Məhkəmə qərarları › İş №2(009)-2018/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-2018/2020

16.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2018/2020 16.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Süleymanova Şəhla Ənvər qızı, İddiaçıCavabdeh qarşı “əvəzləşdirilmə” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “əvəzləşdirilmə” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh ona olan borcunun 5440 manatın ödənilməsinə dair tədbir görülməsi, onun Cavabdeh olan 6000 manat borcu ilə əvəzləşdirilməsinə dair qətnamə qəbul edilmısini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizəni qəbul etməkdən imtina edilməlidir. Belə ki, iş materiallarından görünür ki, xx xxxxxxxx 2016-cı il tarixli, 2(006)-6234/16 saylı Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ilə ididia qismən təmin edilmişdir. xx xxxx 2012-ci il təvəllüdlü X1 və xx xxxx 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx xxxxxxxx 2016-cı il tarixdən başlayaraq hər ay cavabdeh İddiaçı hər uşaq üçün 200 (iki yüz) manat olmaqla, hər ay cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq Cavabdehovnaya ödənilməsi qət edilmişdir. xx.xx.2019-cu il tarixli, 2(009)-1831/2019 saylı Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Tərəflərin birgə nikahından doğulmuş xx xxxx 2012-ci il təvəllüdlü X3 və xx xxxx 2013-cü il təvəllüdlü X4 atası İddiaçı yanında saxlanılmışdır. İddiaçı Cavabdeh xx xxxx 2012-ci il təvəllüdlü X1 və xx xxxx 2013cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün aliment ödəməkdən azad edilmişdir. Cavabdeh, xx xxx 2019-cu il tarixdən başlayaraq, xx xxxx 2012-ci il təvəllüdlü X1 və xx xxxx 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 160 (yüz altmış) manat, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulub İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə hesab edir ki, artıq məhkəmələr tərəfindən yekun məhkəmə aktı çıxarılıb icraya yönəldiyindən, icra mərhələsində iddiaçının aliment borcunun əvəzləşdirilməsi ilə bağlı iddia tələbi ilə məhkəməyə müraciət etməsi düzgün deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə görə, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Bu baxımdan hesab edirəm ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153-cü maddəsinə əsasən, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “əvəzləşdirilmə” tələbinə dair ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin. Qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə iddiaçıya rəsmi qaydada verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar