Məhkəmə qərarları › İş №2(009)-1911/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1911/2021

23.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1911/2021 23.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli İlkin Şahin oğlunun sədrliyi, Tomayev Deputat Süleyman oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı - cavabdeh Azərbaycan Respublikası DİN-nin Baş Mühafizə İdarəsinin Səbail rayon Mühafizə İdarəsinə qarşı «pul tələbi» barədə iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı - cavabdeh Azərbaycan Respublikası DİN-nin Baş Mühafizə İdarəsinin Səbail rayon Mühafizə İdarəsinə qarşı «pul tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən pulun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh idarədə 20.09.2010-cu il tarixdən 15.02.2021-ci il tarixədək polis əməkdaşı olaraq xidmətdə olmuşdur. İş vaxtından əlavə 4 saatdan artıq işə cəlb edilib, lakin buna görə ona heç bir vəsait ödənilməmişdir. Hətat polis əməkdaşlarının ildə bir dəfə aldığı xəstəlik pulu da ona verilməmişdir. İddiaçı onkoloji xəstədir və bütün xərcləri valideynlərinin üzərindədir. 2016-2017-ci illərdə o, məzuniyyətdən gec geri qayıtdığına görə əmək haqqısının bir hissəsi əsassız olaraq kəsilmişdir. Göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməsi xahiş olunur. Məhkəmə tərəfindən iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin nümayəndəsi ərizə təqdim edərək, məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə Az. Resp. MPM-nın 185.4-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş üzrə tərəfi dinləyib, təqdim olunmuş sübutları yoxlayıb, iddia ərizəsinin dəlillərini nəzərə alaraq hesab edir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. İş materiallarında olan 08.06.2021-ci il tarixli məktubun surətindən görünür ki, Baş Mühafizə İdarəsinin Səbail rayon Mühafizə İdarəsi məktubunda qeyd etmişdir ki, İddiaçı xidmət etdiyi illər ərzində hər ay vaxtlı-vaxtında aylıq təminat xərclərini və qanunla nəzərdə tutulmuş qaydada məzuniyyət müavinətini almış, hər il üçün nəzrədə tutulan məzuniyyətdən istifadə etmişdir. 2020-ci ilin 01 yanvar tarixinədək hər təqdim edilən xəstəlik müavinətinin ödənilməsi üçün DİN-in 1 saylı poliklinikası tərəfindən verilmiş tibbi arayışlara əsasən İddiaçı 2014-cü ildə 370,70 manat, 2016-cı ildə 441,16 manat, 2017-ci ildə 441,16 manat, 2018-ci ildə 454,30 manat, 2019-cu ildə 488,10 manat vəsait, 2020-ci ildən etibarən isə DİN-in müvafiq əmrinə uyğun olaraq tibbi arayış təqdim etmədən 2020-ci ildə 597,65 manat, 2021-ci ildə 621,30 manat xəstəlik müavinəti ödənilmişdir. Bundan başqa İddiaçı hər dövr üçün əmək haqqının artım fərqləri və həmçinin HƏOM PA-da xidmət etdiyi müddətdə həmin idarə tərəfindən ödənilməmiş 2010-cu ilin sentyabr, oktyabr, noyabr və dekabr ayları üzrə əmək haqlarının artım fərqləri 2011-ci ildə ümumilikdə 580 manat vəsait ödənilmişdir. DİO-dan xaric olarkən İddiaçı (xəstəliyi ilə əlaqədar olaraq) vəzifə və rütbə maaşının 5 misli məbləğində, yəni 2294,05 manat birdəfəlik pul kompensasiyası ödənilmiş, hazırda idarə tərəfindən ödənilməmiş pul vəsaiti qalmamışdır. Məhkəmə qeyd edir ki, iddia tələbi onun əsaslarına dair iddiaçı tərəfindən heç bir sübut təqdim edilmədiyindən təmin edilməməlidir. Belə ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi hallar iş materialları ilə öz təsdiqini tapmadığından əsassız sayılmalıdır. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı - cavabdeh Azərbaycan Respublikası DİN-nin Baş Mühafizə İdarəsinin Səbail rayon Mühafizə İdarəsinə qarşı «pul tələbi» barədə iddiası təmin edilməsin. Qətnamədən təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar