Məhkəmə qərarları › İş №2(009)-2108/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-2108/2020

28.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2108/2020 28.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı X1 cavabdeh “Cavabdeh” İB-nə qarşı cavabdeh orqanlarının rəhbərlərinin və onun fəaliyyətinə xidməti yoxlama aparılması tələbinə dair ərizəsinə baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı X2 cavabdeh “Cavabdeh” İB-nə qarşı cavabdeh orqanlarının rəhbərlərinin və onun fəaliyyətinə xidməti yoxlama aparılması barədə elektron ərizə ilə məhkəməyə müraciət etmişdir. Hakim iş materillarını araşdırıb hesab edir ki, ərizə məhkəmədə baxılmalı olmadığından yolverilməzliyinə görə iddiaçıya geri qaytarılmalıdır. AR MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, həmin tələb iddiaçının pozulmuş hüquqlarının və azadlıqlarının bərpasına deyil, cavabdeh orqanda xidməti fəaliyyətinin aparılması ilə bağlıdır. AR MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Hakim qeyd edir ki, hüquqi şəxsin fəaliyyətinin yoxlanılması müvafiq qanunvericilik əsasında həyata keçirilir və həmin yoxlamanın məhkəmə qaydasında tələb edilməsi qanunla müəyyən edilməmişdir. Yəni iddiaçı cavabdeh müəssisədə xidməti yoxlamanın aparılmasını məhkəmə qaydasında deyil, həmin yoxlamanı aparmağa səlahiyyətli orqanlara mürciət etməklə tələb edə bilər. AR Konstitusiyasının 133-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının Prokurorluğu qanunla nəzərdə tutulmuş qaydada və hallarda qanunların icra və tətbiq olunmasına nəzarət edir; qanunla nəzərdə tutulmuş hallarda cinayət işləri başlayır və istintaq aparır; məhkəmədə dövlət ittihamını müdafiə edir; məhkəmədə iddia qaldırır; məhkəmə qərarlarından protest verir. Hakim digər tərəfdən qeyd edir ki, iddiaçı tərəfindən verilmiş ərizədən görünür ki, o “Cavabdeh” İB-nə işləyir və həmin müəssisəsi ilə əmək münasibətlərindədir. İddiaçının ərizəsindən həmçinin məlum olur ki, ona qarşı işlədiyi müəssisədə qanunsuzlaqlar edilir və hüquqları pozulur. Hakim izah edir ki, əgər iddiaçının cavabdehin hərəkətləri nəticəsində hər hansı hüquqları pozulursa, o həmin hüquqlarının pozulmasının qarşısını almaq və həmin hərəkətlərə son qoymaq üçün məhkəməyə müraciət etməlidir. Yəni iddiaçı konkret olaraq pozulmuş hesab etdiyi hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət edə bilər. Hakim eyni zamanda qeyd edir ki, pozulmuş hüquqların bərpası ilə bağlı məhkəməyə müraciət AR MPM-nin 149 və 150-ci maddələrinin tələblərinə əsasən həyata keçirilir. Bu səbəbdən iddiaçıya həmçinin izah olunur ki, o məhkəməyə pozulmuş hüquqlarının bərpası ilə bağlı müraciət etmək üçün AR MPM-nin 149 və 150-ci maddələrinin tələblərinə riayət etməlidir. Əks halda onun ərizəsinin məhkəmə icraatı mümkün olmayacaq. AR MPM-nin 151.1-ci madəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Şərh olunanlara əsasən və AR MPM-nin 153, 152.2-152.4-cü maddələrini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı X2 cavabdeh “Cavabdeh” İB-nə qarşı cavabdeh orqanın rəhbərlərinin və onun fəaliyyətinin xidməti yoxlama aparılması barədə ərizəsinin məhkəmə icraatına qəbulu, qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla yolverilməz hesab olunsun və ərihə sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, o pozulmuş hüquqlarının bərpası üçün AR MPM-nin 149 və 150-ci maddələrinə əsasən məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar