Məhkəmə qərarları › İş №2(009)-1880/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1880/2025

01.08.2025 · Yayılması qanunla qadağa edilən informasiyanın internet informasiya ehtiyatından götürülməsi və ya internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1880/2025 01.08.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli İlkin Şahin oğlunun sədrliyi, Mərdanov Məhəmməd Ələkbər oğlunun katibliyi, ərizəçi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin (maraqlı-şəxs: “Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, pincokazinoaz.com, pincoaz.casino, pinup360.az, pin-up306.az” internet informasiya ehtiyatının sahibi) «internet informasiya ehtiyatlarına müraciətin məhdudlaşdırılması» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti ərizə ilə məhkəməyə müraciət edərək, “Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, pincokazinoaz.com, pincoaz.casino, pinup360.az, pin-up306.az” domen adı altında fəaliyyət göstərən informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti ərizəsini onunla əsaslandırmışdır ki, vətəndaşlar tərəfindən qumar oyunlarının təşkilinə və həmin oyunlarda iştiraka təhrik edən məlumatların yerləşdiyi internet informasiya ehtiyatına müraciətin məhuhlaşdırılması barədə məktubla Azərbaycan Respublikasının Nəqliyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət ünvanlanmışdır. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 13-3.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatında yerləşdirilməsi hallarını bilavasitə aşkar etdikdə və ya fiziki, hüquqi şəxslərdən, yaxud dövlət qurumlarından daxil olmuş əsaslandırılmış məlumatlar əsasında müəyyən etdikdə, bu barədə internet informasiya ehtiyatının və onun domen adının sahibinə və host provayderə yazılı xəbərdarlıq edir. Bu səbəbdən domen adı qeyd olunan internet informasiya ehtiyatının elektron poçt ünvanına yayılması qanunla qadağan edilən informasiya barədə məlumat, müvafiq informasiyanın internet informasiya ehtiyatından götürülməsinə və ya internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə müraciətin məhdudlaşdırılmasına dair tələbin göstərildiyi xəbərdarlıq edilmişdir. Lakin maraqlı şəxs tərəfindən yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatından götürülməsi istiqamətində heç bir tədbir görülməmişdir. Ərizəçinin nümayəndəsi ərizə göndərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə işin hüquqi həlli ilə bağlı bildirir ki, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, internet informasiya ehtiyatının sahibi həmin informasiya ehtiyatında yerləşdirilən informasiyanın tərkibi və onun yerləşdirilməsi qaydasının müəyyən edilməsində müstəqildir. Bununla yanaşı, internet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatının qanunauyğun fəaliyyətini təmin etməlidir və buna görə şəxsən məsuliyyət daşıyır. Qanun eyni zamanda yayılması qadağan edilən informasiyaların siyahısını müəyyənləşdirir. Eyni Qanunun 13-2.4 və 13-2.5-ci maddələrinə əsasən, internet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın olduğunu aşkar etdikdə və ya bu barədə ona müraciət daxil olduqda, belə informasiyanın informasiya ehtiyatından götürülməsini təmin edir, host provayder isə öz informasiya sistemlərində yerləşdirilmiş internet informasiya ehtiyatlarında yayılması qadağan edilən informasiya aşkar etdikdə və ya ona bu barədə məlumat daxil olduqda, dərhal onun informasiya ehtiyatının sahibi tərəfindən götürülməsi üçün tədbirlər görür. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 13-2.3.7-ci maddəsinə əsasən qumar oyunlarının təşkilinə və həmin oyunlarda iştiraka təhrik edən məlumatlar Azərbaycan Respublikasının qanunları ilə yayılması qadağan edilən informasiya hesab olunur. «Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt»ın 19-cu maddəsinə əsasən, insanın fikir və söz azadlığı hüququ digər şəxslərin hüquqlarına və adına hörmət edilməsi və dövlət təhlükəsizliyinin, ictimai asayişin, əhalinin sağlamlığının, mənəviyyatının qorunması məqsədilə yalnız qanun çərçivəsində məhdudlaşdırıla bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı Konvensiyasının tələblərindən də göründüyü kimi, fikir və söz azadlığı həyata keçilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün məhdudlaşdırıla bilər. Azərbaycan Respublikasının MPM-nin 355-20.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı internet informasiya ehtiyatında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi hallarını müəyyən etdikdə, internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması üçün məhkəməyə müraciət edir. Beləliklə məhkəmə qeyd edir ki, “Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, pincokazinoaz.com, pincoaz.casino, pinup360.az, pin-up306.az” internet informasiya ehtiyatında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 13-2.3.7-ci maddəsinin tələbi pozulmuşdur. Məhkəmə hesab edir ki, informasiya ehtiyatlarının istifadə olunması, işlənməsi, informasiya sistemləri, texnologiyaları və onların təminat vasitələrinin istehsalı və tətbiqi sahəsində fiziki və hüquqi şəxslərin hüquqlarının müdafiəsi və qanun pozuntularının qarşısının alınması, pozulmuş hüquqların bərpa edilməsi, habelə cəmiyyətin ümumi maraqlarını təmin etmək məqsədilə internet informasiya ehtiyatına müracətin məhdudlaşdırılması təmin olunmalı, “Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, pincokazinoaz.com, pincoaz.casino, pinup360.az, pin-up306.az” informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə qətnamə qəbul edilməlidir. Qanunverici informasiyanın yayılması əsasında informasiya ehtiyatlarının mühafizəsi ilə əlaqədar olaraq yaranan münasibətlərin tənzimlənməsi və informasiya proseslərində iştirak edən subyektlərin hüquqlarını təmin etmək baxımından internet informasiya ehtiyatına müracətin məhdudlaşdırılması haqqında işlər üzrə xüsusi icraat qaydasını müəyyən etmiş xüsusi institutu nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-22.3-cü və 355-22.4-cü maddələrinə əsasən, işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Yayılması qanunla qadağan edilən informasiyanın internet informasiya ehtiyatından götürülməsi və ya internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə müraciətin məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 35520- 355-22-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. “Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, pincokazinoaz.com, pincoaz.casino, pinup360.az, pin-up306.az” informasiya ehtiyatlarına müraciət məhdudlaşdırılsın. Qətnamə dərhal icra edilsin. Qətnamədən apellyasiya şikayəti tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar