Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2031/2023 27.09.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı MMC-nin cavabdehlər "xxxx" MMC-yə və Yasamal rayon İcra şöbəsinə qarşı hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi tələbinə dair verdiyi iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər "xxxx" MMC-yə və Yasamal rayon İcra şöbəsinə qarşı hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hakim iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. AR MPM-nin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. İddia ərizəsindən göründüyü kimi iddiaçı qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutaraq cavabdehlərə qarşı qaldırdığı iddia tələbi üzrə seçim hüququndan istifadə etməklə iddia ərizəsi ilə cavabdeh hüquqi şəxs "xxxx" MMC-nin hüquqi ünvanı kimi göstərdiyi ünvan üzrə yerləşən məhkəməyə- Səbail rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsindən göründüyü kimi iddiaçı cavabdeh "xxxx" MMC-nin hüquqi ünvanı kimi Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şosesi 27 kimi göstərməklə iddia ərizəsini Səbail rayon Məhkəməsinə təqdim etmişdir. “Məhkəmə Elektron İnformasiya Sistemindən” əldə olunan məlumatdan görünür ki, "xxxx" MMC-nin (VÖEN **********) hüquqi ünvanı ünvan 5mışdır. Lakin hakim qeyd edir ki, hər iki cavabdeh- Yasamal rayon İcra şöbəsi və "xxxx" MMC-nin hüquqi ünvanının aid olduğu yer Səbail rayonu deyil, Yasamal rayonuna aiddir. Hakim qeyd edir ki, iddia ərizəsi ərazi aidiyyəti üzrə düzgün olmayaraq Səbail rayon Məhkəməsinə verilmişdir. Mülki-prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi hüquqi şəxsə qarşı iddia onun faktiki fəaliyyət göstərdiyi ünvan üzrə deyil, hüquqi ünvanı üzrə məhkəməyə verilir. Belə olan halda hakim hesab edir ki, iddia ərizəsi aidiyyəti üzrə Səbail rayon Məhkəməsində baxılmalı olmadığından geri qaytarılmalıdır. AR MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hakim digər tərəfdən qeyd edir ki, iddiaçı cavabdeh qismində həm Yasamal rayon İcra şöbəsi həm də "xxxx" MMC-ni göstərsə də, tələb yalnız "xxxx" MMC-yə qarşı irəli sürülmüş Yasamal rayon İcra şöbəsinə qarşı yönələn tələb iddia ərizəsində qeyd edilməmişdir. Bu hal da iddia ərizəsini geri qaytarılma əsaslarından biridir. (İrəli sürülən tələb üzrə hərracın sifarişçisi olan Yasamal rayon İcra şöbəsi 3-cü şəxs qismində göstərilə bilər). Belə ki, AR MPM-nin 149.2.3-cü mddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 152.1.3 maddəsini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı MMC-nin cavabdehlər "xxxx" MMC-yə və Yasamal rayon İcra şöbəsinə qarşı hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ərazi aidiyyəti üzrə Səbail rayon Məhkəməsində baxılmalı olmadığından iddiaçıya geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-2031/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-2031/2023
27.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver