Məhkəmə qərarları › İş №2(009)-1995/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1995/2020

11.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1995/2020 11.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Süleymanova Şəhla Ənvər qızı, İddiaçı X1 Səhmdar Cəmiyyətinin cavabdehlər Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X1 Səhmdar Cəmiyyəti cavabdehlər Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizə ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, “xxxxxxxx” MMC-yə məxsus və İddiaçı Sığorta Şirkətində sığortalanmış “Nissan Navara” markalı ** AL *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulanb ziyanın əvəzində 385 manat sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı 20,40 manat dövlət rüsumu, cəmi 405,40 manat cavabdehlər Cavabdeh2 və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyindən müştərək qaydada tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X1 Səhmdar iddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən, rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Hazırki iddia ərizəsi üzrə, iş materiallarında olan MAPS arayışından görünür ki, Cavabdeh2 qeydiyyat ünvanı ünvan 1 üçün, cavabdehin olduğu yerə görə, yəni Saatlı Rayon Məhkəməsinə müraciət edə bilər. İş materiallarında olan portaldan çıxarışdan görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 1965-ci məhəllə olduğu üçün, hüquqi şəxsin olduğu yerə görə yəni Nərimanov Rayon Məhkəməsinə müraciət edə bilər. Məhkəmə hesab edir ki, qanuvericiliyin yuxarıda göstərilən normalarına əsasən iddiaçı hazırki iddia tələbi ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin hüquqi ünvanı üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə və yaxud Cavabdeh2 qeydiyyat ünvanı üzrə Saatlı Rayon Məhkəməsinə müraciət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 152-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı X1 Səhmdar Cəmiyyətinin cavabdehlər Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, hazırki iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə və ya Saatlı Rayon Məhkəməsinə müraciət etməlidir. Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə verilə bilər. Hakim: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar