Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2045/2021 15.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Süleymanova Şəhla Ənvər qızı, İddiaçı Viktrovnanın cavabdeh Bakı şəhəri Səbail Rayon İcra Şöbəsinə qarşı qiymətləndirməyə dəvət edilməsi haqqında qərarın ləğv edilməsi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Viktrovna cavabdeh Bakı şəhəri Səbail Rayon İcra Şöbəsinə qarşı qiymətləndirməyə dəvət edilməsi haqqında qərarın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi ümumi məhkəmədə baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə geri qaytarılmalıdır. Məhkəmə hesab edir ki, hazırkı tələbə iddia icraatı qaydasında deyil yekun məhkəmə aktının icrası ilə bağlı şikayət formasında məhkəməyə müraciət etməlidir. Belə ki, tələb Səbail rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qərarın ləğv edilməsi ilə bağlı olduğundan, yəni icra sənədinin icrası ilə bağlı ortaya çıxan mübahisədən irəli gəldiyindən, icra sənədinin səmərəli və vaxtında icra edilməsinin təmin edilməsi məqsədilə həmin qərardan şikayət kimi məhkəməyə müraciət edə bilər. Belə ki, “İcra haqqında” Qanunun 40.1-ci maddəsinə görə, icra hərəkətlərinin həyata keçirilməsi zamanı xüsusi biliklər tələb edən məsələləri izah etmək üçün icra məmuru öz təşəbbüsünə və ya tərəflərin ərizəsinə əsasən mütəxəssis (bir neçə mütəxəssis) dəvət edir və bu barədə icra məmuru tərəfindən müvafiq qərar qəbul olunur. Məhkəmə həmçinin izah edir ki, iddiaçı göstərilən tələblə icra icraatı qaydasında məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153-cü maddəsinə əsasən, QƏRARA ALDİ: İddiaçı Viktrovnanın cavabdeh Bakı şəhəri Səbail Rayon Bələdiyyəsinə qarşı maddi ziyanın ödənilməsi barədə iddia ərizəsinin məhkəmə icraatına qəbulu, qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla yolverilməz hesab olunsun və iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, o hazırki tələblə icra icraatı qaydasında məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-2045/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-2045/2021
15.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver