Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1876/2020 30.11.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Səmədov Cahan Arif oğlunun katibliyi, İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “sığorta ödənişinin tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehin təqsiri ucbatından “Chanqan” markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobilə vuurlmuş ziyana görə “xxxx” ASC-nin ödədiyi 200 namatın və ödənilmiş 20 manat dövlət rüsumunun cavabdehdən tutularaq “xxxx” ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Chanqan” markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi “xxxx” MMC trəfindən AZ/MİL/14/4016/0032 nömrəli “Avtonəqliyyat vasitələrinin kompleks sığortası” şəhadətnamə ilə xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək sığortalanmışdır. Cavabdeh sahibliyində olmuş idarə etdiyi “Mersedes Benz” markalı ** TS *** dövlət qeydiyyat nişanlı avtomobilə xx.xx.2016-cı il tarixdə, saat 20:00 radələrində Bakı şəhəri Nərimanov rayon ərazisində yol nəqliyyat hadisəsi törədərək, “Chanqan” markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və hadisə yerini tərk etmişdir. Toqquşma nəticəsində “Chanqan” markalı avtomobilə 300 manat məbləğində maddi ziyan dəymişdir. Hadisə ilə bağlı AR DİN BDYPİ tərəflərin Cavabdeh barəsində 151.3-cü maddəsi ilə xx.xx.2016-cı il tarixli KYP 292832 nömrəli X1 protokol tərtib edilmişdir. “xxxx” MMC tərəfindən “Chanqan” markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, maşına dəymiş ümumi ziyan 300 manat məbləğində müəyyən edilmişdir. “xxxx” ASC“ Avtonəqliyyat vasitələrinin kompleks sığortası” şəhadətnaməsinə əsasən avtomobilə vurulmuş ziyandan 100 manat azaldılma məbləğini çıxaraq maşının mülkiyyətçisi “xxxx” MMC-yə 200 manat məbləğində sığorta ödənişini etmişdir. Yol nəqliyyat hadisəsi bilavasitə Cavabdeh təqsiri nəticəsində baş verdiyinə görə “xxxx” ASC-nin ziyana görə “xxxx” MMC-yə 200 manat məbləğində etdiyi sığorta ödənişini cavabdehdən subroqasiya qaydasında tələb etmək hüququ yaranır. İddiaçı xx.xx.2020-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə bildiriş göndərilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır və aşağıdakı səbəblərə görə təmin edilməlidir. İş materiallarında olan “xxxx” ASC-nin xx.xx.2016-cı il tarixli, 1008/CM-050/2016 saylı Sığorta Aktından görünür ki, “xxxx” MMC trəfindən AZ/MİL/14/4016/0032 nömrəli “Avtonəqliyyat vasitələrinin kompleks sığortası” şəhadətnaməsi ilə sığortalanmış “Chanqan” markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 500 manat müəyyən edilmişdir. Ümumi zərər məbləğindən 300 manat azadolma məbləği çıxılaraq 200 manat sığorta ödənişi təşkil etmişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli, 2111 nömrəli ödəniş tapşırığından görünür ki, “xxxx” ASC “xxxx” MMC-nin hesabına 200 manat ödəmişdir. İş materiallarında olan “xxxx” MMC-nin 31.03.16-cı il tarixli arayışından görünür ki, “Chanqan” markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, maşına dəymiş ümumi ziyan 500 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan “Avtonəqliyyat vasitələrinin kompleks sığortası” şəhadətnaməsinin surətindən görünür ki, “xxxx” ASC tərəfindən “xxxx” MMC-yə məxsus “Chanqan” markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobil 2538 manat sığorta haqqı olmaqla xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək sığortalanmışdır. İş materiallarında olan Nərimanov rayon DYPŞ-nin X1 xx.xx.2016-cı il tarixli Protokolundan görünür ki, Cavabdeh “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin tələblərini pozduğuna görə AR İnzibati Xətalar Məcəlləsinin 151.3-cü maddəsinə əsasən 80 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Cavabdeh sahibliyində olmuş idarə etdiyi “Mersedes Benz” markalı ** TS *** dövlət qeydiyyat nişanlı avtomobilə xx.xx.2016-cı il tarixdə, saat 20:00 radələrində Bakı şəhəri Nərimanov rayon ərazisində yol nəqliyyat hadisəsi törədərək, “xxxx” MMC trəfindən AZ/MİL/14/4016/0032 nömrəli “Avtonəqliyyat vasitələrinin kompleks sığortası” şəhadətnamə ilə xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək sığortalanmış “Chanqan” markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və hadisə yerini tərk etmişdir. Toqquşma nəticəsində “Chanqan” markalı avtomobilə 300 manat məbləğində maddi ziyan dəymişdir. Hadisə ilə bağlı AR DİN BDYPİ tərəflərin Cavabdeh barəsində 151.3-cü maddəsi ilə xx.xx.2016-cı il tarixli KYP 292832 nömrəli X1 protokol tərtib edilmişdir. “xxxx” MMC tərəfindən “Chanqan” markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, maşına dəymiş ümumi ziyan 300 manat məbləğində müəyyən edilmişdir. “xxxx” ASC“ Avtonəqliyyat vasitələrinin kompleks sığortası” şəhadətnaməsinə əsasən avtomobilə vurulmuş ziyandan 100 manat azaldılma məbləğini çıxaraq maşının mülkiyyətçisi “xxxx” MMC-yə 200 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə hesab edir ki, nəqliyyat vasitələrinin toqquşması Cavabdeh hüquqa zidd hərəkətləri nəticəsində baş verdiyindən və qanunvericiliyin tələbinə görə cavabdeh məsuliyyət daşıdığından, iddiaçı “xxxx” ASC sığortalının avtomaşınına dəymiş zərərin aradan qaldırılması üçün ödənilən pul vəsaitini subroqasiya qaydasında cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğunu nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən iddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pul vəsaiti Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 200 (iki yüz) manat və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-1876/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1876/2020
30.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver