Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-210/2023 13.03.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əzizli Əziz Seyfulla oğlunun katibliyi ilə İddiaçı, onun nümayəndəsi X9, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, xx.xx.1974-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. Sözügedən ünvanda qardaşları Cavabdeh2 və Cavabdeh1 B.İlhaməni dəfələrlə həmin qeydiyyatda olan ünvandan çıxarmaq üçün bir çox qeyri-qanuni yollara əl atmış, hətta şiddət belə göstərmişdilər. İddiaçı qeydiyyatda olduğu ünvandan isifadə edə bilməməklə yanaşı qardaşları tərəfindən təhqirlərə və şiddətə məruz qalır. Sahəsi 183.6 kv.m olan fərdi yaşayış evi atasının atası Həsən kişinin şəxsi mülkü olub və bu mülkü övladlarına miras qoyub. X5 həmin ünvanda 7 övladı dünyaya gəlmiş, onlardan iki qardaş və özü bu ünvanda qeydiyyatdadır. O, ailəlidir, bir övladı var, həyat yoldaşı X11 Rayon Polis İdarəsinə qeydiyyatdadır. Böyük qardaşı Cavabdeh1 atasından özünə düşən paydan artığını tələb etmiş, hətta valideynlərinə qarşı zor tətbiq etmişdir. Kiçik qardaşı Cavabdeh2 **********8310301 reyestr nömrəli 14118465 qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən paylı mülkiyyət üzrə 183.6 kv.m olan fərdi yaşayış evindən ona məxsus 2/10 paylı hissəsini 43.000 manat pul vəsaitinə xx.xx.2022-ci il tarixdə alıcı X1. Satışın Səbail ərazisində deyil, Qaradağ ərazisində yerləşən 8 saylı Notariat ofisində baş tutması da ayrı bir şübhə doğurur. Qardaşları tərəfindən onun həyat yoldaşına pul təklif olunaraq qeydiyyatdan çıxarılması tələb edilmiş, lakin buna razılıq verməmişdir. Həmin ünvanda məskunlaşmaq və paylı mülkiyyətdən istifafə etmək hüququna ailənin digər fərdləri tərəfindən maneələr törədildiyindən bu məsələnin həlli üçün müraciət edir. Qeyd edilənlərə əsasən İddiaçı Bakı şəhəri, Səbail rayonu, Ə.Nəzmi küçəsi, ev ö/t 18 ünvanında yerləşən paylı mülkiyyətə istifafə hüququnun tanınmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh2 iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iddiaçının ona və digər Cavabdeh1 qarşı iddiası əsassız və qanunsuzdur. İddiaçı məhkəməyə yanlış məlumat verərək bildirmişdir ki, guya cavabdehlər ona qarşı şiddət göstərmiş, təhqirlərə məruz qalmışdır. Lakin hansı tarixdə, hansı məkanda təhqir edildiyini bildirməmiş, həqiqətdənkənar fikirlər səsləndirmiş, ailə həyatı quraraq uzun müddət ərzində başqa ünvanda yaşayan bir şəxsin mübahisəli ünvana hüququnun qalıb-qalmaması əsaslandırılmamışdır. Bundan başqa iddia ərizəsi MPM-in tələblərinə uyğun tərtib edilməmiş, anlaşılmayan bir iddia irəli sürülmüşdür. Cavabdeh N.M. Asanova məxsus 1 mərtəbəli, ümumi sahəsi 183.58 kv.metr olan ev daşınmaz əmlakın dövlət reyestrindən Seriya RX ******* nömrə ilə qeydiyyatdan keçmişdir. Onun öz mülkiyyətində olan əmlak barədə sərəncam vermək hüququ vardır. Lakin iddiaçının mübahisəli sahə ilə bağlı hüququ olmadığına və özünə başqa yaşayış sahəsi seçdiyinə görə, habelə pasport qeydiyyatında qanunsuz qaldığı üçün istifadə hüququnun tanınmasını tələb edə bilməz. İddiaçı öz tələbini vərəsə kimi əsaslandırmağa çalışsa da, nəzərə almamışdır ki, mübahisəli sahələrin mülkiyyətçiləri başqa şəxslərdir. İddiaçının yaşayış yeri mübahisəli ünvan olmadığından o olduğu yer üzrə qeydiyyata düşməli idi, ərizəçi isə yaşayış ünvanını göstərməmişdir (gizlətmişdir). İddiaçının mübahisəli ünvanda qeydiyyatda qalması üçün hüquqi əsas yoxdur, onların qeydiyyatı yalnız formal xarakter daşıyır və faktiki vəziyyəti əks etdirmir. Göstərilənlərə əsasən cavabdeh iddiaçının iddiasının rədd edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 məhkəməyə müraciət edərək bildirmişdir ki, o, ev Əli Nəzmi 18-də yaşayır. 42 kv.m 7 nəfər yaşayır. 5 uşaq atasıdır. Çox uşaqlı ailədir. Oğlu əsgərlikdən gəlib, ev lazımdır, heç oğluna ev edib evləndirə bilmir. 20 ildir ailəlidir. Onlar bacılarını qeydiyyatdan çıxara blmirlər. Atası və anasından cəmi 42 kvadrat yer ona qalıb. Çox hissə qardaşı Cavabdeh2dir və o da hələ tam alğı-satqı etməyib. Bacısının sözlərinə görə qardaşı Nazimdən pul, ya da pay istəyir. Onları niyə bu işə qatdılar, İlhamə ilə aralarında heç vaxt salam olmayıb. Bacısının qeydiyyatdan çıxmasına kömək etməyi məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı, onun nümayəndəsi X17 iddia ərizəsində göstərilənləri müdafiə edərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh1 etiraz ərizəsində göstərilənləri müdafiə edərək iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh2 və onun nümayəndəsi və vəkili Vəkil etiraz ərizəsində göstərilənləri müdafiə edərək iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.2005-ci il tarixdən Bakı şəh., Ə.Nəzmi küç, ev.Ö/T 18 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AN-İ ******* nömrəli xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Əli Nəzmi küçəsi,18 ünvanında yerləşən, ümumi sahəsi 183.6 kv/m olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus 2/10 hissəsini 43.000 manat müqabilində satıcı Cavabdeh2 alıcı X2 mülkiyyətinə verir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, Cavabdeh2 xx.xx.2005-ci il tarixdən Bakı şəh., Ə.Nəzmi küç, ev. 18 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, Cavabdeh1 xx.xx.2006-cı il tarixdən Bakı şəh., Ə.Nəzmi küç, ev. 18 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* saylı çıxarışından görünür ki, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2014-cü il tarixli payın bağışlanmasına dair müqavilədən görünür ki, X8, xx.xx.2014-cü il tarixli 2V-57 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 12 oktyabr 1982-ci il tarixdə vəfat etmiş Həsənova Gilə-Xanım Xanı qızına məxsus olan Bakı şəhəri, Səbail rayonu, 5-ci Bayıl küçəsi ünvanında yerləşən ümumi sahəsi 185.53 kv.m, yaşayış sahəsi 139.81 kv.m, yardımçı sahəsi 45.72 kv.m olan on bir otaqlı 10 nömrəli fərdi yaşayış evinin özünə məxsus 1/10 hissəsini oğlu Cavabdeh2 bağışlamışdır. İş materiallarında olan 288035 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X26 xx.xx.1997-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan 3 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən təqdim edilmiş 57 nömrəli sorğuya cavab məktubundan görünür ki, 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində X4 adına heç bir notariat hərəkəti aparılmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışından görünür ki, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə X23 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışından görünür ki, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə X6 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışından görünür ki, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə X12 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışından görünür ki, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə X21 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışından görünür ki, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə X15 adına qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 183.6 kv/m olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus 1/6 hissəsini 22.000 manat müqabilində satıcı X15 alıcı X12 mülkiyyətinə verir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli aktdan görünür ki, qonşular Hüseynov Qəhrəman, X18, X19 bu aktı təsdiq edirlər ondan ötrü ki, Əli Nəzmi küçəsi ev 18-də İddiaçı 20 ildən artıqdır ki, bu evdə yaşamır. Həmin evdə xəstə olan anası mərhum X20 oğlu Cavabdeh1 tərəfindən baxılıb. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı adına Respublika ərazisi üzrə daşınmaz əmlakın mövcudluğuna dair xx.xx.2023 tarixli ********** qeydiyyat nömrəli müraciətinə əsasən daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-cü il tarixli arayışından görünür ki, X25 adına daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Bakı şəhəri 2 saylı notariat kontorunun xüsusi notariusu Abdullayevə Z.H. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.3-cü maddəsinə əsasən təsdiq edir ki, 12 oktyabr 1982-ci il tarixdə vəfat etmiş Həsənova Gilə-Xanım Xanı qızının vərəsəsi 01 noyabr 2010-cu il tarixdə vəfat etmiş oğlu Məmməd Əsən oğlunun 1/2 hissəyə vərəsələri ünvan 8-də yaşayanlar 1/10 hissəyə gəlini X8 və 1/10 hissəyə nəvəsi Cavabdeh2dur. Şəhadətnamə verilən miras əmlak Bakı şəhərində Bələdiyyələşdirilməmiş Tikintilərin Reyestrindən verilmiş kitab 157 səh. 5647, 13 yanvar 1951-ci il tarixdə verilmiş çıxarışa və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 18 mart 2014-cü il tarixdə verilmiş 04/148 №li Dövlət reyestrindən arayışa (forma № 1) əsasən ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 183.53 kv.m, yaşayış sahəsi 139.81 kv.m, yardımçı sahəsi 45.72 olan on bir otaqlı fərdi yaşayış evindən ibarətdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Bakı şəhəri 2 saylı notariat ofisinin xüsusi notariusu X14 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.3-cü maddəsinə əsasən təsdiq edir ki, xx.xx.1982-ci il tarixdə ölmüş Həsənova Gilə-Xanım Xanı qızının 1/2 hissəyə vərəsəsi 02 yanvar 1995-ci il tarixdə vəfat etmiş oğlu Əmir-Əhməd Əsən oğlunun Bakı şəhəri, Ə.Nəzmi küçəsi, ev 18 qeydiyyatda olan 1/6 hissəyə vərəsəsi nəvəsi X13r. Şəhadətnamə verilən miras əmlak Bakı şəhərində Bələdiyyələşdirilməmiş Tikintilərin Reyestrindən verilmiş kitab 157 səh.5647, 13 yanvar 1951-ci il tarixdə verilmiş çıxarışa və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 18 mart 2014-cü il tarixdə verilmiş 04/148 №li Dövlət reyestrindən arayışa (forma № 1) əsasən ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 185.53 kv.m, yaşayış sahəsi 139.81 kv.m, yardımçı sahəsi 45.72 olan on bir otaqlı fərdi yaşayış evindən ibarətdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Bakı şəhəri 2 saylı notariat ofisinin xüsusi notariusu X14 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.3-cü maddəsinə əsasən təsdiq edir ki, xx.xx.1982-ci il tarixdə ölmüş Həsənova Gilə-Xanım Xanı qızının 1/2 hissəyə vərəsəsi 02 yanvar 1995-ci il tarixdə vəfat etmiş oğlu Əmir-Əhməd Əsən oğlunun Bakı şəhəri, Ə.Nəzmi küçəsi, ev 18 qeydiyyatda olan 1/6 hissəyə vərəsəsi nəvəsi X10r. Şəhadətnamə verilən miras əmlak Bakı şəhərində Bələdiyyələşdirilməmiş Tikintilərin Reyestrindən verilmiş kitab 157 səh.5647, 13 yanvar 1951-ci il tarixdə verilmiş çıxarışa və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 18 mart 2014-cü il tarixdə verilmiş 04/148 №li Dövlət reyestrindən arayışa (forma № 1) əsasən ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 185.53 kv.m, yaşayış sahəsi 139.81 kv.m, yardımçı sahəsi 45.72 olan on bir otaqlı fərdi yaşayış evindən ibarətdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Bakı şəhəri 2 saylı notariat ofisinin xüsusi notariusu X14 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.3-cü maddəsinə əsasən təsdiq edir ki, xx.xx.1982-ci il tarixdə ölmüş Həsənova Gilə-Xanım Xanı qızının 1/2 hissəyə vərəsəsi 02 yanvar 1995-ci il tarixdə vəfat etmiş oğlu Əmir-Əhməd Əsən oğlunun Bakı, Səbail, Ə.Nəzmi küç, ev Ö/T 18 qeydiyyatda olan 1/6 hissəyə vərəsəsi nəvəsi X7r. Şəhadətnamə verilən miras əmlak Bakı şəhərində Bələdiyyələşdirilməmiş Tikintilərin Reyestrindən verilmiş kitab 157 səh.5647, 13 yanvar 1951-ci il tarixdə verilmiş çıxarışa və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 18 mart 2014-cü il tarixdə verilmiş 04/148 №li Dövlət reyestrindən arayışa (forma № 1) əsasən ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 185.53 kv.m, yaşayış sahəsi 139.81 kv.m, yardımçı sahəsi 45.72 olan on bir otaqlı fərdi yaşayış evindən ibarətdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 8 ünvanında ayrı-ayrı şəxslərə məxsus bir neçə çıxarışlı yaşayış sahəsi vardır. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, 12 oktyabr 1982-ci il tarixdə vəfat etmiş Həsənova Gilə-Xanım Xanı qızının vərəsəsi 01 noyabr 2010-cu il tarixdə vəfat etmiş oğlu Məmməd Əsən oğlunun ½ hissəyə vərəsələri 1/10 hissəyə gəlini X8 və 1/10 hissəyə nəvəsi Cavabdeh2 aiddir. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, X8 özünün 1/10 payını oğlu Cavabdeh2 bağışlamışdır. Məhkəmə ilk öncə qeyd edir ki, iddiaçının yalnız ünvan 8 ünvanında yerləşən evin Məmməd Əsən oğluna aid olmuş ½ hissəsi ilə bağlı iddia qaldırmağa subyektiv hüququ var. 01 oktyabr 2009-cu il tarixinə qədər qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53 (3-cü hissə)-cü maddəsinə əsasən kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də kirayəçinin ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibüluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bu Məcəllənin 60-cı maddəsinə əsasən kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən kirayəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında qeyd olunmuşdur ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir”. İş materiallarından görünür ki, 20 il müddət ərzində iddiaçı mənzildən istifadə etmək ehtiyacının olması və cavabdehlər tərəfindən mənzilə buraxılmaması ilə bağlı məhkəmədə iddia qaldırmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçının mübahisəli evdə qeydiyyatdan başqa heç bir əlaqəsi yoxdur. Məhkəmə hesab edir ki, iddiaçı mübahisəsi gedən mənzildə ailəsi ilə birgə yaşadığı zaman yaranmış istifadə hüququnu, ailə qurub mənzildən köçüb getdiyi gündən itirmişdir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-210/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-210/2023
13.03.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver