Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1936/2023 15.12.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X6 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı – Cavabdeh qarşı «zərər» tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhərində 15 dekabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı «zərər» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 3,250 manat vurulmuş maddi ziyanın, əmtəəlik görünüşünün itirilməsinə görə 2000 manat pulun, 500 manat mənəvi zərərin və 77,50 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, AR DİN BDYP İdarəsinin verdiyi BB267557 №-li, xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən, **-HH-*** dövlət nömrə nişanlı, Hyundai Sonata markalı avtomaşın iddiaçıya məxsusdur. xx.xx.2023-cü il ildə, təxminən saat 10:55 radələrində Mikayıl Hüseynov və Əhəd Yaqubov küçəsinin kəsişməsində Skoda Fabia minik markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdeh yol-nəqliyyat hadisəsi törədərək iddiaçının idarə etdiyi **-HH-*** dövlət nömrə nişanlı, Hyundai Sonata markalı avtomaşınına zərər yetirmişdir. Göstərilən yol-nəqliyyat hadisəsi Skoda Fabia minik markalı, **-RE-*** dövlət nömrə nişanlı avtomaşının sahibi Cavabdeh AR İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta törətməsi nəticəsində baş vermişdir. Qeyd olunan inzibati xəta ilə yol-nəqliyyat hadisəsi arasında əlaqənin olması iddia ərizəsinə əlavə etdiyi inzibati xəta haqqında protokol, inzibati tənbeh vermə haqqında qərar, nəqliyyat vasitəsinin zədələnməsi barədə arayış və fotoşəkillərlə təsdiq olunur. Yol-hərəkəti hadisəsinə səbəb olan inzibati xətanı törədən Cavabdeh təqsiri Səbail rayon DYPŞ YNH inspektoru polis kapitanı X3 tərtib etdiyi İXM seriyalı 539443 nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol və Səbail rayon DYPŞ-nin polis kapitanı X1 çıxartdığı TP seriyalı, ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə təsdiq olunur. Qeyd olunan inzibati xəta hadisəsinə görə Cavabdeh Səbail rayon DYPŞ-nin TP seriyalı, ******* nömrəli, xx.xx.2023cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinmiş və barəsində 80 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Səbail rayon DYPŞ YNH-nin 043250 nömrəli, nəqliyyat vasitəsinin zədələnməsi barədə arayışına əsasən Cavabdeh xx.xx.2023-cü il tarixdə, 10:55 radələrində Səbail rayonu, Mikayıl Hüseynov və Əhəd Yaqubov küçəsinin kəsişməsində idarə etdiyi Skoda Fabia markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə iddiaçının idarə etdiyi Hundai Sonata markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qabaq hissəsini zədələmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının avtomaşınına ön sol fara, ön sol faraltı kripleniya, ön bufer sol tərəf nikkel kantı, ön bufer orta nikkel kantı, ön sol led fara uzun olana və avtomobilin dəmir detallarına əhəmiyyətli dərəcədə ziyan dəymişdir. “Auto Azərbaycan” şirkətinin tərtib etdiyi AA041/1855 nömrəli, xx.xx.2023-cü il tarixli akta əsasən ehtiyyat hissələr üçün 2955 manat, dəmirçi işlərinin görülməsi üçün 118 manat, boya işlərinin görülməsi üçün 177 manat, yekunda cəmi 3250 manat hesablanmışdır. Həmçinin sonuncu qeyd edilən aktda göstərilmişdir ki, bu aktda qeyd olunanlar ilkin baxış zamanı aşkar edilmişdir. Avtomobilin təmiri zamanı aşkar olunmuş əlavə ehtiyyat hissələri son akta əlavə ediləcəkdir. Həmçinin iddiaçıya məxsus avtomaşın yol-nəqliyyat hadisəsi nəticəsində qiymətinin 2000 manat miqdarında əmtəəlik görünüşünü itirmişdir, bu fakt ekpertiza təyin edilməklə rəy əsasında müəyyən edilə bilər. Həmçinin iddiaçıya yol nəqliyyat hadisəsi nəticəsində cavabdeh tərəfindən zərər vurulmağına baxmayaraq heç bir zərər ödənilməmişdir. Bu hal iddiaçıya iztirab verib, xeyli dərəcədə vaxtını alıb, ona zərər vurulmağına baxmayaraq işindən gücündən olmuş, maddi zərərin ona ödənilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin qeyd edilən hərəkətlər ilə iddiaçıya 500 manat miqdarında mənəvi zərər vurmuşdur. Sonradan iddiaçı iddia həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 3,250 manat vurulmuş maddi ziyanın, 500 manat mənəvi zərərin və 77,50 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə tərəfindən məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının izahatını və təqdim olunmuş sübutları məcmu halında qiymətləndirilməklə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. İş materiallarından olan: TP seriyalı ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərardan, İXP ******* nömrəli protokoldan və nəqliyyat vasitələrinin zədələnməsi barədə 043250 nömrəli arayışın surətindən görünür ki, Cavabdeh 19 iyul 2023-cü il tarixdə Skoda Fabia markalı ** RE *** dövlət nömrə nişanlı avtomobili idarə edərkən İddiaçı məxsus Hyundai Sonata markalı, ** HH *** dövlət nömrə nişanlı avtomobili ilə toqquşaraq avtomobilə zərər yetirmiş və İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə təqsirli bilinmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli 9/7930 №-li məhkəmə ekspertizası tərəfindən verilmiş rəydən aydın olur ki, xx.xx.2023-cü il tarixli qüsur aktında olan məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2020-ci il buraxılışlı «Hyundai Sonata» markalı, ** HH *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 3,005 manat müəyyən edilmişdir. Məhkəmə işin faktiki hallarını, maddi və prosessual normaların tələblərini dəyərləndirərək hesab edir ki, iddiaçının iddia tələbi qismən əsaslı olmaqla baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində iddiaçının əmlakına dəymiş zərərin məbləği 3,005 manat müəyyən edilməli və həmin pul vəsaiti nəqliyyat vasitəsini qanuni əsaslarla idarə edən Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə iddiaçının mənəvi ziyana görə 500 manat tələb etməsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında izah edilir ki, mənəvi zərər anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və y ahəmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə yuxarıda sadalananları və işin hallarını əsas götürərək hesab edir ki, iddiaçı cavabdeh tərəfindən aldadılmaqla mənəvi sarsıntı keçirdiyini bildirsə də, hansı mənəvi sarsıntı və ya fiziki itirab keçirdiyi barədə məhkəməyə əsaslı bir sübut təqdim edə bilməmişdir Həmçinin Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və iddia tələbi qismən təmin olunduğu halda, hazırkı iş üzrə çəkilmiş xərclər (dövlət rüsumu və ekspert tədqiqatının dəyəri) yarı hissələrdə tərəflərə aid edilməlidir. İşə əlavə edilmiş sənədlərdən görünür ki, məhkəmə xərcləri iddiaçı tərəfindən iddianın qaldırılması üçün ödənilmiş 77,50 manat dövlət rüsumundan və 50 manat Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-əmtəəşünaslıq ekspert tədqiqatının dəyərindən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 3005 manat pul vəsaiti və iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumunun 40 manat hissəsi Cavabdeh alınıb İddiaçı ödənilsin. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəməəmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərlərini təşkil edən 50 manat vəsaitin 25 manat hissəsi İddiaçı, 25 manat hissəsi isə Cavabdeh tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005; VÖEN **********; müxbir hesab Az41NABZ013601**********03944, S.W.İ.F.T. BİK: CTREAZ 22) köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №2(009)-1936/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1936/2023
15.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver