Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1932/2020 09.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə İddiaçının nümayəndəsi A.Ə.Şükürovun , Cavabdehlər Cavabdeh1 iştirakları ilə İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə Səbail Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh2 xx.xx.2014-cü il tarixdə idarə etdiyi etibarnamə əsasında Cavabdeh3 məxsus “Kamaz-53229C” markalı, ** ML *** dövlət qeydiyyat nişanlı avtomobillə Ə.Rəcəbli küçəsində manevr etmə qaydasını pozaraq X6 məxsus və İddiaçı Sığorta Şirkətində sığortalanmış “Mercedes Benz C200” markalı, ** SH *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi ziyan vurmuşdur. Hadisədən sonra məlum olmuşdur ki, Cavabdeh2 avtomobili etibarnamə olmadan idarə etmiş və “Kamaz-53229C” markalı, ** ML *** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə tarixində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığorta şəhadətnaməsi mövcud olmamışdır. “İcbari sığortalar haqqında” Qanunun 25-ci maddəsinə əsasən Cavabdeh1 mülkiyyətində olan “Kamaz- 53229C” markalı, ** ML *** dövlət qeydiyyat nişanlı avtomobilin icbari sığorta şəhadətnaməsi olmadığı üçün ödənilmiş sığorta məbləği cavabdehlərdən tutulmalıdır. Belə ki, həmin Qanunun 53.2-ci maddəsinə əsasən, avtonəqliyyat vasitəsinin sahibi mülkiyyətində olan avtonəqliyyat vasitəsi lizinq predmeti olduqda, lizinq müqaviləsi əsasında istifadə etdiyi avtonəqliyyat vasitəsinin istifadə nəticəsində üçüncü şəxslərə dəyə biləcək zərərlə bağlı həmin avtonəqliyyat vasitəsinin sahiblərinin mülkiməsuliyyətini, bu Qanunun 8.3-cü maddəsini nəzərə almaqla, icbari qaydada sığorta etdirməlidir. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh2 təqsirli olması DYPİ-nin YPXA-nın CYP 756154 nömrəli X9 Protokolunda öz əksini tapmışdır. xx.xx.2014-cü il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq “Mercedes Benz C200” markalı, ** SH *** dövlət qeydiyyat nişanlı avtomobilə 1314 manat zərər təyin edilmişdir. RK-********** saylı sığorta müqaviləsinin 012036 saylı sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti sığortalıya 1314 manat sığorta ödənişi həyata keçirmişdir. Qeyd olunan yol-nəqliyyat hadisəsi neticəsində İddiaçı sığorta şirkətinə qalan 1314 manat zərər məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənləri nəzərə alaraq iddiaçı X6 məxsus və İddiaçı Sığorta Şirkətində sığortalanmış “Mercedes Benz C200” markalı, ** SH *** dövlət qeydiyyat nişanlı avtomobil vurulan ziyanın əvəzində 1314 manat sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı 30,40 manat dövlət rüsumu, cəmi 1344,40 manat cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə əsasında nümayəndəsi X7 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin göstərmişdir ki, mülkiyyətçiyə qarşı iddia ona görə qaldırılmışdır ki, o nəqliyyat vasitəsini icbari sığorta etdirməmişdir, idarə edən şəxsə qarşı ona görə qaldırılmışdır ki, o etibarnamə olmadan avtomaşını idarə etmiş və təqsirkardır, Cavabdeh3 qarşı ona görə qaldırmışlar ki, sonuncu etibarnamə onun adına verilmişdir və o, avtomaşının qanuni sahibidir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh1 iddianı qəbul etməyərək öz izahatında göstərmişdir ki, avtomaşının ona heç bir aidiyyəti yoxdur. Həmin avtomaşını xalası oğlu Adıgözəlov Vüsal Barat oğlu almış, o ona etibarnamə vermişdir. Sonra isə xalası oğlu demişdir ki, avtomaşını satmışdır. Bir neçə dəfə o, digər şəxslərə də etibarnamə vermişdir. O anlamır ki, tələb niyə ona qarşı yönəlmişdir. İddianı əsassız hesab edir və rədd edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh3 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh2 yaşayış yeri məlum olmadığından onu məhkəməyə dəvət etmək mümkün olmamışdır. Bu barədə onun axırıncı yaşayış yerindən məhkəmə bildirişi müvafiq qeydlə məhkəməyə daxil olduqdan sonra, məhkəmə AR MPM-nin 147-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə AR DİN BDYPİ tərəfindən verilmiş AB seriyalı 021133 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin kserosurətinə əsasən «Mercedes Benz C200 CDİ» minik markalı ** SH *** dövlət nömrə nişanlı avtomaşın X4 adına qeydiyyata alınmışdır. İş üzrə X8 tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli etibarnamənin kserosurətinə əsasən A.Quliyevə məxsus «Mercedes Benz C200 CDİ» minik markalı ** SH *** dövlət nömrə nişanlı avtomaşını idarə edilməsi X3 xx.xx.2015-ci il tarixədək etibar edilmişdir. İş üzrə AR DİN BDYPİ tərəfindən verilmiş AB seriyalı 644374 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin kserosurətinə əsasən «Kamaz 53229 C» yük markalı ** ML *** dövlət nömrə nişanlı avtomaşın Cavabdeh1 adına qeydiyyata alınmışdır. İş üzrə Cavabdeh1 tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli etibarnamənin kserosurətinə əsasən Cavabdeh1 məxsus «Kamaz 53229 C» yük markalı ** ML *** dövlət nömrə nişanlı avtomaşını idarə edilməsi Adıgözəlov Vüsal Barat oğluna xx.xx.2061-ci il tarixədək etibar edilmişdir. İş üzrə AR DİN-nin Baş Dövlət X14 tərəfindən verilmiş arayışından görünür ki, «Kamaz 53229 C» yük markalı ** ML *** dövlət nömrə nişanlı avtomaşın X4 adına qeydiyyata alınmış, xx.xx.2011-ci il tarixli etibarnaməyə əsasən maşın Adıgözəlov Vüsal Varat oğluna etibar edilmiş, xx.xx.2014-cü il tarixli etibarnaməyə əsasən maşın Cavabdeh3 etibar edilmiş, xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən maşın X2 adına qeydiyyatdan keçmişdir. İş üzrə Nərimanov rayon DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2014-cü il tarixli X9 protokola əsasən, Cavabdeh2 xx.xx.2014-cü il tarixdə saat 15.00 radələrində “Kamaz 53229” markalı, ** ML *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Əhməd Rəcəbli küçəsində Z.Bünyadov prospekti ilə kəsişmədə əks istiqamətli hərəkət zolağına çıxmadan soldan sağa manevr edərək özündən sağ tərəfdə eyni istiqamətdə hərəkət edən “Mercedes Benz C200” markalı, ** SH *** nömrəli avtomobil ilə toqquşmuş, yoxlanılması zamanı sürücü etibarnaməni təqdim etməmişdir. Xəta nəticəsində Cavabdeh2 AR İXM-nın 151.1-ci və 152.1-ci maddələri ilə təqsirli bilinib 40 manat cərimə edilmişdir. İş üzrə Cavabdeh2 tərəfindən Nərimanov RPİ DYPŞ-nə ünvanlanmış izahatdan görünür ki, xx.xx.2014-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı o, avtomaşını etibarnamə ilə idarə etmişdir və həmin vaxtı yanında hər hansı şəxsin olması barədə məlumat verməmişdir. İş üzrə xx.xx.2014-cü il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə aktına əsasən “Mercedes Benz C” markalı ** SH *** dövlət nömrə nişanlı avtomaşına yol-nəqliyyat hadisəsi zamanı 1314 manat ziyan dəymişdir. İş üzrə İddiaçı Sığorta Şirkəti ASC tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, 012036 saylı sığorta aktından görünür ki, PK********** saylı sığorta müqaviləsi üzrə sığortaçı qismində İddiaçı Sığorta Şirkəti ASC sığortalı X3 məxsus «Mercedes Benz C200» markalı ** SH *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək – 1 il müddətinə sığorta olunmuş, sığorta məbləği 5.000 manat müəyyən olunmuş, xx.xx.2014-cü il tarixdə Bakı şəhəri, Ə.Rəcəbli ilə Z.Bünyadov prospekti kəsişməsində “Kamaz 53229C” markalı ** ML *** dövlət qeydiyyat nişanlı avtomobil sığortalanmış avtomobillə toqquşmuş, həmin avtomobilə 1314 manat ziyan dəymiş və bununla bağlı 1314 manat sığorta ödənişi həyata keçirilmişdir. İş üzrə xx.xx.2014-cü il tarixli İddiaçı Sığorta Şirkətinin kassa məxaric orderindən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən X3 PAT1 No 012036/2014 saylı sığorta aktına əsasən 1314 manat sığorta ödənişi ödənilmişdir. İş üzrə İddiaçı Sığorta Şirkəti ASC tərəfindən Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 ünvanlanmış pretenziyalardan görünür ki, Cavabdeh2 tərəfindən idarə olunan “Kamaz 53229C” markalı, ** ML *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yol nəqliyyat hadisəsi törədərək “Mercedes Benz C200” markalı, ** SH *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi ziyan vurmuşdur. İddiaçı Sığorta Şirkəti öz növbəsində dəymiş zərəri aradan qaldıraraq “Mercedes Benz C200” markalı, ** SH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 550 manat sığorta ödənişi həyata keçirmişdir. xx.xx.2014-cü il tarixdə yol-nəqliyyat hadisəsi zamanı “Kamaz 53229C” markalı, 90ML374 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığorta şəhadətnaməsi mövcud olmadığından Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı subroqasiya hüquqları yaranmışdır. İddiaçı Sığorta Şirkəti ASC tərəfindən həyata keçirilən 550 manat sığorta ödənişini 10 iş günü ərzində ödənilməsi xahiş olunmuşdur. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh2 etibarnamə olmadan idarə etdiyi və Cavabdeh1 adına daşınar əmlakın dövlət reyestrində qeydə alınmış «Kamaz 53229C» markalı ** ML *** dövlət nömrə nişanlı avtomaşın xx.xx.2014-cü il tarixdə yol-nəqliyyat hadisəsi törətmişdir. Həmin yol-nəqliyyat hadisəsi nəticəsində kasko sığorta üzrə İddiaçı Sığorta Şirkəti ASC-də sığortalanmış “Mercedes Benz C200” markalı, ** SH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ziyan dəymişdir. İddiaçı sığorta təşkilatı tərəfindən “Mercedes Benz C200” markalı, ** SH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 1314 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Cavabdeh2 «Kamaz 53229C» markalı ** ML *** dövlət nömrə nişanlı avtomaşını etibarnamə olmadan idarə etmiş və Nərimanov RPİ-nin DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2014-cü il tarixli X9 protokola əsasən yol-nəqliyyat hadisəsini törətmiş Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 151.1-ci, 152.1-ci maddələri ilə təqsirli blinərək 40 manat cərimə edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, xx.xx.2014-cü il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz C200” markalı, ** SH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 1314 manat məbləğində ziyan sığortaçı tərəfindən sığortalıya ödənilmişdir. Belə olan halda iddiaçının vurulmuş ziyanın ödənilməsi ilə bağlı subroqasiya hüququ yaranmışdır və bu səbəbdən iddiaçı ödənilmiş 1314 manat sığorta ödənişinin cavabdehlərdən müştərək qaydada tutulmasını məhkəmədən xahiş etmişdir. AR Mülki Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci madəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Məhkəmə ilk növbədə qeyd edir ki, yol-nəqliyyat hadisəsi nəticəsində sığortalıya dəymiş zərər iddiaçı tərəfindən ödənildiyindən, onun ödənilmiş ziyan məbləğində ziyan vuran şəxsə subroqasiya hüququ yaranmışdır. Bu səbəbdən iddiaçı hazırki tələblə çıxış etməkdə haqlı olmuşdur. Lakin məhkəmə vurulmuş ziyana görə cavabdehlərin birgə məsuliyyət daşıması ilə bağlı iddiaçının gətirdiyi dəlilləri qəbul etmir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, yol-nəqilyyat hadisəsi «Kamaz 53229C» markalı ** ML *** dövlət nömrə nişanlı avtomaşınla törədilmişdir və həmin avtomaşının mülkiyyətçisi Cavabdeh1dur. İş üzrə digər cavabdeh X1 AR DİN BDYPİ tərəfindən təqdim edilmiş kompüterdən çıxarışa əsasən avtomaşına etibarnamə ilə sahiblik edən şəxsdir. Cavabdeh2 isə nəqilyyat vasitəsini qanuni əsaslar olmadan idarə edən və yol-nəqliyyat hadisəsini törətmiş şəxsdir. Cavabdeh2 təhqiqat zamanı polis orqanlarına verdiyi izahatdan görünür ki, o, izahatında avtomaşını etibarnamə əsasında idarə etdiyini göstərmişdir. İddiaçı tərəfindən təqdim edilmiş etibarnamənin kserosurətindən isə görünür ki, «Kamaz 53229C» markalı ** ML *** dövlət nömrə nişanlı avtomaşının mülkiyyətçisi Cavabdeh1 tərəfindən Adıgözəlov Vüsal Barat oğluna 50 il müddətinə avtomaşına dair səlahiyyətlər (alğı-satqı, bağışlama, yüklü etm və sair) etibar edilmişdir. İddiaçı iddia ərizəsində avtomaşının etibarnamə əsasında Cavabdeh3 məxsus olmasını əsas gətirərək vurulmuş ziyanın eyni zamanda ondan da tutulmasını xahiş edir. Lakin iddiaçı həmin avtomaşını Cavabdeh2 idarə etmək üçün məhz Cavabdeh3 tərəfindən verilməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə iddiaçının təqdim etdiyi sənədlər sırasında yalnız Cavabdeh1 tərəfindən Adıgözəlov Vüsal Barat oğluna verilmiş etibarnamə var. Həmin şəxsə qarşı isə iddiaçı tərəfindən tələb irəli sürülməmişdir. AR Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci madəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Mülki qanunvericiliyin tələblərinə əsasən yüksək təhlükə mənbəyinin vurduğu ziyana görə cavabdehliyi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxs daşıyır. Lakin eyni zamanda qanunvericiliyin tələbinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Bu halda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Əks halda vurulmuş ziyana görə məsuliyyəti həm mənbə sahibi, həm də ona hüquqa zidd yiyənlənmiş şəxs birgə daşıyır. Məhkəmə qeyd edir ki, yüksək təhlükə mənbəyi olan «Kamaz 53229C» markalı ** ML *** dövlət nömrə nişanlı avtomaşına dair müxtəlif vaxtlarda bir neçə şəxsin adına etibarnamələr verildiyi üçün, bu hal yüksək təhlükə mənbəyi olan avtomaşının yol-nəqilyyat hadisəsi törədilən zaman Cavabdeh1 qanuni əsaslarla sahibliyində olmadığını və avtomaşını hüquqa zidd idarə edən şəxsin istifadəsində Cavabdeh1 təqsirinin olmadığını göstərir. Yəni yol-nəqilyyat hadisəsi törədilən zaman avtomaşına hüquqi zidd yiyələnməsində Cavabdeh1 təqsiri müəyyən edilmədiyi üçün, o hazırki tələb üzrə cavabdehlik daşıya bilməz. Digər tərəfdən məhkəmə iddiaçının mülkiyyətçiyə qarşı tələbin irəli sürülmə əsası kimi avtomaşının icbari sığortalanmaması barədə dəlilləri üzrə qeyd edir ki, həmin hal mülkiyyətçinin inzibati məsuliyyətə cəlb edilmə əsası kimi müəyyən edilmişdir. Mülki məsuliyyət isə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəaları baxımından yarana bilər. Digər cavabdeh olan Cavabdeh3 də hazırki tələb üzrə cavabdehlik daşıması məhkəmə tərəfindən müəyyən edilməmişdir. Belə ki, iddiaçı iddia ərizəsində avtomaşının qanuni əsaslarla Cavabdeh3 məxsus olmasını göstərmişdir. Lakin iddia ərizəsinə avtomaşının mülkiyyətçi tərəfindən Adıgözəlov Vüsal Barat oğlunun adına verilmiş etibarnaməni əlavə etmişdir. AR DİN BDYPİ tərəfindən təqdim edilmiş «Kamaz 53229C» markalı ** ML *** dövlət nömrə nişanlı avtomaşına dair kompüterdən çıxarışda Cavabdeh3 adına xx.xx.2014-cü il tarixdə etibarnamə əverilməsi təsdiq edilsə də, avtomaşın idarə edilməsi üçün məhz onun tərəfindən Cavabdeh2 verilməsi hər hansı sübutla təsdiq olunmur. Cavabdeh2 polis orqanlarında verdiyi izahatda da avtomaşının onun tərəfindən etibarnamə əsasında idarə edilməsi göstərilsə də, Cavabdeh3 adına olan hər hansı etibarnamə təqdim olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, «Kamaz 53229C» markalı ** ML *** dövlət nömrə nişanlı avtomaşının Cavabdeh2 idarə edilməsi üçün Cavabdeh3 tərəfindən verilməsi hər hansı sübutla təsdiq olunmadığı üçün, o da hazırki tələb üzrə cavabdehlik daşıya bilməz. Beləliklə məhkəmə hesab edir ki, vurulmuş ziyana görə cavabdehliyi yalnız hadisəni törətmiş şəxs, yəni Cavabdeh2 daşıdığı üçün, subroqasiya qaydasında irəli sürülmüş tələb üzrə cavabdehliyi də məhz o daşımalıdır. Bu səbəbdən iddia tələbi vurulmuş ziyana görə qismən təmin edilməli və yol-nəqliyyat hadisəsi üzrə zərərçəkmiş şəxsə ödənilmiş sığorta ödənişi Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi üzrə ödənilmiş 30,40 manat dövlət rüsumu da Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə “Mersedes Benz C200” markalı ** SH *** dövlət nömrə nişanlı avtomaşına vurulan ziyana görə ödənilmiş sığorta ödənişinin əvəzi kimi 1314 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30,40 manat, cəmi 1344,40 (bir min üç yüz qırx dörd manat qırx qəpik) manat məbləğində pul tutulsun. İddia tələbi cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1932/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1932/2020
09.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver