Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1895/2023 27.11.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əziz Əzizli Seyfulla oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 Afəddin oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh1 və Cavabdeh2 Afəddin oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Afəddin oğlundan 2500 ABŞ dollarının (4250 AZN) iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbini onunla əsaslandırmışdır ki, qızının xaricdə fəaliyyət göstərən ali məktəblərdən birinə qəbul edilməsi məqsədi ilə internet vasitəsilə belə bir fəaliyyətlə məşğul olan Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətini tapmışdır. Cavabdeh1-nin "xxxx" da yerləşən ofisinə gedib MMC-nin direktoru Cavabdeh2 Afəddin oğlu ilə göruşmüşdür. Görüş zamanı qızının Türkiyə Respublikası İzmir 9 Eylül Universitetində təhsil almasını istədiyini bildirmiş və təhsil alması üçün xidmət haqqını əvvəlcədən ödənilməklə qızının həmin ali məktəbə düzəldilməsini ondan xahiş etmişdir. Cavabdeh2 iddiaçıdan onun qızının Türkiyə Respublikası İzmir 9 Eylül Universitetində təhsil alması üçün xidmət haqqı kimi əvvəlcədən şərtləşdikləri 2500 ABŞ dollarını (4250 AZN) iddiaçıdan almış və qızının həmin universitetdə təhsil alacağı ilə bağli iddiaçıya söz vermişdir. Bu razılaşma İddiaçı ilə Cavabdeh1-nin direktoru Cavabdeh2 Afəddin oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli, “Xidmətlərin göstərilməsi haqqında” müqavilə ilə rəsmiləşdirilmişdir və müqavilə üzrə xidmət haqqı 4250 manat təşkil edir. Görüş zamanı Cavabdeh2 iddiaçıya bildirmişdir ki, onun vaxtı olmadığına görə bundan sora ali məktəbə qəbulla bağlı sənədləşmə ilə əlaqədar bütün danışıqları onun yanında köməkçisi kimi təqdim etdiyi xanım aparacaq. Cavabdeh bu vədi verməsinə baxmayaraq, aylardır verdiyi sözü yerinə yetirməmiş və qızı Türkiyə Respublikası İzmir 9 Eylül Universitetinə qəbul olmamışdır. Qızı Azərbaycan Respublikasında ali məktəbə qəbul olsa da onunla bağlı ixtisas seçimi etməmişdir. Nəticədə nəinki Türkiyə Respublikasında, hətta Azərbaycanda da heç bir ünversitetə qəbul olmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında qızının təhsili üçün cavabdeh tərəfindən ona köməklik göstərəcəyini lakin vədinə əməl etmədiyini, qızının sarsıntılar keçirdiyini, həmçinin ona mənəvi zərər də vurduğunu bildirərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında tərəflər arasında müqavilə bağlandığını, səs yazılarının da olduğunu, cavabdehin ona iddiada göstərilən məbləğdə ziyan vurduğunu bildirərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh1-nin direktoru Cavabdeh2 Afəddin oğlu arasında bağlanmış xx.xx.2022-ci il tariхli “Xidmətlərin göstərilməsi haqqında” müqavilədən görünür ki, bu müqavilə üzrə xidmət haqqı 4250 manat təşkil edir və hesablaşma Azərbaycan manatı ilə aparılacaqdır. İş materiallarında olan Bakı Şəhər Nəsimi Rayonu Polis İdarəsinin 15 yanvar 2023cü il tarixli qərarına əsasən HK-1/2482(22PŞ) araşdırma materialı üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Eyni Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh1-nin direktoru Cavabdeh2 Afəddin oğlu arasında bağlanmış xx.xx.2022-ci il tariхli “Xidmətlərin göstərilməsi haqqında” müqaviləsinə əsasən Türkiyə Respublikası İzmir 9 Eylül Universitetində-Kamu yönetimi (əyani ) təhsil alması üçün xidmət haqqı kimi 4250 manat təşkil edir və hesablaşma Azərbaycan manatı ilə aparılacaqdır. (25 iyul 2021-ci il tarixdə 1500 ABŞ dollar, 26 iyul 2021-ci il tarixdə 1000 ABŞ dollar ödənilib) Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, cavabdeh xidməti müqavilə üzrə İddiaçı qarşısında götürdüyü öhdəliyi icra etməmiş və bununla da iddiaçıya ziyan vurmuşdur. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Afəddin oğlundan 2500 ABŞ dollarının (4250 AZN) iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh1-nin direktoru Cavabdeh2 Afəddin oğlu xidməti müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, müqavilə əsasında ödədiyi pulun tutulmasına dair məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, tərəflər arasında bağlanmış “Xidmətlərin göstərilməsi” haqqında müqavilənin 4.1-ci bəndində xidmət haqqının 4250 manat təşkil etdiyini və hesablaşmanın Azərbaycan manatı ilə aparılacağını nəzərə alaraq iddiaçı cavabdehdən 4250 manatı tələb edə bilər. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etmədiyindən Cavabdeh1-nin direktoru Cavabdeh2 Afəddin oğlundan 4250 (dörd min iki yüz əlli) manat tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat+1000 manatdan yuxarı olan iddia qiymətinin 1% dövlət rüsumu ödənilir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın qismən təmin olunduğunu, iddiaçının qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu ödədiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 76 manat dövlət rüsumunun 62.5 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1-nin direktoru Cavabdeh2 Afəddin oğlundan 4250 (dörd min iki yüz əlli) manat tutularaq İddiaçı ödənilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 62.5 (altmış iki manat, əlli qəpik) manatı Cavabdeh1-nin direktoru Cavabdeh2 Afəddin oğlundan tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-1895/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1895/2023
27.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver