı sığorta aktının müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 xx.xx.2011-ci il tarixdə “Opel Omega” markalı, ** XS *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən törətdiyi sığorta hadisəsinə görə “xxxx” Sığorta şirkəti ASC tərəfindən “Toyota Corolla” markalı, ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobilin etibarnamə üzrə sahibi X5 1522,60 manat məbləğində sığorta ödənişi edilmişdir. İş materiallarında olan “xxxx” Sığorta şirkəti ASC tərəfindən Cavabdeh1 ünvanlanmış xx.xx.2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh 1522,60 manat məbləğində pulu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı haqqında xəbərdar olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddianın verilməsi ilə bağlı iddiaçı tərəfindən 30,40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı “xxxx” Sığorta şirkəti ASC ilə X3 arasında bağlanmış xx.xx.2007-ci il tarixli sığorta şəhadətnaməsinə əsasən sığortalı X3 tərəfindən “Toyota Corolla” markalı, ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobil “xxxx” Sığorta şirkəti ASC-də sığortalanmış və beləliklə tərəflər arasında öhdəliklər yaranmışdır. Cavabdeh1 xx.xx.2011-ci il tarixdə “Opel Omega” markalı, ** XS *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, Ə.Hüseynzadə küçəsi ilə C.Cabbarlı küçəsinin kəsişməsində sağdan hərəkət edən X2 məxsus və “xxxx” Sığorta Şirkəti ASC-də sığortalanmış “Toyota Carolla” markalı, ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə sonuncuya maddi ziyan vurmuşdur. Yasamal Rayon DYPŞ-nin xx.xx.2012-ci il tarixli, 12330 nömrəli qərardadına əsasən Cavabdeh1 barəsində İXM-nin 151.5-ci maddəsi ilə tərtib olunmuş xx.xx.2012-ci il tarixli, DYP 526926 nömrəli protokol baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2012-ci il tarixli 3(004)-667/12 saylı qərarı ilə Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 151.5-ci maddəsi ilə təqsirli bilinərək müddətin keçməsi ilə bağlı iş üzrə icraata xitam verilmiş, “Toyota” Bakı Mərkəzinin xx.xx.2011-ci il tarixli Qüsur aktına əsasən “Toyota Corolla” markalı, ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobilə 1720 manat məbləğində ziyan dəydiyi müəyyən edilmiş və xx.xx.2011-ci il tarixli, 650/2011 saylı sığorta aktına əsasən Cavabdeh1 xx.xx.2011-ci il tarixdə “Opel Omega” markalı, ** XS *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən törətdiyi sığorta hadisəsinə görə “xxxx” Sığorta şirkəti ASC tərəfindən “Toyota Corolla” markalı, ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobilin etibarnamə üzrə idarə edən X5 1522,60 manat məbləğində sığorta ödənişi edilmişdir. Məhkəmə iddia tələbinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan“şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. (MM-936.2) Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. (MM-936.5) Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. (MM-1114.1) Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarının tələbini və baş vermiş yol nəqliyyat hadisəsində “Opel Omega” markalı, ** XS *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü olan Cavabdeh1 xx.xx.2011-ci il tarixdə baş vermiş hadisədə təqsirli bilinməsini, həmçinin sığortaçı “xxxx” Sığorta şirkəti ASC tərəfindən faydalanan şəxsə 1522,60 manat məbləğində sığorta ödənişi ödənilməsini nəzərə alaraq belə hesab edir ki, iddiaçının cavabdehə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranmışdır. Belə olan halda, iddiaçı ödədiyi sığorta ödənişi məbləğini Cavabdeh1 geri tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi isə tam təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30,40 (otuz manat qırx) manat dövlət rüsumunun və poçt xidməti haqqının əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh1 1522,60 (bir min beş yüz iyirmi iki manat altmış qəpik) manat sığorta ödənişi məbləği və 30,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumunun və poçt xidməti haqqının əvəzi, cəmi 1553 (bir min beş yüz əlli üç) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı “xxxx” Sığorta şirkəti ASC-yə ödənilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 1522.60 (bir min beş yüz iyirmi iki manat altmış qəpik) manat sığorta ödənişi məbləği və 30,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumunun və poçt xidməti haqqının əvəzi, cəmi 1553 (bir min beş yüz əlli üç) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı “xxxx” Sığorta şirkəti ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar