Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2112/2020 25.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Mən, Səbail Rayon Məhkəməsinin hakimi Bağırova Mədinə Ağacavad qızı, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik X1rşı protokolların ləğvi tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 İdarəsinin İnzibati xəta haqqında xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli MN № ******* və MN № ******* nömrəli protokolları üzrə İXM-nin 211.1 və 211.2-ci maddələrinə əsasən ona tətbiq olunan cərimənin əsassız olduğu üçün həmin protokolların və onlar əsasında çıxarılmış MN ******* saylı qərarın ləğv olunması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsinin qəbulundan imtina olunmalı və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. İddia tələbindən görünür ki, iddiaçı mülki mühakimə icraatı qaydasında baxılması mümkün olmayan tələb irəli sürmüşdür. Belə ki, iddia tələbində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 İdarəsinin İnzibati xəta haqqında xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli MN № ******* və MN № ******* nömrəli protokolların və onlar əsasında çıxarılmış MN ******* saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina olunmalı və iddiaçıya Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 İdarəsinin İnzibati xəta haqqında xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli MN № ******* və MN № ******* nömrəli protokollarından və onlar əsasında çıxarılmış MN ******* saylı qərarından məhkəmə nəzarəti qaydasında şikayət vermək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə qeyd edir ki, “iş məhkəmədə baxılmalı deyildirsə” müddəası özündə, milki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olmasını, eləcə də, iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında ümumi məhkəmədə deyil, başqa məhkəmədə, yaxud başqa məhkəmə icraatı qaydasında baxılmalı olmasını ehtiva edir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik X1rşı protokolların və qərarın ləğvi tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıya izah olunsun ki, o, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 İdarəsinin qərarından məhkəmə nəzarəti qaydasında şikayət verə bilər. Qərardaddan 10 (on) gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-2112/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-2112/2020
25.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver