Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-19/2022 16.05.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkilli Nümayəndə1, Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “daşınar və daşınmaz əmlakların tərəflərin paylarına uyğun naturada bölünməsi, bu mümkün olmadıqda, əmlakların açıq hərrac vasitəsi ilə satılaraq paylara mütənasib surətdə pulun bölünməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh adına qeydiyyata alınmış “Mitsubishi L200” markalı ** NE *** dövlət nömrə nişanlı, “Honda Accord” markalı ** SU *** dövlət nömrə nişanlı, “Mitsubishi Pajero-İO” markalı ** XF *** dövlət nömrə nişanlı, “BMW 328” markalı ** GS *** dövlət nömrə nişanlı, “Lexus LX570” markalı ** SG *** dövlət nömrə nişanlı, “M-21 Volqa” markalı ** DG *** dövlət nömrə nişanlı, “VAZ-21053” markalı ** KU *** dövlət nömrə nişanlı, “X7 Mİ” markalı ** HF *** dövlət nömrə nişanlı avtomobillərin, Cavabdeh adına qeydiyyata alınmış Abşeron rayonunun Saray qəsəbəsi ərazisində yerləşən 0,06 ha torpaq sahəsinin və ünvan 15ində yerləşən 0.20 ha həyətyanı torpaq sahəsinin, ünvan 1 ünvanında yerləşən 19 saylı mənzilin, ünvan 2 yerləşən 0,12 ha torpaq sahəsinin və Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinin tərəflər arasında bərbər paylarla naturada bölünməsi, həmin daşınar və daşınmaz əmlakların naturada bölünməsi mümkün olmadıqda həmin əmlakların açıq hərracdan satılması və satışdan əldə olunmuş pul vəsaitinin əmlakların paylı mülkiyyətçiləri arasında onların həmin əmlaklarda olan paylarına mütənasib surətdə, yəni bərabər hissələrdə bölünməsi, qeyd edilən əmlaklar olmadığı təqdirdə həmin əmlakların real bazar dəyərinin tərəflər arasında bərabər bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21.06.2018-ci il tarixli qətnaməsi ilə ilkin iddianın qismən təmin olunaraq, Cavabdeh adına qeydiyyata alınmış "Mitsubishi Pajero-İO” markalı ** XF *** dövlət nömrə nişanlı, “Mitsubishi L200” markalı ** XE *** dövlət nömrə nişanlı, “Honda Accord” markalı ** SU *** dövlət nömrə nişanlı, “BMW 328” markalı ** GS *** dövlət nömrə nişanlı, “Lexus LX570” markalı ** SG *** dövlət nömrə nişanlı, “M-21 Volqa” markalı ** DG *** dövlət nömrə nişanlı, “VAZ-21053” markalı ** KU *** dövlət nömrə nişanlı, “X7 Mİ” markalı ** HF *** dövlət nömrə nişanlı avtomobillərin tərəflər arasında bərabər paylarla bölünməsi və həmin əmlaklar üzərində Cavabdeh 1/2, İddiaçı 1/2 pay üzrə mülkiyyət hüquqlarının tanınması, qətnamənin bu hissədə həmin avtomaşınlara dair Cavabdeh və İddiaçı paylı mülkiyyət hüquqlarının (hər biri 1/2 pay üzrə) daşınar əmlakın dövlət reyestrində müvafiq qeydiyyatın aparılması üçün əsas olması, Cavabdeh adına qeydiyyata alınmış ünvan 6, mənzil 3-ün, Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsində yerləşən 13D saylı qeyriyaşayış binasının, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,06 ha torpaq sahəsinin, ünvan 15indəki 0.20 ha həyətyanı torpaq sahəsinin, Sumqayıt şəhəri, 43-cü məhəllə, ev 36A, mənzil 12-nin, ünvan 8 34 saylı qeyri-yaşayış sahəsinin birgə nikah dövründə əldə olunan daşınmaz əmlak kimi tərəflər arasında bərabər paylarla bölünməsi və həmin əmlaklar üzərində Cavabdeh 1/2, İddiaçı 1/2 pay üzrə mülkiyyət hüquqlarının tanınması, qətnamənin bu hissədə həmin daşınmaz əmlaklara dair Cavabdeh və İddiaçı paylı mülkiyyət hüquqlarının (hər biri 1/2 pay üzrə) daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi üçün əsas olması, qarşılıqlı iddianın təmin edilməsi, İddiaçı adına qeydiyyata alınmış ünvan 2 yerləşən 0,12 ha torpaq sahəsinin və Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinin birgə nikah dövründə əldə olunan daşınmaz əmlak kimi tərəflər arasında bərabər paylarla bölünməsi və həmin əmlaklar üzərində Cavabdeh 1/2, İddiaçı 1/2 pay üzrə mülkiyyət hüquqlarının tanınması, qətnamənin bu hissədə həmin daşınmaz əmlaklara dair Cavabdeh və İddiaçı paylı mülkiyyət hüquqlarının (hər biri 1/2 pay üzrə) daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatın aparılması və çıxarışın verilməsi üçün əsas olması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 30.10.2018-ci il tarixli, 2(103)-9841/2018 saylı qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21.06.2018-ci il tarixli qətnaməsinin “ünvan 6, mənzil 3-ün, Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsində yerləşən 13D saylı qeyri-yaşayış binasının, Sumqayıt şəhəri, 43-cü məhəllə, ev 36A, mənzil 12-nin, ünvan 8 34 saylı qeyriyaşayış sahəsinin üzərində tərəflərin 1/2 pay üzrə mülkiyyət hüquqlarının tanınması və qətnamənin bu hissədə həmin daşınmaz əmlaklara dair tərəflərin paylı mülkiyyət hüquqlarının (hər biri 1/2 pay üzrə) daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatın aparılması və çıxarışın verilməsi üçün əsas olması” hissəsində ləğv edilməsi və həmin hissələrdə ilkin iddia tələblərinin təmin olunması, qətnamənin “ünvan 1 ünvanında yerləşən 19 saylı mənzilin üzərində İddiaçı ilə Cavabdeh1/2 pay üzrə mülkiyyət hüquqlarının tanınması, qətnamənin bu hissədə həmin daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatın aparılması və çıxarışın verilməsi üçün əsas olması, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2047/2018 saylı, 21.06.2018-ci il tarixli qətnaməsinin mübahisələndirilən digər hissələrdə, “yəni Cavabdeh adına qeydiyyata alınmış "Mitsubishi Pajero-İO” markalı ** XF *** dövlət nömrə nişanlı, “Mitsubishi L200” markalı ** XE *** dövlət nömrə nişanlı, “Honda Accord” markalı ** SU *** dövlət nömrə nişanlı, “BMW 328” markalı ** GS *** dövlət nömrə nişanlı, “Lexus LX570” markalı ** SG *** dövlət nömrə nişanlı, “M-21 Volqa” markalı ** DG *** dövlət nömrə nişanlı, “VAZ-21053” markalı ** KU *** dövlət nömrə nişanlı, “X7 Mİ” markalı ** HF *** dövlət nömrə nişanlı avtomobillərin tərəflər arasında bərabər paylarla bölünməsi və həmin əmlaklar üzərində Cavabdeh 1/2, İddiaçı 1/2 pay üzrə mülkiyyət hüquqlarının tanınması, qətnamənin bu hissədə həmin avtomaşınlara dair Cavabdeh və İddiaçı paylı mülkiyyət hüquqlarının (hər biri 1/2 pay üzrə) daşınar əmlakın dövlət reyestrində müvafiq qeydiyyatın aparılması üçün əsas olması, Cavabdeh adına qeydiyyata alınmış Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,06 ha torpaq sahəsinin, ünvan 15indəki 0.20 ha həyətyanı torpaq sahəsinin birgə nikah dövründə əldə olunan daşınmaz əmlak kimi tərəflər arasında bərabər paylarla bölünməsi və həmin əmlaklar üzərində Cavabdeh 1/2, İddiaçı 1/2 pay üzrə mülkiyyət hüquqlarının tanınması, qətnamənin bu hissədə həmin daşınmaz əmlaklara dair Cavabdeh və İddiaçı paylı mülkiyyət hüquqlarının (hər biri 1/2 pay üzrə) daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatın aparılması və çıxarışın verilməsi üçün əsas olması”, həmçinin “ünvan 1 ünvanında yerləşən 19 saylı mənzil və Abşeron rayonu, Saray qəsəbəsi, İ.Hüseynov küçəsi,25 saylı fərdi yaşayış evi üzərində tərəflərin müvafiq olaraq 2/3 və 1/3 hissədə pay hüquqlarının tanınması” tələbinin təmin edilməməsi hissələrində dəyişdirilmədən saxlanılması qət edilmişdir. AR Ali Məhkəməsinin 30.04.2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 30.10.2018-ci il tarixli, 2(103)-9841/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə üzrə 22 may 2019-cu il tarixində icra vərəqəsi verilmiş və müvafiq icra qurumları tərəfindən qətnamə icra olunması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq ərazi idarələrinə və X4 Baş Dövlət Yol Polisi İdarəsinə göndərilmişdir. Qeyd edilən əmlaklar üzərində iddiaçının və cavabdehin 1/2 payda mülkiyyət hüquqları qanuni qüvvəsini almış məhkəmə qərarı ilə tanınsa da, cavabdeh iddiaçıya mülkiyyət hüquqlarını həyata keçirməyinə mane olur. Baxmayaraq ki, cavabdeh qeyd edilən əmakların 1/2 payının mülkiyyətçisidir, lakin bütövlükdə bütün daşınar və daşınmaz əmlaklar onun tərəfindən istifadə olunmaqdadır. Halbuki qeyd edilən əmlaklara tərəflərin mülkiyyət hüququ məhkəmə qərarı əsasında bərabər payda müəyyən edilmişdir. Belə olan şəraitdə qeyd edilən daşınar və daşınmaz əmlaklara payların naturada bölünməsi zərurəti yaranmışdır və əgər naturada bölgü mümkün olmazsa məhkəmə tərəfindən açıq hərrac vasitəsi ilə qeyd edilən əmlaklar satılaraq paylara uyğun olaraq pulun verilməsi təmin edilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkilli Nümayəndə1 iddia tələbinə uyğun izahat verərək, onların təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək onun təmin edilməməsini xahiş etdi və izah etdi ki, iddia ərizəsi əsassızdır. Belə ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21.06.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı iddia ərizəsi qismən təmin edilmiş, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin Abşeron rayon Ərazi İdarəsinə qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsinə dair qarşılıqlı iddia ərizəsi təmin edilmişdir. Həmin qətnaməyə əsasən Cavabdeh adına qeydiyyata alınmış aşağıdakı daşınar əmlaklar birgə nikah dövründə əldə əldə olunan daşınar əmlak kimi tərəflər arasında bərabər paylara bölünməsi və həmin əmlaklar üzərində Cavabdeh ½ , İddiaçı ½ pay üzrə mülkiyyət hüquqlarının tanınması: Mitsubishi Pajero-İO markalı ** XF *** dövlət qeydiyyat nişanlı, Mitsubishi L200 markalı ** NE *** dövlət qeydiyyat nişanlı, Honda Accord markalı ** SU *** dövlət qeydiyyat nişanlı, “BMW 328” markalı ** GS *** dövlət qeydiyyat nişanlı, Lexus LX570 markalı ** SG *** dövlət qeydiyyat nişanlı, M-21 Volqa markalı ** DG *** dövlət qeydiyyat nişanlı, VAZ-21053 markalı ** KU *** dövlət qeydiyyat nişanlı, X7 Mİ markalı ** HF *** dövlət qeydiyyat nişanlı; Cavabdeh adına qeydiyyata alınmış aşağıdakı daşınmaz əmlaklar birgə nikah dövründə əldə olunan daşınmaz əmlak kimi tərəflər arasında bərabər paylarla bölünməsi və həmin əmlaklar üzərində Cavabdeh ½ İddiaçı ½ pay üzrə mülkiyyət hüquqları tanınması: 1. ünvan 6, mənzil 3; 2. Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsində yerləşən 13D saylı qeyri-yaşayış binası; 3. Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,06ha torpaq sahəsi; 4. Qusar rayonu, Çiləgir kəndi, 0,20 ha həyətyanı torpaq sahəsi; 5. Sumqayıt şəhəri, 43-cü məhəllə, ev 36A, mənzil 12; 6. ünvan 4 ünvanında yerləşən 34 saylı qeyri-yaşayış sahəsi; İddiaçı adına qeydiyyata alınmış ünvan 2 yerləşən 0,12 ha torpaq sahəsi və Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi birgə nikah dövründə əldə olunan daşınmaz əmlak kimi tərəflər arasında bərabər paylara bölünməsi və həmin əmlaklar üzərində Cavabdeh ½, İddiaçı ½ pay üzrə mülkiyyət hüquqlarının tanınması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30.10.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21.06.2018-ci il tarixli qətnaməsi «ünvan 6 ünvanında yerləşən 3 saylı mənzilin, Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsində yerləşən 13D saylı qeyri-yaşayış binasının, ünvan 8 12 saylı mənzilin, ünvan 8 34 saylı qeyri-yaşayış sahəsinin üzərində tərəflərin ½ pay üzrə mülkiyyət hüquqlarının tanınması və qətnamənin bu hissədə həmin daşınmaz əmlaklara dair tərəflərin paylı mülkiyyət hüquqlarının (hər biri ½ pay üzrə) daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi üçün əsas olması» hissələrində ləğv edilmiş və həmin hissələrdə ilkin iddia tələbləri təmin olunmamış, qətnamə «ünvan 9 ünvanında yerləşən 19 saylı mənzilin üzərində tərəflərin müvafiq olaraq 2/3 və 1/3 hissədə pay hüquqlarının tanınması» tələbinin təmin edilməməsi hissəsində ləğv olunmuş və həmin əmlaka münasibətində İddiaçı iddiası qismən təmin edilmiş, ünvan 9 ünvanında yerləşən 19 saylı mənzilin üzərində İddiaçı ilə Cavabdeh 14 pay üzrə mülkiyyət hüuqları tanınmışdır. Qətnamə digər hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30.04.2019-cu il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə təcrübəsi ilə də məlum olur ki, bu kateqoriya işlər birmənalı olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3- 220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara uyğun olaraq baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6-cı və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli qərarında göstərilir ki, məhkəmənin qərarı əəsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Lakin iddiaçı iddia ərizəsində əmlakların natura qaydasında bölünməsi mümkün olmadığı halda birbaça əmlakların açıq hərraca çıxarılmasını tələb etmişdir, halbuki belə tələb Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara zidd olan tələbdir və həmin maddələrdə nəzərdə tutulmuş ardıcıllıq qaydalarını pozur. Ona görə də, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə işə baxıb, tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi əsaslıdır və qismən təmin edilməlidir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30.10.2018-ci il tarixli, 2(103)-9841/2018 saylı icra vərəqəsindən görünür ki, Cavabdeh adına qeydiyyata alınmış “Mitsubishi L200” markalı ** NE *** dövlət nömrə nişanlı, “Honda Accord” markalı ** SU *** dövlət nömrə nişanlı, “Mitsubishi Pajero-İO” markalı ** XF *** dövlət nömrə nişanlı, “BMW 328” markalı ** GS *** dövlət nömrə nişanlı, “Lexus LX570” markalı ** SG *** dövlət nömrə nişanlı, “M-21 Volqa” markalı ** DG *** dövlət nömrə nişanlı, “VAZ-21053” markalı ** KU *** dövlət nömrə nişanlı, “X7 Mİ” markalı ** HF *** dövlət nömrə nişanlı avtomobillər birgə nikah dövründə əldə olunan əmlaklar kimi tərəflər arasında bərabər paylarla bölünməli və həmin əmlaklar üzərində Cavabdeh 1/2, İddiaçı 1/2 pay üzrə mülkiyyət hüquqları tanınmalıdır. Qətnamə bu hissədə həmin avtomaşınlara dair Cavabdeh və İddiaçı paylı mülkiyyət hüquqlarının (hər biri 1/2 pay üzrə) daşınar əmlakın dövlət reyestrində müvafiq qeydiyyatın aparılması üçün əsasdır. Cavabdeh adına qeydiyyata alınmış Abşeron rayonunun Saray qəsəbəsı ərazisində yerləşən 0.06 ha torpaq sahəsi və ünvan 15ində yerləşən 0.20 ha həyətyanı torpaq sahəsi tərəflər arasında bərabər paylarla bölünməli və həmin əmlaklar üzərində Cavabdeh 1/2, İddiaçı Fəxri qızının 1/2 pay üzrə mülkiyyət hüquqları tanınmalı; ünvan 1 ünvanında yerləşən 19 saylı bnzilin üzərində İddiaçı ilə Cavabdeh 1/2 pay üzrə mülkiyyət hüquqları tanınmalı; İddiaçı adına qeydiyyata alınmış ünvan 2 yerləşən 012 ha torpaq sahəsi və Abşeron rayonu, Saray qəsəbəsində yeləşən 0,06 ha torpaq sahəsı birgə nikah dövründə əldə olunan daşınmaz əmlak kimi tərəflər arasında bərabər paylara bölünməli və həmin əmlaklar üzərində X3 ½, İddiaçı ½ pay üzrə mülkiyyət hüquqları tanınmalıdır. Qətnamə göstərilən daşınmaz əmlaklara dair dövlət reyestrində müvafiq qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi üçün əsasdır. İş materiallarında olan İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən Cavabdeh və onun vəkili və nümayəndəsi X1 16.04.2021-ci il tarixdə ünvanlanmış təklifdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 30.10.2018-ci il tarixli, 2(103)- 9841/2018 nömrəli qətnaməsi ilə Cavabdeh adına qeydiyyata alınmış “Mitsubishi L200” markalı ** NE *** dövlət nömrə nişanlı, “Honda Accord” markalı ** SU *** dövlət nömrə nişanlı, “Mitsubishi Pajero-İO” markalı ** XF *** dövlət nömrə nişanlı, “BMV 328” markalı ** GS *** dövlət nömrə nişanlı, “Lexus LX570” markalı ** SG *** dövlət nömrə nişanlı, “M-21 Volqa" markalı ** DG *** dövlət nömrə nişanlı, “VAZ-21053” markalı ** KU *** dövlət nömrə nişanlı, “X7 Mİ” markalı ** HF *** dövlət nömrə nişanlı avtomobillərin, Cavabdeh adına qeydiyyata alınmış Abşeron rayonunun Saray qəsəbəsi ərazisində yerləşən 0,06 ha torpaq sahəsinin və ünvan 15ində yerləşən 0.20 ha həyətyanı torpaq sahəsinin, ünvan 12 ünvanında yerləşən 19 saylı mənzilin, ünvan 2 yerləşən 0,12 ha torpaq sahəsinin və Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinin tərəflər arasında bərabər paylarla bölünməsi və həmin əmlaklar üzərində Cavabdeh 1/2, İddiaçı 1/2 pay üzrə mülkiyyət hüquqlarının tanınması qət edilmişdir. Bildirir ki, İddiaçı qeyd olunan əmlakların Cavabdeh məxsus 1/2 payı almağa maddi imkanı olmadığından, məhkəmə qərarı ilə təsdiqlənmiş həmin əmlakların özünə məxsus 1/2 hissəsini satın almağı Cavabdeh təklif edir. Qeyd olunan təklifə 10 gün müddətində rəsmi münasibət bildirilməsi xahiş olunmuşdur. İş materiallarında olan məhkəmə tikinti-texniki ekspertizası üzrə Məhkəmə Ekspertiza Mərkəzinin 12.03.2021-ci il tarixli, 9/4601-10/3126 nömrəli ekspert rəyindən görünür ki, Abşeron rayonunun Saray qəsəbəsi ərazisində yerləşən 0,06 ha torpaq sahəsinin naturada tərəflərin paylarına müvafiq olaraq iki hissəyə bölünməsi texniki cəhətdən mümkün olduğu müəyyən edilir. Bunun üçün, tədqiq olunan torpaq sahəsini tən ortadan sərhəd hasarı inşa olunaraq iki hissəyə bölünməlidir. ünvan 15ində yerləşən 0.20 ha həyətyanı torpaq sahəsinin yerini tanımadığından tədqiqat obyekti təqdim olunmamışdır. Bu səbəbdəndə ünvan 15ində yerləşən 0.20 ha həyətyanı torpaq sahəsinin bölgüsünə dair tədqiqat aparılmadı. ünvan 9 ünvanında yerləşən 19 saylı mənzilin tərəflərin 1/2 paylarına uyğun olaraq təcrid mənzillər şəklində iki hissəyə bölünməsi, inşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4, 2.7, 2.9. bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir. ünvan 2 yerləşən 0,12 ha torpaq sahəsinin planlı yerləşməsini, torpaq sahəsinə bir qiriş-çıxış yolunun olduğunu və torpaq sahəsinin daxilində müxtəlif təyinatlı tikililərin və eləcə də, yaşayış evinin inşa olunduğunu nəzərə alaraq, tədqiq olunan torpaq sahəsinin iki hissəyə bölünməsi texniki cəhətdən mümkün deyildir. Abşeron rayonunun Saray qəsəbəsi ərazisində yerləşən 0,06 ha torpaq sahəsinin naturada tərəflərin paylarına müvafiq olaraq iki hissəyə bölünməsi texniki cəhətdən mümkün olduğu müəyyən edilir. Bunun üçün tədqiq olunan torpaq sahəsini tən ortadan sərhəd hasarı inşa olunaraq iki hissəyə bölünməlidir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Məhkəmə Ekspertiza Mərkəzinin 12.03.2021-ci il tarixli, 9/4601-10/3126 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 2013-cü il buraxılışlı, mühərrik tutumu 2400 kub/sm, 209992 km yürüşlü, “Honda Accord” minik markalı, ** SU *** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki vəziyyətdə orta bazar qiyməti təxminən 26000,0 (iyirmi altı min) manat müəyyən olunur. Ekspertiza tədqiqatına təqdim edilmiş 2012-ci il buraxılışlı, mühərrik tutumu 5700 kub/sm, 149465 km yürüşlü, “Lexus LX570” minik markalı, ** SG *** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki vəziyyətdə orta bazar qiyməti təxminən 88500,0 (səksən səkkiz min beş yüz) manat müəyyən olunur. Ekspertiza tədqiqatına təqdim edilmiş 1961-ci il buraxılışlı, mühərrik tutumu 1500 kub/sm, 118775 km yürüşlü, “M-21 Volqa” minik markalı, ** DG *** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki vəziyyətdə orta bazar qiyməti təxminən 18000,0 (on səkkiz min) manat müəyyən olunur. Ekspertiza tədqiqatına təqdim edilmiş 2011-ci il buraxılışlı, mühərrik tutumu 2500 kub/sm, 310652 km yürüşlü, “Mitsubishi L200” minik markalı, ** NE *** dövlət qeydiyya nişanlı avtomobilin hazırki vəziyyətdə orta bazar qiyməti təxminən 23000,0 (iyirmi üç min) manat müəyyən olunur. Ekspertiza tədqiqatına təqdim edilmiş 2012-ci il buraxılışlı, mühərrik tutumu 2012-ci il buraxılışlı, mühərrik tutumu 2000 kub/sm, 169734 km yürüşlü, “BMW 328” minik markalı, ** GS *** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki vəziyyətdə orta bazar qiyməti təxminən 26000,0 (iyirmi altı min) manat müəyyən olunur. Ekspertiza tədqiqatına təqdim edilmiş 2004-cü il buraxılışlı, mühərrik tutumu 1400 kub/sm, 83012 km yürüşlü, “VAZ 21053” minik markalı, ** KU *** dövlət qeydiyyat nişanlıavtomobilin hazırki vəziyyətdə orta bazar qiyməti təxminən 3500,0 (üç min beş yüz) manat müəyyən olunur. Ekspertiza tədqiqatına təqdim edilməmiş 1999-cü il buraxılışlı, “Mitsubishi Pajero- İO” minik markalı, ** XF *** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki vəziyyətdə nəzəri qaydada orta bazar qiyməti təxminən 6000,0 (altı min) manat müəyyən olunur. Ekspertiza tədqiqatına təqdim edilməmiş 2007-ci il buraxılışlı, «X8 Mİ» minik markalı, ** HF *** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki vəziyyətdə nəzəri qaydada orta bazar qiyməti təxminən 22000,0 (iyirmi iki min) manat müəyyən olunur. İş materiallarında olan Əmlak Ekspert Mərkəzinin 29.11.2021-ci il tarixli, ƏEM/N- 117-1120/21 nömrəli rəyindən görünür ki, 29 noyabr 2021-ci il tarixinə ünvan 13 ünvanın bazar dəyəri 82 000,0 manat; ünvan 14erləşən 0,12 torpaq sahəsinin bazar dəyəri 6 000,0 manat; ünvan 15ində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsinin bazar dəyəri 30 000,0 manat müəyyən olunur. İş materiallarında olan məhkəmə tikinti-texniki ekspertizası üzrə Məhkəmə Ekspertiza Mərkəzinin 26.11.2021-ci il tarixli, 10/4680 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən **********01 reyestr №-li çıxarış sənədində qeyd olunan mübahisə predmeti olan torpaq sahəsinin ümumi sahəsi ilə naturadakı ölçüləri arasında uyğunsuzluq olduğundan həmin torpaq sahəsinin tərəflər arasında naturada paylar üzrə texniki cəhətdən bölünüb-bölünməməsinin müəyyən edilməsi mümkün olmamışdır. İş materiallarında olan məhkəmə tikinti-texniki ekspertizası üzrə Məhkəmə Ekspertiza Mərkəzinin 18.03.2022-ci il tarixli, 10/1042 nömrəli ekspert rəyindən görünür ki, Qusar rayonu Çiləgir kəndi ərazisində yerləşənə 0.20 ha həyətyanı torpaq sahəsinin tərəflərin paylarına uyğun naturada bölünməsi texniki cəhətdən mümkündür. (torpaq sahəsinin bölgü variantı rəyə əlavə olunmuş plan sxemdə ətraflı göstərilmişdir.) Qanunverici fərdi mülkiyyət halından fərqli olaraq paylı mülkiyyətçilərin ümumi paylı mülkiyyətdə olan əmlaka və öz pay hüququna sərəncam səlahiyyətinin reallaşdırılması, habelə payın ayrılmasının tələb edilməsi və həyata keçirilməsi qaydalarını müəyyən etmişdir. Paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması qaydası Mülki Məcəllənin 220-ci maddəsi ilə tənzimlənir və həmin maddi hüquq normasında sözügedən məsələnin həll edilməsinin hüquqi mexanizmləri dəqiq və konkret şəkildə müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.4-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyəti mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Qanunun yuxarıda qeyd olunan normalarının tələblərindən göründüyü kimi, mülki qanunvericilik ümumi paylı mülkiyyətdə olan əmlakın hərracdan satılaraq paylı mülkiyyətçilər arasında bölünməsi qaydasını mərhələli formada müəyyən etmişdir. Həmin qaydaya görə ümumi paylı mülkiyyətdə olan əmlakın bölünməsini tələb edən paylı mülkiyyətçi əvvəl ümumi əmlakdan payının ayrılması tələbini irəli sürə bilər, payın ayrılması mümkün olmadıqda, payının əvəzinə digər mülkiyyətçilər tərəfindən ona kompensasiya ödənilməsini tələb edə bilər və yalnız digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsindən imtina olunduqda, mülkiyyətçi əmlakın hərracdan satılması, əldə olunan pulun paylara uyğun bölünməsi tələbi irəli sürə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 04 aprel 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, “əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3- 220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Məhkəmə, Mülki Məcəllənin 220-ci maddəsinin göstərişlərini və KM-nin mövqeyini rəhbər tutaraq, ilk növbədə mübahisəli nəqliyyat vasitələrinin naturada bölünməsi ilə bağlı qeyd edir ki, bölünməz əşyalar qrupuna daxil olan avtomobilin naturada bölünməsinin mümkünsüzlüyü açıq-aşkar bilindiyi və bunun müəyyən edilməsi üçün xüsusi bilik tələb olunmadığını nəzərə alaraq hesab edir ki, payın naturada ayrılması mümkün deyil. Eyni zamanda, Konstitusiya Məhkəməsinin Plenumunun qeyd edilən qərarında göstərilmişdir ki, “...əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə ağlabatan üsulu pul kompensasiyasının ödənilməsidir... Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil”. Məhkəmə bu qənaətə gəlmişdir ki, hazırkı mülki mübahisənin hüquqi həlinin yeganə vasitəsi avtomobillərin açıq hərracda satılaraq müvafiq satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında paylarına mütənasib surətdə bölüşdürülməsidir. Bu nəticə paylı mülkiyyətdə olan əşyadan payın ayrılması və paylı mülkiyyət halının başa çatmasının Mülki Məcəllənin 220-ci maddəsində təsbit olunmuş mərhələli mexanizminə uyğundur və mülkiyyətçilərdən hər hansı birinin mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması sayıla bilməz. Konstitusiya Məhkəməsinin qeyd edilən, 04 aprel 2014-cü il tarixli qərarının 1-ci bəndində görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmə hesab edir ki, daşınar əmlaklarla bağlı iddia tələbi təmin edilərək, Cavabdeh adına qeydiyyata alınmış “Mitsubishi L200” markalı ** NE *** dövlət nömrə nişanlı, “Honda Accord” markalı ** SU *** dövlət nömrə nişanlı, “Mitsubishi Pajero-İO” markalı ** XF *** dövlət nömrə nişanlı, “BMW 328” markalı ** GS *** dövlət nömrə nişanlı, “Lexus LX570” markalı ** SG *** dövlət nömrə nişanlı, “M-21 Volqa” markalı ** DG *** dövlət nömrə nişanlı, “VAZ-21053” markalı ** KU *** dövlət nömrə nişanlı, “X7 Mİ” markalı ** HF *** dövlət nömrə nişanlı avtomobillər açıq hərracda satılmalı, satışdan əldə olunmuş pul vəsaiti ümumi mülkiyyətçilər olan İddiaçı və Cavabdeh arasında bərabər paylara bölüşdürülməlidir. Məhkəmə iddia tələbinin daşınmaz əmlaklar hissəsində aşağıdakıları qeyd edir. Məhkəmə tərəfindən təyin edilən məhkəmə tikinti texniki ekspertizasının rəyləri ilə müəyyən olunmuşdur ki, Abşeron rayonunun Saray qəsəbəsi ərazisində yerləşən 0,06 ha torpaq sahəsinin, Abşeron rayonunun Saray qəsəbəsi ərazisində yerləşən 0,06 ha torpaq sahəsinin və Qusar rayonu Çiləgir kəndi ərazisində yerləşənə 0.20 ha həyətyanı torpaq sahəsinin tən ortadan sərhəd hasarı inşa olunmaqla tərəflərin paylarına uyğun naturada bölünməsi texniki cəhətdən mümkündür. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi Abşeron rayonunun Saray qəsəbəsi ərazisində yerləşən 0,06 ha torpaq sahəsinin, Abşeron rayonunun Saray qəsəbəsi ərazisində yerləşən 0,06 ha torpaq sahəsinin və Qusar rayonu Çiləgir kəndi ərazisində yerləşənə 0.20 ha həyətyanı torpaq sahəsinin tərəflərin paylarına uyğun naturada bölünməsi hissəsində əsaslıdır və təmin edilməlidir. Bununla yanaşı, məhkəmə, iddia tələbinin ünvan 9 ünvanında yerləşən 19 saylı mənzilə və ünvan 2 yerləşən 0,12 ha torpaq sahəsinə aid hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, yuxarıda qeyd olunan daşınmaz əmlakların naturada tərəflərin paylarına uyğun bölünməsi mümkün deyildir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən qeyd olunan daşınmaz əmlaklarla bağlı payının dəyərinin cavabdeh tərəfindən ona ödənilməsi, yaxud paylı mülkiyyət hüququna digər paylı mülkiyyətçi tərəfindən kompensasiya verilməsi yolu ilə xitam verilməsi barədə tələb irəli sürülməmişdir. Belə olduğu təqdirdə, məhkəmə hesab edir ki, İddiaçı maraqlarının cavabdehin ona məxsus paya sahiblik və ondan istifadə üzrə hüquqlarının pozulması hesabına müdafiə edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsi və 29cu maddəsinə əsasən yolverilməzdir. Bundan başqa, bu hal mülkiyyət hüquqlarının müdafiəsi haqqında beynəlxalq prinsiplərə də uyğun deyildir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Beləliklə, məhkəmə qanunun yuxarıda qeyd olunan normalarının tələblərini və Konstitusiya Məhkəməsinin Plenumunun izahını rəhbər tutaraq və iş üzrə müəyyən olunmuş hallara qiymət verərək, hesab edir ki, iddia tələbi ünvan 9 ünvanında yerləşən 19 saylı mənzilə və ünvan 2 yerləşən 0,12 ha torpaq sahəsinə aid hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh adına qeydiyyata alınmış: 1. Mitsubishi Pajero-İO markalı ** XF *** dövlət qeydiyyat nişanlı; 2. Mitsubishi L200 markalı ** NE *** dövlət qeydiyyat nişanlı; 3. Honda Accord markalı ** SU *** dövlət qeydiyyat nişanlı; 4. BMV 328 markalı ** GS *** dövlət qeydiyyat nişanlı; 5. Lexus LX570 markalı ** SG *** dövlət qeydiyyat nişanlı; 6. M- 21 Volqa markalı ** DG *** dövlət qeydiyyat nişanlı; 7. VAZ-21053 markalı ** KU *** dövlət qeydiyyat nişanlı; 8. X7 Mİ markalı ** HF *** dövlət qeydiyyat nişanlı avtomobillər açıq hərracdan satılsın və satışdan əldə olunan vəsait ümumi mülkiyyətçilər olan İddiaçı və Cavabdeh arasında bərabər paylarla bölüşdürülsün. Cavabdeh adına qeydiyyata alınmış: 1. ünvan 15ində yerləşən 0.20 ha həyətyanı torpaq sahəsi; 2. Abşeron rayonunun Saray qəsəbəsi ərazisində yerləşən 0,06 ha torpaq sahəsi; 3. Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi tən ortadan sərhəd hasarı inşa olunmaqla ümumi mülkiyyətçilər olan İddiaçı və Cavabdeh arasında hər birinin 1/2 hissədə payına uyğun olmaqla naturada bölünsün. Qalan hissədə iddia təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat bərabər hissədə (hər birindən 100 manat) olmaqla İddiaçı və Cavabdeh tutularaq AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülsün: X2, kod 210005, VÖEN:**********, Müxbir hesab:AZ41NABZ********************, SFİFT:BİK CTREAZ22, MEM, VÖEN:**********, Hesab: AZ34CTRE********************. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 350 (üç yüz əlli) manat bərabər hissədə (hər birindən 175 manat) olmaqla İddiaçı və Cavabdeh tutularaq tutularaq "xxxx" MMC-nin aşağıdakı hesabına köçürülsün: (VÖEN:**********, Hesab N AZN:AZ30GUNA********************, Bank:GÜNAY BANK ASC, VÖEN:**********, Müxbir hesab: AZ25NABZ********************, KOD:505594; SWİFT:GUNAAZ22). Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-19/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-19/2022
16.05.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver