Məhkəmə qərarları › İş №2(009)-2068/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2068/2020

16.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2068/2020 16.11.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev İlkin Mehman oğlunun katibliyi, İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsiSultanlı Mələk Rövşən qızının iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “subroqasiya qaydasında pulun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “İddiaçı Sığorta” ASC, X3 məxsus və İddiaçı Sığorta Şirkətində sığortalanmış “Seat Leon” markalı ** VG *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulan ziyanın əvəzində 1.065 manat sığorta ödənişi məbləği və bu iddianın verilməsi ilə bağlı 30,40 manat dövlət rüsumu, cəmi 1095.40 manatın cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 xx.xx.2014-cü il tarixdə idarə etdiyi “Vaz 2106” markalı, ** HK *** dövlət qeydiyyat nişanlı avtomobillə Quba şəhəri, H.Əliyev prospektində ara məsafəni düzgün seçməmiş və nəticədə X3 məxsus və İddiaçı Sığorta Şirkətində sığortalanmış “Seat Leon” markalı ** VG *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi ziyan vurmuşdur. Hadisədən sonra məlum olmuşdur ki, “Vaz 2106” markalı, ** HK *** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə tarixində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığorta şəhadətnaməsi mövcud olmamışdır. İcbari sığırtalar haqqında qanunun 25-ci maddəsinə əsasən Cavabdeh1 mülkiyyətində və Cavabdeh3 qanuni sahibliyində olan “Vaz 2106” markalı, ** HK *** dövlət qeydiyyat nişanlı avtomobilin icbari sığorta şəhadətnaməsi olmadığı üçün ödənilmiş sığorta məbləği cavabdehdən tutulmalıdır. Belə ki, həmin qanunun 53.2-ci maddəsinə əsasən, avtonəqliyyat vasitəsinin sahibi mülkiyyətində olan, avtonəqliyyat vasitəsi lizinq predmeti olduqda, lizinq müqaviləsi əsasında istifadə etdiyi avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində üçüncü şəxslərə dəyə biləcək zərərlə bağlı həmin avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətini, bu Qanunun 8.3-cü maddəsini nəzərə almaqla, icbari qaydada sığorta etdirməlidir. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh2 təqsirli olması DYPİ-nin CYP 499447 saylı X4 Protokolunda öz əksini tapmışdır. xx.xx.2014-cü il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq, “Seat Leon” markalı ** VG *** dövlət qeydiyyat nişanlı avtomobilə 1.365 manat zərər təyin olunmuşdur. MİP-130046-B23 saylı sığorta müqaviləsinin 011801 saylı sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti sığortalıya 300 manat azadolma məbləği çıxılmaqla 1065 manat sığorta ödənişi həyata keçirmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Sultanlı Mələk Rövşən qızı iddianı müdafiə edərək, tələbin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlərə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Odur ki, məhkəmə, MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, mübahisənin hüquqi həlli ilə bağlı qeyd edir ki, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı və 1108-ci maddələrinə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddiası qismən əsaslıdır. Mülki iş materiallarına əlavə edilmiş 011801 nömrəli sığorta aktına əsasən sığortalanmış “Seat Leon” markalı ** VG *** dövlət qeydiyyat nişanlı avtomobilə yolnəqliyyat hadisəsi nəticəsində dəymiş ziyanın məbləği 1365 manat təşkil edir. İş materiallarına əlavə edilmiş 2763 saylı kassa məxaric orderindən görünür ki, X2 etibarnamə üzrə nümayəndəsi X1 xx xxxxxx 2014-cü il tarixdə “İddiaçı Sığorta Şirkəti” ASC tərəfindən 1065 manat verilmişdir. İş materiallarına əlavə edilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiqləyən arayışa əsasən xx.xx.2014-cü il tarixində Quba şəhəri, H.Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş vermiş, hadisə baş verərəkən “Seat Leon” markalı ** VG *** dövlət qeydiyyat nişanlı avtomobillə “Vaz 2106” markalı, ** HK *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, “Vaz 2106” markalı, ** HK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 olmuş, onun sürücülük vəsiqəsi olsa da, etibarnamə üzrə avtomaşını idarəetmək hüququ olmamışdır. İş materiallarına əlavə edilmiş cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvanlanmış xəbərdarlığa əsasən zərər məbləğinin ödənilməsi, əks halda məhkəməyə müraciət olunacağı barədə məlumatlandırılmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1, 936.2-ci və 936.5-ci maddələrinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci madəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Mülki qanunvericiliyin tələblərinə əsasən yüksək təhlükə mənbəyinin vurduğu ziyana görə cavabdehliyi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxs daşıyır. Lakin eyni zamanda qanunvericiliyin tələbinə əsasən yüksəktəhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Bu halda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Əks halda vurulmuş ziyana görə məsuliyyəti həm mənbə sahibi, həm də ona hüquqa zidd yiyənlənmiş şəxs birgə daşıyır. Hazırkı işdə Cavabdeh2 iddiaçı qarşısında mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlər mövcuddur. Belə ki, onun qanuni əsas olmadan (etibarnaməsiz) sahiblik etdiyi yüksək təhlükə mənbəyi olan “Vaz 2106” markalı, ** HK *** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydasını təqsirli şəkildə pozaraq yol nəqliyyat hadisəsi törətmiş və nəticədə “Seat Leon” markalı ** VG *** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymişdir. Dəymiş ziyan İddiaçı Sığorta Şirkəti ASC tərəfindən ödənilmişdir. Belə olan halda, iddiaçının Cavabdeh2 qarşı göstərilən məbləğdə subroqasiya tələbi haqlıdır. Qeyd olunan normalardan aydın olur ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı zərərin ödənilməsinin sığorta ödənişi həcmində sığortaçıya keçməsini nəzərdə tutur. Göstərilənlərə əsasən, məhkəmə yol nəqliyyat hadisəsi nəticəsində sığorta ödənişlərinin İddiaçı Sığorta Şirkəti ASC tərəfindən həyata keçirildiyini nəzərə alaraq hesab edir ki, vurulmuş ziyanın ödənilməsi tələbi sığorta ödənişi həcmində İddiaçı Sığorta Şirkəti ASC-yə keçmişdir. Məhkəmə iddia tələbinin Cavabdeh1 aid hissəsi ilə bağlı qeyd edir ki, Cavabdeh1 xx.xx.2012-ci il tarixdə xx.xx.2042-ci il tarixədək 30 il müddətinə Cavabdeh3 etibarnamə vermişdir. Mülki Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Belə ki, məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilmiş müddəasında yüksək təhlükə mənbəyinin faktiki sahibi olan Cavabdeh3 yol nəqliyyat hadisəsini törətmiş şəxslə birgə məsuliyyət daşıması üçün yüksək təhlükə mənbəyinin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsiri olması şərtləndirilmişdir ki, iş materiallarında faktiki sahib statusunda olan Cavabdeh3 digər cavabdehin, yəni Cavabdeh2 hüquqi əsasnəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə olmadan həmin nəqliyyat vasitəsini idarə etdiyindən həmin hərəkətə görə mülki-hüquqi cavabdehliyi də məhz Cavabdeh3 və Cavabdeh2 daşımalıdır. Digər Cavabdeh1 avtomobilin sahibi olduğu və heç bir hüquqa zidd hərəkət etmədiyi üçün məsuliyyət daşıya bilməz. İşdə olan ödəniş tapşırığından görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə isə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehlər Cavabdeh3 və Cavabdeh2 aid edilməlidir. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, iddia qismən təmin edilməklə, Cavabdeh3 və Cavabdeh2 1065 manat məbləğində sığorta ödənişi məbləği, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat və 0,40 manat xidmət haqqı olmaqla, cəmi 1095.40manat məbləğində pul tutularaq “İddiaçı Sığorta” ASC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 1065 (min altmış beş) manat məbləğində sığorta ödənişi, 30 (otuz) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat xidmət haqqı olmaqla, cəmi 1095,40 (min doxsan beş manat qırx qəpik) manat məbləğində vəsait tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar