Məhkəmə qərarları › İş №2(009)-197/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-197/2023

06.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-197/2023 06.01.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X4 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı - Cavabdeh qarşı «pul» tələbi barədə iddiası üzrə mülki işə 06 yanvar 2023cü il tarixdə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı «pul» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4,100 manat borcun və 65 manat dövlət rüsumunun əvəzinin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, cavabdeh iddiaçının qızının həyat yoldaşıdır. Hazırda qızı cavabdehdən ayrılaraq iddiaçı ilə birlikdə yaşayır. Qızı cavabdehlə birgə yaşadıqları müddətdə iddiaçı onun adına açılmış Albalı kartını cavabdehə etibar etmişdir ki, pula ehtiyacı olarsa kredit götürüb qaytara bilsin. Qızı cavabdehdən ayrılandan sonra ona məlum olmuşdur ki, cavabdeh ona etibar edilən Albalı kartdan müxtəlif bankomatlardan bu günə qədər 4,100 manat pul nağdlaşdırmış və həmin pulları qaytamamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ümumilikdə 4,100 manat pul məxaric etmişdir. Göstərilənlərə əsasən iddianın təmin olunması xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh iddianı qismən qəbul edərək bildirmişdir ki, yalnız 2022-ci ilin iyun ayında sözügedən kartdan nağdlaşdırma və xərcləmə ona məxsus olmuşdur. Həmin ödənişləri isə ödəməyə hazırdır. Məhkəmə tərəflərin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, 07 dekabr 2022-ci il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak etmiş cavabdeh ərizə təqdim edərək bildirmişdir ki, yalnız 2022-ci ilin iyun ayında sözügedən kartdan nağdlaşdırma və xərcləmə ona məxsus olmuşdur. 21 dekabr 2022-ci il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında şahid qismində dindirilən X1 ifadə verərək bildirmişdir ki, sözügedən kartın onlayn proqramı Gündüzün telefonuna yüklənmişdir. Həmin müddətdə isə Gündüzün mobil telefonu onda olmuşdur. Əri həmin dövrdə işsiz olduğundan və uşaqlarının müalicəsi üçün əri ilə o, məcbur qalaraq həmin kartdan 2,000 manat məbləğində pulu məxaric edərək istifadə etmişlər. Həmin məbləğdən sonra isə yuvarlaq olaraq 300 manat məbləğində pulu yenidən həmin kartdan çıxarıb istifadə etmişlər. 21 dekabr 2022-ci il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında şahid qismində dindirilən X2 ifadə verərək bildirmişdir ki, uşaqlarının müalicəsi üçün lazım olduğundan məcbur qalaraq həmin kartdan 2,000 manat məbləğində pulu məxaric edərək istifadə etmişlər. Həmin məbləğdən sonra isə yuvarlaq olaraq 300 manat məbləğində pulu yenidən həmin kartdan çıxarıb istifadə etmişlər. Hazırda yeni işə düzəlmişdir və qeyd olunan məbləği ödəyəcəyinə dair iddiaçıya vəd verir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, cavabdeh iddiaçıya məxsus Albalı bank kartından öz mənfəəti üçün istifadə etməklə müxtəlif dövrlərdə həmin kartdan pul məxaric edərək xərcləmiş və həmin pulu geri qaytarmamışdır. Bununla da o, iddiaçıya maddi ziyan vurmuşdur. Bu səbəbdən iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. İddiaçıya vurulmuş ziyanın məbləği ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı 4,100 manat pulun cavabdehdən tutulmasını xahiş etsə də, iş materialları və şahid ifadələrindən görünür ki, cavabdeh həmin kartdan yalnız 2022-ci ilin iyun ayında öz mənfəəti üçün istifadə etmişdir. İş materiallarında olan İddiaçı məxsus kartın bank çıxarışının surətindən görünür ki, 02 iyun 2022-ci il tarixdən 17 iyun 2022-ci il tarixə kimi ümumilikdə iyun ayı ərzində 806,69 manat məbləğində pul vəsaiti istifadə edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının ərizəsində tutulmasını xahiş etdiyi məbləğdən 2,300 manat məbləğində pulu cavabdehin istifadə etmədiyi şahid ifadələri ilə təsdiq olunur. 2022-ci ilin mart ayında kartdan ödənilmiş 1736,82 manat pulun cavabdeh tərəfindən xərclənməsi isə iş materialları ilə öz təsdiqini tapmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli və 806,69 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçını xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxslə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərər vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu arasında səbəbli əlaqə mövcud olmalıdır. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə həmçinin tələbin ödənilmiş dövlət rüsumu əvəzinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və hazırki iddia qismən təmin olunduğundan məhkəmə xərclərinə aid edilən ödənilmiş 65 manat dövlət rüsumunun 35 manat hissəsi cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 806,69 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 35 manat hissəsi Cavabdeh tutulub İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətinə Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar