Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-196/2024 06.06.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İlkin iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi B.A.Qasımovun, İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair ilkin iddia ərizəsi üzrə, həmçinin iddiaçı Cavabdeh İddiaçı qarşı mənəvi ziyan və məhkəmə xərclərinin tutulması tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı əmlak tələbinə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh Bakı şəhəri, Səbail rayonu, M.Mənsur küçəsi, ev 94, mənzil 14Anı bankın satışı ilə hərrac yolu ilə almışdır. Həmin vaxt o, evdən verilən müddətdə çıxmadığı üçün onu məhkəmə icraçıları evdən məcburi qaydada çıxartmışlar. Həmin vaxt onun əmlakları Bakı şəhəri, Səbail rayonu, M.Mənsur küçəsi, ev 94, mənzil 14A-da qalmışdır və əmlakları çıxara bilməmişdir. Öz aralarında razılaşmışlar ki, o, əmlakları saxlamalarına görə hörmət edər. Əşyaların bir hissəsini 33 kv.metrlik mənzil sahəsinə daxil olmayan sahəyə köçürülmüşdür. Həmin sahənin mübahisələndirilməsi üçün müraciəti əsasında Bakı Apellyasiya instansiyasının inzibati qərarı vardır. Keçirilmiş icraatla razı olmadığına görə o, icra aktına imza atmamış və onu götürməmişdir, sonra icra şöbəsini məhkəməyə vermişdir. Bu səbəbdən icra əməkdaşı və Rəşadın qanunsuz əməlləri səbəbindən icra işi üzrə təhvil-təslim aktı bu gün onda yoxdur, hətta işin özü belə sonradan şöbənin arxivindən tərəflərindən yoxa çıxarılmışdır. Cavabdeh son ilə qədər əmlakların orada olmasını bildirsə də, bu yaxınlarda bildirmişdir ki, cavabdehdə heç bir əmlak yoxdur. Onun həmin mənzilə tez-tez gedib gəlməyinə qonşular da şahiddirlər. O, da məcburiyyət qarşısında məhkəməyə müraciət etmişdir. Onun əmlaklarını aşağıdakı kimidir:
1. Lüstur - iki ədəd (böyük, balaca)-500 manat
2. Pərdə - Tül gün keçməz - 270 manat
3. Televizor - 800 manat
4. Divan üstünün 4 ədəd balışları - 800 manat
5. Jurnal masası - 100 manat
6. Komod, bufet, televizor seti, stol, stul 6 nəfərlik - 4000 manat
7. Xalça 5x3 - 400 manat
8. Kampot qabı - 3 ədəd 850 manat
9. At Quran qabı - 100 manat
10. İki ədəd dini söz hədiyyə - 60+60=120 manat
11. Nabat - tovuz quşulu - 80 manat
12. 12 ədəd armudu stəkan - 52 manat
13. 12 ədəd xrustal stəkan - 84 manat
14. 12 ədəd böyük nəlbəki, 12 ədəd armudu nəlbəki, 12 ədəd razetka- 65 manat
15. 2 ədəd xrustal qrafınka (qapaqlı) - 58 manat
16. 2 ədəd xrustal qəndqabı - 50 manat
17. 2 ədəd sadə qəndqabı-20 manat
18. 1 ədəd mürəbbə qabı- 25 manat
19. Limon qabı 3 ədəd - 30 manat
20. Meyvə qabı 1 ədəd, 2 ədəddə konfet qabı (qapaqlı) - 150 manat
21. 1 ədəd qrafın -30 manat
22. 1 ədəd tort qoymaq üçün vaz- 20 manat 23.Yemək dəsti: 24 ədəd qaşıq, 24 ədəd çəngəl, 12 ədəd bıçaq, 18 ədəd çay qaşığı, 6 ədəd limon qaşığı, 12 ədəd desert vilkası, 1 ədəd kəf yığan qaşıq, 6 ədəd mürəbbə qaşığı - 60 manat 24.4 ədəd böyük bulud, 3 ədəd orta bulud,3 ədəd kiçik bulud, 12 ədəd uzun bulud, 12 ədəd kiçik kasa,24 ədəd aş boşqabı, 24 ədəd orta boşqab, 24 ədəd kiçik boşqab, 6 ədəd zeytun boşqabı (dördkünc), 3 ədəd soyutma qabı (böyük) - 700 manat
25. 6 ədəd dolma qabı, 6 ədəd qara qabı, 6 ədəd duz qabı- 700 manat
26. 12 ədəd süfrələr-600 manat
27. 1 ədəd 3 dənəli ləpə qabı- 20 manat
28. 1 ədəd qara şirniyyat qabı-20 manat
29. 1 ədəd ütü-70 manat
30. Balaca şamlar- 10 manat
31. Çay dəsti madonna-6 nəfərlik - 600 manat
32. 1 ədəd meyvə qabı - 250 manat
33. 2 ədəd ləpə qabı-200 manat
34. 2 ədəd şirniyyat qabı- 200 manat
35. 2 ədəd konfet qabı, karzinka - 150 manat
36. Meyvə qabı 2 ədəd konfet qabı- 250 manat
37. 6 ədəd rəngli bakal - 60 manat
38. 1 ədəd plisos - 180 manat
39. Paltar şukulka -35 manat
40. Şpika, şpilka vedrəsi- 10 manat
41. Divar saatı-80 manat
42. 1 ədəd lüstur-150 manat (yataq otağı)
43. Pərdə, tül, gün keçirməz -220 manat
44. Pakrval - 280 manat
45. Xalça - 180 manat
46. Şfaner, Termo, kravat (taxt), 2 ədəd tumbuçka, butik - 4000 manat
47. 5 ədəd böyük mişqa-150 manat
48. 2-3 ədəd balaca mişqa- 30 manat
49. Duxular-200 manat
50. Kremlər - 50 manat
51. Kosmetikalar - 60 manat
52. hava feni - 60 manat
53. Darağlar- 5 manat
54. bəzək əşyaları-10 manat
55. suvenir-5 manat 56.Gecə paltarları, alt paltarları, toy kaşlokları, günlük kaşlokları, damaşniklər, namaz paltarı, çənəmaz (2 ədəd) - 700 manat
57. Güzgü-25 manat
58. Ütü stolu-30 manat
59. Uşağın yataq dəsti-100 manat 60.Yolka ağacı, oyuncaqları, işığı, uşağın paltarları, işığı, karobkanın içində işlənməyən paltarlar-250 manat
61. Şfanerin içində paltarlar, toy paltarları -1000 manat
62. Dəri Sumkalar - 200 manat
63. Palto-220 manat
64. 1 ədəd Balonka və kurtka 3 ədəd-70+50+50+50=220 manat
65. Gündəlik paltarlar-500 manat
66. Ayaqqabı-günlük, toy, yay və qış fəsillərinə aid ketalar, ayaqqabılar- 500 manat
67. Rəsm fırçalar, şəkillər- 50 manat
68. Dəsmallar-150 manat
69. Qətvələr-200 manat
70. Hamam xalatı-50 manat
71. Uşaq üçün hamam xalat dəsti-40 manat
72. 6-7 ədəd pastellər-450 manat
73. Corablar, kapron kalqotka, qış üçün kalqotkalar-100 manat
74. Şalvar və yubkalar-100 manat
75. Uşağın paltarları-200 manat
76. Uşağın ayaqqabıları-100 manat
77. 1 ədəd taxt döşəyi-300 manat
78. 1 ədəd tək nəfərlik döşək-150 manat
79. Taxt yorğanı-200 manat
80. 2 ədəd tək nəfərlik yorğan-300 manat
81. 6 ədəd balış-600 manat
82. 2 ədəd ədyal maloçni- 140 manat
83. 1 ədəd qalın ədyal- 45 manat
84. 2 ədəd gündəlik ədyal-90+90=180 manat
85. 2 ədəd sırıqlı ədyal-50+50=100 manat
86. 1 ədəd nazik xalça-150 manat
87. 1 ədəd uşaq ədyalı-20 manat
88. Veşilkalar-15 manat
89. Mətbəxt üçün: pərdə tülü, gün keçirməz-150 manat
90. Lüstur- 80 manat
91. 1 ədəd kartinka-150 manat
92. Soyuducu -1300 manat
93. Paltaryuyan maşın “LG” markalı - 750 manat
100. Kuxna stolu oturacaqları ilə birlikdə 4 ədəd -300 manat
101. Ət çəkən maşın -175 manat
102. sok çəkən maşın -165 manat
103. blender -onun içində olanlar - 70 manat
104. xalça - 170 manat
105. kuxna mebeli - 800 manat
106. qaz peçi - 120 manat
107. asperator- 80 manat
108. moyka krantı- 30 manat
109. gündəlik yemək servisi- 6 nəfərlik, qırmızı qara rəngli - 350 manat
110. İki dəst qazanlar - 280 manat, 180 manat
111. Çüyün qazanlar-(böyük balaca) 150 manat
112. kapron qazanlar-(böyük balaca) - 50 manat
113. Yağ bidonu- 10 manat
114. Tyorka, alma doğrayan, taxta qaşıqlar-30 manat
115. Şüşə qazan dəsti-250 manat
116. Bıçaq dəsti-50 manat
117. Çömçə dəsti -35 manat
118. Bıçaq dəsti- 30 manat
119. padnoslar- 3 cür-50+5+20=75 manat
120. Ədviyya qabları-30 manat
121. Çaşqalar- gündəlik- 25 manat
122. ərzaq qabları-40 manat
123. Tort qabı-20 manat
124. Meyvə qabı-gündəlik-25 manat
125. Tok peçi-350 manat
126. Taxta -3 cür-25 manat
127. çay dəsmalları, qazan qapaqları,tək qazanlar-250 manat
128. Oxlov, yuxayayan, termus-40 manat
129. Nijiveka qazan dəsti, qrafınka- 2 cüt vedrə, 2 cür tas, kasa, masqura, iynəsap qutu- 300 manat
130. dəhliz üçün: iki cüt lüstur - 30 manat
131. Xalça - 180 manat
132. 2 ədəd kartinka - 50+50=100 manat
133. şüşə silən, qaz silən, paraşoklar, sabunlar, şampunlar, lif, kisə, və sair süpürgə, pol silən, pol taxtası, paltar setkası-250 manat
134. 18 ədəd bakallar sadə - 150 manat
135. uşaq beşiyi - 500 manat - cəmi 39.881 manat təşkil edir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh:
1. Lüstur - iki ədəd (böyük, balaca) -500 manat
2. Pərdə - Tül gün keçməz - 270 manat
3. Televizor - 800 manat
4. Divan üstünün 4 ədəd balışları - 800 manat
5. Jurnal masası - 100 manat
6. Komod, bufet, televizor seti, stol, stul 6 nəfərlik - 4000 manat
7. Xalça 5x3 - 400 manat
8. Kampot qabı - 3 ədəd 850 manat
9. At Quran qabı - 100 manat
10. İki ədəd dini söz hədiyyə- 60+60=120 manat
11. Nabat -tovuz quşulu- 80 manat
12. 12 ədəd armudu stəkan - 52 manat
13. 12 ədəd xrustal stəkan - 84 manat
14. 12 ədəd böyük nəlbəki, 12 ədəd armudu nəlbəki, 12 ədəd razetka- 65 manat
15. 2 ədəd xrustal qrafınka (qapaqlı) - 58 manat
16. 2 ədəd xrustal qəndqabı-50 manat
17. 2 ədəd sadə qəndqabı-20 manat
18. 1 ədəd mürəbbə qabı- 25 manat
19. Limon qabı 3 ədəd - 30 manat
20. Meyvə qabı 1 ədəd, 2 ədəddə konfet qabı (qapaqlı) - 150 manat
21. 1 ədəd qrafin -30 manat
22. 1 ədəd tort qoymaq üçün vaz - 20 manat
23. Yemək dəsti: 24 ədəd qaşıq, 24 ədəd çəngəl, 12 ədəd bıçaq, 18 ədəd çay qaşığı, 6 ədəd limon qaşığı, 12 ədəd desert vilkası, 1 ədəd kəf yığan qaşıq, 6 ədəd mürəbbə qaşığı - 60 manat
24. 4 ədəd böyük bulud, 3 ədəd orta bulud,3 ədəd kiçik bulud, 12 ədəd uzun bulud, 12 ədəd kiçik kasa,24 ədəd aş boşqabı, 24 ədəd orta boşqab, 24 ədəd kiçik boşqab, 6 ədəd zeytun boşqabı (dördkünc), 3 ədəd soyutma qabı (böyük) - 700 manat
25. 6 ədəd dolma qabı, 6 ədəd qara qabı, 6 ədəd duz qabı- 700 manat
26. 12 ədəd süfrələr-600 manat
27. 1 ədəd 3 dənəli ləpə qabı- 20 manat
28. 1 ədəd qara şirniyyat qabı-20 manat
29. 1 ədəd ütü-70 manat
30. Balaca şamlar- 10 manat
31. Çay dəsti madonna-6 nəfərlik -600 manat
32. 1 ədəd meyvə qabı - 250 manat
33. 2 ədəd ləpə qabı-200 manat
34. 2 ədəd şirniyyat qabı- 200 manat
35. 2 ədəd konfet qabı, karzinka - 150 manat
36. Meyvə qabı 2 ədəd konfet qabı- 250 manat
37. 6 ədəd rəngli bakal - 60 manat
38. 1 ədəd plisos - 180 manat
39. Paltar şukulka -35 manat
40. Şpika, şpilka vedrəsi- 10 manat
41. Divar saatı-80 manat
42. 1 ədəd lüstur - 150 manat (yataq otağı)
43. Pərdə, tül, gün keçirməz -220 manat
44. Pakrval - 280 manat
45. Xalça - 180 manat
46. Şfaner, Termo, kravat (taxt), 2 ədəd tumbuçka, butik - 4000 manat
47. 5 ədəd böyük mişqa-150 manat
48. 2-3 ədəd balaca mişqa- 30 manat
49. Duxular-200 manat
50. Kremlər - 50 manat
51. Kosmetikalar- 60 manat
52. hava feni-60 manat
53. Darağlar- 5 manat
54. bəzək əşyaları-10 manat
55. suvenir-5 manat
56. Gecə paltarları, alt paltarları, toy kaşlokları, günlük kaşlokları, damaşniklər, namaz paltarı, çənəmaz (2 ədəd) - 700 manat
57. Güzgü-25 manat
58. Ütü stolu-30 manat
59. Uşağın yataq dəsti-100 manat
60. Yolka ağacı, oyuncaqları, işığı, uşağın paltarları, işığı, karobkanın içində işlənməyən paltarlar-250 manat
61. Şfanerin içində paltarlar, toy paltarları -1000 manat
62. Dəri Sumkalar-200 manat
63. Palto-220 manat
64. 1 ədəd Balonka və kurtka 3 ədəd-70+50+50+50=220 manat
65. Gündəlik paltarlar-500 manat
66. Ayaqqabı-günlük, toy, yay və qış fəsillərinə aid ketalar, ayaqqabılar- 500 manat
67. Rəsm fırçalar, şəkillər- 50 manat
68. Dəsmallar-150 manat
69. Qətvələr-200 manat
70. Hamam xalatı-50 manat
71. Uşaq üçün hamam xalat dəsti-40 manat
72. 6-7 ədəd pastellər-450 manat
73. Corablar, kapron kalqotka, qış üçün kalqotkalar-100 manat
74. Şalvar və yubkalar-100 manat
75. Uşağın paltarları-200 manat
76. Uşağın ayaqqabıları-100 manat
77. 1 ədəd taxt döşəyi-300 manat
78. 1 ədəd tək nəfərlik döşək-150 manat
79. Taxt yorğanı-200 manat
80. 2 ədəd tək nəfərlik yorğan-300 manat
81. 6 ədəd balış-600 manat
82. 2 ədəd ədyal maloçni- 140 manat
83. 1 ədəd qalın ədyal- 45 manat
84. 2 ədəd gündəlik ədyal-90+90= 180 manat
85. 2 ədəd sırıqlı ədyal-50+50=100 manat
86. 1 ədəd nazik xalça-150 manat
87. 1 ədəd uşaq ədyalı-20 manat
88. Veşilkalar-15 manat
89. Mətbəxi üçün: pərdə tülü, gün keçirməz-150 manat
90. Lüstur- 80 manat
91. 1 ədəd kartinka-150 manat
92. Soyuducu -1300 manat
93. Paltaryuyan maşın “LG” markalı - 750 manat
100. Kuxna stolu oturacaqları ilə birlikdə 4 ədəd -300 manat
101. Ət çəkən maşın -175 manat
102. sok çəkən maşın-165 manat
103. blender - onun içində olanlar - 70 manat
104. xalça - 170 manat
105. kuxna mebeli - 800 manat
106. qaz peçi - 120 manat
107. asperator- 80 manat
108. moyka krantı- 30 manat
109. gündəlik yemək servisi- 6 nəfərlik, qırmızı qara rəngli - 350 manat
110. İki dəst qazanlar - 280 manat, 180 manat
111. Çüyün qazanlar-(böyük balaca) 150 manat
112. kapron qazanlar-(böyük balaca) - 50 manat
113. Yağ bidonu-10 manat
114. Tyorka, alma doğrayan, taxta qaşıqlar-30 manat
115. Şüşə qazan dəsti-250 manat
116. Bıçaq dəsti-50 manat
117. Çömçə dəsti -35 manat
118. Bıçaq dəsti- 30 manat
119. padnoslar- 3 cür-50+5+20=75 manat
120. Ədviyya qabları-30 manat
121. Çaşqalar- gündəlik- 25 manat
122. ərzaq qabları-40 manat
123. Tort qabı-20 manat
124. Meyvə qabı-gündəlik-25 manat
125. Tok peçi-350 manat
126. Taxta -3 cür-25 manat
127. çay dəsmalları, qazan qapaqları,tək qazanlar-250 manat
128. Oxlov, yuxayayan, termus-40 manat
129. Nijiveka qazan dəsti, qrafınka- 2 cüt vedrə, 2 cür tas, kasa, masqura, iynəsap qutu.- 300 manat
130. dəhliz üçün: iki cüt lüstur - 30 manat
131. Xalça - 180 manat
132. 2 ədəd kartinka - 50+50=100 manat
133. şüşə silən, qaz silən, paraşoklar, sabunlar, şampunlar, lif, kisə, və sair süpürgə, pol silən, pol taxtası, paltar setkası-250 manat
134. 18 ədəd bakallar sadə - 150 manat
135. uşaq beşiyi - 500 manat - cəmi 39.881 manat dəyərində olan əmlakların naturada və ya onların dəyəri olan 39.881 manat pulun Cavabdeh alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı həmçinin AR MPM-nin 53-cü maddəsinə uyğun iddia tələbinin həcmini artırılaraq tələb etdiyi əmlaklarla yanaşı ümumi dəyəri 2.400 ABŞ dolları olan 5 ədəd pəncərənin də ona qaytarılmasının təmin edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı mənəvi ziyan və məhkəmə xərclərinin tutulması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, 14a saylı mənzili hərrac yolu ilə almışdır və bilərəkdən yalan danışılır. O, sözügedən 14a saylı mənzili hüquqi şəxsdən alqısatqı yolu ilə və tək payla almışdır və hal-hazırda da mülkiyyətindədir. Dediklərinin sübutu kimi isə xx.xx.2009-cu il tarixli Səbail Rayon Məhkəməsinin, 2(009)-409/2009 nömrəli qətnaməsini və xx.xx.2009-cu il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3144/09 nömrəli qərarını göstərə bilər. Həmçinin sözügedən məhkəmə aktlarından bir çox sual doğuran məqamlara aydınlıq gətirilə bilər. Daha sonra iddia ərizəsində göstərilir ki, mənzildən məcburi çixarılma vaxtı, iddiaçıya aid ev əşyaları 14a saylı mənzildə, lakin sözügedən mənzilə daxil edilməyən sahədə qaldı və bu barədə onunla razılaşdırılmışdır. Əvvəla iddia edilən hərəkət, ərizəçi tərəfindən sənət sübutla əsaslandırılmalı, mötəbər sənədlər təqdim edilməklə, sübut edilməlidir. Yalan danışmağı bacaran insandan isə yalnız sübut tələb etmək, hər bir sözünün qarşısına isə əks arqument qoymağı, o, artıq 17 ilə yaxın müddətdə vərdiş etmişdir. 14a saylı mənzil ona boşaldılaraq təhvil verilmiş, əşyalar icraçıların və tələbkarın iştirakı ilə saxlanc yerinə göndərilmiş, bununla əlaqədar tərtib edilmiş akta, hətta şahid kimi o, da qol çəkmişdir və əlbətdəki bütün bu icra işləri iddiaçının, ərinin və kürəkəninin iştirakı ilə baş vermişdir. 14a saylı mənzil tək payla ona məxsusdur və bu hüquqi vəziyyət həmin dövrdə də eyni olmuş, mənzilin daxilində digər paylı sahə ümumiyyətcə olmamışdır. Daha sonra iddia ərizəsində bildirilir ki, icra aktına cavabdeh imza etməmiş və məlum icra aktını götürməmiş, sonralar icra şöbəsini məhkəməyə vermiş və bu səbəbdən icraçıların təhvil-təslim aktı cavabdehdə yoxdur. Həmçinin bu hall üzrə onun və icra məmurunun qanunsuz əməlləri qeyd edilir və səbəb kimi göstərilir, icra işi üzrə sənədlərin isə arxivdən yoxa çıxması bildirilir. Əvvəla icra hərəkətlərindən şikayətçi olan iddiaçı, məlum təhvil-təslim aktını və qərarını mübahisələndirə bilərdi və bütün sənədləri əldə edə bilərdi, əlbətdəki dedikləri yalan olmasaydı. Daha sonra iddiaçı bildirir ki, icraçılarla əlaqədar məhkəmə işi olmuşdur, bəs nəticəsi, yəni Qərar və ya Qərardad təqdim edilmir və əlbətdəki yalan danışır. Həmçinin onun qanunsuz əməllərinin olmasını bildirir və bunun nədən ibarət olması göstərilmir, halbuki, iddiaçı iddia edir ki, əşyalar onun evində qalmış, aralarında razılaşma olmuş və bu vəziyyət davam etmişdir. Onda sual yaranır ki, o dövr üçün, narazı tərəflər necə razılığa gəliblər və uzun müddət əşyalar etibar edilib. Əlbətdə ki, hadisələr və münasibətlər arasındakı məntiqi bağ görünmür və ola da bilməzdi. İddiaçı tərəf zatən şər-böhtançı olduğundan, heç sonuncudan cavab sormaq da mənasızdır, çünki yalançının yaddaşı olmaz. Daha sonra həyasızcasına iddia edilir ki, son ilə qədər, yəni 2023-cü ilə qədər sözügedən əşyalar onun mənzilində olmuş və iddiaçı da həmin mənzilə tez-tez gedib gələrmiş. İddiaçı 18 ildən sonra məhkəmədə bu cür iddia qaldırmış və bu vaxta qədər bu məsələ ilə bağlı hər hansı məhkəməyə və dövlət orqanlarına müraciət etməmişdir. Rəsmi sənədlərdən də göründüyü kimi, İddiaçı və ailəsi sözügedən mənzildən 2006-cı ilin may ayının sonlarında çıxarılmış, o, isə həmin mənzili 2007-ci ilin fevralında almışdır. Deməli həmin vaxt əşyaların ona təhvil verilməsi nəzəri cəhətdən mümkün deyildir, çünki o, həmin dövrdə mənzilin mülkiyyətçisi olmamışdır. İddiaçı tərəfindən onun məhkəməyə verilməsi qərəzli mövqe və bu vəziyyətin uzun müddəti olmaqla 18 il davam etməsi, mənzildə keçirtdiyi iztirab və sarsıntı nəticəsində mənəvi zərərin ödənilməsini qaçılmaz etmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdeh İddiaçı onun xeyrinə vəkillə bağladığı müqaviləyə görə 300 manat, etibarnamə üçün 21 manat, qarşılıqlı iddia ilə bağlı dövlət rüsumu üçün ödənilmiş 30 manat və mənəvi ziyana görə 500 manat, cəmi 851 manat məbləğində pul tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış ilkin iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi X4 ilkin iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini, qarşılıqlı iddia isə qəbul etməyərək onun rədd edilməsini məhkəmədən xahiş etmişdir. İlkin ddia üzrə iddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, uzun müddət məhkəməyə müraciət etməməyinin səbəbi cavabdehin onu aldatması olmuşdur, uzun müddət məhkəmə çəkişməsi olmuşdur. O, əmlaklarını tələb edir, evdən 2007-ci ilin yanvar ayının 26-da çıxarılmışlar. Həmin vaxt bank işçisi kimi Rəşad orada olmuşdur. Məhkəmə iclasında izahatı alınmış ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin iddianı qəbul etməyərək onun rədd edilməsini, qarşılıqlı iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh həmçinin göstərmişdir ki, o, evi bankdan 2007-ci ilin fevral ayında almışdır. Ev bərbad vəziyyətdə olmuş, onun fotoşəkillərini də məhkəməyə təqdim etmişdir. Həmin evdə iddiaçıya məxsus hər hansı bir əmlak qalmamışdır. İddiaçının baxış zamanı soyuducunun onlara məxsusluğu barədə dedikləri əsassızdır, soyuducu yoldaşı tərəfindən cehiz olaraq gətirilmiş və həmin marka soyuducu 2010-cu ildən sonra buraxılmışdır. Ekspertin iştirakı ilə keçirilən yerli baxış zamanı evdə mövcud olan pəncərələr iddiaçının iddia etdiyi pəncərələr deyil. Eyni zamanda iddiaçı məhkəməyə müraciət etmək üçün iddia müddətini də ötürmüşdür. Bununla bağlı vəsatət də vermişdir. İddiaçının hər hansı bir əmlakı o, evi alarkən orada mövcud olmamışdır. Məhkəmə iclasında izahatı alınmış ilkin iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil ilkin iddianı qəbul etməyərək onun rədd edilməsini, qarşılıqlı iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. İlkin iddia üzrə cavabdehin nümayəndəsi həmçinin göstərmişdir ki, iddiaçının ailəsi məhkəmə qərarı ilə mənzildən çıxarılmış, cavabdeh isə həmin ev üzərində mülkiyyəti 2007-ci ilin fevral ayında əldə etmişdir. İddiaçı tərəfindən evdən çıxdıqdan sonra orada olan və ona məxsus əmlakların cavabdehə rəsmi qaydada təqdim olunması və təhvil verilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir, belə bir sübutlarla da ola bilməz, çünki icra məmuru köçürməni həyata keçirən zaman həmin əmlakları onların kənarda yerləşən məhsul saxlanc yerinə vermişlər. Cavabdeh evi boş vəziyyətdə və tam yararsız vəziyyətdə qəbul etmişdir. İş materiallarını araşdırıb, tərəflərin izahatlarını və şahid ifadələrini dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ilkin iddia tələbi təmin edilməməli, qarşılıqlı iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, o, iddiaçının yoldaşı Bahadurla xala nəvəsidir. 2006-cı ilin avqust ayının 21-də yanacaq doldurma məntəqəsində işləyən zaman 2007-ci ilin yanvar ayının 26-na qədər Bacadurun evində qalmışdır və orada olan əmlaklardan istifadə etmişdir. Mətbəx mebeli, otaqlarda isə yataq və digər mebel dəstləri olmuşdur. 2016-cı ildə o, həmin həyətdən ev alarkən Rəşadın iddiaçıya məxsus stol və digər əmlaklardan istifadə etməsinin şahidi olmuşdur. Həyətdə də 5 alüminium İran istehsalı olan pəncərə olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, o, iddiaçının ailəsi ilə ailəvi dostdur. 2014-cü ilədək İçəri Şəhərdə kafesi olmuşdur, iddiaçının yoldaşı Bahadur kafeyə tez-tez gəlib-getmişdir. O, da 2014-cü ilədək həmin həyətə gedib-gəlmiş və orada dəmir reşetkanın olmasını görmüşdür. Hətta girəcəkdə sağda 1 otaq vardır ki, Bahadurgilin əmlakı ora yığılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, Bahadurla bacanaqdır, 2007-ci ilin yanvarın 26-da Bahadur zəng edərək onların evdən çıxarılmasını demiş, o, həmin həyətə getmiş, Zibanı və uşaqları götürüb başqa evə aparmış, əmlaklar isə evi alan adama təhvil verilmişdir. İcra nümayəndəsi akt tərtib etmiş və əmlakları Rəşada təhvil vermişdir. İş üzrə Bakı şəhəri Qaradağ rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnaməsinin surətindən görünür ki, X4 ilə İddiaçı arasında xx.xx.1980-cı il tarixdə nikah bağlanılmış və bu barədə akt qeydləri kitabında 89 №-li akt qeydi icra edilmişdir. Nikahdan sonra ərə Qasımov, arvada Süleymanova soyadı verilmişdir. İş üzrə Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş MH seriyalı 074578 nömrəli, xx.xx.1997-ci il tarixli qeydiyyat vəsiqəsinin surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, M.Mənsur küçəsində yerləşən 94 saylı evin 14a saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İş üzrə Səbail rayon Məhkəməsinin 2-1413/2005 saylı, xx.xx.2005-ci il tarixli qətnaməsinin surətindən görünür ki, "xxxx" X7 Bankının iddia tələbinin təmin edilməsi, cavabdeh İddiaçı, ailə üzvləri ilə birlikdə Bakı şəhəri, M.Mənsur küçəsi, 94 saylı evin, 14 “a” saylı mənzilinə yaşayış hüquqlarının itirilmiş hesab edilməsi və onların həmin mənzildən çıxarılmaları qət edilmişdir. İş üzrə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 1mk-764/2006 saylı, xx.xx.2006cı il tarixli qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayəti təmin edilməmiş, Səbail rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 6k-1144/06 saylı, xx.xx.2006-cı il tarixli qərarının surətindən görünür ki, cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Apellyasiya Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə Səbail rayon Məhkəməsinin 2-1610/2006 saylı, xx.xx.2006-cı il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdehlər "xxxx" Kommersiya Bankı, Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzin və Səbail rayon Məhkəmə Nəzarətçiləri və Məhkəmə İcraçıları şöbəsinə qarşı hərracın keçirilməsi qərarın ləğv edilməsi haqqında iddia tələbinin təmin olunmaması qət edilmişdir. İş üzrə Səbail rayon Məhkəməsinin 2(009)-409/2009 saylı xx.xx.2009-cu il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh, "xxxx" ASC-nə, “Daşınar və Daşınmaz Əmlakların satışı üzrə hərrac mərkəzi”nə, Səbail rayon Məhkəmə İcraçıları Şöbəsinə və Bakı şəhər 32 saylı Dövlət Notariat Kontoruna qarşı hərracın keçirilməməsi barədə qərarın ləğv edilərək mənzilin "xxxx" ASC-nin mülkiyyətinə verilməsi qərarının, bankın adına reyestr qeydiyyatının ləğv edilməsi, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız sayılması və sonuncunun adına verilmiş reyestr qeydiyyatının ləğv edilməsi və tərəflərin ilkin vəziyyətə qaytarılması barədə iddia tələblərinin rədd edilməsi qət edilmişdir. Həmin qətnamə ilə müəyyən olunmuşdur ki, iş materiallarına əlavə edilmiş Səbail rayon Məhkəməsinin 2-1610/2006 saylı, xx.xx.2006-cı il tarixli qətnaməsindən aydın olmuşdur ki, İddiaçı cavabdehlər "xxxx" KB-nə, “Daşınar və Daşınmaz əmlakların satışı üzrə hərrac mərkəzi”nə və Səbail rayon Məhkəmə Nəzarətçiləri və İcraçıları şöbəsinə qarşı hərracın keçirilməsi qərarının ləğv edilməsi barədə iddiası rədd edilmiş və həmin qətnamədən apellyasiya şikayəti verilmədiyindən qanuni qüvvəyə minmişdir. Hərracın keçirilməsi qərarının ləğv edilməsi barədə tələbin rədd edilməsinə dair qətnamə hazırki mübahisənin həlli üçün preyudisial əhəmiyyət kəsb etdiyindən, hərracın keçirilməsi qərarının ləğv edilməsinə dair tələb təmin edilməmişdir. Bundan başqa, mübahisəlim mənzilin mülkiyyətçisi Cavabdeh münasibətdə məhkəmə hesab etmişdir ki, “müqavilə azadlığı” prinsipi çərçivəsində "xxxx" ASC mülkiyyətində olan mənzil üzərində sərəncam verərkən tam sərbəst iradəsi ilə hərəkət etmiş, mənzilin qiyməti tərəflərin qarşılıqlı razılığı ilə müəyyənləşdirilmiş, Cavabdeh "xxxx" ASC-dən ünvan 1 ünvanında yerləşən mənzili notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsinə əsasən almaqla həmin mənzilə hüququnu qeydiyyat şəhadətnaməsi ilə rəsmiləşdirməklə mülkiyyət hüququ əldə etmişdir. İş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 2(102)-3144/2009 saylı, xx.xx.2009-cu il tarixli qərarın surətindən görünür ki, İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin MİÜMK-nın xx.xx.2009-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarda göstərilmişdir ki, Bakı şəhəri, Səbail rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh, "xxxx" ASC-nə, “Daşınar və Daşınmaz Əmlakların satışı üzrə hərrac mərkəzi”nə, Səbail rayon Məhkəmə İcraçıları Şöbəsinə və Bakı şəhər 32 saylı Dövlət Notariat Kontoruna qarşı hərracın keçirilməməsi barədə qərarın ləğv edilərək mənzilin "xxxx" ASC-nin mülkiyyətinə verilməsi qərarının, bankın adına reyestr qeydiyyatının ləğv edilməsi, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız sayılması və sonuncunun adına verilmiş reyestr qeydiyyatının ləğv edilməsi və tərəflərin ilkin vəziyyətə qaytarılması barədə iddiasının rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MİÜMK-nın xx.xx.2009-cu il tarixli qətnaməsi ilə Səbail rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2270/2018 saylı, xx.xx.2023-cü il tarixli qərardadın surətindən görünür ki, ərizəçilər X3 və İddiaçı tərəfindən verilmiş “3-cü şəxs qismində cəlbetmə” barədə vəsatətlərin (ərizələrin) təmin edilməməsi qərara alınmışdır. Həmin qərardadda göstərilmişdir ki, iddiaçı Cavabdeh AR ƏMDK yanında DƏDRX Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “mənzillərə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq texniki pasportun tərtib edilməsi və reyestrdən çıxarışın verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1232/2018 saylı iş üzrə qəbul etdiyi xx.xx.2018-ci il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, ev 94, 9 saylı mənzilə dair ümumi sahəsi 31,4 kv.m. kimi göstərilməklə, Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, ev 94, 12 saylı mənzilə dair ümumi sahəsi 36,4 kv.m.göstərilməklə, Bakı şəhəri, Səbail rayonu, Mirzə Mansur küçəsi, ev 94,14a saylı mənzilə dair ümumi sahəsi 133,2 kv.m. kimi göstərilməklə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, həmin mənzillərə dair texniki pasportun tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2270/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1232/2018 saylı iş üzrə qəbul etdiyi xx.xx.2018-ci il tarixli qərarı dəyişdirilmiş, Bakı şəhəri, Səbail rayonu, Mirzə Məsur küçəsi, ev 94, 14a saylı mənzilə dair ümumi sahəsi 129,39 kv.m. kimi göstərilməklə Cavabdeh adına dövlət reyestrində qeydə alınması, həmin mənzillərə dair texniki pasportun tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi AR ƏMDK yanında DƏDRX Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmişdir. İddiaçının apellyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(102)-646/2019 nömrəli işi üzrə qərarı ilə iddiaçının və cavabdehin kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2-1(103)-2270/2018 nömrəli iş üzrə qərarı dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2023-cü il tarixdə ərizəçi X1 məhkəməyə sözügedən məhkəmə işi üzrə “3-cü şəxs qismində cəlb edilməsi” barədə vəsatəti daxil olmuşdur. xx.xx.2023-cü il tarixdə digər ərizəçi İddiaçı məhkəməyə sözügedən məhhkəmə işi üzrə “3-cü şəxs qismində cəlb edilməsi” barədə vəsatəti daxil olmuşdur. İş üzrə Bakı şəhəri Nəsimi rayon MKTB-nin 31 saylı MKİS tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışın surətinə əsasən İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mkr, 20 Yanvar küçəsində yerləşən 18a saylı evin 1 nömrəli mənzilində qeydiyyatdadır. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsində yerləşən 94 saylı evin ümumi sahəsi 133,2 kv.m. olan 14a saylı mənzili tam mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydiyyata alınmışdır. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2019cu il tarixli mənzilin texniki pasportun surətindən görünür ki, Cavabdeh məxsus Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsində yerləşən 94 saylı evin 14a saylı mənzil 1-ci mərtəbədə yerləşir, 3 yaşayış otaqlardan ibarətdir, ümumi sahəsi 133,2 kv.m., yaşayış sahəsi 52,6 kv.m. təşkil etmişdir. İş üzrə təyin edilmiş məhkəmə məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 9/963 saylı rəyinə əsasən: ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1130,00 manat müəyyən edilir: - 01 ədəd “LG” markalı, “MEZ62212840” model, 590 (W)x685(D)x1695(H) mm ölçülü, boz rəngli, iki qapılı, qapısını üzərində kilid olan soyuducu – 400,00 manat, - 01 ədəd 143x180 sm. ölçülü ağ rəngli plastik pəncərə - 120,0 manat, - 01 ədəd 155x180 sm. ölçülü ağ rəngli plastik pəncərə - 140,0 manat, - 01 ədəd 252x180 sm. ölçülü ağ rəngli plastik pəncərə - 220,0 manat, - 01 ədəd 280x180 sm. ölçülü ağ rəngli plastik pəncərə - 250,0 manat. Digər iddia ərizəsində qeyd edilən mallar tədqiqata təqdim edilmədiyindən və haqqında ətraflı məlumat (markalı, modeli, ölçüsü, istismar müddəti və digər göstəriciləri və s.) olmadığından qiymətləndirmə aparmaq mümkün olmadı. Məhkəmə verilmiş ilkin iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə "xxxx" Kommersiya Bankı arasında kredit müqaviləsi bağlanılmış və həmin kreditin təminatı kimi Bakı şəhəri, N.Mənsur küçəsi, 94 saylı evin 14a saylı mənzili girov qoyulmuşdur. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə İddiaçı bank qarşısında olan öhdəliyinin lazımi qaydada icra edilməməsi səbəbindən müqavilə üzrə yaranmış borcun tutulması və tutmanın girov predmetinə yönəldilməsi qət edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, icra sənədi üzrə sifariş əsasında hərrac mərkəzi tərəfindən girov predmetinin hərracdan satılması proseduruna başlanılmış, hərracdan əmlak alınmadığı üçün banka təklif edilmiş, mənzil 2005-ci ildə bankın mülkiyyətinə keçmiş, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə İddiaçı ailə üzvləri ilə birlikdə yaşayış sahəsinin istifadə hüquqları itirilmiş, onların həmin mənzildən çıxarılması qət edilmiş və sonradan həmin mənzil bank tərəfindən hazırki Cavabdeh satılmışdır. İlkin iddia üzrə iddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdeh mübahisəli mənzili bankdan almışdır. O, mübahisəli mənzildən verilən müddətdə çıxmadığı üçün onu məhkəmə icraçıları evdən məcburi qaydada çıxartmışlar. Həmin vaxt ona məxsus əmlaklar mübahisəli mənzildə qalmış və o, əmlakları çıxara bilməmişdir. Bu səbəbdən iddiaçı iddia ərizəsində sadalanmış 135 adda əmlakların naturada və ya onların dəyəri olan 39.881 manat pulun ödənilməsi, həmçinin ümumi dəyəri 2.400 ABŞ dolları olan 5 ədəd pəncərənin cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh məhkəmə iclasında verdiyi izahatında və iddiaya qarşı yazılı etirazında mənzili boş vəziyyətdə qəbul etdiyini göstərmişdir. Məhkəmə ilk növbədə cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi ilə bağlı dəlilləri üzrə qeyd edir ki, həmin dəlillər əsassızdır. Belə ki, iddia müddətinin axımı şəxsin öz hüquqlarının pozulmasını bildiyi və bilməli olduğu vaxtdan başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Digər tərəfdən məhkəmə qeyd edir ki, hazırkı tələb iddiaçının əmlak üzərinə pozulmuş mülkiyyət hüquqlarının aradan qaldırılması ilə bağlı olduğundan, hazırki tələbə iddia müddəti şamil oluna bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə, iddia müddəti şamil edilmir. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarında qeyd edilmişdir ki, nəzərə alınmalıdır ki, MM-in 384.0.4-cü maddəsi müqavilədən irəli gələn tələb etmək hüququnu deyil, əşya hüquqları ilə bağlı halları tənzimləyir. Əşya hüquqları tam və məhdud əşya hüquqları olaraq iki əsas qrupa ayrılır: tam əşya hüququ - mülkiyyət hüququ; məhdud əşya hüquqları - servitut, uzufrukt, tikintiyə vərəsəlik, girov və ipoteka. Bu hüquqların xüsusiyyəti ondan ibarətdir ki, bu hüquqlardan istifadə edilməməsi onların aradan qalxmasına səbəb olmur və hər kəsə qarşı tələbin irəli sürülmə imkanı da hər hansı bir müddətlə məhdudlaşdırılmır. Bu səbəbdən məhkəmə hesab edir ki, Cavabdeh hazırki iddia tələbi üzrə iddia müddətinin ötürülməsi ilə bağlı gətirdiyi dəlilləri əsassız hesab edilməlidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Ona görə əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Əşyalar daşınmaz və daşınar ola bilər (maddə 135.4). Daşınmaz əşyalara aid edilə bilməyən bütün əşyalar daşınar əşyalar sayılır. (maddə 135.5) Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göstərilən Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə qeyd edir ki, ilkin iddia üzrə iddiaçı ailə üzvləri ilə birlikdə 15 ildən artıq müddətdə mübahisəli mənzildən çıxarıldığından, bu müddət ərzində əmlakların geri qaytarılması barədə tələb irəli sürmədiyindən, mənzildən çıxarıldıqdan sonra əmlakların həmin mənzildə qalması, hərracdan sonra əmlak üzərində mülkiyyət hüququ əldə etmiş bankın həmin mənzili hazırki cavabdehə satarkən əmlakların həmin mənzildə olmasını təsdiq edən sübutların mövcud olmamasını, eyni zamanda təyin edilmiş ekspertiza tədqiqatı zamanı da mübahisəli mənzildə həmin əmlakların mövcudluğu təsdiq olunmadığından, iddia edilən plastik pəncərələr isə mənzilin divarında quraşdırılmış vəziyyətdə olduğundan, cavabdeh tərəfindən mübahisəli mənzil alınarkən pəncərələrin quraşdırılmamış vəziyyətdə olması barədə sübutların mövcud olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddiaçı tərəfindən qaldırılan iddia tələbi əsaslı hesab edilə bilməz və təmin edilməməlidir. Yəni iddiaçı tərəfindən onun mənzildən çıxarılması zamanı ona məxsus olan əmlakların akt əsasında cavabdehə saxlanc üçün təhvil verilməsi barədə məhkəməyə hər hansı bir sübut təqdim edilə bilməmişdir. Məhkəmə eyni zamanda şahid qismində ifadə verən şəxslərin ifadələrinə də tənqidi yanaşaraq onları sübut kimi qəbul etmir. Belə ki, həmin şəxslər iddiaçı ilə həm qohumluq münasibətində, həm dostluq münasibətində olan şəxslər olmaqla iddia tələbində qeyd edilənlərlə ziddiyyətli ifadələr vermişlər (şahidin biri dəmir reşotka, digəri alüminium pəncərənin həyətdə gördüyünü bildirmişlər). Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır». Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Kuznetsov və digərlərinin işi üzrə 21 yanvar 2007-ci il tarixli qərar; Hiro Bilaninin işi üzrə 9 dekabr 1994-cü il tarixli qərar). Həmin Məhkəmənin Van de Huk Niderlanda qarşı işi üzrə 19 aprel 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən görünür ki, hər bir tərəf irəli sürdüyü iddia tələblərini sübut etməldir və sübutlar kifayət qədər güclü və təkzib olunmaz faktlarla əsaslanmalıdır. “Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 100-cu maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, işin hərtərəfli tədqiqi dedikdə, baxılan iş üzrə mövcud olan bütün məsələlərin, onlar daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərin hər birinin həm xeyrinə, həm də mənafeyinin ziddinə olan halların müəyyən edilməsi ilə araşdırılması başa düşülməlidir. Mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən və mübahisənin mahiyyətinə aid olan bütün materialların və faktların tədqiqi ilə təmin olunur. İşin obyekti və qanuni həlli üçün əhəmiyyət kəsb edən digər halların araşdırılması da əhatə olunmalıdır. Qanunvericilik sübutetmə vəzifəsini tərəflərin üzərinə qoyduğu kimi, eyni zamanda tərəflərin tələb və etirazlarının əsası kimi istinad etdiyi halların sübut etmə vəzifəsini də onların üzərinə qoymuşdur. Bununla yanaşı məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə qarşılıqlı iddia tələbi üzrə aşağıdakıları qeyd edir. Məhkəmə qarşılıqlı iddia tələbinin hüquqi yardım xərcinə görə 300 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilməlidir. Etibarnamə üzrə ödənilmiş 21 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli hüquqi yardım göstərilməsi haqqında müqavilədən və xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən hüquqi yardıma görə vəkil Adıl Hacalıyevə 300 manat ödənilmiş, təqdim edilən xx.xx.2024-cü il tarixli etibarnamədə edilən ödəniş məbləğin 17,25 manat təşkil etməsi müəyyən edilir. Bu səbəbdən məhkəmə hesab edir ki, hüquqi xidmətə görə ödənilmiş 300 manat, etibarnamə üzrə ödənilmiş 17,25 manat qarşılıqlı iddia üzrə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə qarşılıqlı iddia tələbinin mənəvi ziyana görə 500 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, «Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. “...xüsusi ilə qeyd olunmalıdır ki, mülki qanunvericilikdə şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi həyat sirri və şəxsi tozunulmazlıqla bağlı pozuntuların nəticəsində dəymiş ziyanın ödənilməsi nəzərdə tutulsa da digər şəxsi qeyri-əmlak hüquqlarından və qeyri-maddi nemətlərdən istifadə etmək hüquqlarının pozulması nəticəsində vurulmuş ziyanın ödənilməsi müəyyən olunmamışdır”. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenimunun 3 noyabr 2008-ci il tarixli 7 saylı qərarının 2-ci bəndində göstərilmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh ona qarşı qaldırılan iddia ilə əlaqədar mənəvi sarsıntı və iztirab keçirməsinə dair sübutları məhkəməyə təqdim edə bilmədiyindən, qarşılıqlı iddia tələbi mənəvi ziyanın tutulması hissəsində əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia qismən təmin olunduğundan, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat da İddiaçı Cavabdeh xeyrinə tutulmalı, ilkin iddia rədd edildiyindən, məhkəmə xərcləri - 210 manat məbləğində ilkin iddia üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ilkin iddia üzrə iddiaçıya aid edilməli və ilkin iddia üzrə iddiaçıdan keçirilmiş ekspertiza xərcinin əvəzi kimi 50 manat məbləğində pul dövlət nəfinə tutulmalıdır. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə…
QƏT ETDİ:
İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı iddia ərizəsində sadalanmış 135 adda əmlakların naturada və ya onların dəyəri olan 39.881 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi, ümumi dəyəri 2.400 ABŞ dolları olan 5 ədəd pəncərənin ona qaytarılması barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməsin. İddiaçı keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza xərci – 50 (əlli) manat məbləğində pul dövlət nəfinə tutulsun. Qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçı Cavabdeh xeyrinə hüquqi xidmət üçün ödədiyi 300 manat, etibarnaməyə üçün ödənilən 17,25 manat, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 347,25 (üç yüz qırx yeddi manat, iyirmi beş qəpik) manat məbləğində pul tutulsun. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır.
Hakim: Şahin Abdullayev