Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2078/2022 22.12.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Əlirza Azər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı – Cavabdeh qarşı (Bakı şəhəri Səbail Rayon İcra şöbəsi iş üzrə üçüncü şəxs qismində cəlb edilməklə) “artıq ödənilmiş pul məbləğinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı – Cavabdeh qarşı “artıq ödənilmiş pul məbləğinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7888 manat (yeddi min səkkiz yüz səksən səkkiz) manat pulun, Mediasiya prosesi ilə bağlı ödənilmiş 50 (əlli) manat pulun və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1133/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən onunla cavabdeh arasında bağlanmış nikah pozulmuş, xx.xx.2008-ci il təvəllüdlü X1 cavabdehin yanında qalması, xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək onun saxlanması üçün ondan xx.xx.2018-ci il tarixdən hesablanmaqla hər ay 154 manat sabit pul məbləğində aliment tutularaq cavabdehə verilməsi qət edilmişdir. O, övladını düşünərək onun maddi sıxıntı yaşamaması, lazım olan ehtiyaclarının vaxtlı vaxtında ödənilməsi üçün qeyd olunan qətnamənin icra edilməsi məqsədi ilə maaş kartını cavabdehə vermişdi ki, qətnamə ilə ondan tutulması göstərilən məbləği kartdan özü çıxartsın. Cavabdeh müxtəlif bankomatlardan Azərbaycan Beynəlxalq Bankında onun adına açılmış hesab üzrə maaş kartından xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ümumilikdə 14664 manat pul məxaric əməliyyatı aparmışdır. Qətnamə ilə ondan xx.xx.2018-ci il tarixdən tutulması göstərilən 154 manat məbləği xx.xx.2022-ci il tarixədək hesabladıqda cəmi 44 ay üçün 6776 manat edir. Buradan da açıq-aydın görünür ki, cavabdeh onun adına Azərbaycan Beynəlxalq Bankında açılmış hesab üzrə maaş kartından 7888 manat artıq pul məbləği məxaric edilmişdir. Hesab edir ki, cavabdehin onun adına Azərbaycan Beynəlxalq Bankında açılmış hesab üzrə maaş kartından məxaric etdiyi 7888 manat pul məbləği cavabdehdən tutularaq ona ödənilməlidir. Hazırda cavabdehin ona 7888 manat borcu qalıb. Cavabdeh ona qarşı törətdiyi bu hərəkətləri ilə ona həm də mənəvi sarsıntı yaşatmışdır. Hazırda cavabdehin hərəkətləri nəticəsində ona həm maddi həm də mənəvi zərər dəymişdir. Buna görə də məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı tələbini müdafiə edərək tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin bildirmişdir ki, onlar 2018-ci ildə boşansalar da, 2020-ci ilin dekabr ayınadək bir ailə kimi yaşamışlar və birgə təsərrüfat aparmışlar. Cavabdeh nümayəndəsi iddianı qəbul etməyərək rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, həmçinin bildirmişdir ki, tərəflər 2018-ci ildə boşansalar da, 2020-ci ilin dekabr ayınadək bir ailə kimi yaşamışlar və birgə təsərrüfat aparmışlar, iddiaçı isə cavabdehə hər hansı bir pul məbləği vermişsə belə öz uşağı və ailəsi üçün xərcləmişdir həmin pulu, buna görə də hazırki iddiası əsassızdır. İş üzrə üçüncü şəxs qismində cəlb edilmiş Bakı şəhəri Səbail Rayon İcra şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə Baki şəhəri Səbail Rayon İcra şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarıını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbləri rədd edilməlidir. Belə ki, işin materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1133/2018 nömrəli xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək Cavabdeh ilə İddiaçı arasında 11 avqust 2002-ci il tarixdə Səbail rayon Qeydiyyat şöbəsində 211 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, 21 may 2008-ci ildə doğulmuş X3 anası Cavabdeh yanında qalması, X1 yetkinlik yaşına çatanadək onun saxlanılması üçün İddiaçı 31 yanvar 2018-ci il tarixdən hesablanmaqla, hər ay 154 (yüz əlli dörd) manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh verilməsi qət edilmişdir. - Cavabdeh Baki şəhəri Səbail Rayon İcra şöbəsinə ünvanladığı xx.xx.2021-ci il tarixli şikayət ərizəsinin məzmunundan görünür ki, Səbail Rayon Məhkəməsinin 22 may 2018-ci il tarixli, 2(009)-1133/2018 saylı qətnaməsi icraya yönəldilmiş və cavabdehin 7238 manat borcu yaranmışdır. Borclu İddiaçı alimenti ödəmir, buna baxmayaraq icra sənədinin icra olunması üçün onun barəsində heç bir məcburi tədbirlər görülmür və borclu bu müddət ərzində yığılmış alimenti ödəməkdən yayınır. Aliment borcunun tam ödənilməsinin təmin edilməsi məqsədi ilə borclu barəsində tez bir zamanda inzibati qaydada protokolun tərtib edilərək onun işin digər materialları ilə birlikdə məhkəməyə göndərilməsinə müvafiq göstəriş verilməsini xahiş etmişdir. - xx.xx.2022-ci il tarixli 128036/2018-16-12/925 nömrəli Baki şəhəri ünvan ünvanlanan təklifdən görünür ki, Bakı Şəhəri, Səbail Rayon Məhkəməsinin 2(009)- 1133/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə borclu İddiaçı hər ay X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 154 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Cavabdeh xeyrinə ödənilməlidir. Hal-hazırda borclu X1 bu günə olan aliment borcu 8008 (səkkiz min səkkiz) manat məbləğində təşkil edir. Qeyd edilənləri nəzərə alaraq borclunun əmək haqqının hər ay 70%-i miqdarında tutularaq tələbkar Cavabdeh hesabına köçürülməsini təmin etməyiniz xahiş olunur. Aliment məbləği xx.xx.2018-ci il tarixdən hesablanılmalıdır. - xx.xx.2022-ci il tarixli MŞB/9-00261 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, 9 saylı Mediasiya Təşkilatı tərəfindən mediator qismində təyin edilmiş X2 (Mediasiya reyestrində qeydiyyat nömrəsi M-0063) tərəfindən İddiaçı "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanununun 29.2-ci maddəsinə uyğun olaraq verilib. Bu Arayış Cavabdeh İddiaçı tərəfindən təsvir edildiyi kimi, ailə mübahisəsi (məhkəmə qərarına əsasən 154 manat olaraq göstərilən alimentin artıq məbləğdə ödənildiyinə görə bundan sonraki ödəniş müddəti üçün nəzərə alınaraq növbəti ayların aliment ödənişlərindən çıxılması) üzrə xx/xx/2022-ci il tarixində, 14:00-14:30 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmədiyini təsdiq etmək üçün verilir. Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 5 gün əvvəlcədən poçt vasitəsi ilə məlumatlandırılmışdır. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etdi və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiyaya dair xərc ödənildi. - N nömrəli hərbi hissənin xx.xx.2022-ci il tarixli 1025 saylı arayışından görünür ki, işçi İddiaçı həqiqətən, xx.xx.2021-ci il tarixdən hərbi hissədə xarrat vəzfəsində işləyir və onun aylıq əməkhaqqı bütün növ vergilər tutulduqdan sonra 359,66 (üç yüz əlli doqquz manat altmış altı qəpik) təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında nikah Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 2(009)-1133/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. İddiaçı sözügedən qətnamə ilə cavabdehlə arasında olan nikah pozulmaqla yanaşı xx.xx.2008-ci il təvəllüdlü X1 cavabdehin yanında qalması və onun yetkinlik yaşına çatanadək onun saxlanması üçün ondan xx.xx.2018-ci il tarixdən hesablanmaqla hər ay 154 manat sabit pul məbləğində aliment tutularaq cavabdehə verilməsi qət edildiyi üçün övladını düşünərək onun maddi sıxıntı yaşamaması, lazım olan ehtiyaclarının vaxtlı vaxtında ödənilməsi üçün qeyd olunan qətnamənin icra edilməsi məqsədi ilə maaş kartını cavabdehə, qətnamə ilə ondan tutulması göstərilən məbləği kartdan özü çıxartmaq məqsədi ilə verməsini göstərsə də, tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, nikahın pozulmasına baxmayaraq tərəflər 2020-ci ilin dekabr ayına kimi birlikdə yaşamağa davam edərək birgə təsərrüfat aparmışlar. Cavabdeh tərəf iddiaçının ona qeyd edilən kartı verməsini təsdiq etməsə də, kartın o dövrdə cavabdehdə olması halında belə iddiaçının kartı cavabdehə alimentlə bağlı deyil, ailə ehtiyacları üçün verməsini və oradan çıxarılan vəsaitlərdən iddiaçının məlumatının olmasını göstərmişdir. Məhkəmə tərəfindən sorğu edilərək Azərbaycan Beynəlxalq Bankından əldə edilmiş foto şəkillərdən (disklərlə) müəyyən edilmişdir ki, iddiaçının əmək haqqı kartı 2020-ci ilin dekabr ayınadək cavabdehdə olmaqla o, həmin kartdan istifadə edərək nağdlaşdırma əməliyyatları aparmışdır. İşin araşdırılmış hallarından həmçinin müəyyən olunur ki, tərəflər nikahlarının pozulmasına baxmayaraq xx.xx.2018-ci il tarixdən 2020-ci ilin dekabr ayına kimi birlikdə yaşamaqda davam etmişlər. Cavabdeh xx.xx.2021-ci il tarixli şikayət ərizəsi ilə Səbail rayon İcra Şöbəsinə müraciət edərək Səbail Rayon Məhkəməsinin 22 may 2018-ci il tarixli, 2(009)-1133/2018 saylı qətnaməsi üzrə cavabdehin 7238 manat borcu yaranmasını və onun alimenti ödəməməsini göstərərək barəsində müvafiq tədbirlər görülməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, ünvan 128036/2018-16-12/925 nömrəli təkliflə müraciət edilərək borclu X1 bu günə olan aliment borcu 8008 (səkkiz min səkkiz) manat məbləğində təşkil etməsi göstərilərək xx.xx.2018-ci il tarixdən hesablanılmaqla onun əmək haqqının hər ay 70%-i miqdarında tutularaq tələbkar Cavabdeh hesabına köçürülməsini təmin edilməsi xahiş olunmuşdur. Hazırda iddiaçı cavabdehdən 7888 manat pul tələbinin əsası kimi qətnamə ilə ondan xx.xx.2018-ci il tarixdən tutulması göstərilən 154 manat məbləğin xx.xx.2022-ci il tarixədək hesabladıqda cəmi 44 ay üçün 6776 manat etdiyi halda cavabdehin xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ümumilikdə onun əmək haqqı kartından 14664 manat pul məxaric əməliyyatı aparmasına istinad edir. Yəni, cavabdeh tərəfindən onun adına Azərbaycan Beynəlxalq Bankında açılmış hesab üzrə maaş kartından 7888 manat artıq pul məbləği məxaric edilmişdir. İddiaçı tələbinin maddi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 425.1, 442, 443.1, 448.2, 739.1, 1096.1, 1097.1-ci maddələrinə istinad etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. İddiaçının istinad etdiyi normalar öhdəlik, borc və deliktlə bağlı münasibətləri tənzimləyir ki, araşdırma zamanı da tərəflər arasında bu münasibətlərin mövcudluğu müəyyən edilməmişdir. Belə ki, məhkəmə qeyd edir ki, əvvəla iddiaçı cavabdehə əmək haqqı kartını qətnamə ilə müəyyən edilmiş alimenti hər ay üçün çıxartmaq məqsədi ilə verməsinə dair sübutlar təqdim etməmişdir. İkincisi də buna dair sübutlar təqdim etdiyi halda belə bu münasibətlər sadalanan maddi hüquq normalarının tələbləri ilə tənzimlənmir. İşin araşdırılmış hallarından görünür ki, cavabdeh kartını könüllü olaraq cavabdehə vermiş və sonuncu da nikahları pozulandan sonra iddiaçı ilə birgə yaşadıqla dövrdə 3 ilə (2018-2020) yaxın müddət ərzində bu kartdan etiraz olmadan ailə ehtiyacları üçün mülahizəsinə uyğun olaraq istifadə etmişdir. Məhkəmə cavabdehin iddiaçının göstərilən müddət ərzində onun əmək haqqı kartından 14664 manat pul məxaric əməliyyatı aparması barədə məlumatlı olmasına dair izahatlarını inandırıcı sayır və hesab edir ki, iddiaçının hazırki qaldırdığı iddia tərəflər arasında məhz 2020-ci ilin dekabrından sonra yaranan mübahisələr zəminində tərəflərin bir-birinə qarşı yaranmış qərəzli münasibətlərinin nəticəsidir və iddiaçının əmək haqqının hər ay 70%-i miqdarında aliment tutulmasının qarşını almaq üçün hesablanmışdır. Məhkəmə işin araşdırılmış halları üzrə hesab edir ki, iddiaçının cavabdehə verdiyi kart əmək haqqı kartıdır və iddiaçının da bildirdiyinə görə həmin dövrdə əmək haqqı 154 manatdan çox olmuşdur. Yəni, cavabdeh kartdan 154 manatdan çox pul vəsaiti çıxartmaqda sərbəst idi və iddiaçı da özünün etiraf etdiyi kimi bu müddət ərzində kartından çıxarılan məbləğlərin məhz 154 manat həddində olmasına nəzarət etməmiş, hətta cavabdehin daha artıq pul çıxarmasından da xəbərdar olmuşdur. Məhkəmə hesab edir ki, işin bu müəyyən edilmiş halları bir daha ona dəlalət edir ki, iddiaçının cavabdehə nikahları pozulmasına baxmayaraq birgə yaşamaqda davam edərkən əmək haqqı kartının sonuncuya verməsi ailə münasibətləri ilə bağlı olmuş və çıxarılan vəsaitin təyinatı ailə ehtiyacları üçün olmuşdur ki, bura həm də azyaşlı uşağın qayğı və ehtyiacları da daxildir. Belə olan halda cavabdehin iddiaçının kartından çıxartdığı 14664 manat pul vəsaitindən iddiaçının məlumatı olduğundan, iddiaçının iddia etdiyi 7888 manat məbləği artıq ödənilmiş pul məbləği kimi qiymətləndirilə bilməz. Beləliklə də məhkəmə bu qənaətə gəlir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamışdır. Məhkəmə qeyd edir ki, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı – Cavabdeh qarşı (Baki şəhəri Səbail Rayon İcra şöbəsi iş üzrə üçüncü şəxs qismində cəlb edilməklə) “artıq ödənilmiş pul məbləğinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı (Bakı şəhəri Səbail Rayon İcra şöbəsi iş üzrə üçüncü şəxs qismində cəlb edilməklə) “artıq ödənilmiş pul məbləğinin geri qaytarılması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-2078/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2078/2022
22.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver