Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1969/2020 02.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim İlkin Şahin oğlu Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi, İddiaçı “xxxxxxxxxxxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «subroqasiya qaydasında pul» tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxxxx” ASC – cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «subroqasiya qaydasında pul» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 360 manat sığorta ödənişi məbləğinin və 20,40 manat dövlət rüsumunun, cəmi 380,40 manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutulub iddiaçı “xxxxxxxxxxxxx” ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki,X3 xx.xx.2019-cu il tarixdə idarə etdiyi “Mercedes Benz C180” markalı, ** NL *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən “VAZ-21214” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Məlum olmuşdur ki, Cavabdeh1 nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etmişdir. Zərərçəkənə 360 manat ziyan dəymiş və həmin məbləğ sığorta şirkəti tərəfindən sığortalıya ödənilmişdir. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılması xahiş olunmuşdur. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Az. Resp. MPM-nın 185.5-ci maddəsinə əsaslanaraq mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakılara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İXP seriyalı ******* №-li İnzibati xəta haqqında protokoldan və TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, “VAZ 21214" markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnaməsiz idarə edən Cavabdeh1 “Mercedes Benz C180” markalı, ** NL *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur, yoxlama zamanı etibarnamə təqdim edilməmiş və nəticədə Mirzəyev Mirzənin AR İXM-nin 327.1 və 332.1-ci madəsi ilə xəta törətməsi qeyd olunmuşdur. İş materiallarında olan PGU 192373 №-li sığorta aktından və xx.xx.2020-ci il tarixli ödəniş tapşırığına əlavədən görünür ki, “Mercedes Benz C180” markalı, ** NL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X2 360 manat məbləğində sığorta ödənişi edilmişdir. İş materiallarında olan AD saylı 555465 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** BJ *** dövlət qeydiyyat nişanlı “VAZ 21214” markalı nəqliyyat vasitəsinin sahibi Cavabdeh2dur. Məhkəmə tərəfindən araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, X1 məxsus ** BJ *** dövlət qeydiyyat nişanlı “VAZ 21214” markalı nəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixdə PGU********** saylı sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə «xxxxxxxxxxxxx» ASC tərəfindən sığortalanmışdır. Cavabdeh1 xx.xx.2019-cu il tarixdə “VAZ 21214” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən avtomombili etibarnaməsiz idarə etmiş, yol-nəqliyyat hadisəsi törətmiş, “Mercedes benz C 180” markalı ** NL *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuş, nəticədə xx.xx.2019-cu il tarixli İnzibati xəta haqqında Protokoluna əsasən Cavabdeh1 AR İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 332.1-ci maddələri ilə təqsirli bilinmiş və qeyd olunan zərərin aradan qaldırılması üçün “xxxxxxxxxxxxx” ASC 360 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Az. Resp. Mülki Məcəlləsinin 883-cü maddəsinə əsasən zərərdən sığorta müqaviləsinə görə bir tərəf (sığortaçı) müqavilə ilə şərtləşdirilmiş haqq (sığorta haqqı) müqabilində digər tərəfə (sığortalıya) və ya sığorta müqaviləsi xeyrinə bağlanmış başqa şəxsə (faydalanan şəxsə) müqavilədə nəzərdə tutulan hadisənin (sığorta hadisəsinin) baş verdiyi təqdirdə həmin hadisə nəticəsində sığortalanmış əmlaka dəymiş zərərin əvəzini müqavilə ilə müəyyənləşdirilmiş məbləğ (sığorta məbləği) həddində ödəməyi (sığorta ödənişi) öhdəsinə götürür. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və ya müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 916.1 maddəsinə əsasən əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1.-ci maddəsinə əsasən, sıgorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən faydalan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya suboqrasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. «Üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin sığortası Qaydaları»-nın 12-ci bəndinə əsasən sığortaçı ödəniş verdikdən sonra ödədiyi məbləğ hüdudunda sığorta etdirənin təqsirkar şəxsə qarşı tələb hüquqlarını əldə edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1 maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə işdə olan sənədlərə hüquqi qiymət verib hesab edir ki, Cavabdeh1 iddiaçı şirkət «xxxxxxxxxxxxx» ASC-də sığortalı olan «VAZ 21214» markalı ** BJ *** dövlət nömrə nişanlı avtomobili etibarnamə olmadan idarə edərkən «Mercedes Benz C 180» markalı ** NL *** dövlət nömrə nişanlı avtomobilə zərər vurmuşdur. İddiaçı şirkət sığortaçı kimi üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək hadisə nəticəsində zərərçəkənə dəyən ziyanın əvəzi olan 360 manat məbləğində pul vəsaitini ödədiyindən iddiaçı sığorta təşkilatı haqlı olaraq ödənilmiş əvəz miqdarının, 360 manat pul vəsaitinin geriyə tələb (reqres) hüququ ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbinin əsaslı olduğu iş materialları ilə kifayət qədər sübut edildiyindən, iddia tələbi təmin edilməlidir. Məhkəmə həmçinin tələbin iddia qaldırılması üçün ödənilmiş 20,40 manat dövlət rüsumunun əvəzinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddia tələbində göstərilmiş pul tələbinin tutulması təmin olunduğundan, məhkəmə xərclərinə aid edilən iddiaçı tərəfindən iddianın qaldırılması üçün ödənilmiş 20,40 manat dövlət rüsumunun əvəzi cavabdehlərdən tutulub iddiaçıya ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 222-ci maddələrini rəh-bər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. «Mercedes Benz C 180» markalı ** NL *** dövlət qeydiyyat nişanlı avtomobilə yolnəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin aradan qaldırılması üçün sığorta şirkəti tərəfindən ödənilmiş pul vəsaitinin əvəzi olaraq 360 AZN, iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumunun əvəzi 20,40 manat olmaqla, ümumilikdə 380,40 AZN məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb iddiaçı «xxxxxxxxxxxxx» ASC-yə ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №2(009)-1969/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1969/2020
02.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver