Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2035/2020 20.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə İddiaçının nümayəndəsi F.T.Mustafazadənin iştirakı ilə İddiaçı ASC «xxxxxxxxxxxxxxxxxx» Sığorta Şirkətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə Səbail Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı ASC «xxxxxxxxxxxxxxxxxx» Sığorta Şirkəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, xx.xx.2013-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh2 məxsus və Cavabdeh1 tərəfindən idarə edilən “xxxxxxxxxxxxxxxxx” minik markalı, 90LS060 dövlət qeydiyyat nişanlı avtomobil ilə ASC “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkəti ABFG-0096-1-0 No-li şəhadətnamə ilə Kasko üzrə sığortalanmış “Chevrolet Malibu” minik markalı, 99CT039 dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Sumqayıt şəhəri Pİ-nin DYPŞ-nin xx.xx.2013-cü il tarixli, BYP 335475 saylı inzibati xəta haqqında protokolu və “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” 3531 No-li xx.xx.2013-cü il tarixli arayışa əsasən “Volkvagen Passat” minik markalı, 90LS060 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 baş vermiş yolnəqliyyat hadisəsində təqsirli bilinmiş və AR İXM-nin 151.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Chevrolet Malibu” minik markalı, 99CT039 dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. General Motors tərəfindən verilən xx.xx.2013-cü il tarixli qüsur aktına əsasən dəymiş maddi zərərin ümumi məbləği 1920 manat dəyərində müəyyənləşdirilmişdir. Sığorta şəhadətnaməsində qeyd edilən şərtsiz azadolma məbləği tətbiq edilməklə 1720 manat məbləğində sığorta ödənişi şirkət tərəfindən **********03917 No-li, xx.xx.2013-cü il tarixli ödəniş tapşırığına əsasən zərərçəkənin bank hesabına köçürülmüşdür. Göstərilənləri nəzərə alaraq iddiaçı ASC “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkəti tərəfindən ödənilmiş 1720 manat məbləğində sığorta ödənişinin və ödənilmiş 30,40 manat dövlət rüsumunun, ümumilikdə 1750,40 manat cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq ASC “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının etibarnamə əsasında nümayəndəsi X2 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə AR DİN BDYPİ tərəfindən verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin kserosurətinə əsasən «Volkswagen Passat» minik markalı ** LS *** dövlət nömrə nişanlı avtomaşın Cavabdeh2 adına qeydiyyata alınmışdır. İş üzrə Cavabdeh2 tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli etibarnamənin kserosurətinə əsasən Cavabdeh2 məxsus «Volkswagen Passat» minik markalı ** LS *** dövlət nömrə nişanlı avtomaşını idarə edilməsi Cavabdeh1 xx.xx.2021-ci il tarixədək etibar edilmişdir. İş üzrə AR DİN BDYPİ tərəfindən verilmiş AB seriyalı 719039 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin kserosurətinə əsasən «Chevrolet Malibu» minik markalı ** CT *** dövlət nömrə nişanlı avtomaşın X1 adına qeydiyyata alınmışdır. İş üzrə X5 tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli etibarnamənin kserosurətinə əsasən Ş.Salamzadəyə məxsus «Chevrolet Malibu» minik markalı ** CT *** dövlət nömrə nişanlı avtomaşını idarə edilməsi X6 xx.xx.2018-ci il tarixədək etibar edilmişdir. İş üzrə Sumqayıt şəhər Pİ-nin DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2013-cü il tarixli inzibati xəta haqqında protokola əsasən, Cavabdeh1 xx.xx.2013-cü il tarixdə yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə Cavabdeh1 AR İXM-nın 151.3-cü maddəsi ilə təqsirli bilinib 80 manat cərimə edilmişdir. İş üzrə General Motors tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli preyskuranta (qüsur aktına) əsasən «Chevrolet Malibu» markalı, ** CT *** dövlət nömrə nişanlı avtomaşına yol-nəqliyyat hadisəsi zamanı dəymiş ziyan məbləği 1920 manat təşkil edir. İş üzrə ASC «xxxxxxxxxxxxxxxxxx» Sığorta Şirkəti tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, MTR hull 3347/13 saylı sığorta aktından görünür ki, X3 məxsus «Chevrolet Malibu» markalı, ** CT *** dövlət nömrə nişanlı avtomaşın Kasko növü üzrə xx.xx.2014-cü il tarixədək ASC «xxxxxxxxxxxxxxxxxx» Sığorta Şirkətində sığortalanmış, həmin müqavilə üzrə azadolma məbləği 200 manat məbləğində müəyyən edilmişdir və xx.xx.2013-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı X4 etibarnamə əsasında idarə etdiyi «Chevrolet Malibu» markalı, ** CT *** d.n.n avtomaşına 1920 manat məbləğində ziyan dəymişdir. İş üzrə xx.xx.2013-cü il tarixli ASC «xxxxxxxxxxxxxxxxxx» Sığorta Şirkətinin ödəniş tapışırığından görünür ki, ASC «xxxxxxxxxxxxxxxxxx» Sığorta Şirkəti tərəfindən 1720 manat sığorta ödənişi ödənilmişdir. İş üzrə ASC «xxxxxxxxxxxxxxxxxx» Sığorta Şirkəti tərəfindən Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış pretenziyadan görünür ki, ASC “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkəti tərəfindən ABFG-0096-1-0 No-li şəhadətnamə ilə Kasko üzrə sığortalanmış 99CT039 dövlət qeydiyyat «Chevrolet Malibu» markalı avtomobil ilə Cavabdeh2 məxsus və Cavabdeh1 tərəfindən idarə olunan 90LS060 dövlət qeydiyyat nişanlı “xxxxxxxxxxxxxxxxx” minik markalı avtomobil xx.xx.2013-cü il tarixdə toqquşmuşdur. Sumqayıt şəhəri Pİ-nin DYPŞ-nin xx.xx.2013-cü il tarixli BYP 335475 saylı inzibati xəta haqqında protokolu və “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” 3531 No-li xx.xx.2013-cü il tarixli arayışa əsasən “xxxxxxxxxxxxxxxxx” minik markalı 90LS060 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 baş vermiş yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və AR İXM-nin 151.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində «Chevrolet Malibu» minik markalı, 99CT039 dövlət qeydiyyat nişanlı avtomobilə maddə zərər dəymişdir. General Motors tərəfindən verilən xx.xx.2013-cü il tarixli qüsur aktına əsasən dəymiş maddi zərərin ümumi məbləği 1920 manat dəyərində müəyyənləşdirilmişdir. Sığorta şəhadətnaməsində qeyd edilən şərtsiz azadolma məbləği tətbiq edilməklə 1720 manat məbləğində sığorta ödənişi şirkət tərəfindən zərərçəkənin bank hesabına köçürülmüşdür. Göstərilənlərə əsasən yaranmış subroqasiya hüquqlarını təmin edərək 1720 manat pulu bank hesabına köçürülməsini xahiş olunmuş, əks təqdirdə borcun Cavabdeh1 və Cavabdeh2 tutulması üçün aidiyyatı məhkəmə orqanına müraciət edəcəkləri göstərilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh1 etibarnamə əsasında idarə etdiyi və Cavabdeh2 adına daşınar əmlakın dövlət reyestrində qeydə alınmış «Volkswagen Passat» minik markalı ** LS *** dövlət nömrə nişanlı avtomaşın xx.xx.2013-cü il tarixdə yol-nəqliyyat hadisəsi törətmişdir. Həmin yol-nəqliyyat hadisəsi nəticəsində kasko sığorta üzrə ASC «xxxxxxxxxxxxxxxxxx» Sığorta Şirkətində sığortalanmış “Chevrolet Malibu” markalı, ** CT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ziyan dəymişdir. İddiaçı sığorta təşkilatı tərəfindən “Chevrolet Malibu” markalı, ** CT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 1720 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Cavabdeh1 «Volkswagen Passat» minik markalı ** LS *** dövlət nömrə nişanlı avtomaşını etibarnamə əsasında idarə etmiş və Sumqayıt şəhər Pİ-nin DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2013-cü il tarixli inzibati xəta haqqında protokola əsasən yol-nəqliyyat hadisəsini törətmiş Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 151.3-cü maddəsi ilə təqsirli blinərək 80 manat cərimə edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, xx.xx.2013-cü il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində “Chevrolet Malibu” markalı, ** CT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 1720 manat məbləğində ziyan sığortaçı tərəfindən sığortalıya ödənilmişdir. Belə olan halda iddiaçının vurulmuş ziyanın ödənilməsi ilə bağlı subroqasiya hüququ yaranmışdır və bu səbəbdən iddiaçı ödənilmiş 1720 manat sığorta ödənişinin cavabdehlərdən müştərək qaydada tutulmasını məhkəmədən xahiş etmişdir. AR Mülki Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci madəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Məhkəmə ilk növbədə qeyd edir ki, yol-nəqliyyat hadisəsi nəticəsində sığortalıya dəymiş zərər iddiaçı tərəfindən ödənildiyindən, onun ödənilmiş ziyan məbləğində ziyan vuran şəxsə subroqasiya hüququ yaranmışdır. Bu səbəbdən iddiaçı hazırki tələblə çıxış etməkdə haqlı olmuşdur. Lakin məhkəmə vurulmuş ziyanın hər iki cavabdehdən tutulması ilə bağlı tələb üzrə qeyd edir ki, yol-nəqliyyat hadisəsində inzibati xəta haqqında qərara əsasən Cavabdeh1 təqsirli hesab olunduğundan və nəqliyyat vasitəsi Cavabdeh1 tərəfindən qanuni əsaslarla (etibarnamə əsasında) idarə olunduğundan, zərərin əvəzini ödənilməsi öhdəliyi hər iki cavabdehin üzərinə qoyula bilməz. Yəni məhkəmə hesab edir ki, iddiaçı tərəfindən zərərin əvəzini ödənilməsi ilə bağlı irəli sürülmüş tələb hər iki cavabdehə (avtomaşının mülkiyyətçisi və qanuni əsaslarla idarə edən şəxs/etibanamə ilə) qarşı yönəldilsə də, ziyanın əvəzinin ödənilməsi vəzifəsi AR Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən yüksək tühlükə mənbəyini qanuni əsaslarla idarə etmək hüququna dair etibarnamə ilə idarə edən və yol-nəqliyyat hadisəsinin törətməkdə təqsirli hesab olunan cavabdeh – Cavabdeh1 üzərinə qoyulmalıdır. AR Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci madəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Mülki qanunvericiliyin tələblərinə əsasən yüksək təhlükə mənbəyinin vurduğu ziyana görə cavabdehliyi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxs daşıyır. Lakin eyni zamanda qanunvericiliyin tələbinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Bu halda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Əks halda vurulmuş ziyana görə məsuliyyəti həm mənbə sahibi, həm də ona hüquqa zidd yiyənlənmiş şəxs birgə daşıyır. Məhkəmə qeyd edir ki, «Volkswagen Passat» minik markalı ** LS *** dövlət nömrə nişanlı avtomaşını hadisə vaxtı etibarnamə əsasında Cavabdeh1 tərəfindən idarə edildiyi üçün və bununla da avtomaşın onun qanuni sahibliyində olduğu üçün, hazırki tələb üzrə vurulmuş ziyanla bağlı cavabdehliyi yalnız avtomaşını idarə edən şəxs daşıyır. Beləliklə məhkəmə hesab edir ki, vurulmuş ziyana görə cavabdehliyi yalnız hadisəni törətmiş şəxs, yəni Cavabdeh1 daşıdığı üçün, subroqasiya qaydasında irəli sürülmüş tələb üzrə cavabdehliyi də məhz o daşımalıdır. Bu səbəbdən iddia tələbi vurulmuş ziyana görə qismən təmin edilməli və yol-nəqliyyat hadisəsi üzrə zərərçəkmiş şəxsə ödənilmiş sığorta ödənişi Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi üzrə ödənilmiş 30,40 manat dövlət rüsumu da Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 ASC «xxxxxxxxxxxxxxxxxx» Sığorta Şirkətinin xeyrinə “Chevrolet Malibu” markalı, ** CT *** dövlət nömrə nişanlı avtomaşına vurulan ziyana görə ödənilmiş sığorta ödənişinin əvəzi kimi 1720 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30,40 manat, cəmi 1750,40 (bir min yeddi yüz əlli manat qırx qəpik) manat məbləğində pul tutulsun. İddia tələbi Cavabdeh2 qarşı hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-2035/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2035/2020
20.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver