Məhkəmə qərarları › İş №2(009)-214/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-214/2024

25.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-214/2024 25.04.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Aygün Həsən qızı Əliyevanın katibliyi, İddiaçı Qədı̇ rova Kəmalə Ağaverdi qızının, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Qədı̇ rova Kəmalə Ağaverdi qızının cavabdeh Əbı̇ lova Nərgı̇ z Nuhbala qızına qarşı "pul" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təsviri hissə: İddiaçı Qədı̇ rova Kəmalə Ağaverdi qızı cavabdeh Əbı̇ lova Nərgı̇ z Nuhbala qızına qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pasport qeydiyyatında olduğu ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin sökülməsi ilə əlaqədar onun payına düşən kompensasiyanın əvəzi olaraq 30.000 manatın Cavabdeh alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: Bildirir ki, ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh onun keçmiş həyat yoldaşı X4 anasıdır. İddiaçı olaraq o, İddiaçı Cavabdeh oğlu X7 ilə 2002-ci il tarixdə el adəti ilə ailə həyatı qurmuşdur və xx.xx.2004-cü ildə rəsmi nikah qeydiyyatından keçərək nikahları rəsmiləşdirmişdir. Ailə həyatı qurduqda ünvan 1 ünvanda yerləşən mənzilə gəlin köçmüşdür. Elə həmin evdə onların birgə nikahdan 1 oğlan uşaqları anadan olmuşdur- xx.xx.2005-ci il təvəllüdlü X8. Ailə həyatı qurandan sonra o, Cavabdeh ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə cehiz əşyaları ilə birlikdə gəlin köçmüşdür və həmin yaşayış evinə qeydiyyat düşmüşdür. Hal-hazıradək də həmin ünvanda qeydiyyatdadır və son dövrlərə qədər yəni ev sökülənə kimi həmin evdə xx.xx.2005-ci il təvəllüdlü oğlu X8 ilə birlikdə yaşamışlar. Cavabdehin oğlu X7 ilə bir müddət mehriban yaşadıqdan sonra aralarında olan münasibət pozuldu. Cavabdeh oğlu X7 ilə aralarında olan nikah Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsinə əsasən pozulmuşdur. İddiaçı olaraq o, Cavabdeh oğlu X7 ilə boşansa da Cavabdeh ilə əlaqələrini kəsməmişdir və həmişə onunla mehriban bir evdə yaşamışlar. Pasport qeydiyyatında olduğu ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evi sökülən zaman Cavabdeh ona bildirmişdi ki, bu evdə sənin də haqqın var və kompensasiyanı alan kimi ona 50.000 manat dəyərində 1 otaqlı ev alacaqdır. Cavabdeh ona söz versə də lakin sözünü yerinə yetirmədi. Bir müddət sonra o, cavabdehə bildirdi ki, heç olmasa 30.000 manat ona kompensasiya ver, o, üstünü düzəldib özünə 1 otaqlı ev alsın. Cavabdeh onunla razılaşdı və bir müddət keçəndən sonra yenə ona verdiyi vədi yerinə yetirmədi. Bu səbəbdən də, həmin vaxtdan 400 manata kirayə ev tutmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı Qədı̇ rova Kəmalə Ağaverdi qızı iddia tələbini müdafiə edərək bildirmişdir ki, 2007-ci ilin qışında oğlu ilə birlikdə evi tərk etmişdir. 2010-cu ildə X7 ilə rəsmi qaydada boşanmışdır. Qaynanası Əbı̇ lova Nərgı̇ z Nuhbala qızı ilə münasibətləri həmişə yaxşı olmuşdur, qaynanası ona söz vermişdi ki, ev satılanda ona 1 otaqlı ev alıb verəcəkdir. Sonralar qaynanası ona zəng vurub demişdi ki, evi satırlar, o da evdə qeydiyyatda olduğu üçün onun da razılığı lazımdır. Ona görə də o, getmiş ona verilən sənədi imzalamışdır. Notariat ofisində və ya başqa yerdə imza etməsini dəqiq xatırlamır. İmzaladığı sənəddə evin satılmasına razı olması qeyd edilmişdir. Həmin vaxt orada cavabdeh Əbı̇ lova Nərgı̇ z Nuhbala qızı, onun 2 oğlu və əlavə tanımadığı iki nəfər kənar şəxs olmuşdur. Onun ümumiyyətlə evin neçəyə satılması barədə heç bir məlumatı olmamışdır və həmin puldan ona heç nə verilməmişdir. Ev satıldıqdan sonra Xırdalanda ev alınmışdır. Xırdalan şəhərində alınan evdə gedib qala bilməzdi, çünki başqa şəxslə faktiki ailə münasibətləri var idi, lakin cavabdeh o evi ona verə bilərdi, o da özü yaşamasa da, kirayə verib qazanc əldə edə bilərdi. Daha sonra həmin ev də satılıb. Bundan başqa, Bayılda 2 mərtəbəli ev də alınmışdır. Hazırda Əbı̇ lova Nərgı̇ z Nuhbala qızı Bayılda yaşadıqları evin 1-ci mərtəbəsində oğlu ilə birlikdə qalmağına razı olsa da ora həddindən artıq rütubətli olduğundan sağlamlıq vəziyyətinə görə orada qalması mümkün olmamışdır. Oğlu hazırda hərbi xidmətdədir, qayıtdıqdan sonra ailə quracaq, istəyir ki, oğlunun evi olsun. Vəkillə məsləhətləşdikdə ona deyilmişdi ki, o evdə qeydiyyatda olduğundan ev satılarkən ona da pul verilməli idi. O, qaynanasının sözünə inanaraq uzun müddət gözləsə də ona nə ev, nə də ev almağı üçün pul verilməmişdir. Evin satıldığı şirkətin nümayəndələri ilə aralarında kompensasiya haqqında heç bir danışıq olmamışdır. Sökülmüş evin yerində hələ də heç nə tikilməmişdir. Söküntünü aparan şirkəti axtarsa da, onları da tapa bilməmişdir. Ona görə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Qədı̇ rova Kəmalə Ağaverdi qızının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək bildirmişdir ki, evin satılmasına razılıq verməyə gedərkən Kəmalə xanımın yanında cavabdeh Əbı̇ lova Nərgı̇ z Nuhbala qızı və onun iki oğlu olmuşdur. Ev satılmamışdan və imza edilməmişdən əvvəl ona söz verilmişdir ki, ona da 1 otağın pulunu ödəməklə kömək edəcəklər. Qədı̇ rova Kəmalə Ağaverdi qızına ödənilməli olan kompensasiya kim tərəfindən, nə vaxt alınıb bununla bağlı onlarda heç bir məlumat yoxdur. Hazırda 30.000 tələb edirlər, ona görə ki, həmin məbləğə ilkin ödəniş etməklə ev almaq olar. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Əbı̇ lova Nərgı̇ z Nuhbala qızı iddia tələbinə etiraz edərək bildirmişdir ki, Nəsimi rayon 59 saylı MKİS-də süpürgəçi kimi işləmişdir, 10 il işlədikdən sonra 1997-ci ildə ona Nəsimi rayon İcra hakimiyyətinin Sərəncamına əsasən Nəsimi rayonu, Qabışev küçəsi, ev-58 saylı ünvanda mənzil verilmişdir. 5 il orada yaşadıqdan sonra mənzili rəsmiləşdirmək imkanı olsa da, maddi vəziyyətinə görə evi sənədləşdirə bilməmişdir. İddiaçı Qədı̇ rova Kəmalə Ağaverdi qızı keçmiş gəlini olmuşdur. Onların münasibəti həmişə yaxşı olmuşdur. 2007-ci ildə Kəmalə evdən çıxıb getmiş, daha sonra oğlu ilə rəsmi boşanmışdır. 2014-cü ildə yaşadıqları Nəsimi rayonu, Qabışev küçəsi, ev-58 saylı ünvanı hazırda adını dəqiq xatırlamadığı şirkətə satmışdır. Kəmalə də həmin evdə qeydiyyatda olduğundan ona zəng vuraraq gəlib razılıq ərizəsini imzalamasını bildirmişdir. Həmin vaxt Kəmalə gəlmiş və onlar ərizəni imzalamaq üçün notariat ofisinə getmişlər. O, həmişə Kəmaləyə demişdir ki, səbrli olsun, Rüfət onun ilk nəvəsidir necə olsa onu evsiz qoymayacaq. Ev 26 kv. m olmuşdu və evi onlar 90.000 manata satmışlar. Şirkət tərəfindən onlara 80.000 manat pul verilmiş, qalan 10.000 manatın isə Kəmalə ərizəyə qol çəkdikdən sonra ona veriləcəyi bildirilmişdir. Ev satıldıqdan sonra Xırdalanda 35.000 manata ev almışlar, sonradan oğlu Adil avtomobil qəzası törtəmiş, məcbur qalıb həmin evi 12.000 manata satmışdır. Hazırda Bayılda yaşadıqları evin 1-ci mərtəbəsi boşdur, kosmetik təmir edib iddiaçı və oğlu orada yaşaya bilərdilər. Evin 2-ci mərtəbəsi də rütubətlidir. Hazırda maddi imkanı yoxdur və iddiaçıya pul verməməlidir. İddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Azərbaycan Respublikası DİN-nin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışından görünür ki, Qədı̇ rova Kəmalə Ağaverdi qızı xx.xx.2004-cü il tarixdən ünvan 5 ünvanında qeydiyyatdadır. - Nəsimi Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsindən görünür ki, X7 ilə İddiaçı arasında xx.xx.2004-cü ildə Bakı şəhəri Nəsimi Rayon VVADQ şöbəsi tərəfindən 100 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması qət edilmişdir. - Nəsimi rayon Qeydiyyat şöbəsinin AZ-İ 443816 saylı Nikahın pozulması haqqında şəhadətnaməsindən görünür ki, X7 ilə İddiaçı arasında nikah Nəsim rayon Məhkəməsinin qətnaməsinə əsasən pozulmuş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixdə 139 nömrə ilə qeyd edilmişdir. - "xxxx" QSC-nin ("xxxx" MMC-nin hüquqi varisi) məktubundan görünür ki, ünvan 7 ünvanında "xxxx" MMC tərəfindən söküntü işləri aparılmamışdır. - ünvan 8 dövlət notariat ofisinin xx.xx.2024-cü il tarixli 69 saylı məktubundan görünür ki, Cavabdeh tərəfindən 08 fevral 2019-cu il tarixində Bakı şəhəri, 13 saylı dövlət notariat ofisində 8İ- 440 reyestr nömrəsi ilə ərizə təsdiq edilmişdir. Bakı şəhəri, 13 saylı dövlət notariat ofisinin fəaliyyətinin dayandırılması ilə əlaqədar notariat ofisinin notariat işləri ünvan 8 dövlət notariat ofisinə təhvil verilmişdir. - “Elektron notariat” X1 çıxarışdan görünür ki, Cavabdeh tərəfindən 08 fevral 2019-cu il tarixində Bakı şəhəri 13 saylı dövlət notariat ofisində ərizə verilmişdir. Ərizəyə əsasən X5 məxsus Bakı şəhəri, Nəsimi rayonu, S.Ə.Zevnalov küçəsi ev 19,mənzil 48 anında yerləşən mənzil sökülmüşdür. Əvəzində ona veriləcək olan mənzil tam şəkildə təhvil verilənədək X3 onun qeydiyyatda olduğu ünvan 9 ünvanda əvəzsiz yaşamasına razıdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ünvan 10 ünvanına dair məlumatın verilməsi və Cavabdeh adına həmin ünvanda daşınmaz əmlakın qeydiyyatdan keçib-keçməməsi ilə bağlı müraciətə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq, Cavabdeh adına həmin ünvanda hər hansı daşınmaz əmlakın qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Sorğuda sözügedən ünvan 10 ünvanında bir neçə mənzil qeydiyyata alınmışdır. Əmlaka dair daha ətraflı məlumat (mənzilin nömrəsi, sahəsi) verildikdən sonra müraciətə yenidən baxıla bilər. - ünvan 8 dövlət notariat ofisinin məktubundan görünür ki, İddiaçı və Cavabdeh tərəfindən ünvan 10 saylı evin sökülməsi ilə əlaqədar, “Elektron notariat” X2 axtarış nəticəsində heç bir əməliyyat aşkar edilməmişdir. - Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının aparatının məktubundan görünür ki, Nəsimi Rayon İcra Hakimiyyətinə daxil olmuş Qabışev küçəsi (indiki İ.İsmayılov küçəsi) 58 saylı evin order əsasında X6 verilməsinə əsas olmuş sənədlərin və orderin surətlərin verilməsi ilə əlaqədar orderin tarixi və nömrəsi qeyd edilmədiyi səbəbdən cari arxivində tapmaq mümkün olmamışdır. - 59 saylı MKİS-nin xx.xx.2023-cü il tarixli 92 saylı məktubundan görünür ki, xidməti ərazidə yerləşən İ.İsmayılov (Qabışev) küç. 58 saylı ünvan uzun illər bundan əvvəl sökülmüşdür. Həmin ünvanın hansı tikinti şirkəti tərəfindən sökülməsi barədə MKİS-də heç bir məlumat yoxdur. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ünvan 11 ünvanda yerləşən fərdi yaşayış evi 1997-ci ildə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin sərəncamına əsasən Cavabdeh istifadəsinə verilmişdir. (cavabdehin izahatına əsasən) Həmçinin müəyyən edilmişdir ki, mənzil özəlləşdirilməmiş və xüsusi mülkiyyətdə olmamışdır. İddiaçı Cavabdeh oğlu X7 ilə xx.xx.2004-cü il tarixdə rəsmi nikah bağlamış, 2007-ci ilədək Cavabdeh verilmiş sözugedən fərdi yaşayış evində yaşamışdır. 2007-ci ildə İddiaçı oğlu ilə birlikdə həmin evdən çıxıb getmiş və onunla X7 arasındakı nikah 20 may 2010-cu il tarixli Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuşdur. Hazırda iddiaçı cavabdehdən evin satılması zamanı ona ödənilməli olan kompensasiya verilmədiyindən 30.000 manat pul tutulması tələbi ilə məhkəməyə müraciət etmiş və tələbinin əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1, 448.1, 739.1 və 740-cı maddələrinə istinad etmişdir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyə görə mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranışı o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstəricisinin qüvvəsinə görə labüd olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına uyğun olaraq 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cümaddələrinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il tarixli Qərarına əsasən, “yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.” Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə mübahisəli mənzilin cavabdehin mülkiyyətində olmamasını, iddiaçının cavabdehə münasibətdə yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar hüquq münasibətlərinin 2004-cü ildə yarandığını nəzərə alaraq hesab edir ki, hazırki mübahisəyə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsi deyil, xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin: - 51-ci maddəsinə əsasən, dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsinin icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla-mənzil istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar –adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanılır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir. - 53-cü maddəsinin 1-ci hissəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirirlər. - 53-cü maddəsinin 3-ci hissəsinə əsasən, isə icarədarın ailə üzvləri onun arvadı, (əri), uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümümi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Müəyyən edilmişdir ki, ünvan 13 ünvanda yerləşən fərdi yaşayış evi 1997-ci ildə ona Nəsimi rayon İcra hakimiyyətinin Sərəncamına əsasən Əbı̇ lova Nərgı̇ z Nuhbala qızına verilmiş (cavabdehin izahatına əsasən) və o, bu mənzildən qeyd edilən əsasla istifadə etmiş, lakin mənzil özəlləşdirilməmişdir. Başqa sözlə, sözügedən mənzilin xüsusi mülkiyyətdə olması müəyyən edilməmişdir. İddiaçı 2004-cü ildən mübahisəli mənzildə qeydiyyatda olsa da, özünün etirafına əsasən 2007-ci ildən orada yaşamamışdır. Müəyyən edilmişdir ki, hazırda həmin ev artıq mövcud deyil, sökülməsinin kimin tərəfindən həyata keçirilməsi də məlum deyildir. İddiaçının izahatlarına əsasən evdə qeydiyyatda olduğundan ev satılarkən ona da pul verilməli idi və bu barədə qayınanasının sözünə inanaraq uzun müddət gözləsə də, ona nə ev, nə də ev almağı üçün pul verilməmişdir. Həmçinin iddiaçı göstərmişdir ki, evin satıldığı şirkətin nümayəndələri ilə aralarında kompensasiya haqqında heç bir danışıq olmamış, sökülmüş evin yerində hələ də heç nə tikilməmişdir. Cavabdeh izahatında evin sökülməsi ilə bağlı 90.000 manat kompensasiya verilməsinin razılaşdırılmasını, 80.000 manat verilməsini, qalan 10.000 manatın isə iddiaçı ərizəyə imza etdikdən sonra ona veriləcəyinin bildirilməsini, buna görə də, evin sökülməsi ilə bağlı hamısının birlikdə notariat ofisinə getməsini, sənədlərə imza etmələrini, bundan sonra ona 80.000 manat ödənilməsini və hazırda iddiaçıya heç bir məbləğ verməli olmadığını göstərmişdir. Məhkəmə, toplanmış sübutlara tərəflərin izahatlarının məzmunu ilə birlikdə qiymət verərək hesab edir ki, iddiaçının 2004-cü ildən mübahisəli mənzildən istifadə hüququ yaransa da, 2007-ci ildən həmin evdən çıxıb getməsi ilə faktiki olaraq həmin evə istifadə hüququnu itirmişdir. 2007-ci ildən evdən çıxıb getməsinə və 2010-cu ildə cavabdehin oğlu ilə aralarında olan nikahın pozulmasına baxmayaraq cavabdehin ona 1 otaqlı ev alması və ya 50.000 manat pul vədi verməsinə dair bildirdiklərinin əsaslı olmasını cavabdeh tərəf etiraf etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən 30.000 manat məbləğində pul tələbinin əsasının yaranmasını təsdiq edən sübut növünü məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, iddia əsassızdır. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar