Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-187/2023 22.06.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əzizova Nurlanə Əli qızının katibliyi, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, onun nümayəndəsi X7, nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi, özbaşına tikilinin sökülməsi tələbinə dair iddiası, Cavabdeh İddiaçı qarşı özbaşına tikilinin sökülməsi tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurulmuş maddi ziyanın əvəzi kimi 7000 manatın, mənəvi ziyanın əvəzi kimi 2000 manat olmaqla cəmi 9000 manat məbləğində zərərin və ödənilmiş 110 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yerləşən 9a saylı mənzilin sahibidir və hüquqları dövlət qeydiyyatına alınmışdır. Qonşusu, Cavabdeh qəsdən davamlı olaraq onun əmlakına zərər vurur və bu gün də qanunsuz əməllərini davam etdirir. Belə ki, bu şəxs dəfələrlə öz mənzilinin vanna otağından onun mənzilinə su axıdaraq ona maddi zərər vurmaqla yanaşı qanunsuz əməllərini dayandırması ilə bağlı onun haqlı tələbinə məhəl qoymayıb qonşuların yanında onu nalayiq sözlərlə təhqir edir, ona qarşı qanunsuz əməlini bundan sonra da qəsdən davam etdirəcəyini bildirməklə ona mənəvi zərər də vurur. Beləliklə də, cavabdeh onun qanunla qorunan mülkiyyət hüququnu pozur. Onun mənzilinə zərər dəyməsi barədə xx.xx.2022-ci il tarixdə onun, Səbail rayon 4 saylı MKİS-nin mühəndisi Nazim Mustafayevin və sahə bələdçisi Əsədulla Məmmədovun iştirakı ilə məzilinə baxış keçirilərək akt tərtib edilmişdir. Mənzilidə baxış zamanı ona maddi ziyanın (material və usta xərci) ümumi məbləği 7000 (yeddi min) manat qiymətləndirilmişdir. O, maddi ziyanla yanaşı cavabdehdən keçirdiyi mənəvi iztirablara görə, daima depressiyada olduğuna görə 2000 manat da mənəvi ziyan tələb edir. Hesab edir ki, cavabdehdən maddi ziyanla yanaşı mənəvi ziyanı da tələb etməyi qanundan irəli gələn haqqıdır. Cavabdeh qanunsuz əməlindən əl çəkib ona vurduğu maddi və mənəvi zərəri könüllü olaraq ödəmədiyinə görə hüquqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hesab edir ki, iddia ərizəsi əsaslı olduğundan tam təmin edilməlidir. xx.xx.2022-ci il tarixdə Cavabdeh məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək, cavabdeh İddiaçı tərəfindən ünvan 1 ünvanda yerləşən 9 saylı mənzilə bitişik, ona məxsus mənzilin sanitar qovşağının altında və sanitar qovşağın dəmir dirəklərinə qaynaq edilmək yolu ilə özbaşına inşa edilmiş tikilinin, həmin ünvanda, binaya girişdə, onun mənzilinə gələn su xəttinə qoyulmuş sayğacın istifadəsini məhdudlaşdıran, kanalizasiya borularına nəzarəti çətinləşdirən tikililərin cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, ev 41 ünvanda yerləşən, 37 sayı mənzil onun xüsusi mülkiyyətidir. Həmin mənzilə dair ona Azərbyacan Respublikası BŞİH Başçısı Aparatının Texniki İnventarlaşma və Mülkiyyət Hüquqlarının Qediyyaiı İdarəsi tərəfindən xx.xx.1995-ci il tarixdə qeydiyyat vəsiqəsi verilmişdir. Adıçəkilən mənzildə həyat yoldaşı ilə birlikdə yaşayır. Mənzil iki otaqdan, mətbəx, sanitar qovşaq və mənzilə girişdən ibarətdir. Mənzilin sanitar qovşağı kiçik olduğundan hələ 1994-cü ildə Bakı şəhəri Səbail RİH Başçısına müraciət edib sanitar qovşağın genişləndirilməsinə icazə verilməsini xahiş etmişdir. Müvafiq sənədləşmədən sonra Bakı şəhəri Səbail RİH Başçısı idarələrarası komisiyanın rəyinə əsaslanıb mənzilində olan sanitar qovşağın genişləndirilməsinə dair xx.xx.1994-cü il tarixdə 4207 №-li sərəncam vermişdir. Təsdiq olunmuş rəyə və eskizə uyğun tikinti işləri apararaq mənzilində olan sanitar qovşağı genişləndirmişdir. Mülkiyyətində olan mənzilin binanın 2-ci mərtəbəsində yerləşməsini nəzərə alaraq, genişlənən sahəni həmin səviyyədə saxlamaq üçün dəmir borulardan istifadə olunmuş, əsas yük daşıyıcı olan iki ədəd dəmir borulardan binanın divarına döşəmə altı dəmirlər qaynaq edilmiş, beton tökməklə sanitar qovşağın döşəməsi tikilmiş, divar hörülmüş, digər tikinti işləri görülmüşdür. Ötən müddət ərzində apardığı tikinti ilə bağlı hər hansı hadisə olmamışdır. Bununla belə, son dövrlərdə cavabdeh İddiaçı hərəkətləri nəticəsində onun mənzili üçün təhlükə yaranmış, qeyd etdiyi sanitar qovşaq uçmaq təhlükəsi ilə üz-üzrə qalmışdır. Belə ki, sözügedən 41 saylı evin 1-ci mərtəbəsində yaşayan, 9 saylı mənzilin sahibi cavabdeh İddiaçı tərəfindən onun sanitar qovşağının əsas yük daşıyıcı dirəyi rolunu oynayan iki ədəd dəmir boruya müdaxilələr edilmiş, sanitar qovşağın altında özbaşına inşa olunmuş tikili həmin dəmir borulara qaynaq edilməklə onlar əlavə yüklənmiş, dəmir borular suvaqla örtülmüş, çatlamış suvaq çox zaman nəm olduğundan boruların paslanmasına və sıradan çıxmasına gətirib çıxarmışdır. Ondan fərqli olaraq cavabdeh İddiaçı evin 1-ci mərtəbəsində apardığı tikinti işlərinə dair muvarıq dövlət orqanından rəsmi qaydada icazə almamışdır. Özbaşına tikinti işləri aparmaq nəticəsində onun mənzilimin bir hissəsi uçmaq təklükəsi ilə üzləşmiş, mənzilində çatlar əmələ gəlmiş, sanitar qovşaq binadan aralanmışdır. Cavabdehin özbaşına inşa etdiyi tikililər onun mənzilinin bir hissəsinin uçmasına və hadisə baş verəcəyi təqdirdə təsadüfi insan tələfatının ola biləcəyinə şərait yaratmışdır. Bundan başqa, binaya giriş tərəfdən onun mənzilinə gələn su xəttinə qoyulmuş sayğacın istifadəsi cavabdeh İddiaçı özbaşına apardığı digər qanunsuz tikililər nəticəsində mümkün olmamış, onun su təsərrüfatına nəzarət edən orqanların həmin cihaza nəzərət etmələrinin qarşısı alınmışdır. Cavabdehin özbaşına inşa etdiyi tikililər nəticəsində o, faktiki işlətdiyi su məsrəfini ödəmək əvəzinə, müvafiq dövlət orqanı tərəfindən müəyyən olunmuş normaya uyğun lüzumsuz ödənişləri köçürmək məcburiyyətində qalmışdır ki, bu da ailə büdcəsinə ziyan vurmaqla nəticələnir. Bundan başqa, mənzildən çıxan kanalizasiya borularının da üstü cavabdehin özbaşına tikinti aparmaq səbəbi ilə örtülmüş, onların faktiki vəziyyətinə nəzarət etmək mümkün olmamışdır. Dəfələrlə müraciət və xəbərdarlıq etməsinə baxmayaraq, cavabdeh İddiaçı qeyd olunan ünvandakı mənzili icarəyə verməklə istifadə edən qızı Nümayəndə1 onun qanuni tələblərini yerinə yetirməmiş, özbaşına apardığı qanunsuz tukililəri sökməmiş, onun ailəsinin və digər sakinlərin rahat yaşaması üçün mövcud olmuş şəraiti bərpa etməmişdir. Yaranmış vəziyyət mübahisənin məhkəmə yolu ilə nizama salınmasını zəruri etmişdir. Hesab edir ki, məhkəmə cavabdeh İddiaçı tərəfindən ünvan 1 ünvandakı evin 1-ci mərtəbəsində olan 9 saylı mənzilinə bitişik inşa etdiyi özbaşına tikililərin, habelə binanın girişinə onun su xəttində qoyulmuş sayğacın istifadəsini məhdudlaşdıran, kanalizasiya borularına nəzarəti çətinləşdirən tikililərin sökülməsi və mövcud texniki pasporta uyğun vəziyyətə gətirilməsi barədə qətnamə qəbul etməlidir. 17 aprel 2023-cü il tarixdə İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəməyə tələbin həcminin artırılması barədə ərizə ünvanlayaraq bildirmişdir ki, mülki işdən göründüyü kimi ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X3 qarşı vurulmuş ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət edərək, ondan ünvan 7 mənzilinə vurduğu maddi ziyanın əvəzi kimi 7000 manatın, mənəvi ziyanın əvəzi kimi 2000 manatın və 110 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda ilik iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Ruhangiz Hacıyevanın nümayəndəsi-vəkili Nümayəndə2 qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, İddiaçı yuxarıda qeyd olunan 9 saylı mənzilinə bitişik, Cavabdeh məxsus mənzilin sanitar qovşağının altında və sanitar qovşağın dəmir dirəklərinə qaynaq edilmək yolu ilə özbaşına inşa edilmiş tikilinin, həmin ünvanda, binaya girişdə, mənzilinə gələn su xəttinə qoyulmuş sayğacın istifadəsini məhdudlaşdıran, kanalizasiya borularına nəzarəti çətinləşdirən tikililərin cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın həcmini arıtraraq vurulmuş ziyanın ödənilməsi ilə yanaşı, Cavabdeh İddiaçı mənzilinin üzərində inşa etdiyi özbaşına tikilinin onun hesabına sökülməsi barədə qətnamə qəbul etməyi xahiş edir. Belə ki, bu özbaşına tikili İddiaçı mənzilinə ağırlıq verərək, binanın 4 yerdən divarlarda təhlükəli çatlar verməsinə səbəb olub. İddiaçı mənzilinin altı gediş gəliş yeri olduğundan keçiddən keçən minlərlə adamların həyatıni təhlükə altına salıb. Belə olan vəziyyətdə iddianın dəqiqləşdirilməsi zərurəti yarandığı üçün hazırkı ərizəni məhkəməyə təqdim etməklə ilkin iddianın təmin edilərək, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X1 vurulmuş maddi ziyanın əvəzi kimi 7000 manat, mənəvi ziyanın əvəzi kimi 2000 manat, ödənilmiş 110 manat dövlət rüsumunun ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı xeyrinə tutulması, X6 Xəlilovanın mənzili üzərində inşa etdiyi özbaşına tikilinin onun hesabına sökülməsi və qarşılıqlı iddianın rədd edilməsi barədə qənamə çıxarılmasını xahiş etmişdir. 08 iyun 2023-cü il tarixdə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X5 məhkəməyə iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onun Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsindəki 41 saylı binanın 2-ci mərtəbəsində yerləşən 37 saylı mənzilinin sanitar qovşağının iki ədəd dəmir dirəklərinə birləşdirilmiş cavabdeh İddiaçı məxsus özbaşına tikilinin, qaynaq və suvaq işlərini sökmək yolu ilə həmin dirəklərdən ayrılması, onun sanitar qovşağı ilə cavabdehin özbaşına tikilisi arasında boşluğun açılmas, cavabdeh İddiaçı tərəfindən Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsindəki 41 binanın 1-ci mərtəbəsində yerləşən 9 saylı mənzilə bitişik, ona məxsus mənzilin sanitar qovşağının altında və sanitar qovşağın dəmir dirəklərinə qaynaq və suvaq edilmiş özbaşına inşa edilmiş tikilinin sökülməsi, həmin ünvanda, binaya girişdə, onun mənzilinə gələn su xəttinə qoyulmuş sayğacın istifadəsini məhdudlaşdıran, kanalizasiya borularına nəzarəti çətinləşdirən tikililərin cavabdehin hesabına sökülməsi barədə qənamə çıxarılmasını xahiş etmişdir. 21 iyun 2023-cü il tarixdə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X5 məhkəməyə iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsindəki 41 saylı binanın 1-ci mərtəbəsində yerləşən cavabdeh İddiaçı məxsus 9 saylı mənzilə bitişik özbaşına tikili kimi inşa edilmiş sanitar qovşağının alt hissəsində cavabdehin hesabına əlavə yüksaxlama işlərinin aparılması, qaynaq və suvaq işlərini sökmək yolu ilə həmin tikilinin Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsindəki 41 saylı binanın 2-ci mərtəbəsində yerləşən 37 saylı mənzilinin sanitar qovşağının iki ədəd dəmir dirəklərdən ayrılması, onun sanitar qovşağı ilə cavabdehin özbaşına tikilisi arasındakı boşluğun açılması, cavabdeh İddiaçı tərəfindən Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsindəki 41 binanın 1-ci mərtəbəsində yerləşən 9 saylı mənzilə bitişik, ona məxsus mənzilin sanitar qovşağının altında və sanitar qovşağın dəmir dirəklərinə qaynaq və suvaq edilmiş özbaşına inşa edilmiş tikilinin sökülməsi, həmin ünvanda, binaya girişdə, onun mənzilinə gələn su xəttinə qoyulmuş sayğacın istifadəsini məhdudlaşdıran, kanalizasiya borularına nəzarəti çətinləşdirən tikililərin cavabdehin hesabına sökülməsi barədə qənamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin iddia və qarşılıqlı iddia ərizələrinin dəqiqləşdirilməsi barədə ərizələrini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun nümayəndəsi və vəkilinə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, onun nümayəndəsi və vəkili məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, nümayəndəsi Rəhim Quliyev və nümayəndəsi və vəkili Nümayəndə2 işə ilkin iddia üzrə iddiaçının iştirakı olmadan baxılmasını xahiş etmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən, tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Həmin Məcəllənin 259.0.7-ci maddəsinə görə isə, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən işə iddiaçının iştirakı olmadan baxılması tələb edildiyindən məhkəmə, mübahisəyə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İlkin iddia üzrə iddiaçı, qarşlıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Nümayəndə3 qarşılıqlı iddiaya etirazını məhkəməyə ünvanlayaraq, qarşılıqlı iddia tələbinin əsassız olduğundan rədd edilməsini, ilkin iddia tələbinin təmin edilməsini xahiş etmiş və etirazında göstərmişdir ki, İddiaçı ərazidə hər hansı özbaşına tikili inşa etməmişdir. Məhkəməyə təqdim etdiyi iddiaçının mənzilinin texniki pasportundan da göründüyü kimi su axıdılan sahə onun mülkiyyətindədir. İddiaçı mənzlinin vanna otağına 37 saylı mənzilin vanna otağından su axması, nəticədə mənzilinin vanna otağının tavan və divar hissəsinə dəymiş zərərin həcminin müəyyən edilməsi üçün müvafiq ekspertiza təyin edilməsini xahiş etsə də Cavabdeh istər ilkin istərsə də qarşılıqlı tələb üzrə sübut təqdim etməyib ekspertiza təyin olunmasına etiraz etmişdir. Halbuki istər su axımı, istərsə də dəymiş maddi ziyanının həcminin müəyyən edilməsi xüsusi bilik sahəsi olub bu sahədə ixtisaslamış mütəxəssis tərəfindən müəyyən edilməlidir. Cavabdeh ilkin iddiaya mülahizəsində İddiaçınm məhkəməyə müraciətindən bir neçə gün sonra Səbail rayon 4 saylı MKİS-nin mühəndisi N.Mustafayev onun mənzilindən aşağı qonşuya su axması barədə ona müraciət etdiyini etiraf etmiş və İddiaçı 9 saylı mənzilinə ziyan vurmaması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən də hesab edir ki, qarşlıqı iddia ərizəsi tamamilə əsassızdır. Qeyd olunanları nəzərə alaraq ilkin iddianın təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddia tələbini qəbul etməyərək, qarşılıqlı iddia tələbini müdafiə edərək izah etmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, ev 41 ünvanda yerləşən, 37 sayı mənzil onun xüsusi mülkiyyətidir. Mənzil iki otaqdan, mətbəx, sanitar qovşağından ibarətdir. Mənzilin sanitar qovşağı kiçik olduğundan hələ 1994-cü ildə Bakı şəhəri Səbail RİH Başçısına müraciət edib sanitar qovşağın genişləndirilməsinə icazə verilməsini xahiş etmiş və Bakı şəhəri Səbail RİH Başçısı mənzilində olan sanitar qovşağın genişləndirilməsinə dair xx.xx.1994-cü il tarixdə 4207 №-li sərəncam vermişdir. Təsdiq olunmuş rəyə və eskizə uyğun tikinti işləri apararaq mənzilində olan sanitar qovşağı genişləndirmişdir. Onun mənzilinin altında yerləşən 9 saylı mənzilin sahibi İddiaçı özbaşına tikinti işləri apararaq mənzilinin sahəsini qeyri-qanuni olaraq olaraq genişləndirmiş, onun sanitar qovşağı üçün yük daşıyıcı rolu oynayan 2 ədəd dəmit boruya ondan icazə almadan müdaxilə etmiş, həmin dəmir dirəkləri əlavə yüklə yükləmiş, tərəfindən açıq saxlanılan dəmir boruların üstünə suvaq çəkərək onların çox zaman nəm vəziyyətdə qalmasına, paslanıb çürüməsinə və qəza baş verməsinə şərait yaratmışdır. Dəmin dirəklərin əlavə yüklənməsi səbəbindən onun mənzilində çatlar əmələ gəlmiş, sanitar qovşağı binaya bitişik yerindən bir neçə santimetr aralanmışdır. İddiaçı həmin ünvanda yaşamadığı, ümumiyyətlə orada görünmədiyi və həmin mənzil onun qızı tərəfindən salon kimi istifadə olunduğundan, o, iddiaçının qızı Nümayəndə1 öz iradını bildirərək, onun mənzilinə yaratdıqları qəza şəraitini aradan qaldırmasını tələb etsə də, əmlakına qanunsuz müdaxiləyə onlar tərəfindən son qoyulmamışdır. Bundan sonra iddiaçının qızı Nümayəndə1 ona müraciət edərək, guya onun genişləndirddiyi vanna otağından onun mənzilinə suyun getdiyini bildirərək suyun qarşısını kəsməsini tələb etmişdir. Onun mənzilində yaranan rütubətin yağış suları nəticəsində ola biləcəyini ona bildirsə də, Nümayəndə1 buna məhəl qoymamışdır. İddiaçının özbaşına inşa etdiyi tikilinin yerində onun mənzilinini texniki pasportundan göründüyü kimi taxtadan pilləkən qəfəsəsi olmuş və həmin taxta pilləkən qəfəsəsinin üstündə iddiaçı özbaşına sanitar qovşağı inşa etmişdir. İddiaçının özbaşına inşa etdiyi tikilinin çöl divarı onun üst mərtəbədə yerləşən sanitar qovşağının divarından bir neçə santimetr kənara çıxmışdır və baxımsız qalması səbəbindən suvağı çatlamış, binaya vurulmuş novdan və kənardan gələn yağış suları iddiaçının mənzilinə daxil olmuşdur. Onun mənzilinin vanna otağında həqiqətən də suyun axıb-axmamasını müəyyən etmək üçün iddiaçının qızı Nümayəndə1 təklif etmişdir ki, onun üst mərtəbədəki sanitar qovşağı ilə özbaşına inşa etdiyi tikilinin arasında olan və iddiaçı tərəfindən hörülmüş boşluğu açsınlar. Lakin Nümayəndə1 onun təklifini qəbul etməmişdir. Halbuki iddiaçının özbaşına inşa etdiyi tikilinin üstünə şifer vurulmuşdur və onun mənzilindən suyun axaraq iddiaçının mənzilinə getməsi istisna olunur. Son dövrlərdə onun mənzilinin sanitar qovşağında yaranmış çatlar, habelə binadan ayrılaraq bir qədər aşağı çökməsini müəyyən edib müvafiq dövlət qurumlarına müraciət edib iddiaçı tərəfindən yaradılan təhlükənin aradan qaldırılması ilə bağlı tədbirlər görülməsini xahiş etsə də, aidiyyəti orqanlar tərəfindən hər hansı öıçü götürülməmişdir. Məhkəmənin təqdim etdiyi iddia ərizəsinə əlavə edilmiş sənədlərdən ona məlum olmuşdur ki, guya xx.xx.2022-ci il tarixdə iddiaçının şikayəti əsasında ona məxsus mənzilə 4 saylı MKİS-nin əməkdaşları tərəfindən baxış keçirilmiş və tərtib edilmiş aktda qeyd olunmuşdur ki, “məlum oldu ki, vanna otağının sanitar qovşağından su axıntıları nəticəsində alt mərtəbədə 9-cu mənzilin vanna otağına uzun müddət ərzində su axıntıları nəticəsində tavanı və divarları yararsız hala düşmüşdür.” Həmin aktı o qətiyyən qəbul etmir. Həmin aktda qeyd olunur ki, akt onun iştirakı ilə tərtib olunub. Əgər qeyd olunan vaxtda həqiqətən onun mənzilinə baxış keçirilmiş olsaydı, onun bu barədə məlumatı olardı və tərtib edilmiş akt imza olunmaq üçün ona da təqdim olunmalı idi. Lakin aktdan görünür ki, həmin aktın imza yerində onun ad və soyadı qeyd olunmayıb, ad və soyadı qeyd olunan iddiaçının qızı isə həmin aktı imzalamayıb. Həmin akt 4 saylı MKİS-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunsa da, iddiaçının 4 ay sonra məhkəməyə müraciət etməsi o nəticəyə gəlməyə əsas verir ki, həmin akt onun və həyat yoldaşının müxtəlif dövlət orqanlarına iddiaçının onun mənzilinə qanunsuz müdaxiləsi və mənzildə qəza şəraiti yaratması barədə şikayət və müraciətlər etmələri səbəbindən əsassız olaraq tərtib edilmişdir, çünki onun mənzilindən iddiaçının mənzilinə su axmamışdır. Onun həyat yoldaşının yuxarıda qeyd etdiyi kimi, Səbail RİH-nə etdiyi müraciəti araşdırılması üçün Səbail rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinə göndərilmiş və həmin birlikdən onlara ünvanlanmış cavab məktubunda qeyd olunmuşdur ki, “...bazış zamanı birinci mərtəbədə yerləşən bərbərxananın daxilində hər hansı bir dəyişikliyin aparılması aşkarlanmamışdır. Onu da nəzərinizə çatdırırıq ki, həyətdəki su və kanalizasiya xətlərinin üst hissəsinin qeyri-qanuni bərbərxananın sahibi tərəfindən bağlandığı üçün ona xəbərdarlıq edilmişdir.” İddiaçının məhkəməyə müraciətindən təxminən bir neçə gün sonra 4 saylı MKİS-nin mühəndisi, xx.xx.2022-ci il tarixli aktı tərtib etmiş N.Mustafayev tərəfindən ona məlumat daxil oldu ki, onun mənzilindən aşağı qonşuya çoxlu su axır. O təcili surətdə mənzilinə çilingər və N.Mustafayevi dəvət edib sanitar qovşaqda su və kanalizasiya xətlərini açdırdı. Heç bir axıntı müəyyən olmadığı üçün mühəndis N.Mustafayev tələb etdi ki, vanna otağında da bütün xətlər açılsın. Şübhələrə son qoymaq üçün vanna otağında da bütün xətləri açdırdı. Məlun oldu ki, onun mənzilindən iddiaçının mənzilinə su getmir. O, mühəndis N.Mustafayevdən müəyyən etdiyi hallar barədə akt tərtib etməsini tələb etsə də, 4 saylı MKİS-nin mühəndisi N.Mustafayev xx.xx.2022-ci il tarixdə onun mənzilində müəyyən etdiyi hallar barədə akt tərtib etməkdən müxtəlif bəhanələrlə yayınmışdır. Yuxarıda göstərilənlərə əsasən iddianın əsassız olduğundan rədd edilməsi və onun qarşılıqlı iddiasının əsaslı olduğu üçün təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 ilkin iddia tələbini qəbul etməyərək, əsassız olduğundan təmin olunmamasını, qarşılıqlı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi X12 ilkin iddia tələbini qəbul etməyərək,əsassız olduğundan rədd olunmasını, qarşılıqlı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında dindirilən ekspert X8 ifadəsində göstərmişdir ki, ekspert tədqiqatının aparılması üçün tərəflərə məxsus mənzillərə tərəflərin iştirakı ilə baxış keçirən zaman Cavabdeh məxsus Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, ev 41 ünvanında 37 saylı mənzilin vanna otağından və ya mənzilin hər hansı hissəsindən İddiaçı məxsus ünvan 7 mənzilin vanna otağına və ya hər hansı hissəsinə su sızma halı baş vermədiyi müəyyən edilmişdir. O, rəyində iddiaçıya məxsus hansı sahəyə ziyan dəydiyini qeyd etmişdir, lakin həmin zərərin 9 saylı mənzilin sanitar qovşağının dam örtüyü üzərində yaşayış evinə (binaya) aid təbii çöküntülərinin axıdılması üçün borunun yerləşdiyini nəzərə alaraq həmin borudan təbii çöküntülərin axıdılması səbəbindən oİduğu müəyyən edilir. İddiaçı məxsus 9 saylı mənzilə dair texniki pasportda sanitar qovşağın inşa edildiyi sahə pilləkən meydançası kimi qeyd edilmişdir. İddiaçı sanitar qovşağındakı çökmə, pilləkən meydançası üzərində tikilinin bina ilə arasındakı məsafə nəzərə alınmadığına görə yaranmışdır. Məhkəmə işə baxıb, tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən iddia və qarşılıqlı iddia tələblərinin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıda göstərilənlərə görə iddia təmin edilməməli, qarşılıqlı iddia qismən təmin edilməlidir. İş materiallarında olan 19 fevral 2009-cu il tarixli, AN-1 ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı X9 Bakı şəhəri, Səbail rayonu, Xaqani küsəsində istifadədə olan 0.16261 ha torpaq sahəsində yerləşən 41 nömrəli, 2 mərətəbəli binanın 1-ci mərətəbəsində 31.4 kv.m ümumi, 24.9 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 9 nömrəli mənzilini alıcı İddiaçı mülkiyyətinə verir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Səbail rayonu 4 saylı MKİS-nin mühəndisi Nazim Mustafayev, sahə bələdçisi Əsədulla Məmmədov, Səbail rayon Xaqani 41, mənzil 37a-nın sahibi X5, bu aktı ona görə tərtib etdilər ki, adıgedən ünvana şikayət əsasında tərəflərindən texniki baxış keçirildi. Məlum oldu ki, vanna otağının sanitar qovşağından su axıntıları nəticəsində alt mərtəbədə yaşayan 9-cu mənzilin vanna otağına uzun müddət su axıntıları nəticəsində tavanı və divarları yararsız hala düşmüşdür. Qeyd olunan aktda imza yerində mənzil 37a-nın sahibi X2 adı göstərilməmiş, 9-cu mənzilin sahibi İddiaçı isə aktı imza etməmişdir. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Nümayəndə1 xx.xx.1980-cı ildə ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.1995-ci il tarixli, 30/40516 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Xaqani küçəsi, 41 saylı evin 37 saylı mənzili X2 adına xüsusi mülkiyyət kimi hüququ qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan Səbail rayon İcra Hakimiyyətinin Başçısının 15 dekabr 1994-cü il tarixli, 4207 nömrəli sərəncamından görünür ki, Xəqani küçəsi 41, mənzilin 37-də sanitar qovşağının /1,5x3m/ ölçüdə genişləndirilməsi haqqında idarələrarası komissiyanın 3 dekabr 1994-cü il tarixli rəyi təsdiq edilmiş və vətəndaş Cavabdeh sanitar qovşağının genişləndirilməsinə icazə verilmişdir. İş materiallarında olan MKTD Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin ünvan 4 ünvanında yaşayan Rahim Quliyevə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, ərizəçinin sanitar qovşağının qəzalı vəziyyətə düşməsi barədə müraciəti baxılması üçün Səbail rayon MKTB-nə göndərilmiş, sözügedən ünvana tərəflərindən baxış keçirilən zamanı birinci mərtəbədə yerləşən bərbərxananın daxilində hər hansı bir dəyişikliyin aparılması aşkarlanmamışdır. Ərizəçinin nəzərinə çatdırılır ki, həyətdəki su və kanalizasiya xətlərinin üst hissəsinin qeyri-qanuni bərbərxananın sahibi tərəfindən bağlandığı üçün ona xəbərdarlıq edilmişdir. İş materiallarında olan "xxxx" ASC Səbail rayon Sukanal İdarəsinin ünvan 4 ünvanında yaşayan Rahim Quliyevə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Xaqani küçəsi 41 ünvanında su və kanalizasiya xəttinin yaxınlığında inşa edilmiş obyektə idarənin əməkdaşları tərəfindən texniki baxış keçirilmişdir. Obyektin nümayəndəsinə müvafiq xəbərdarlıqğın verilməsi nəzərdə tutulur. Yəni mühafizə zolağının yaxınlığında tikilmiş obyektin yaxınlığından keçən su və kanalizasiya xəttində qəza baş verərsə və qəza nəticəsində obyektə zərər dəyərsə "xxxx" ASC məsuliyyət daşımayacaq. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrindən xx.xx.2011ci il tarixli, ********** nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi, ev 41, mənzil 9 xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan Səbail rayon MKTB 4 saylı MKİS-nin xx.xx.2022-ci il tarixli arayışındn görünür ki, Səbail rayon MKTB 4 saylı MKİS-ə Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, ev 41, mənil 37 ilə bağlı daxil olmuş ərizəyə cavab olaraq bildirilir ki, xx.xx.2022-ci il tarixdə sözügedən ünvana baxış keçirildi, bu zaman vanna otağında borular keçən hissələrin üstü açılmış köhnə çuqun boruların üst hissəsində su axıntısı və həmin hissədə nəmişlik aşkar edilmədi. Sonradan ev sahibi tərəfindən borular yeni plastik borularla əvəz olunmuşdur. Döşəmədə nəmlik yoxdur. İş materiallarında olan məhkəmə tikinti-texniki ekspertizası üzrə AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin 10/8714 saylı, 17 mart 2023-cü il tarixli ekspert rəyindən görünür ki, X3 məxsus Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, ev 41 ünvanında yerləşən 37 saylı mənzilin vanna otağından və ya mənzilin hər hansı hisəsindən İddiaçı məxsus ünvan 7 mənzilin vanna otağına və ya hər hansı hissəsinə su sızma halı baş vermədiyi müəyyən edilmişdir. Eyni zamanda qeyd olunur ki, mülki iş materialında Azərbaycan Respublikası İcra Hakimiyyyəti Başçısının Aparatı Mənzil Kommunal Təsərrüfatı Departamenti Səbail Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 4 saylı MKİS-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli arayışın məlumatlarını nəzərə alaraq, Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, ev 41 ünvanında yerləşən 37 saylı mənzildən 9 saylı mənzilə suyun sızmadığı müəyyən edilmişdir. ünvan 7 mənzilin sanitar qovşağının dam örtüyü üzərində yaşayış evinə (binaya) aid təbii çöküntülərinin axıdılması üçün borunun yerləşdiyini nəzərə alaraq həmin borudan təbii çöküntülərin axıdılması səbəbindən oİduğu müəyyən edilir. ünvan 7 ünvanında yerləşən qeyri-yaşayış sahəsində su sızma nəticəsində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 450,0 manat məbləğində müəyyən edilir. ünvan 7 ünvanında inşa edilmiş tikilinin (sanitar qovşağı) inşa olunmasına dair müvafiq icra hakimiyyəti orqanlarından icazə sənədləri olmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 xx.xx.2000-ci il tarixli 160№-li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının” 4.1. və 4.2. bəndlərinə uyğun inşa olunmadığından tikinti norma və qaydalarına uyğun olunmadığı müəyyən edilir. İddiaçı məxsus 9 saylı mənzilin sanitar qovşağına aid dəmirlər, yükün saxlamaq üçün həmin ünvandakı 37 saylı mənzilin yük daşıyıcı rolunu oynuyan dəmir dirəklərinə qaynaq olunduğu müəyyən edilmiş və həmin dəmir dirəklərin yükün artırılmasına səbəb olduğu müəyyən edilir. Cavabdeh məxsus 37 saylı mənzilə məxsus su xəttinə qoyulmuş sayğacın və kanalizasiya borularının qarşısında inşa edilmiş tikili su sayğacına və kanalizasiya borularına nəzarəti məhdudlaşdırdığı müəyyən edilir. Məhkəmə ilkin iddia tələbi üzrə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1111.2-ci maddəsinə əsasən əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Beləliklə, qanunun qeyd olunan normasına əsasən göstərilən hüquq münasibətləri üzrə delikt məsuliyyətinin yaranması üçün ziyanın baş verməsi və ziyan vuranın qanunazidd hərəkətləri arasında səbəbli əlaqənin olması, eləcə də həmin hadisədə onun təqsirinin olması zəruridir. Sadalanan əsaslar göstərilən delikt öhdəliklərinin yaranması üçün məcburi xarakter daşıyır. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. İddiaçı Cavabdeh qanunsuz hərəkətləri nəticəsində onun mənzilinə zərər vurulduğunu iddia etsə də, bu hal məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında öz təsdiqini tapmadı. Belə ki, məhkəmə tərəfindən təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizası üzrə 10/8714 saylı, 17 mart 2023-cü il tarixli ekspert rəyindən də görünür ki, X3 məxsus Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, ev 41 ünvanında yerləşən 37 saylı mənzilin vanna otağından və ya mənzilin hər hansı hisəsindən İddiaçı məxsus ünvan 7 mənzilin vanna otağına və ya hər hansı hissəsinə su sızma halı baş vermədiyi müəyyən edilmişdir. Eyni zamanda qeyd olunur ki, mülki iş materialında Azərbaycan Respublikası İcra Hakimiyyyəti Başçısının Aparatı Mənzil Kommunal Təsərrüfatı Departamenti Səbail Rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyi 4 saylı MKİS-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022ci il tarixli arayışın məlumatlarını nəzərə alaraq, Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, ev 41 ünvanında yerləşən 37 saylı mənzildən 9 saylı mənzilə suyun sızmadığı müəyyən edilmişdir. ünvan 7 mənzilin sanitar qovşağının dam örtüyü üzərində yaşayış evinə (binaya) aid təbii çöküntülərinin axıdılması üçün borunun yerləşdiyini nəzərə alaraq həmin borudan təbii çöküntülərin axıdılması səbəbindən oİduğu müəyyən edilir. Beləliklə, iş üzrə müəyyən olunmuş hallara qiymət verərək, məhkəmə hesab edir ki, İddiaçı mənzilinə zərərin Cavabdeh mənzilindən su axıdılması nəticəsində dəyməsi öz təsdiqini tapmadığından, İddiaçı Cavabdeh qarşı maddi ziyanın əvəzi kimi 7000 manatın ödənilməsi hissəsində iddiası əsassızdır, ona görə də, təmin edilə bilməz. Məhkəmə iddia tələbinin mənəvi ziyanın əvəzi kimi 2000 manat ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, maddi ziyan tələbi hissəsində iddia təmin olunmadığı üçün mənəvi ziyan tələbi hissəsində də iddia təmin edilmədən saxlanılmalıdır. Məhkəmə iddia tələbinin Cavabdeh onun sanitar qovşağının üzərində inşa etdiyi özbaşına tikilinin onun hesabına sökülməsi tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, Cavabdeh mənzilində olan sanitar qovşağının genişləndirilməsinə icazə verilməsi üçün 1994-cü ildə Bakı şəhəri Səbail RİH Başçısına müraciət etmiş və Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin Başçısının 15 dekabr 1994-cü il tarixli, 4207 nömrəli sərəncamı ilə Səbail rayonu, Xəqani küçəsi 41, mənzilin 37-də sanitar qovşağının /1,5x3m/ ölçüdə genişləndirilməsi haqqında idarələrarası komissiyanın 3 dekabr 1994-cü il tarixli rəyi təsdiq edilərək, Cavabdeh sanitar qovşağının genişləndirilməsinə icazə verilmişdir. Belə olduğu təqdirdə, məhkəmə hesab edir ki, Cavabdeh mənzilində olan sanitar qovşağının genişləndirilməsi buna lazımi icazələr alınmaqla həyata keçirildiyi üçün özbaşına tikili kimi sayıla bilməz. Ona görə də, iddiaçının tələbi Cavabdeh onun sanitar qovşağının üzərində inşa etdiyi özbaşına tikilinin onun hesabına sökülməsi hissəsində də əsassızdır və təmin edilməməlidir. Qarşılıqlı iddia ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfındən müdafıə olunur. Hər kəsin mülkiyyət hüququ var. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa Məhkəməsinin presedent hüququna əsasən mülkiyyətə edilən istənilən müdaxilə qanuni olmalıdır. Mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.6-cı maddəsinə əsasən hüquqdan suiistifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Mülkiyyətin müdafiəsini təmin edən bu normanın mənasından aydın olur ki, iddiaçının həmin tələblə çıxış edə bilməsi üçün bir neçə şərtin gerçəkləşməsi zəruridir: iddiaçının əşyanın mülkiyyətçisi olması; cavabdeh tərəfindən əşyaya qəsd və ya başqa maneələr törədilməsi və həmin maneələrin əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilməsi. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, qarşılıqlı iddia tələbi üzrə qeyd olunan şərtlər mövcuddur. Məhkəmə tərəfindən mübahisəli ünvana baxış zamanı müəyyən olunmuşdur ki, İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, ev 41, mənzil 9 binanın birinci mərtəbəsində yerləşir və mənzilə əlavə tikilmiş sanitar qovşaq Cavabdeh məxsus mənzilin əlavə inşa edilmiş sanitar qovşağının altında yerləşir və Cavabdeh məxsus sanitar qovşağının əsas yük daşıyıcısı olan iki dəmir boruya söykənir. İddiaçı məxsus sanitar qovşaq hissəsində dəmir boruların üstü suvaqla örtülmüşdür. Yerli baxış zamanı cavabdeh İddiaçı məxsus su sayğacının qarşısında aparılmış tikili nəticəsində su sayğacına nəzarətin qarşısı alındığı, eləcə də, kanalizasiya borularının üstünün iddiaçı tətərindən aparılmış tikinti nəticəsində örtüldüyü müəyyən olunmuşdur. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, ev 41 ünvanda yerləşən 9 saylı mənzilə aid texniki pasportun məlumatları ilə mənzilin faktiki vəziyyəti müqayisə olunduğu zaman sanitar qovşağın yerləşdiyi ərazinin 9 saylı mənzilə aid pilləkən meydançasının olduğu müəyyən edilmişdir. Yəni 9 saylı mənzilin texniki pasportunda mənzilin sahəsi 6,5 kv.m. olan mətbəx və sahəsi 24,9 kv.m. olan bir yaşayış otağından ibarət olmaqla mənzilə girişin ayrıca pilləkən meydançası vasitəsi ilə olduğu görünür. Məhkəmə tərəfindən təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizası üzrə 10/8714 saylı, 17 mart 2023-cü il tarixli ekspert rəyindən də görünür ki, ünvan 7 ünvanda inşa edilmiş tikilinin (sanitar qovşağı) inşa olunmasına dair müvafiq icra hakimiyyəti orqanlarından icazə sənədləri olmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 xx.xx.2000-ci il tarixli 160№-li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının” 4.1. və 4.2. bəndlərinə uyğun inşa olunmadığından tikinti norma və qaydalarına uyğun olunmadığı müəyyən edilir. İddiaçı məxsus 9 saylı mənzilin sanitar qovşağına aid dəmirlər, yükü saxlamaq üçün həmin ünvandakı 37 saylı mənzilin yük daşıyıcı rolunu oynayan dəmir dirəklərinə qaynaq olunduğu müəyyən edilmiş və həmin dəmir dirəklərin yükün artırılmasına səbəb olduğu müəyyən edilir. Cavabdeh məxsus 37 saylı mənzilə məxsus su xəttinə qoyulmuş sayğacın və kanalizasiya borularının qarşısında inşa edilmiş tikili su sayğacına və kanalizasiya borularına nəzarəti məhdudlaşdırdığı müəyyən edilir. Göstərilənlərə əsasən qarşılıqlı iddia üzrə mülkiyyətin müdafiəsinin hüquqi əsaslarını nəzərdə tutan Mülki Məcəllənin 157.4-cü maddəsinin dispozisiya şərtləri müəyyən edildiyindən, məhkəmə hesab edir ki, qarşılıqlı iddia qismən təmin edilməli, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh hüquqları bərpa olunmalı, 9 saylı mənzilə bitişik özbaşına tikili kimi inşa edilmiş sanitar qovşağın alt hissəsində əlavə yüksaxlama işləri aparılması, həmin özbaşına tikilinin fasad hissəsində Cavabdeh məxsus 37 saylı mənzilin yükdaşıyıcı dəmir borularının üzərindəki suvağın (borular keçən hissədə) sökülməsi, İddiaçı məxsus özbaşına tikili ilə onun üzərində Cavabdeh məxsus mənzilin sanitar qovşağı arasındakı boşluğun açılması, həmin ünvanda binaya girişdə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məxsus 37 saylı mənzilə gedən su xəttinə qoyulmuş sayğacın istifadəsini məhdudlaşdıran, kanalizasiya borularına nəzarəti çətinləşdirən tikililərin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı hesabına sökülməsi vəzifəsi onun üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi təmin edildiyindən iş üzrə aparılmış ekspertizaların dəyəri olan 100 (yüz) manat qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı aid edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, 41 saylı binanın 1-ci mərtəbəsində yerləşən qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məxsus 9 saylı mənzilə bitişik özbaşına tikili kimi inşa edilmiş sanitar qovşağın alt hissəsində İddiaçı hesabına əlavə yüksaxlama işləri aparılsın və həmin özbaşına tikilinin fasad hissəsində qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məxsus 37 saylı mənzilin yükdaşıyıcı dəmir borularının üzərindəki suvaq (borular keçən hissədə) sökülsün. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məxsus 9 saylı mənzilə bitişik özbaşına tikili ilə onun üzərində qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məxsus 37 saylı mənzilin sanitar qovşağı arasındakı boşluq qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı hesabına açılsın. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən həmin ünvanda binaya girişdə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məxsus 37 saylı mənzilə gedən su xəttinə qoyulmuş sayğacın istifadəsini məhdudlaşdıran, kanalizasiya borularına nəzarəti çətinləşdirən tikililər qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı hesabına sökülsün. Qalan hissədə qarşılıqlı iddia təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat İddiaçı tutularaq AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülsün: X4, kod 210005, VÖEN:**********, Müxbir hesab:AZ41NABZ********************, SWİFT:BİK CTREAZ22, MEM, VÖEN:**********, Hesab: AZ34CTRE********************. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-187/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-187/2023
22.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver