Məhkəmə qərarları › İş №2(009)-2118/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-2118/2024

27.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2118/2024 27.09.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi İlkin Şahin oğlu Rüstəmli, İddiaçı - cavabdehlər Cavabdeh1, Cavabdeh1 hakimləri - Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh14, Cavabdeh7, Cavabdeh2, Cavabdeh9, Cavabdeh11, Cavabdeh15, Cavabdeh4, Cavabdeh10 və Sultanova - Cavabdeh13, Cavabdeh1 əməkdaşı Cavabdeh12 və Azərbaycan Respublikasının Baş Prokuroru Cavabdeh8 qarşı “hüquqi faktın müəyyən olunması” tələbinə dair iddia ərizəsinin və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı - cavabdehlər Cavabdeh1, Cavabdeh1 hakimləri - Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh14, Cavabdeh7, Cavabdeh2, Cavabdeh9, Cavabdeh11, Cavabdeh15, Cavabdeh4, Cavabdeh10 və Sultanova - Cavabdeh13, Cavabdeh1 əməkdaşı Cavabdeh12 və Azərbaycan Respublikasının Baş Prokuroru Cavabdeh8 qarşı “hüquqi faktın müəyyən olunması” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edirəm ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iddiaçı öz iddia ərizəsinin 2 - ci bəndində göstərilən Yasamal rayon məhkəməsinin qərardadların əsaslandırıcı hissələrinə daxil edilmiş məlumatların əhəmiyyətli dərəcədə, AR Mülki Məcəlləsinin 23.1 maddəsi mənasına, həqiqətə uyğun olmayan və ya natamam məlumatlardan ibarət olması faktını, tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizələrinə, MPM 153.2.1 maddəsi mənasında, baxılmaması mümkün olmadığı halda, Yasamal rayon məhkəməsi tərəfindən iddia ərizələrindən imtina etməsi, MM 340.1, 340.2 maddələrində göstərilən mənalarda, iddiaçıya zərər vurmaq məqsədini daşıyan Yalan və Uydurma olması faktını, Bu iddia ərizəsinin 2-ci bəndində sadalan qərardadlar və sənədlər, AR CM 178, 295 maddələrində göstərilən mənalarda, dələduzluq vasitəsilə çıxarılmış ədalətsiz məhkəmə aktları olması faktını, Yasamal Rayon Məhkəməsində, AR Cinayət Məcəlləsinin 278 və 34.4 maddələrində göstərilən mənalarda, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmiş, cinayətkar birliyin fəaliyyət göstərməsi faktını, Yasamal rayon məhkəməsinin 2(004) - 4187/2024 saylı iş üzrə 8 Avqust 2024 - cü il tarixli qərardadın 2-ci səhifəsində "məhkəmənin və prokurorluğun qanuni fəaliyyətinə xələl gətirməklə məşqul olur" ifadəsi, MM 23.1 maddəsi mənasında, natamam olması faktını və tam ifadə "məhkəmənin və prokurorluğun qanuni fəaliyyətini təqlid, imitasiya edən cinayətkar birliyə xələl gətirməklə qanuni fəaliyyətlə məşğul olur" olması faktını, Yasamal rayon məhkəməsinin 2(004) - 4187/2024 saylı iş üzrə 8 Avqust 2024 - cü il tarixli qərardadın 2-ci səhifəsində "qanuni qüvvəyə minmiş qərardadları mövcuddur" ifadəsi, MM 23.1 maddəsi mənasında, natamam olması faktını və tam ifadə "qanuni qüvvəyə minmiş, lakin dələduzluq vasitəsilə ədalətsiz, yalan və uydurma məlumatlardan ibarət qərardadları mövcuddur" olması faktının müəyyən olunmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, qanunvericilikdə birinci instansiya məhkəməsində digər birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş aktların və həmin aktlarda qeyd olunmuş halların qanuniliyinin yoxlanılması yaxud təsdiq edilməsi səlahiyyəti nəzərdə tutulmamışdır. İddiaçıya izah olunmalıdır ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktlarının qanuniliyinin yoxlanılması yuxarı instansiya məhkəməsinin səlahiyyətlərinə aid edilmişdir. Odur ki, əgər iddiaçı, iddia ərizəsinin 2-ci bəndində sadalan qərardadların ədalətsiz məhkəmə aktları olduğunu hesab edirsə, o zaman onlardan yuxarı instansiya məhkəməsinə şikayət edə bilər. Hazırki halda isə, iddiaçının müəyyən edilməsini xahiş etdiyi hüquqi faktların məhkəmə qaydasında müəyyən edilməsi prosessual qanunvericilikdə təsbit olunmamışdır. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim ərizəni qəbul etməkdən imtina edir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153, 263,264 266- 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı - cavabdehlər Cavabdeh1, Cavabdeh1 hakimləri - Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh14, Cavabdeh7, Cavabdeh2, Cavabdeh9, Cavabdeh11, Cavabdeh15, Cavabdeh4, Cavabdeh10 və Sultanova - Cavabdeh13, Cavabdeh1 əməkdaşı Cavabdeh12 və Azərbaycan Respublikasının Baş Prokuroru Cavabdeh8 qarşı “hüquqi faktın müəyyən olunması” tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilsin. İddia ərizəsi İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər Hakim: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar