Məhkəmə qərarları › İş №2(009)-2057/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2057/2022

28.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2057/2022 28.11.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Rüstəmova Çinarə Mübariz qızının katibliyi, İddiaçı1, onun nümayəndəsi və vəkili Vəkil, İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 3-cü şəxs qismində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi cəlb olunmaqla cavadehlər Cavabdeh1, “Təhsil Şurası” İctimai Birliyi və “Təhsil Şurası” X4rşı protokolun və qərarların etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 3-cü şəxs qismində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi cəlb olunmaqla cavadehlər Cavabdeh1, “Təhsil Şurası” İctimai Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «Təhsil Şurası» X24 Yığıncağının xx.xx.2022-ci il tarixli protokolunun və onun əsasında qəbul edilmiş yekun qərarların etibarsız hesab edilməsi və iclasın nəticələrinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, “Təhsil Şurası” İctimai Birliyi 20 il öncə, yəni xx.xx.2001-ci il tarixdə Ədliyyə Nazirliyində rəsmi qeydiyyatdan keçərək qeyrikommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestrindən çıxarış almışdır. Birliyin yaradılmasının əsas məqsədi Azərbaycan Respublikasında Təhsil sisteminin bütün pillə və mərhələlərində təlim və tərbiyə işinin, ictimai tərbiyənin, pedaqoji və elmi pedaqoji kadr hazırlığının, ixtisasartırma və yenidən hazırlanmanın, pedaqoqika və psixologiya elmlərinin milli və ümumbəşəri dəyərlər, qabaqcıl dünya elmi-nəzəri fikir və təcrübi nailiyyətləri nəzərə alaraq demokratik və humanist prinsiplərlə inkişafına nail olmaqdır. Birliyin Nizamnaməsinə əsasən xx.xx.2013-cü il tarixdə keçirilmiş Ümumi X1 X25 sədri, X5 Heyətinin sədr müavini və X3 Heyətinin katibi vəzifələrinə 5 il müddətinə olmaqla seçilmişlər. Həmin vaxt Birliyin 144 üzvü olmuş və onların adlı siyahısı təsdiq olunaraq Ədliyyə Nazirliyində rəsmi qeydiyyata alınmışdır. Daha sonra xx.xx.2019-cu il tarixdə Birliyin növbəti Ümumi Yığıncağı keçirilmiş və həmin Yığıncağın nəticəsi olaraq müvafiq qərarlar qəbul edilmişdir. Birliyin üzvü Cavabdeh1 xx.xx.2019-cu il tarixli Ümumi Yığıncağın protokolunu və onun əsasında qəbul edilmiş qərarları mübahisələndirmiş və Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)-677/2020 saylı qətnaməsi əsasında qeyd olunan protokol və onun əsasında qəbul edilmiş qərarlar etibarsız hesab edilmiş və iclasın nəticələri ləğv edilmişdir. Daha sonra Cavabdeh1 İctimai Biriliyin idarəçiliyini öz əlinə keçirtmək və öz maraqları üçün istifadə etmək məqsədi ilə özünün təşəbbüsü ilə guya təşəbbüs qrupu yaratmış və bir çox İctimai Birliyin üzvü olmayan şəksin iştirakı ilə iclas keçirtmiş və xx.xx.2021-ci il tarixinə Ümumi Yığıncağın keçirilməsi barədə qərar qəbul etmişlər. Daha sonra, xx.xx.2021-ci il tarixdə “ZOOM” proqram vasitəsilə Cavabdeh1 sədrliyi ilə saxta Ümumi Yığıncaq keçirilmiş və qərarlar qəbul edilmişdir. “Təhsil Şurası” X24 Yığıncağının xx.xx.2021-ci il tarixli protokolu və onun əsasında qəbul edilmiş yekun qərarların etibarsız hesab ediləməsi barədə tərəfimizdən iddia qaldırılmış və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2268/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiamız təmin edilmiş və “Təhsil Şurası” X24 Yığıncağının xx.xx.2021-ci il tarixli protokolu və onun əsasında qəbul edilmiş yekun qərarları etibarsız hesab edilmiş və iclasın nəticələrinin ləğv edilmişdir. Qeyd olunan məhkəmə qərarından qarşı tərəf apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1028/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2268/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 “Təhsil Şurası” İctimai Birliyin xx.xx.2021-ci il tarixli Ümumi Yığıncağın etibarsız hesab edilməsi barədə məhkəmə qərarından sonra və apellyasiya məhkəməsinin qərar qəbul etmək gününə 9 gün qalmış yenidən saxta Ümumi Yığıncaq keçirmiş və həmin yığıncaqda saxta qərarlar qəbul etmişdir. Hesab edir ki, “Təhsil Şurası” X24 Yığıncağının xx.xx.2022-ci il tarixli protokolu və onun əsasında qəbul edilmiş yekun qərarlar etibarsız hesab edilməli və iclasın nəticələrinin ləğv edilməlidir. Belə ki, İddiaçı1 2012-ci ildən “Təhsil Şurası” İcimai Birliyinin üzvüdür, lakin xx.xx.2022-ci il tarixli qərarı ilə AR Ədliyyə Nazirliyi Qeydiyyat və notariat baş idarəsinə adlı siyahı göndərilmiş və həmin siyahıda onun adı qeyd edilməmişdir. Halbuki, xx.xx.2021-ci il tarixdə keçirilmiş Ümumi Yığıncaqda qəbul edilmiş qərarda və həmin qərara əlavə edilmiş adlı siyahıda Birliyin üzvü kimi adı qeyd edilmişdir. Belə ki, “Təhsil Şurası” İctimai Birliyin xx.xx.2001-ci il tarixdə qeydiyyata alınmış Nizamnaməsinin 4.11-ci bəndinə əsasən, Birliyin üzvünə aşağıdakı hallarda xitam verilir: Könüllü olaraq Birliyin üzvlüyündən çıxanda, Birliyin üzvlüyündən çıxarıldıqda və 4.12-ci bəndinə əsasən, Birliyin üzvü aşağıdakı hallarda üzvlükdən xaric edilir: Birliyin üzvü adına ləkə gətirən hərəkətlərə yol verdikdə, mütəmadi olaraq Birliyin işində iştirak etməkdən boyun qaçırdıqda 4.14-cü bəndinə əsasən, Birliyin üzvlüyündən xaric edilmə barədə qərar üzvlüyə qəbulu həyata keçirən orqanlar tərəfindən qəbul edilir. Bu halla bağlı bildirmək istəyir ki, onun tərəfindən üzvlüyündən çıxamağında bağlı hər hansı ərizəsi mövcud deyil və həmçinin bununla bağlı hər hansı qərar qəbul edilməmişdir. Yəni onun “Təhsil Şurası” İctimai Birliyin üzvlüyündən çıxarılmağı tam əsassız və qanunsuzdur. Bundan əlavə olaraq bildirir ki, Birliyin üzvlüyündən 116 nəfər heç bir məlumat və səbəb bildirilmədən üzvlükdən xaric edilmişdir. Qeyd olunan məqəm sorğu əsasında əldə edilmiş sənədərdə öz əksini tapır. Bundan başqa, xx.xx.2022-ci il tarixində keçirilmiş Ümumi Yığıncağın tarixi, yeri və vaxtı barədə heç kəsə məlumat verilməmişdir. Belə ki, “Təhsil Şurası” İctimai Birliyin xx.xx.2001-ci il tarixdə qeydiyyata alınmış Nizamnaməsinin 5.3-cü bəndinə əsasən, Birliyin təsisçilərinə və üzvlərinə Yığıncağın yeri və vaxtı haqqında iki həftə əvvəl məlumat verilməlidir. Bundan başqa, xx.xx.2022-ci il tarixdə keçirilmiş Ümumi Yığıncaq kimi tərəfindən çağrılması barədə də heç kəsin məlumatı olmamışdır. Yeganə təsisçi Orucov X15 Ümumi Yığıncaq barədə ümumiyyətlə məlumatı olmamışdır. Belə ki, “Təhsil Şurası” İctimai Birliyin xx.xx.2001-ci il tarixdə qeydiyyata alınmış Nizamnaməsinin 5.2-ci bəndinə əsasən, X28 icra orqanının, təsisçilərdən birinin və ya üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırılır. Yuxarıda göstərilənlərə əsasən «Təhsil Şurası» X24 Yığıncağının xx.xx.2022-ci il tarixli protokolunun və onun əsasında qəbul edilmiş yekun qərarların etibarsız hesab edilməsi və iclasın nəticələrinin ləğv edilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 18 oktyabr 2022-ci il tarixdə iddiaçı məhkəməyə iddia tələbinin artırılması barədə ərizə təqdim edərək bildirmişdir ki, “Təhsil Şurası” X23 Heyətinin xx.xx.2021-ci il tarixli, 4 nömrəli qərarı ilə İddiaçı1 Birliyin Nizamnaməsinin 4.9-cu maddəsinin tələblərini dəfələrlə pozduğuna görə “Təhsil Şurası” İctimai Birliyinin üzvlüyündən azad edilmişdir. İddiaçı1 üzvlüydən azad olunmasına dair azad olunmasına dair qəbul edilmiş qərar onun ümumilikdə “Təhsil Şurası” İctimai X16 protokolundan və qəbul edilmiş qərarların mübahisələndirilməsini məhdudlaşdırır. Bu səbəbdən iddia həcminin artırılmasına dair zərurət yaranmışdır. İlk öncə bildirmək istəyir ki, qəbul edilmiş qərar barədə İddiaçı1 ümumiyyətlə xəbəri olmamış və həmin qərar “Təhsil Şurası” İctimai Birlik tərəfindən ona göndərilməmişdir. Məlumatı olmamasını əks etdirən əsas məqam ondan ibarətdir ki, İddiaçı1 tərəfindən “Təhsil Şurası” X24 Yığıncağının xx.xx.2021-ci il tarixli protokolu və onun əsasında qəbul edilmiş yekun qərarların etibarsız hesab edilməsi barədə iddia qaldırılan zaman və həmin məhkəmə prosesində iştirak edən Cavabdeh1 bir dəfə olsun bu barədə məhkəməyə məlumat verməmiş və ya təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Bundan başqa, ümumiyyətlə həmin İdarə heyətinin belə qərar qəbul etmək səlahiyyətləri olmamışdır. Belə ki, məlum məhkəmə qərarları ilə həmin idarə heyətinin yaradılmasına əsas olmuş Ümumi Yığncağın xx.xx.2021-ci il tarixli protokolu və onun nəticələri etibarsız hesab edilmişlər. Bundan başqa, “Təhsil Şurası” İctimai Birliyin üzvü Nizamnamənin 4.12-ci bəndinə əsasən üzvlükdən azad oluna bilər. Həmin əsaslar Birliyin üzvü adına ləkə gətirən hərəkətlərə yol verdikdə və mütamadi olaraq Birliyin işində iştirak etməkdən boyun qaçırdıqda. Lakin İddiaçı1 tərəfindən belə hallara yol verilməmiş, əksinə İddiaçı1 Birliyin işlərində fəal iştirak etməyə çalışmış buna sübut isə qanunsuz keçirlmiş Birliyin Yığıncaqların nəticələrini mübahisələndirilməsi göstərmək olar. Göstərilənlərə əsasən “Təhsil Şurası” X24 Yığıncağının xx.xx.2022-ci il tarixli protokolunun və onun əsasında qəbul edilmiş yekun qərarların etibarsız hesab edilməsi və iclasın nəticələrinin ləğv edilməsi və “Təhsil Şurası” X23 Heyətinin xx.xx.2021-ci il tarixli, 4 nömrəli qərarı ilə İddiaçı1 Birliyin Nizamnaməsinin 4.9-cu maddəsinin tələblərini dəfələrlə pozduğuna görə “Təhsil Şurası” İctimai Birliyinin üzvlüyündən azad edilməsi barədə qərarın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsinə əlavə barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında İddiaçı1 və onun nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı2 iddia tələbini müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh Mehti-zadə Samir Ramiz oğlu məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə öz etirazını ünvanlayaraq bildirmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsində göstərdikləri faktlar əsassızdır, yalandır, həqiqəti əks etdirmir. İddiaçılar da onların arasında olmaqla bir qrup Birlik üzvü 2018 və 2019-cu illərdə 2 dəfə qanunsuz yollarla, saxta sənədlər tərtib edərək, kənar şəxslərin iştirakı ilə “Təhsil Şurası" İctimai Birliyini ələ keçirməyə cəhd etmişlər. Lakin tərəflərindən məhkəməyə müraciət edilmiş, Ümumi Yığıncağın qərarları etibarsız hesab edilmiş və qəbul edilmiş qərarlar ləğv edilmişdir. Təşkilat üzvlərinin sayının guya 229 nəfər olduğunu iddia edən qrup üzvlərinin saxta iddiaları məhkəmə qətnaməsi ilə ləğv edilmiş, qətnamə qanuni qüvvəsini almışdır (xx.xx.2021-ci il tarixli qətnamə). Hesab edir ki, aşağıdakı faktlara əsasən, iddia tələbi təmin edilməməlidir. Belə ki, ərizədə istinad edilən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1028/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ona hələ də təqdim edilmədiyinə görə Ali Məhkəməyə bu qanunsuz qətnamədən kassasiya şikayəti verə bilməmişdir və həmin qətnamə qanuni qüvvəsini almadığına görə ona istinad etmək əsassızdır. xx.xx.2021-ci il tarixdə X16 iclası keçirilmiş, yeni İdarə Heyətinin üzvləri, sədr, sədr müavini, katib seçilmişdir. Sənədlər Ədliyyə Nazirliyinə təqdim edilmiş, qeydiyyat aparılmış, xx.xx.2021-ci il tarixli, 05/1170/4-14 nömrəli Dövlət reyestrindən Çıxarış verilmişdir. Digər iddialarla əlaqədar bildirir ki, xx.xx.2021-ci il tarixdə İdarə Heyətinin iclası keçirilmiş, son illərdə Birliyin Nizamnamə tələblərini dəfələrlə pozan İddiaçı1 Şura üzvlüyündən azad edilmişdir. İclasdan 7 gün əvvəl , xx.xx.2021-ci il tarixdə faktiki yaşadığı ünvana poçt vasitəsilə bildiriş göndərilmiş, İdarə Heyətinin iclasına qatılmaq üçün ona məlumat verilmişdir (bildirişin və poçt qəbzinin surəti əlavə olunur). Lakin son 9 ildə Birliyin təşkil etdiyi 40-a yaxın tədbirdə olduğu kimi, İddiaçı1 İdarə Heyətinin bu iclasını da saymamış, iclasda iştirak etməmişdir. Həmin iclasda İdarə Heyəti üzvlərinin yekdil qərarı ilə İddiaçı1 üzvlükdən azad edilmişdir (İdarə Heyətinin qərarından Çıxarış təqdim edilir). Birliyin digər üzvü İddiaçı2 da Nizamnamə tələblərini pozaraq, təşkilatın son illərdə keçirdiyi bir çox tədbirlərdə iştirak etməmişdir. Buna baxmayaraq, Nizamnamənin 5.3-cü bəndinə əsasən, iki həftə əvvəldən (xx.xx.2021) xx.xx.2022-ci il tarixə təyin edilmiş Ümumi Yığıncağın iclasına qatılmaq üçün onun faktiki yaşadığı ünvana poçt vasitəsilə bildiriş göndərilmiş, iclasa qatılmaq üçün ona məlumat verilmişdir (bildirişin və poçt qəbzinin surəti əlavə olunur), xx.xx.2022-ci il tarixdə tam qanuni əsaslarla, qanuni üzvlərin iştirakı ilə Ümumi Yığıncağın iclası keçirilmiş, şəffaf, demokratik seçkilər vasitəsilə X25 üzvlərinin sayı 25 nəfərə çatdırılmışdır. Bu dəyişikliklər qanuna müvafiq olaraq, Ədliyyə Nazirliyinə təqdim edilmiş, qeydiyyat aparılmış, xx.xx.2022-ci il tarixli, 05/525-14 nömrəli Dövlət reyestrindən Çıxarış verilmişdir (əlavə olunur). Bundan əlavə, İddiaçı1 “Təhsil Şurası” İB-nin İdarə Heyətinin xx.xx.2021-ci il tarixli qərarı ilə Birlik üzvlüyündən azad edilib. Bu səbəbdən İddiaçı1 prosesdə iddiaçı qismində iştirak etməyə subyektiv hüququ yoxdur. Bi faktın nəzərə alınmasını xahiş edir. İddiaçılar tərəfindən təqdim edilmiş məhkəmə qətnamələrinin qanuni qüvvəyə minməsi və icra edilməsi barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. xx.xx.2022-ci il tarixli X34 Heyətinin xx.xx.2021-ci il tarixli qərarı ilə çağırılmışdır ki, bu da Birliyin Nizamnaməsinin 5.2-ci bəndinə uyğundur. Ümumi Yığıncaqda 138 üzvdən 90 nəfəri iştirak etmişdir. Nizamnamənin 5.5-ci bəndinə əsasən Ümumi Yığıncaq yalnız Birlik üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətli hesab olunur. Bir və ya iki üzvün Ümumi Yığıncağın iclasında üzrsüz səbəbdən iştirak etməməsi iclasın nəticələrinin ləğv edilməsi üçün əsas ola bilməz. Beləliklə, yuxarıda qeyd edilən faktları nəzərə alaraq, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehlər Mehti-zadə Samir Ramiz oğlu, “Təhsil Şurası” İctimai Birliyi və “Təhsil Şurası” X23 Heyətinin nümayəndələri, 3-cü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin və 3-cü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə baxıb, iddiaçıların izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək, hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməlidır. İş materiallarında olan «Təhsil Şurası» X24 Yığıncağının xx.xx.2022-ci il tarixli protokolundan görünür ki, Ümumi Yığıncağın gündəliyində olan aşağıdakı məsələlərə dair qərarlar qəbul edilmişdir: 1. Təhsil Şurası” X23 Heyətinin sədrnin 2021-ci ildə görülmüş işlərlə bağlı hesabatı; 2. «Təhsil Şurası» X24 Yığıncağının xx.xx.2021-ci il tarixdə seçilmiş İdarə Heyəti və Nəzarət-Təştiş Komissiyası üzvlərinin səlahiyyətlərinin vaxtından əvvəl dayandırılması; 3. xx.xx.2021-ci il tarixdə seçilmiş İdarə Heyətinin sədrinin, sədr müavininin və katibinin istefa ərizələrinə baxılması; 4. Təhsil Şurası” X23 Heyətinin yeni tərkibinin açıq səsvermə yolu ilə seçilməsi; 5. Təhsil Şurası” X23 Heyətinin sədrinin, sədr müavininin və katibinin 5 il müddətinə seçilməsi; 6. «Təhsil Şurası» X19-Təştiş Komissiyasının yeni tərkibinin və sədrinin açıq səsvermə yolu ilə seçilməsi; 7. Cari məsələlər. İş materiallarında olan “Təhsil Şurası” İctimai Birliyinin üzvlərinin xx.xx.2022-ci il tarixli siyahısından görünür ki, “Təhsil Şurası” İctimai Birliyinin üzvlərinin sayı 138 nəfərdən ibarətdir. İş materiallarında olan “Təhsil Şurası” İctimai Birliyinin üzvlərinin xx.xx.2021-ci il tarixli siyahısından görünür ki, “Təhsil Şurası” İctimai Birliyinin üzvlərinin sayı 144 nəfərdən ibarətdir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(009)-2268/2021 saylı qətnaməsindən görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və «Təhsil Şurası» İB-nə qarşı «protokolun və qərarların etibarsız hesab edilməsi» tələbinə dair iddiasının təmin edilməsi, «Təhsil Şurası» X24 Yığıncağının xx.xx.2021-ci il tarixli protokolunun və onun əsasında qəbul edilmiş yekun qərarların etibarsız hesab edilməsi və iclasın nəticələrinin ləğv edilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-1028/2022 saylı qətnaməsindən görünür ki, cavabdeh “Təhsil Şurası” X23 Heyətinin sədri Cavabdeh1 apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(009)-2268/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan AR ƏN Qeyri-Kommersiya Qurumlarının və Təhsil müəssisələrinin Dövlət Reyestrindən Çıxarışdan görünür ki, xx.xx.2015-ci il tarixə edilmiş dəyişikliklərə əsasən “Təhsil Şurası” İctimai Birliyinin üzvlərinin sayı 144 nəfərdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli «Təhsil Şurası» İctimai Birliyinin üzvü İddiaçı1 ünvanlanmış bildirişdən görünür ki, xx.xx.2021-ci il tarixdə saat 19-00-da «Təhsil Şurası» X33 Heyətinin iclasının pandemiya səbəbindən «ZOOM» platforması vasitəsilə, internet üzərindən keçirilməsi qərara alınmışdır. Ona «Təhsil Şurası» X33 Heyətinin iclası barədə məlumat verərək, iclasa qoşulmaq üçün istifadə etdiyi mobil telefon nömrəsini aşağıda qeyd edilən nömrələrdən birinə SMS və ya vatsapp vasitəsilə göndərilməsi bildirilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli «Təhsil Şurası» İctimai Birliyinin üzvü İddiaçı2 ünvanlanmış bildirişdən görünür ki, Respublika «Təhsil Şurası» X6 5.2-ci maddəsinə əsasən, İdarə Heyətinin qərarı ilə xx.xx.2022-ci il tarixdə saat 12:00-da «Təhsil Şurası» X24 Yığıncağının iclasının pandemiya səbəbindən «ZOOM» platforması vasitəsilə, internet üzərindən keçirilməsi qərara alınmışdır. Ona «Təhsil Şurası» X33 Heyətinin iclası barədə məlumat verərək, iclasa qoşulmaq üçün istifadə etdiyi mobil telefon nömrəsini aşağıda qeyd edilən nömrələrdən birinə SMS və ya vatsapp vasitəsilə göndərilməsi bildirilmişdir. İş materiallarında olan AR ƏN Qeyri-Kommersiya Qurumlarının və Təhsil müəssisələrinin Dövlət Reyestrindən Çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixə edilmiş dəyişikliklərə əsasən “Təhsil Şurası” İctimai Birliyinin üzvlərinin sayı 138 nəfərdir. İş materiallarında olan “Təhsil Şurası” X23 Heyətinin 1 №-li, xx.xx.2021-ci il tarixli iclas protokolundan görünür ki, gündəlikdə olan məsələlərdən biri də 2013-2018-ci illər ərzində Nizamnamə tələblərini dəfələrlə pozan üzvlərin üzvlükdən xaric edilmələri məsələsinə baxılması olmuşdur. Qeyd olunan məsələ üzrə qəbul edilmiş qərardan görünür ki, İcimai Birliyinin 40 nəfər üzvünun, o cümlədən də İddiaçı1 təşkilatın Nizamnaməsinin 4.9-cu maddəsinin tələblərini (Birliyin tədbirlərində iştirak etmək; Birliyin nizamnamə tələblərinə riayət etmək) dəfələrlə pozduqlarına görə Respublika “Təhsil Şurası” İctimai Birliyinin üzvlüyündən xaric edilmələri qərara alınmışdır. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, mülki qanunvericilikdə protokolun etibarsız hesab edilməsi ilə bağlı konkret norma nəzərdə tutulmasa da, Mülki Məcəllənin 11.5-ci maddəsində qeyd olunuar ki, mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və ya onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarından da göründüyü kimi, hazırki iş üzrə iddiaçılar X13 və İddiaçı2 tərəfindən «Təhsil Şurası» X24 Yığıncağının xx.xx.2021-ci il tarixli protokolunun və onun əsasında qəbul edilmiş yekun qərarların etibarsız hesab edilməsi və iclasın nəticələrinin ləğv edilməsi barədə tələb irəli sürülmüş və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(009)-2268/2021 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, «Təhsil Şurası» X24 Yığıncağının xx.xx.2021-ci il tarixli protokolunun və onun əsasında qəbul edilmiş yekun qərarların etibarsız hesab edilməsi və iclasın nəticələrinin ləğv edilməsi qət edilmişdir. Qeyd olunan qətnamə ilə müəyyən edilmişdir ki, Ümumi Yığıncaq yetərsay olmadan səlahiyyətli hesab edilmiş və eləcə də, X28 nizamnaməsi ilə protokollar əsasında qəbul edilmiş qərarların etibarsız hesab edilməsi onun səlahiyyətlərinə aid edilmədiyi halda həmin qərarların etibarsız edilməsi barədə qərar qəbul etməklə nizamnamənin tələblərinə zidd hərəkət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-1028/2022 saylı qətnaməsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(009)-2268/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. «Təhsil Şurası» X6 5.2-ci bəndinə əasən X28 icra orqanının, təsisçilərdən birinin və ya üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırılır. Birliyin Nizamnaməsinin 5.3-cü bəndinə əasən Birliyin təsisçilərinə və üzvlərinə Yığıncağın yeri və vaxtı haqqında iki həftə əvvəl məlumat verilməlidir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olunmuşdur ki, xx.xx.2022-ci il tarixdə “Təhsil Şurası” X30 Yığıncağı keçirilmiş və həmin yığıncada bir sıra qərarlar qəbul edilmişdir. Lakin Birliyinin xx.xx.2022-ci il tarixdə keçiriləcək Ümumi Yığıncağının yeri və vaxtı barədə birliyin üzvlərinə məlumat verilməmiş, Birliyin yeganə təsisçisi olan İddiaçı2 isə Ümumi Yığıncaq barədə ümumiyyətlə məlumatı olmamışdır. Yuxarıda qeyd olunan hallarla bağlı hər hansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır. Məhkəmə hesab edir ki, iddia tələbi «Təhsil Şurası» X24 Yığıncağının xx.xx.2022-ci il tarixli protokolunun və onun əsasında qəbul edilmiş yekun qərarların etibarsız hesab edilməsi və iclasın nəticələrinin ləğv edilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə “Təhsil Şurası” X23 Heyətinin xx.xx.2021-ci il tarixli, 4 nömrəli qərarının İddiaçı1 Birliyin üzvlüyündən azad edilməsi hissəsində ləğv edilməsi barədə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, “Təhsil Şurası” X23 Heyətinin 1 №-li, xx.xx.2021-ci il tarixli iclas protokolu ilə İcimai Birliyinin 40 nəfər üzvünun, o cümlədən də İddiaçı1 təşkilatın Nizamnaməsinin 4.9-cu maddəsinin tələblərini (Birliyin tədbirlərində iştirak etmək; Birliyin nizamnamə tələblərinə riayət etmək) dəfələrlə pozduqlarına görə Respublika “Təhsil Şurası” İctimai Birliyinin üzvlüyündən xaric edilmələri qərara alınmışdır. Lakin həmin qərar barədə İddiaçı1 məlumatı olmamış və həmin qərar İctimai Birlik tərəfindən ona göndərilməmişdir. Məhkəmə iclasında eləcə də müəyyən olundu ki, İddiaçı1 tərəfindən “Təhsil Şurası” X24 Yığıncağının xx.xx.2021-ci il tarixli protokolu və onun əsasında qəbul edilmiş yekun qərarların etibarsız hesab edilməsi barədə iddia qaldırılan zaman və həmin iddiaya baxılan zaman məhkəmə prosesində iştirak edən Cavabdeh1 iddiaçının üzvlükdən azad olunduğu barədə məhkəməyə məlumat verməmiş və həmin halı təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Həmçinin müəyyən olundu ki, ümumiyyətlə həmin İdarə heyətinin belə qərar qəbul etmək səlahiyyətləri olmamış, belə ki, məlum məhkəmə qərarları ilə həmin idarə heyətinin yaradılmasına əsas olmuş Ümumi Yığncağın xx.xx.2021-ci il tarixli protokolu və onun nəticələri etibarsız hesab edilmişdir. X8 4.12-ci bəndinə əsasən birliyin üzvü aşağıdakı hallarda üzvlükdən xaric edilir: Birliyin üzvü adına ləkə gətirən hərəkətlərə yol verdikdə; Mütəmadi olaraq Birliyin işində iştirak etməkdən boyun qaçırdıqda. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, İddiaçı1 Birliyin işlərində fəal iştirak etməyə çalışmış, qanunsuz keçirlmiş Birliyin Yığıncaqların nəticələrini mübahisələndirilmişdir. Belə olduğu təqdirdə, məhkəmə hesab edir ki, “Təhsil Şurası” X23 Heyətinin xx.xx.2021-ci il tarixli, 4 nömrəli qərarının İddiaçı1 Birliyin üzvlüyündən azad edilməsi hissəsində ləğv edilməsinə dair iddia tələbi də əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “Təhsil Şurası” X24 Yığıncağının xx.xx.2022-ci il tarixli protokolu və onun əsasında qəbul edilmiş yekun qərarlar etibarsız hesab edilsin və iclasın nəticələri ləğv edilsin. “Təhsil Şurası” X23 Heyətinin xx.xx.2021-ci il tarixli 4 nömrəli qərarı İddiaçı1 “Təhsil Şurası” İctimai Birliyinin üzvlüyündən azad edilməsi hissəsində ləğv edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar