Məhkəmə qərarları › İş №2(009)-1973/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1973/2023

19.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1973/2023 19.09.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Mən, Səbail rayon Məhkəməsinin hakimi Bağırova Mədinə Ağacavad qızı, İddiaçı cavabdeh “Azneft” İB-nin Bibiheybət İxtisaslaşdırılmış Xüsusi Texnika idarəsinə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh “Azneft” İB-nin Bibiheybət İxtisaslaşdırılmış Xüsusi Texnika idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Səbail rayon məhkəməsinin 14 mart 2014-cü il tarixdə No8(009)-301/2014 saylı qərardadın icrasını təmin edərək və vaxtında ödənilməmiş 127,91 manat, 10 manat bank hesabına ödədiyi məbləğdə daxil olmaqla 10 il müddətində hər gün üçün 2 faiz dəbbə pulu hesablanaraq 10.232,922 manat məbləğin, 10.000 manat mənəvi zərərin qanunvericiliyin tələblərinə uyğun olaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, aşağıdakılara görə iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddianın yolverilməzliyinə görə geri qaytarılmalıdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən qətnamənin icrası qaydasında icra məmurunun hərəkətindən şikayət olunduğu halda, məhkəməyə iddia icraatı qaydasında müraciət olunmuşdur, halbuki həmin mübahisəyə iddia icraatı qaydasında baxıla bilməz, icra məmurunun hərəkətlərindən şikayət qaydasında məhkəməyə müraciət olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icaatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə qeyd edir ki, “iş məhkəmədə baxılmalı deyildirsə” müddəası özündə, milki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olmasını, eləcə də, iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında ümumi məhkəmədə deyil, başqa məhkəmədə, yaxud başqa məhkəmə icraatı qaydasında baxılmalı olmasını ehtiva edir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 261, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər “Azneft” İB-nin Bibiheybət İxtisaslaşdırılmış Xüsusi Texnika idarəsinə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddianın yolverilməzliyinə görə geri qaytarılsın. İddiaçıİddiaçı izah olunsun ki, o, icra məmurunun hərəkətlərindən şikayət qaydasında məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 (on) gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar